Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə51/67
tarix18.06.2018
ölçüsü2,81 Kb.
#49533
1   ...   47   48   49   50   51   52   53   54   ...   67

 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
pad
şahlıqdır. Buna görə də İranda və ingilis müstəmləkəsi olan 
Hindistanda,  Əfqanıstanda  və  sair  Şərq  ölkələrində  minlərcə 
pad
şah adını daşımaqda olan dilənçi dərvişlər vardır.  
Məsələn: Rza Əli şah Hərani, Rövnəq Əli şah Kərmani, 

seyn  Əli  şah  Əsfani,  Səid  Nizam  şah  ,  İzzət  Əli  şah 
Möhlani, Eynəli şah Hərani, Feyz Əli şah İsfəhani və sairə... 
Bunların  iddiasınca,  Təsəvvüfün  üc  əlasına  qalxanların 
əsas xassələri laübalılıq və laqeydlikdir. Hər iki aləmdən əlaqə-
lərini kəsənlər adi insanlardan ülfətini kəsir, ən nəhayət vahid 
Allahın  şanını  mənimsəmək  üçün  tənhalığı  təbliğ  etməklə 
cəmiyyətdən uzaqlaşırlar.  
Əcaz təxəllüslü şair həmin bu əqidəni izah edərək bu şeiri 
yazır:  
 
Ba du aləm gəştəəm biganə ülfət ra bebin, 
Rəftəəm əz xater əyam şöhrət ra bebin. 
 
Yəni:  “Mən  hər  iki  dünyaya  yabançı  olduğum  üçün 
daşıdığım  ülfətə  və  əyyamın  xatirindən  silinmək  nəticəsində 
kəsb etdiyim şöhrətə yaxın”.  
Təsəvvüfdə riyazət və tərk dünyalıq məsləkinin ilhamçısı 
olan  marağalı  şair  Öbhədi  Əcazın  fikrini  daha  da 
aydınlaşdıraraq yazır: 
 
Zin camə ra çe faydə çun mikonəd əcəl  
Zin pərdə ra çe sud ke bər ma həmidrənd. 
Kəmtər zəmurə mar şomar an qruh ra, 
Kəz bəhrə mar və mur tən xəviş pərvərənd. 
 
Yəni:  “Bu  libaslardan  bizə  nə  fayda  vardır;  çunki  əcəl 
onu  bizim  əynimizdən  çıxaracaqdır.  Bu  pərdələrdən  nə  fayda 
vardır, bunları da dartıb yırtacaqdır. Öz bədənlərini qarıncalar 
 
 
168 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
və  əylanlardan  ötəri  bəsləməkdə  olan  quruh,  (kütlə) 
əylanlardan və qarıncalardan əskikdirlər”.  
Sufi  ədəbiyyatını  dərindən  tədqiq  edərək,  onu  bir  ədəbi 
məslək  kimi  yoxlayanlar  onun  sırf  islami  bir  mövzu 
daşımadığını  və  xaricdən  (hətta  bir  neçə  cığırlar  vasitəsilə) 
İslam Şərqinə daxil olduğunu iddia etmişlər.  
Xüsusən Təsəvvüfin ari qöbmi yaşıyan bir ölkəyə (İrana) 
silah gücü ilə daxil olduğunu iddia edənlər də az deyildir, çünki 
Təsəvvüfdə  kəmal  dəyanətin  tu  kil  (etibar  edilmiş  şəxs-P.M.) 
tam ilə hasil olacağı fikri arilar irqindən olmayan başqa-başqa 
İslam məmləkətlərində də (Ərəbistanda, Misirdə, Fasda) möv-
cuddur. Bu nöqteyi-
nəzərdən  də  Təsəvvüfin  əsla  iranlı 
olduğuna dair iddialar öz-özünə rədd edilmiş olur.  
Təsəvvüfin Yunan-İskəndəriyyə məktəb ədibisi vasitəsilə 
ərəblərə və onların vasitəsilə də İran və başqa-başqa Şərq ölkə-
lərinə gəldiyi iddiası Əbu Yusif Yəqub Əlkəndi, Farabi və İbn 
Sinaların  əsərləri  yoxlanıldığı  vaxt  bir  daha  isbata  yetişmiş 
olur.  
Mütəsem xəlifənin və onun oğlu Əhmədin etimad və mə-
həbbətini qazanmış olan islam filosofu Əlkəndi hicrətin üçüncü 
əsrində  Yunan  filosoflarıının  əsərlərini  tərcümə  edərək  şərq 
dünyasına yayılmış olan ən birinci alim idi. Əlkəndinin əsərləri 
içərisində “Kitabəl -əqləl- ans” və “Kitabəl- cavamel- fikriyə” 
ki
mi  əsərlər  elmin  Ərəstuyə  aid  qismini  islam  aləmində 
şüurlara yerləşdirmiş olan başlıca əsərlərdəndir. 
Fikirlərdə  hərc-mərclik  yaratmış  olan  bu  əsərlər  Şərqdə 
təriqət  və  məslək  mübarizələrinin  şiddətlənməsinə  səbəb  ol-
muşdur.  
Təsəvvüfin Yunan-İskəndəriyə  məktəb  ədibisi  vasitəsilə 
Ərəb aləminə, sonra da İran və başqa şərq ölkələrinə yayılması 
həqiqətini  aydınlaşdırmaq  üçün  hicrətin  üçüncü  və  dördüncü 
 
