743
dəy dilər. Onlar deyirdilər, Hacı qızları məktəbə başıörtülü qəbul
etdi, getdikcə yavaş-yavaş örtüklərini açdırdı. Başa salmağa ça-
lış dım ki, örtünüb-örtünməməyin fəzilətini Allahdan başqa bir
kimsə bilməz. Elə başı örtülü, çadralı xanımların yıxdığı evlər var
ki... Müasirlik “başını aç, namusunu at” demir ki… Mənəviyyat
təmizliyi, ədalət, səxavət, vicdan, iman, bunlar insan üçün xəlq
edilmiş ali keyfiyyətlərdir. Bu keyfiyyətləri daşıyan insanın istər
başı açıq olsun, istərsə də örtülü, heç nə dəyişməyir.
– Sabahkı tədbirə onları da çağırmısanmı?
– Bəli, çağırmışam.
Sona xanım qonaqların siyahısını bir də yoxladı. Mötəbər
qonaqların dəvətnamələri iki gün öncə çatdırılmışdı. Qızlar üçün
xüsusi hədiyyələr hazırlatmışdı.
Dəhlizdə qızların əl işlərindən ibarət incəsənət nümunələri,
şirniyyat çeşidləri nümayiş olunurdu. Bunlar məktəbdəki qızların
elm, təhsil almaqdan əlavə, həm də bacarıqlarını əks etdirirdi.
Üç gün öncə, may ayının doqquzu, on biri və on ikisində mək-
təbdə buraxılış imtahanları keçirilmişdi. Nəticələr o qədər yüksək
olmuşdu ki, Hacı Zeynalabdin sevincindən məktəbin Hamilər
Şurasının sədri kimi Sona xanıma, onun müavini Əlimərdan bəy
Topçubaşova, Həsən bəy Zərdabiyə, müəllimlərdən M.Sulkeviçə,
R.Terequlovaya, Z.Akimbetyeva və M.Məmmədbəyova təşək kü-
rünü bildirmişdi.
Bu imtahana Bakı Quberniya Qazısı Məhəmməd Kərim Mir
Cəfərzadə, axundlar Mirzə Əbu Turab, Hacı Molla Ruhulla, Yusif
Talıbzadə
175
dəvət olunmuşdular.
Müəllimə Səkinə Axundova, Şəfiqə Şeyxzadənin məktəbdə
verdiyi ilahiyyat dərsinin nəticələrini dünənki imtahanda ali dini
təhsil rəhbərləri tərəfindən yüksək qiymətləndirmişdilər. Hamı
təəccüblə etiraf edirdi ki, demək, elm və təhsillə birgə dini biliklərə
də yiyələnmək olarmış.
Bir neçə gün idi, bütün çayxanalarda, restoranlarda küçə və
175
Yusif Ziya Talıbzadə (1877-1923) – azərbaycanlı pedaqoq, siyasətçi, hərbçi
(general-mayor)
744
bazarlarda əsas söhbət mövzusu qızlar məktəbinin nəticələri idi.
Hamı danışırdı ki, sən demə, Hacı bu məktəbdə qızlara Quran da
öyrətdirirmiş. Bizə də deyirdilər, orada oxuyanlar dinsiz olacaq.
Hətta danışırdılar ki, Quran hafizliyini bu məktəbdəki qızlar
oğlanlardan tez başa vurub və daha yaxşı mənimsəyib.
Bakıda son bir ilin içərisində qızlar məktəbinə münasibət
kökündən dəyişmişdi. Altı-yeddi ay qabaqdan bir çox valideynlər
öz qızlarını məktəbə yazdırmaq üçün müraciət edirdilər.
Hacı, Həsən bəylə söhbətində etiraf edirdi:
– Sənin mənə söylədiyin: “Bütün mütərəqqi yenilikləri baş-
lan ğıcda insanlar inkar edir. İkinci mərhələdə onlar bu yenilikləri
yavaş-yavaş və ehtiyatla öz həyatlarına tətbiq edirlər. Bu mərhələdə
yeniliklə köhnəliyin mübarizəsi gedir və təbii ki, mütərəqqi olan
qalib gəlir. Üçüncü mərhələdə insanlar yeniliyin üstün cəhətlərini
tam dərk edərək, keçmişə birdəfəlik vida edirlər. Bu mərhələdə
gecikən insanlar hamıdan qabağa keçərək yeniliyi daha ifrat şə-
kildə həyatlarına tətbiq etməyə çalışırlar,” – fikri tam doğru çıxdı.
Məktəbimizə daxil olmaq istəyənlərin növbəti il üçün etdiyi
müraciətlərin sayı bunu hərtərəfli sübut etdi.
