Щяр ики тайын эерчяк айнасы – «Азярбайъан» дярэиси
“Başında olan düşüncələri at. Əlində hər nəyin varsa pay-
la! Sən ancaq bununla nicat tapa bilərsən” demişdir.
Mətsuflər və başqa təriqət təbliğ edən adamlar bəzən qəs-
dən, bəzən də özləri bilmədən istilaçı dövlətlərin məmləkətin
siyasi və iqtisadi mənbələrini əllərinə almalarına kor-koranə
kö
mək etmişlər.
Təsəvvüf həqiqəti ancaq sufilikdə görür. O həyat səhnə-
sin
də baş verən mübarizələrin səbəbini sufi olmayanların
həqiqəti dərk edə bilməməsi ilə əsaslandırır və səbəblə də Xoca
Hafiz:
Cəng həftad və domlət həme ra əzr bənə
Çun nə didənd həqiqət rah əfsanə zədənd.
Yəni: “Yetmiş iki millətin arasında gedən müharibəni
hamı üçün bir üzr qoya bilərik, çünki onlar həqiqəti
görmədikləri səbəbinə əfsanə yoluna düşdülər” – deyir.
Təsəvvüfi din çərçivəsinə salmaq istəyənlərdən birisi də
Hüseyn İbn Mətsur Həlac olmuşdur. Bu cəsarətli adam təriqət
mətsəbləri tərəfindən cəzalandırdığı və dar ağacına çəkildiyi
za
man yenə də “Həqq mənim tərəfimdədir” demişdir. Bu söz
şərq ədəbiyyatında bir cəsarət nümunəsi şəkilini aldı və bir çox
mənzum əsərlərin mövzusunu təşkil etdi.
Xoca Hafiz bir şerində:
An yar kəzu
gəşt sər dar bolənd
Cərməş an bud ke əsrar huyda mikərd.
Yəni: “Mənim dara çəkilən yoldaşımın günahı siirləri
aşkar etməkdən ibarət idi”- deyir.
Qəm şairlərindən “Heyrət” təxəllüslü şair öz tənqidçilə-
rinə cavab olaraq bir şeirində:
173