139
savadsız olduğu üçün onların əvəzindən hər şeyi, hətta ərizə
yazmağı belə məmurlar edir. Qanunların tətbiqində vahid üsul
yoxdur, ola da bilməz, bu işdə “aşağı-yuxarı təbəqə” məsələsinə
diqqət yetirmək lazım gələcək.
İçərişəhərdə onun üçün kirayələnən evin köhnə qapısı
üzərindəki “67” rəqəmini görüb dayandı. Qapını döyməyə macal
tapmamış qonşudakı qapı açılcaq yaşlı bir qadın göründü.
– Ay oğul, sizə kim lazımdır, onlar evdə yoxdur, evin açarını
mənə veriblər. Siz Həsən bəysiniz?
– Bəli, xala, məni bu evdə gözləməliydilər.
– Hə, oğlum, ev sahibinin qardaşı dünən rəhmətə gedib.
Onlar indi yasdadırlar. Yazıq neft quyusunda fəhlə işləyirdi, quyu
fontan vuranda rəhmətlik qurtula bilməyib, boğulub. İndi neft
milyonçusunun evində toy-bayramdır, yazıq bu bədbəxtin evində
yasdı, bir çətən külfəti ac-yalavac qaldı. Sən belə tez gəlib çıxdın,
yaxşı oldu, elə mən də vaxtında başsağlığı verməyə gedim.
– Çox təəssüf edirəm. Allah rəhmət eləsin. Onda sizə mane
olmayım, siz açarı mənə verin, qalan işlərlə məşğul olaram.
Həsən içəri keçib rahatlanmaq istədi. Masa üzərində qarğıdalı
qabığından toxunmuş çörək qabında süfrəyə bükülmüş bir parça
çörək, bir tikə pendir, kiçik qabdasa üzüm bəkməzi qoyulmuşdu.
Ac olsa da, heç nəyə əl vurmaq istəmədi. Bir qədər rahatlanıb, sonra
bəzi şeylər almaq üçün şəhərə çıxmaq istəyəndə qapı döyüldü. Bu
dəfə qapıda yaşlı kişi göründü. Əlində bir kasa düşbərə tutmuşdu.
– Oğlum, mən sənə açar verən xanımın yoldaşıyam, yol
gəlmisən, bu gün bizim qonağımız ol.
Düşbərənin yanında kiçik kasada abqora da vardı.
– Neynək, əmi, siz deyən olsun. Sabahdan iş-güc başlayır, sizi
çox da narahat etməyəcəm.
– Harada işləyəcəksiniz, oğlum?
– Bakı Qəza İdarəsinin pasport xidmətində…
– Uğurlar olsun!
– Sağ olun.
Həsən bəy sadə, qayğıkeş təsir bağışlayan bu sadə bakılıların
taleyini düşünürdü. Kişi də eynən xanımı kimi, ürəkağrısı ilə ölən
140
fəhlənin sahibsiz qalan ailəsindən danışırdı:
– Bütün fəhlələr hüquqsuz insanlardı. Onlar sanki milyon-
çuların şəxsi əşyası kimi istifadə olunur, öləndə insan kimi deyil,
əşya itkisi kimi qəbul edilirlər. Yazıq ailə üzvləri, hansı idarəyə
müraciət etdilər, hərəsi bir yolla onları susdurdu. Yəqin ki, o biri
fəhlələr kimi bu ölənin ailəsinə də kömək edən, yaxud müavinət
verən olmayacaq.
Gəldiyi ilk gündən belə ürək dağlayan hadisəylə qarşılaşdığı
üçün Həsən məyus olmuşdu. Qəlbində Tiflisdəki kəndlilərlə Ba-
kı dakı fəhlələrin eyni hüquqsuz durumunu müqayisə edərək,
dərindən köks ötürdü. Bu insanlar həm də öz hüquqlarını bil-
mir dilər. Onlara ilk növbədə hüquqi yardım gərək idi. Həsənin
qəlbindən kirayənişin qaldığı bu ailəyə köməklik göstərmək fikri
keçdi: “Hələ ətraflı öyrənmək lazımdır, görək sahibkar bu ailə üçün
nəsə düşünür, ya yox?”
Onun üçün millətin hər bir övladı, Məlikovlar ailəsinin doğma
nümayəndəsi qədər əziz idi. Xalqına məxsus hər bir milli faciə və
vətəndaş qayğısı həm də ona, ilk növbədə bu xalqın ali təhsilli oğlu
Həsən bəy Məlikova aid idi.