 
169 


 
 
 
Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси 
 
 
 
 
 
 
 
 
 
əsrlərində  yetişən  islam  filosofu  Əlfarabinin  əsərlərindən  bir 
neçə sübutlar göstərmək lazımdır.

  
Əlfarabi  Əlkəndidən  sonra  Yunan  fəlsəfəsini  islam  dün-
yasında yayan ən məşhur filosoflarından biridir.  
Əlfarabinin Yunan ədəbiyyatı üzərində apardığı tədqiqlə-
rinə  aid  mühüm  bir  əsər  mövcuddur.  “Hekayətəl  abunəsral-
farabi  fi zühurəl fəlsəfə” adlı ərəbcə yazılmış əsərdən ibarətdir.  
Farabi  Əflatunun  və  Ərəstunun  fəlsəfi  təmayüllərinə  aid 
yazdığı  əsərlərində  və  yaxud  ellətə  ola  (yəni  allah)  “Eləl 
saniyə”,  “Əqil  fael”,  “Ruh”,  “Maddə  mücərrəd”  və  sair 
əsərlərinin əksərində Təsəvvüfin nədən ibarət olduğunu yazmış 
və tələbələrinə dərs demişdir.  
Dini  fəlsəfənin  və  təəssüfin  Ərəb  aləminə  və  oradan  da 
bütün  Şərq  dünyasının  nəsranit  və  ürfanit  məsləkində 
boğulmuş  bir  mühitin  Əlmasi  tərəfindən  dağıldığını  isbat 
etmək üçün “Hekayət Əlabunəsral Farabi fi zühurəlfəlsəfi” adlı 
əsərdə  təsəvvüfün  İskəndəriyəyə  məktub  vasitəsilə  gəldiyini 
isbat edərək: 
-
 
Fantql əltəlim mən əlaiskəndəriyə-deyə yazırlar. 
Əlfarabi  öz  “Məbadi  sətə”sində  fikrini  bir  daha  aydın-
laşdıraraq yazır: 
“Yüksək bir xeyrə vasil olmaq ancaq yüksək bir fikri sə-
viyəyə  malik  olanlara  və  əqil  faəlin  təsirini  kamla  əxd  və 
qəbulə qabiliyyət kəsb edənlərə misər olur. İnsanın özü ilə əqil 
fael  arasında  heç  bir  məsafə  və  heç  bir  sər  qalmadığı  zaman 
Allah ilə yaxın əlaqə düzəltmiş olur”.  
Bu fikir 
Təsəvvüfin əsasını təşkil edir. Əlfarabi və Əlkən-
di
dən  əlavə  Yunan  fəlsəfi  məsləkindən  doğan  Təsəvvüf  İrana 
və Şərqin başqa ölkələrinə qismən Sasanilər dövründə də təsir 
edə bilmişdir. 

  M
əhəmməd İbin Turxan Əbunsəralfar ibin Hazer  Özbəkistanın Farab 
k
əndində doğulduğu üçün Əlfarabi adlanmışdır.  
 
 
170 
                                                 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə