312
xanın (1295-1304) keçirdiyi 40 islahatdan biri boşanmaya həsr
edilmişdir. O, hətta kəbin haqqını 19,5 dinaradək endirmişdi. İsla-
hatların hazırlanmasında iştirakı olan F.Rəşidəddin yazır: «ər ilə
arvad arasındakı narazılıq qəzəb və nifrətə səbəb ola bilər. Nifrət
yarandıqda doğum və nəsilartırma baş tutmaz. Əgər kişi qadın ilə
baha kəbin pulu ilə evlənmiş olsa, hər bir kəs, çoxlu kəbin pulu
verməsindən qorxaraq qadını boşamaz» (8, 110). Qazan xan verdiyi
fərmanı ilə ailədə münaqişə şəraitində yaşamağın, boşanmanı
kişilərin özləri deyil, qadınların boşanmasını dilə gətirməsinə
məcbur
edilməsinin, onlara işgəncə verilməsinin qarşısını alır.
Beləliklə, talaq orta əsrlərdən XX əsrin əvvəllərinədək gəlib ey-
ni mahiyyət kəsb edərək əsas sayılmışdır. Yusif Vəzir Çəmənzə-
minli yazır ki, «halbuki nikah əbədi bir dostluqdan ibarətdir. Harada
ki, dostluq qurtardı, orada talaqdan savayı bir çarə yoxdur» (5, 157).
DƏFN ADƏTİ
Azərbaycan xalqının keçdiyi uzun tarixi inkişaf yolunda onun
ailə məişəti ilə əlaqədar olan bir sıra adət və ənənələri mövcuddur.
Adət və ənənələr xalqın simasını əks etdirən aynasıdır və əksini
olduğu kimi göstərir. Mahiyyətindən asılı olmayaraq, sevinc və
kədər gətirdiyinə baxmayaraq, bu adətlər uzun əsrlər öncə forma-
laşaraq böyük zaman keçmiş və xalqın ruhunu özündə yaşadaraq
dövrümüzə qədər gəlib çatmışdır. Belə ki, «ictimai hadisə olan
mərasimlər (mərasimi cəhətlər) mədəniyyətin və xüsusilə mənəvi
mədəniyyətin ayrılmaz bir hissəsi kimi bəşər cəmiyyəti inkişafının
bütün mərhələlərində mühüm rol oynamışdır» (20, 3).
Xalqın adət və ənənələri onun bu və ya digər məsələ haqqındakı
təsəvvürlərini və dini baxışlarını özündə cəmləşdirir. Belə adətlər-
dən biri də Azərbaycan xalqının ailə məişətinin bir hissəsi olan dəfn
mərasimidir. Bildiyimiz kimi, dəfn adətinin də qədim zamanlardan
bəri müəyyən mərhələlər keçdiyi və bununla bağlı bir sıra inamlar
və müxtəlif təsəvvürlər mövcud olduğu bəllidir.