Həsən bəy bu məktəbdə təhsil alan hər bir qızı övladı kimi
sevirdi. O, sevincini Hacı ilə bölüşərək deyirdi:
– Hacı, hər bir təhsilli qız beş-altı ildən sonra bir-iki adama
təhsil versə, yaxud öz biliyini paylaşsa, gör bizim məmləkətdə
nə qədər savadlı, ziyalı insan artacaq, xüsusən də, təhsilli xanım-
larımızın sayı, Azərbaycan üçün bundan böyük uğur ola bilərmi?
Zaman gələr, neft də, sərvət də tükənər. Amma elm, təhsil və
savad paylaşdıqca artıb çoxalar. Bu məktəbi bitirən hər bir məzun
getdikcə bizim milli sərvətimizə çevriləcək. Bu sərvət sizin, bizim,
bütün millətin tükənməyən sərvətidir.
Həmin gün “Kaspi” qəzetində Hacının Sultan Krım Gireyə
176
yazdığı məktub çap olunmuşdu. Məktub Bakıda, Rusi ya mü səl-
176
Sultan Krım Girey (1838-1920) – Tavr quberniyasının ingilis əsilli
zadəganlarından törəmiş Krım nəslindəndir. Uzun illər gizli müşavir
kimi çalışıb. Bir müddət isə Qafqazda vətəndaş məsələləri üzrə Şurada
baş komandan olub.
745
manları arasında böyük rəğbətlə qarşılandı. Hacı qız məktəbinin
yaradılması ilə bağlı öz münasibətini belə ifadə edir di: “Mən
həmişə düşünmüşəm, indi də o fikirdəyəm, bizim məm ləkətimizi
nadanlıq və cəhalətdən yalnız ismətli, təhsilli və savadlı analar xilas
edə bilər. Müsəlmanların təhsilli olması ilə dindar ol ması arasında
heç bir ziddiyyət yoxdur. Müsəlman olmaqla təhsilli olmaq heç bir
ziddiyyət təşkil eləmir, əksinə, Qurani-Kərimdə də müsəlmanlara
təhsil təqdir olunur”.
Hacı, Həsən bəylə və Əlimərdan bəylə razılaşaraq, bəhs olu-
nan müraciətdə “Bakı qız məktəbinin islamlaşdırılması” ifadəsini
işlətmişdi. Şəhər əhlinin düşüncə və davranış normalarını nəzərə
alaraq, həm də özünün milli, dini normalara bağlılığından, ənənə-
lə rə sadiqliyindən çıxış edərək, Hacı, doğrudan da, bu məktəbin
müəyyən qədər islamlaşdırılmasını istəyirdi.
Buraxılış mərasimi çox təntənəli təşkil olunmuşdu. Əlli şa-
girddən ibarət İmperatriçə Aleksandra Fyodorovna adına Bakı Rus-
Müsəlman Qız Məktəbinin on beş nəfəri bu il məzun olurdu. Açılış
nitqindən sonra söz məktəbin təsisçisinə verildi. Hacı Zeynalabdin
hər şeydən öncə millətin ilk təhsilli xanımları ilə qürur duyduğunu
söylədi: “Əgər cənnət anaların ayağı altındadırsa, mən gələcəyin
anaları olan bu qızlarımla niyə fəxr etməyim?! Bu gün əminliklə
deyirəm ki, bu qızlar bir müddət sonra Azərbaycanın ən təhsilli,
dünyagörüşlü övladlarını yetişdirərək, onların tərbiyəsində böyük
rol oynayacaqlar. Baxın “Həyat” qəzetində “Vətən” şeiri çap olu-
nan məzunumuz Sona Axundovaya, bütün fənlərdən indiyəcən
yalnız bir dörd və əla qiymətlər alan Nabat Nərimanovaya, Səidə
Şeyxzadəyə, Məryəm Bayraməlibəyovaya və digər qızlarımıza.
Qızlarımız öz uğurları ilə heç bir oğlandan geri qalmır. Bir az
keçər, bu qızların hər biri bir müəssisənin rəhbəri, möhkəm zəmini
olan ailənin xanımı olar, xalqın, millətin yeni tarixinin binasını
qoyarlar. Mən sizinlə qürur duyuram, mənim əziz övladlarım!”
Bəzi müəllim və qonaqlardan sonra şagird Sona Axundova
da çıxış etdi. O, qara gözlü, qıvrım saçlı, hündürboylu, çox dilli-
dilavər qız idi.
Məktəbli qız ilk növbədə özlərinə mənəvi ata saydıqları Hacı
Dostları ilə paylaş: |