Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə45/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   41   42   43   44   45   46   47   48   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
 
 
URMİYA ZƏRDÜŞTÜN VƏTƏNİ 
 
Gözəl bir bahar axşamı urmiyalı bir dostla fərmandarlığın 
qarşısındakı  meydançada  durmuşduq.  O,  bir  neçə  gün  əvvəl 
Urmiyanın  xüsusiyyətlərindən  bəhs  etməyi  vəd  etmişdi.  Mən 
həmin  axşam  bu  məsələni  ona  xatırlatdım.  O,  demək  olar  ki, 
heç  danışmadı.  Mənə,  şərqə  doğru  baxmağı  təklif  etdi.  Mən 
baxdım. Durduğumuz yer “27 Azər” xiyabanının başlanğıcı idi. 
Biz Urmiyanı addım-addım gəzdik. Şəhərin tarixini, onun 
zəngin  keçmişini  çox  yaxşı  bilən  qocalarla,  aydınfikirlərlə 
söhbət etdik. Şəhər çayın kənarında, şəhər əhalisi üçün bulvar 
yeri  hesab  edilən  bağın  kənarındakı  kafedə  bir  qoca  bizə 
maraqlı bir əfsanə danışdı. Onun dediyinə görə bir neçə min il 
əvvəl Urmiyada bir uşaq anadan olur. Anası onu qucağına alır. 
Əliman dağının ətəyinə gələrək onu şəhərin göz yaşı kimi duru 
suyunda yuyundurur, Bənövşə dağına aparır. Oradan bir dəstə 
bənövşə toplayıb oğlunun bələyini bəzəyir. Sonra Sər dağının 
uca təpəsinə çıxır, ətrafı oğluna göstərməyə başlayır. Bu zaman 
uşağın  gözü  uzaqda,  çox  uzaqda  görünən  alova  sataşır.  Bu, 
Urmiya gölü
nün  arxasındakı  Səhəndin  təpəsindən  qalxan 
vulkan  idi.  Uşaq  böyük  maraq  içərisində  vulkana  baxdığı 
zaman oradan bir parça alov ayrılır və mavi göyə doğru ucalır. 
Bu, Günəş idi; amma uşaq onun o zaman nə olduğunu bilmirdi. 
Bu mənzərə uşağa o qədər xoş gəldi ki, sonralar hər gün 
səhər tezdən Sər dağının təpəsinə qalxır, o dairəvi alov parçası-
nın vulkandan necə ayrıldığına diqqətlə baxırdı. O, hiss edir və 
görürdü  ki,  həmin  alov  parçası  göy  üzərində  olduğu  zaman 
kainat  işıqlı  olur,  onun  hərarəti  bütün  canlı  məxluqatın  həyat 
mənbəyini təşkil edir.  
Bənövşəli dağda bənövşələr ancaq o od parçasının sayə-
sin
də  açılır.  Sər  dağının  qarları  ancaq  o  göründüyü  zaman 
 
