141
Axır,
açulub dəri-icabət,
İbrami-dua yetürdi hacət (14, 49).
Buradan məlum olur ki, yəhudilərə xas olan ibrami dua uşağın
olmasına bir vasitə olur. Bu da onu deməyə əsas verir ki, çarəsiz
qadınlar uşaqsızlıqdan qurtarmaq üçün başqa dinə mənsub olan
müxtəlif xalqların dualarına müraciət edirdilər.
Uşaqsızlıqla bağlı məsələlər sınamalarda da öz əksini tapmışdır:
«Uşağı olmayan qadına birinci uşağı olmuş ananın ilk südündən
içirsən, onun da uşağı olar», «Uşaqlı qadın uşağı olmayan qadının
başına məclis süfrəsi çırpsa, uşağı olar», «Uşağı olmayan qadın yu-
xuda yumurta görsə, uşağı olar» və s.» (5, 94).
Xalqımızın özünəməxsus mənəvi sərvətləri və əsrlərin sərhəd-
dini aşaraq bu günümüzə qədər gəlib çatan müəyyən əxlaqi dəyər-
ləri, mənəvi keyfiyyətləri və bunları özündə ehtiva edən adət və
ənənələri vardır. Lakin bununla bərabər özünəməxsus təsəvvürlərlə
əlaqədar olaraq ovsunçular tərəfindən icra olunan müxtəlif ayinlər
mövcud
olmuşdur ki, bunlardan biri də çillə kəsməkdir.
Çillə doğuşdan, toydan sonra keçən 40 günlük müddətdir. Fars
dilindəki «çehel», yəni 40 sözündən götürüldüyü ehtimal olunur.
Lakin nəzərə alaq ki, türk dilində olan çilə sözünün mənası əzab-
əziyyət anlamı verir. Ümumən çilləyə düşmək müəyyən sıxıntı çək-
mək, ağırlığa düçar olmaq deməkdir. Bu baxımdan da icra olunan
çillə kəsmə ayini məhz şəxsin çillədən mütləq çıxmasına xidmət
edir, yəni onun uşaqsızlıq kimi sıxıntısından azad olmasını təmin
etmiş olur.
El arasında mövcud olan təsəvvürə görə gəlinin uşağı olmurdu-
sa, deməli o, çilləyə düşmüşdür. Çilləyə düşmək nə deməkdir? Ər
evinə köçmüş gəlin 40 gün müddətində çillə gözləməlidir. Yəni
onun yanına həmzat olan (uşağı olub qalmayan), övladı olmayan
qadın və ya ruhi xəstə adam gələrdisə, aydındır ki, gəlinin xəbəri ol-
madan istər-istəməz ona çillə düşdüyü güman edilərdi. Bəzən həm-
zat hesab olunan qadın özü qəsdən, bilərək təzə gəlinin üstünə get-
məklə öz həmzatını onun üzərinə tökərək bu minvalla gələcəkdə