“Mənim dərdli, əzabkeş millətim zülm, cəhalət içində bo-
ğul duğu bir məqamda mən rahat yaşaya bilmərəm. Hara ayaq
basıramsa, həmişə insanların müşkülü ilə üzləşirəm, onların
özlərindən öncə dərdləri qarşıma çıxır. Allahım, mənə həyatda
edəcəyim bütün işləri sən buyurdun, mənim taleyimi, həyat amalımı
sən müəyyən etdin, indi mənə həm də yetərincə güc və iradə ver
ki, sona qədər bu yolla gedə bilim. İndi mənim gücüm, ağlım,
mənəviyyatım, bir sözlə, hər şeyim özümə deyil, sənə məxsusdur.
Xalqımın, millətimin dərdlərinə çözüm üçün göndərilmişəmsə,
mənə bu yolda sona qədər dəstək ol, yetərincə güc və iradə ver,
ətrafımın işıqlı, ziyalı adamlarla dolu olmasına, xeyirxah işlərdə
onlarla birgə əl-ələ verməyimə şərait yarat”. Həsən bəy beləcə içi
ilə söhbət edirdi.
Sabah onu Bakıda ilk iş günü gözləyirdi. Necə olacaq? Kimlərlə
necə dil tapacaq, burada hansı ədalətsizliklə qarşılaşacaq, yaxud
özünə tərəfdaş qazanaraq uğurlar əldə edəcək, ya da haqsızlıqlarla
141
qarşılaşaraq yeni bir istefa ərizəsi yazacaqdı…
Fikirləşə-fikirləşə bu kiçik mənzili Həsən bir neçə dəfə var-
gəl etdi, sonrasa bəzi gündəlik zəruri şeyləri – ərzaq və s. almaq
üçün şəhərə çıxdı. Bakının soyuq yanvar küləyi axşam yağacaq
qarın müjdəsini verirdi. Küçə boyu kiçik sənətkar emalatxanaları,
ayaqqabı təmiri yerləri, pitixana, çayxana və s. dükanlar bir-biri ilə
sanki yarışırdı. Şüvəlan zəfəranının ətri pitixanaların qapısından
keçənlərə gəl-gəl deyirdi. Həsən bəy gündəlik çörək pulunu kiçik
təsərrüfatından güclə qazanan bu insanların taleyini düşünürdü:
“Yazıqların gün-güzəran, dolanışıq məsələlərinə başları elə qarış-
dırılıb, inkişaf və gələcək haqqında düşünməyə bir dəqiqə belə
vaxtları qalmır. “Yat-dur, ye-iç, başqa vacib işlərə vaxt, ma cal
tapmamış ailə qur, sonra da qocal, gücdən düş, heç nəyi ger çək-
ləşdirməyə ömrün çatmasın. Bax bütün siyasi oyunların kökündə
“millətin başının öz probleminə qarışdırılması” ideyası durur.
Mən cə, insanları təhsilə, maarifə aparan yol onların gündəlik
qayğılardan vaxt tapıb gələcəkləri haqqında düşünməklərindən
keçir. Hər bir adam anlasa ki, bütün insanlar oxuyub savadlı olarsa,
cəmiyyət də inkişaf edər, maddi və mənəvi inkişaf səviyyəsi də
yüksələr, pitixana, çayxanalarda müftə yeyib-içən qoçular da yoxa
çıxar, onda bəzi “ağa”lardan da yediyi yeməyin pulunu tələb etmək
olar, onda bütün naqisliklər aradan qalxar. İnsan düşüncəsinə elm,
təhsil hakim kəsildikcə, cəmiyyətin inkişafında azad düşüncə öz
yerini tutduqca, nə zalım məmurlar indiki kimi qanunsuz hərəkət
edə bilər, nə də savadlı insanlar onların azadlığına imkan verər.
Millətin inkişafı təhsillə başlayacaq, elmdən keçəcək, tərəqqiylə
nəticələnəcək. Eh, hələ nə qədər görüləsi işlərimiz var!” Həsən yol
boyu düşünürdü. O, qarşısından o tərəf, bu tərəfə keçib “qəzet alın,
qəzet alın” qışqıran uşağı görüncə: “Kaş bu millətin ana dilində
bir qəzeti olaydı, o zaman əhalini elliklə təhsilə, maariflənməyə,
oxuyub-yazmağa, savadlanmağa sövq etmək olardı,” – düşünüb
dərindən köks ötürdü.
Həsən dar küçə ilə addımladıqca qarşısına çıxan hər şeyi
diqqətlə müşahidə edir, qəlbində doğan suallarının cavabını tap-
mağa çalışırdı. Kirayədə qaldığı evdən o qədər də uzaq olmayan
Dostları ilə paylaş: |