 
147 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
əriyir. Deməli, o zəkalı uşağın zehni işləməyə başladığı gündən 
gəldiyi  qərar  bu  oldu:  Səhənddən  püskürən  atəş  və  hər  səhər 
ondan ay
rılıb göyə qalxan və axşamları Sər dağının arxasında 
gizlənən  günəş  bizim  kainatda  həyat  mənbəyidir.  O,  qüdrət 
mənbəyidir.  İnsanlığa  və  bütün  canlı  məxluqata  ruh  verən 
oddur.  
Sonralar o böyüdü və onun başı ilk dəfə olaraq o qüdrət 
mənbəyinin qarşısımda əyildi. Dünyada yaşayan insanların bir 
ço
xu  öküzə,  inəyə,  cansız  bütlərə  inandığı  bir  zamanda 
azərbaycanlılar  atəşini  və  günəşin  əsil  həyat  mənbəyi  olduğu 
təsdiq etdilər. 
Zərdüşt Urmiyada anadan olub orada böyümüşdür və bu 
gün hər urmiyalı bununla fəxr edir. Onlar indi də Zərdüşti yan-
larında  hesab  edir,  onu  Urmiyanın  bu  günki  vətəndaşı  kimi 
tanıyırlar. 
İran Azərbaycanı şəhərlərində binaların çoxu çiy kərpic-
dən tikilmişdir. Ona görə ən usta bir memarın  tikdiyi bina yüz 
ildən  artıq  yaşamır.  Yalnız  dövlətli  evləri,  məscid,  məqbərə 
kimi  müqəddəs  yerlər  bişmiş  kərpicdən  tikilir.  Bunların  da 
ömrü o qədər uzun olmur. 
Urmiyadakı cümə məscidi Azərbaycanın ən qədim sənət 
əsərlərindən  biridir.  Onun  tarixini  düzgün  bilən  yoxdur.  Bu, 
haq
qında müraciət etdiyimiz aydınfikirlər, qocalar bu məscidin 
4-
5  yüz  il  əvvəl,  bir  qismi  isə  7-8  qərinə  əvvəl  tikilmiş 
olduğunu  söyləyirlər.  Rəqəmlər  arasında  fərq  olsa  da,  bir  şey 
həqiqətdir  ki,  məscid  çox  köhnədir.  O  hər  halda  Səfəvilərdən 
əvvəlki  dövrlərə  aiddir.  Onun  ən  mühüm  və  nəzəri  cəlb  edən 
cəhəti burasındadır ki, Ərdəbildəki Şeyx məqbərəsi kimi o da 
azərbaycanlı  memarlar  tərəfindən  tikilmiş  və  bütün  oradakı 
naxışlar,  Zeynəblər  Azərbaycanın  milli  sənətinin  mümtaz 
nümunələridir.  Qoy  memarlar,  rəssamlar  oradakı  naxışların, 
Zeynəblərin  növünü,  rənglərin  nədən  hazırlanmasını 
öyrənməklə  məşğul  olsunlar.  Xalqın  bu  misilsiz  qədim 
 
 
148 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
əsərlərini  bu  gün  görən  bir  səyyah,  bir  sənət  maraqlısı  üçün 
Urmiya  məscidi  böyük  bir  sevincli,  böyük  bir  milli  iftixar 
mənbəyidir.  Sənət  maraqlısı  onun  hər  kərpicində,  hər  qətrə 
rəngində,  səma  ilə  yarışan  lacevərdi  (mavi  rəng-P.M.)  qüb-
bəsində xalqın qanını, xalqın alın tərini görür və arzu edir ki, 
burada  elə  bir  qüvvə  olaydı,  elə  bir  şərait  yaradılaydı    ki,  bu 
kimi binalar gələcək əsrlər üçün saxlanılaydı.  
Urmiyada bu günə qədər yaşayıb gəlmiş qədim əsərlərdən 
biri  də  şəhər  kənarındakı  “Se  günbəd”  adlanan  məqbərədir. 
Urmiyalılar içərisində elə adam tapılır ki, onlar inadla bu məq-
bərənin Zərdüştün əbədi aramgahı olduğunu qeyd edilir. Biz o 
binada bu fikr
i təsdiq edən heç bir tarixə rast gəlmədik. Azər-
bay
canın qədim abidələrini görmüş olan hər adam, “Se günbə-
din” Naxçıvanda Qarabağlardakı qədim abidələrə çox bənzədi-
yini  yəqin  edə  bilər.  “Se  günbəd”    xüsusilə  Naxçıvandakı 
məşhur  Atabəy  abidəsinə  çox  bənzəyir.  Onun  səkkiz  künclü 
olması onu xüsusilə Azərbaycan memarlığına bağlayır. Abidə 
iftixarla gü
nəşə  doğru  yüksəlir  və  xalq  onu  əcdadının 
müqəddəs bir yadigarı kimi sevir, onu tez-tez ziyarət edir.  
 
Səhənd yanır 
 
Zərdüşt  Səhənd  dağının  başında  yanan  alovu  görərək, 
xal
qını  atəşə  inanmağa,  ona  bel  bağlamağa  çağırmışdı.  Uzun 
za
man  günəş  və  atəş  Azərbaycan  xalqının  tanınmış  olduğu 
əbədi həyat mənbəyi kimi tanınmışdı. Qərinələr keçdi, istilaçı 
qüv
vələr  xalq  ilə  günəş  arasında  qara  və  məşum  (ürək 
bulan
dıran) bir pərdə asdı.  
Lakin elə bir gün gəlib çatdı ki, günəşin üzünü örtmüş qa-
ra  pərdə  yox  oldu,  Səhənd  yenə  yandı.  Səhəndin  vulkan  püs-
kürmə  qüvvəsini  hələ  dünyanın  heç  bir  zəlzələ  qeyd  edən 
cihazı  hiss  etməmişdir.  Bunu  ancaq  İran  Azərbaycanında 
 
 
149 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə