138
O
şəxs diridir ki,
onun yurdunda,
Bir övlad ondan yadigar qalar.
Bu
ümidlə səxavət göstərirdi,
Dilənçilərə hey pul paylayırdı
Min bədrə (kisə) pulla bir bədr (tamamlanmış ay)
axtarırdı (3, 61).
Məhəmməd Füzuli hətta bu yolda çarəsizlik üzündən insanların
müxtəlif əməllərə baş vurduğunu, uşağı olmayanların camaata
nəzir-niyaz verdiklərini söyləmişdir. O, bu xüsusda yazır:
Çox nəzirlər etdi hər məzarə,
Çox qıldı niyaz kirdigarə.
Təsir qılıb
fəğanü ahi,
Övn etdi inayəti – ilahi,
Bir gecə açıldı
babi-rəhmət,
Buldu əsəri-dua icabət. (1, 50)
Müəllif elə həmin əsərdə çoxlu nəzir-niyazdan sonra tanrı tərə-
findən dualarının qəbul olunduğunu söyləyərək Qeysin doğulmasını
qeyd edir. Şair «nəzirlər etdi məzarə»- deməklə ola bilsin ki, pirlərə
gedib ziyarət etməni nəzərə almışdır. Yeri gəlmişkən qeyd edək ki,
Azərbaycanın bir sıra bölgələrində məhz bu məqsədə xidmət edən
Çillə pirləri mövcud olmuşdur ki, uşağı olmayan qadınlar onlara
nəzir-niyazlar qurban deyirdilər. Etnoqrafik materiallardan da mə-
lum olur ki, «keçmişdə pirlərə müəyyən ənənəvi səcdə qaydası var-
dı və bu qayda üç ünsürdən ibarət idi: qadın əvvəlcə pirin qarşısında
ayaq üstə əlləri sinəsinə çarpaz vəziyyətdə durub yalvarır, sonra
əyilərək piri öpür daha sonra torpağından bir çimdik götürüb suya
salıb içirdi.» (4, 269-270) Əslində pirlərdən uşağının olmasını arzu
edirdi. Naxçıvanda bu məqsədlə Əshabi-Kəhf adlanan yerə ziyarətə
gedirdilər. Ümumən pirləri təkcə övlad arzusu ilə ziyarət etmirlər.
Pirləri ziyarət zamanı insanlar müxtəlif diləklər tuturlar. Əshabi-
140
rində böyük inamla oraya yollanmalıdırlar. Qeyd edək ki, Şərqin bir
sıra ölkələrində olduğu kimi, müasir Türkiyə ərazisində də pirlərə
gedib müxtəlif diləklər diləmək kimi təsəvvürlər hələ qalmaqdadır.
Pirlərə ərlə arvadın birgə getdiyi də olurdu. Məsələn, «Abşeron-
da Ağdaş pirinə gedən ər-arvad qarşı-qırşıya oturaraq paltarlarının
ətəklərini üst-üstə qoyaraq üstündə çəkiclə bir mıx çalırdılar. Əgər
mıx daşa keçsə, deməli uşaqları olacaqdı.» (4, 270) Bu faktı təsdiq-
ləyən Ə.Ələkbərovun Novxanı kəndi yaxınlığındakı Ağdaş pirində
keçirilən mərasim haqqında verdiyi
məlumatlarda göstərilir ki, «pirə
gələn insanlar daşa özləri gətirdikləri mıxı çalırlar, əgər mıx daşı de-
şib keçirsə, onda həmin adamın uşağı olacaqdır. Əgər mıx sınırsa və
ya daşa keçmirsə, onda bu qadın üçün faciə ilə nəticələnirdi. Əgər
mıx daşa keçmirsə, bu o deməkdir ki, həmin qadının uşağı olmaya-
caqdır. Belə ki, «daşın şahidliyindən» sonra ərin haqqı vardır ki,
başqa arvad alsın» (15, 106).
Maraq doğuran cəhət budur ki, uşaqsızlıq ailə üçün o qədər ağır
dərd idi ki, hətta övladın olması yolunda ailələr müxtəlif addımlar
atır, qeyri-müsəlman dini ocaqlarına (kilsə, atəşgah və s.) belə ge-
dirdilər, şam yandıraraq bir olan Allaha pənah aparırdılar. Q.Qey-
bullayev qeyd edir ki, Azərbaycanda yaşayan xınalıqlarda uşaq istə-
yən qadınlar atəşgaha gedərkən özləri ilə ət aparır, sal daş üstündəki
alov üzərində qovurub ziyarətçilərə paylamalı idi. Nəzirinin qəbul
olunduğunu yoxlamaq üçün isə daşla çala qazıyıb oraya alov yaxın-
laşdırırdı və beləliklə də, orada alov yaranıb, sönsə deməli, uşağın
olacağı güman edilirdi (4, 270-271).
Uşağın olması ilə edilən dualar ilə bağlı XVII əsr Azərbaycan
şairi Məsihinin məlumatı da maraq doğurur:
Ol
səyidə çün güm oldu vayə,
Möhtac olundular duayə.
Hal əhlidin aldılar dualar,
Ümmid ilə qıldılar ətalar.
Açdılar
üzə dəri-məbərrat,
Pəhn eylədilər büsati-xeyrat.