694
1902-ci il, Müzəffər şah
Qacar Bakı Qızlar Gimnaziyasında
Bakı Şəhər Qubernatorluğu və Şəhər Dumasından sentyabrın
13-də İran şahı Müzəffər şahın Qızlar Gimnaziyasındakı görü şü-
nün hazırlanma işi məktəbin Hamilər Şurasının üzvü Həsən bəyə
tapşırılmışdı. Qızlar gimnaziyası bütün Şərqdə ilk və yeganə pan-
sionat tipli müsəlman qız məktəbi sayıldığına görə, Əlahəzrət rus
imperatoru ll Nikolay Sankt-Peterburqa səfərə gələn İran şahı
Müzəffər Qacarın Bakıda qalacağı bir gün ərzində qız məktəbilə
tanışlığı səfər proqramına daxil etmişdi.
Həmin gün Əlimərdan bəy də Müzəffər şahı qarşılamaq
üçün gimnaziyaya gəlmişdi. Dumanın komissiya sədri kimi o,
İran şahının gimnaziya ilə tanışlıq mərasimində sonacan iştirak
edəcəkdi. Müzəffər Şah Bakı Qubernatorunun, Rusiyanın İrandakı
elçisinin və Dumanın bir neçə rəhbər şəxsinin müşayiəti ilə saat
11-də Hacı Zeynalabdinin açdırdığı qız məktəbinə daxil oldu.
Həsən bəyin sədrliyi ilə əvvəlcədən hazırlanmış xüsusi proqramla
məktəbdə şahı çox təntənəli qarşıladılar, şeirlərlə salamladılar.
Şah məktəbli qızların səhnədə rus və Azərbaycan dillərində ifa
etdiyi şeirləri və mahnıları çox maraqla, heyranlıqla izləyərək,
Azərbaycan dilində səhnədəki məktəbli qızlara təşəkkür etdi.
Şahın bir az sonra da salonda Həsən bəy və Əlimərdan
bəy lə Azərbaycan dilində danışması onu müşayiət edən rusların
diqqətindən yayınmadı. Hətta bunu görən Bakı qubernatoru Rusi-
yanın İranda xidmət edən böyük elçisinin qulağına nəsə pıçıldadı da.
Məktəbin müdirəsi Hənifə xanım qızların pansionat və məktəbdəki
dərs saatı, evdarlıq qabiliyyəti, mədəni davranış qaydaları, həmçinin
müxtəlif dilləri öyrənməsi haqqında qonaqlara rus dilində məlumat
vermək istərkən, şahın xanımı ondan mümkünsə türk dilində
danışmağı xahiş etdi. Bu məqamda salondakı rəsmi dairələri təmsil
edənlərin sifətində açıq-aydın narahatlıq hiss olundu.
Şahın xanımı az sonra zərif ağ baş örtüyü salmış qızlara ya-
695
xınlaşaraq Azərbaycan dilində onları salamladı, qızların milli, dini
ənənələrə belə hörmətlə yanaşmalarına valeh olduğunu söylədi.
Gimnaziyada kasıb ailələrdən olan qızların varlı qızlarla
bir likdə məktəbin hesabına pulsuz oxuması faktı İran şahını
təəccübləndirdi.
Şah Qız Məktəbi haqqında sahibkar milyonçu Hacı Zeyna lab-
dinlə ayrıca söhbət etdi, Hacının neft milyonçusu, həm də xeyriyyəçi
kimi fəaliyyət göstərməsini alqışladı. Məktəbdən ayrılarkən şahın
xanımı səhnədə tamaşa göstərən qızların hər birinə bir ədəd qızıl
medalyon bağışladı.
Hacı Zeynalabdin də əvvəlcədən hazırladığı xüsusi bahalı hə-
diyyəni Müzəffər şaha, onun xanımına, gələcək İran şahı Şahzadə
Məmmədəliyə təqdim etdi.
Müzəffər şah məktəbdən ayrılarkən Hacı Zeynalabdinə gə-
lə cəyin savadlı, təhsilli müsəlman analarını yetişdirmək üçün ya-
rat dığı möhtəşəm pansionata görə təşəkkür etdi: “Təkcə bu işə
gö rə Sizə qibtə etməmək mümkün deyil. Hələ digər fəaliyyətinizi
demirəm”.
Həsən bəy sonralar hərdən Zeynalabdin Tağıyevə zarafatla
deyərdi:
– Hacı, sən İran şahının qibtə elədiyi bir adamsan. Siz əbə diy-
yəti sağlığınızda qazandınız. Hacı, Makedoniyalı İsgəndər, Əmir
Teymur kimi dövlət başçıları, hətta döyüşlərdə yanlarınca tarixi
salnaməçilər gəzdirirdilər. Onların fəaliyyəti yazıya köçürülürdü.
Baş kəsmək, qan tökmək, işğal tarixi yazmaq şücaət hesab edilirdi.
Sizsə insanlığın, pulun, var-dövlətin, Allahın insana bəxş etdiyi
zənginliyin sınağından necə çıxmağın nümunəsini yaratdınız.
Məncə, siz bundan sonrakı fəaliyyətinizdə Rusiya və Avropa
ölkələrində Azərbaycana lazım olan mütəxəssislərin təhsil alıb
yetişməsinə də diqqətinizi artıracaqsınız.
Hacı Zeynalabdin də fəxarətlə Həsən bəyə söylərdi ki, gərək
mən indiyə qədər təhsil dalınca xaricə göndərdiyim çoxsaylı
gənclərin siyahısını qəzetdə dərc etdirim, qoy hamı onları tanısın.
696
1902-ci il, Şamaxı zəlzələsi
Həmin gecəni Həsən bəy yatağa çox gec uzansa da, uzun müd-
dət yuxuya gedə bilmədi. Bu günlərdə xəstəlikdən sonra ilk dəfə
idi onun gücü sanki birdən-birə artmışdı. O bu günlərdə Zərdabda
yarımçıq qoyduğu elmi əsərlərini tamamlamağa çalışırdı. Bir
təbiətşünas alim kimi o özünün müəyyən elmi müşahidələrini,
təhlillərini ümumiləşdirməyə çalışır, təbiət hadisələrinin səbəb və
nəticələrini təhlil edirdi.
Həsən bəy realist bir alim olmaqla yanaşı, həm də gözünü
açıb həyatı anladığı ilk günlərdən Allahını tanıyaraq, külli-kaina-
tın mütləq idarəedicisi olduğunu dərk etmişdi. O, həyatda hər bir
şeyin sadədən mürəkkəbə doğru inkişafının həm elmi əsaslarını
anlamağa, həm də insanın adi təxəyyül gücünə, iradəsinə sığmayan
ilahi varlığı qavramağa çalışırdı. Belə qarışıq düşüncələr içində
o bu gecə çox çətinliklə yuxuya getdi. Həmin gecənin açılan
sabahında bakılılar Şamaxıdan gələn qara xəbərdən sarsıldı.
İnsanlar gün ərzində yaşadıqları həyatın üzücü ağırlığını
unutdurmaq üçün işdən sonra evə tələsər, doğma ocağında, evində
dincələrdilər. Hər kəsdən və hər şeydən bezib sakitliyə çəkilmək
istəyənlər də, acanda, susayanda rahatlanıb bir hovur yuxu almaq
istəyənlər də ilk növbədə, əlbəttə, öz evinə üz tutar. Zəlzələ in-
san ları evində yuxuda ikən yaxalamışdı. Həmin gecə bir anın
içərisində şamaxılılar min əzabla qurduğu ocaqları məhv olmuşdu.
Zəlzələnin qəzəbi bir yurdu xarabalığa çevirmişdi. Minlərlə insan
– uşaq, qoca, qadın, kişi bir gecədə uçqun altında qalaraq məhv
olmuşdu. Zalım zəlzələ neçə-neçə ocağı yerli-dibli söndürmüşdü.
Xəbər bir anın içində hər tərəfə yayılmışdı. Bakıdan, ət raf
bölgələrdən, Rusiyada yaşayan müsəlman xeyriyyə cəmiy yət-
lərindən Şamaxının sağ qalan əhalisinə yardımlar gəlirdi.
Həsən bəy dərhal Bakıda Şamaxı zəlzələsindən zərər çə kən-
lərə yardım komissiyası yaratdı. Bu komissiya bir neçə günün
içərisində xeyli iş gördü. Bir qrup ziyalılar Şamaxıya getdilər.
Əvvəlki şəhərdən əsər-əlamət yox idi. Bir vaxtlar güllü-güzarlı
Dostları ilə paylaş: |