açıq cəmiyyət tipinə daha yaxındır.
Şaquli mobillik cəmiyyətdə müəyyən dərəcədə mövcud
olduğuna görə ictimai ierarxiyanın səviyyələri arasında fə rd ə-
lərin bir təbəqədən başqasına yuxarı və ya aşağı yerdəyişm ə
sinin yollan olmalıdır. Sosiologiyada onlar «sosial mobillik
kanalları» adlanır. Bu, insanın ictimai ierarxiyada öz vəziyyə
tini dəyişdirdiyi sosial institutlar və təşkilatlardır. Sosial m o -
billiyin əksər cəmiyyətlərdə mövcud olan ən mühüm kanalları
ordu, kilsə, məktəb, siyasi, iqtisadi, mədəni və həmkarlar tə ş
kilatlan, ailə və nigahdır. Şübhəsiz ki, bu kanallardan başqa
ayrı yollar da vardır, lakin onlar az əhəmiyyətlidir.
Bütün dövrlərdə yuxanda xatırlanan institutların hər biri
m üəyyən cəmiyyətdə konkret anda bu və ya digər dərəcədə
mühüm rol oynayıb. Ordu müharibə və sosial sarsıntılar
dövründə böyük rol oynayır, lakin sülh şəraitində onun ə h ə
miyyəti nisbətən azalır. Orta əsrlərdə kilsənin əhəm iyyəti
böyük idi, hazırda isə onun əhəmiyyəti xeyli azalmışdır. B u
na bənzər çox misallar gətirmək olar.
Öz konkret formalarını və miqyaslarını dəyişən şaquli
mobillik kanalları stratifıkasiyalı cəmiyyətdə mövcuddur və
onların cəmiyyətdə rolu insan orqanizmində qan damarlarının
əhəm iyyəti qədər mühümdür.
90
FƏSİL V
SOSİAL-ETNİK MÜNASİBƏTLƏRİN
SOSİOLOGİYASI
§1. Sosial-etnik münasibətlərin mahiyyəti və
səciyyəvi cəhətləri
Sosial - etnik münasibətlərin öyrənilməsi xüsusi sosio
loji nəzəriyyələr sistemində mühüm yer tutur. Bu onunla izah
edilir ki, sosial - etnik münasibətlər sosial münasibətlər sis
teminin çox mühüm və əhəmiyyəti daim artmaqda olan istiqa
mətlərindən biridir. Onun əsas məzmunu millətlər və digər
etnik birliklər arasında sosial həyatın istehsalı və təkrar isteh
salı prosesində qərarlaşan əlaqə və münasibətlərin
məcmu
sundan ibarətdir.
Sosial - etnik birliklər bununla səciyyələnir ki, onlarda
insanların bir - biri ilə sıx əlaqədə olan iki tərəfi-sosial və
etnik əlamətləri üzvü şəkildə birləşir. Həmin birlik formala
rında sosial əlam ətlər çox vacib və əhəmiyyətli yer tutur.
Bununla yanası onlar həm də etnik keyfiyyətlər və xüsusiyyət
lərlə səciyyələnirlər.
Sosial göstəricilərin, yəni bütövlükdə cəmiyyətin və
onun struktur elementlərinin yetkinlik dərəcəsindən asılı ola
raq bu və ya digər sosial - etnik birliyin fəaliyyətinin və inki
şafının siyasi, iqtisadi, sosial və mənəvi keyfiyyətləri müvafiq
surətdə artır və ya azalır.
İnsanların sosial - etnik münasibətlərinin müasir, mü
rəkkəb mərhələsi elə bir tennindən istifadəni zəruri edir ki,
bu termin onların sosial mahiyyətini inkar etmədən ctııik dər
kini də dolğun əks etdirsin. Belə bir anlayış etnosdur. Etnos
tarixən müəyyən ərazidə yaşayan, mədəniyyət (dil də daxil
olmaqla) və psixoloji xarakterin bəzi xüsusiyyətlərinə,
eləcə də özünəməxsusluğunu və başqalarından fərqlərini
dərk edən insanların sabit məcmusudur.
Etnosun əsas əlamətləri - dil, xalq incəsənəti, adətlər,
ənənələr, mərasimlər, davranış normaları və vərdişlərdir,
yəni mədəniyyətin elə komponentləridir ki, onlar nəsildən
91
nəsilə keçir və beləliklə etnik mədəniyyəti formalaşdırır. İn
sanların bu cür dayanıqlı birliyi onların sosial xüsusiyyətlərinin
vacibliyini ifadə etməklə yanaşı, həmişə
özünün
etnik mənsu
biyyətini saxlamağa çalışır. Bu, həm bütöv etnosa, həm də
onun tərkib hissəsi olan etnik qruplara da aiddir. Etnik qruplar
həm kompakt, həm də yayılmışvəziyyətdə ola bilirlər.
Sosial - etnik münasibətlərin tarixi təkamülü qəbilə, tay
fa, xalq və millət kimi birlik formalarından keçərək bu günə
gəlib çatmışdır.
İlk qədim etnik birlik forması ibtidai icma cəmiyyətində
yaranmış qəbilə hesab olunur. O, qan qohumluğuna əsaslanırdı.
Bununla yanaşı, qəbilə daxilində birləşən insanlar mənafe
ümumiliyinə, yaşayış məskəni, dil, adət və etiqadlar ümumiliyi
nə də malik olmuşlar. Öz tərkibində təxminən 30 - 50 nəfəri
əhatə edən icma qəbiləsinin üzvləri əvvəllərdə ana xətti (matri-
arxat), sonralar isə ata xətti ( patriarxat) ilə müəyyən olunurdu.
İbtidai cəmiyyətin son dövrlərində iki və daha çox qəbi
lənin birləşməsi nəticəsində tayfa adlı yeni etnik birlik forması
təşəkkül tapdı. Qəbiləyə xas olan əsas əlam ətlər (qan qohum
luğu, dil və ərazi ümumiliyi, adət və etiqadlar ümumiliyi və s.)
tayfada da özünü göstərmişdir. Bununla yanaşı tayfa birliyində
əvvəla, sayca daha çox insanlar birləşirdi (bir neçə yüz nəfər
dən min nəfərə qədər), sonra, tayfanın öz adı mövcud idi. Nə
hayət, tayfa vahid mədəniyyət ünsürlərinin daha çox inkişafı
ilə səciyyələnirdi.
Qəbilə və tayfalar cəmiyyətin inkişafında öz dövrünə
görə çox mühüm rol oynamışlar. Bununla belə, ic timai həyatda
baş verən dəyişikliklər (təsərrüfat funksiyalarının mürəkkəb
ləşməsi, ünsiyyətin və gediş - gəlişin artması, ailə - nigah
münasibətlərin inkişafı və s.) prinsipcə yeni etnik birliyin ya
ranmasını zəruri edirdi. Bu tarixi tələbatın nəticəsi kimi yeni
tarixi birlik forması olan xalq formalaşdı.
Sinfi münasibətlərin inkişafı ilə bağlı olaraq bu formanın
yenisi ilə əvəz olunması prosesi getsə də, bir çox xalqlarda
nəsil - tayfa bölgüsünün qalıqları indi də saxlanılmaqdadır.
Hazırda onlar Asiyada, Afrikada, Amerikada və Rusiyanın Şi
92
mal ərazisində mövc uddur. Qan qohumluğu, klan və tayfaçı-
lıq əlamətləri hazırki dövrdə də özünü biruzə verməkdədir.
Xalqda sosial xüsusiyyətlər, əlamətlər çox mühüm rol oynayır.
Əvvəlki birlik formalarından fərqli olaraq xalq qan qohum
luğuna deyil, təsərrüfat və mədəniyyət əlaqələrinin ümumiliyinə
əsaslanırdı. Xalqı yeni birlik forması kimi səciyyələndirən əsas
cəhət budur ki, o, artıq sırf etnik birlik forması deyildir. O, ilk də
fə olaraq, sözün əsl mənasında sosial - etnik birlik forması ma
hiyyəti kəsb etmişdir. Xalq daha mütərəqqi birlik forması kimi
iqtisadiyyatın,
sosial əlaqələrin və mədəniyyətin inkişafında
mühüm rol oynamışdır. Lakin ictimai tərəqqi gedişində xalqın da
birlik forması məhdudluğu özünü göstərməyə başladı. Nəticədə
feodalizmin dağılması və kapitalizmin təşəkkülü dövründə insan
ların keyfiyyətcə yeni birliyi - millət yarandı.
Müasir sosioloji ədəbiyyatda milli - etnik problemlər
təhlil edilərkən daha çox “millətlərarası” və ya “milli müna
sib ətlər” terminlərindən istifadə edilir. Həqiqətən də, XX
əsrdə məhz millətlərarası münasibətlər müasir sosial müna
sibətlər sistemində çox mühüm yer tutur. Buradan aydındır ki,
tarixi birliklər arasındakı münasibətlərdən söhbət gedərkən
birinci növbədə millət anlayışına diqqət yetirilməlidir.
Millət tarixən formalaşmış etnos tipi olub, iqtisadi
həyatın, dilin, ərazinin ümumiliyi ilə, mədəniyyətin, m əişə
tin, psixoloji durumun və etnik xarakterin bəzi xüsusiyyət
ləri ilə səciyyələnən insanların xüsusi tarixi birliyidir.
M illət xalqa nisbətən daha geniş tarixi birlik forması olub,
kapitalizmin meydana çıxması və inkişafı ilə bağlıdır.
Millətlərin xalqlan tarixi əvəzloməsi o demək deyildir ki,
ikincilər yer üzündən silinmişdir. Xalq tarixən insanların tayfa
birliyindən sonra gələn sosial-etnik birlik formasıdır. Onun
meydana gəlməsinin başlanğıcı quldarlıq quruluşunun dağıl
ması dövrünə təsadüf edir. Əgər tayfa birliklərinin səciyyəvi
cəhəti onların qan qohumluğuna əsaslanan əlaqələri idisə,
xalqlar üçün bu ərazi və təsərrüfat əlaqələridir. Xalq anlayışı
sözün əsl mənasında feodalizm cəmiyyətinin məhsuludur. La
kin xalqlar sonrakı cəmiyyətlərdə də mövcuddur. Çünki onlar
93
Dostları ilə paylaş: |