adamların işdən çıxarılmasında, qeyri-yerli əhalinin hüquqla
rının pozulmasında, milli şovinizmidə və s. özünü göstərir.
Etnik münaqişələrin qızışdırılmasında bir sıra kütləvi
informasiya vasitələri də əhəmiyyətli rol oynamışlar və indi
də belə bir rol oynamaqda davam edirlər. B əzən informasiya
vasitələrində verilən məlumatlar qərəzli olur, bir xalqın digə
rinə qarşı nifrətini formalaşdırmağa xidmət edir.
Nəhayət, etnik münasibətlərin müas ir mərhələdəki böh
ranı ictimai proseslərin idarə olunmasının qeyri-effektivliyi,
hakimiyyətin m üxtəlif strukturlarının fəaliyyətinin bir-biri
ilə razılaşdınlmaması, hətta bəzi hallarda qarşı-qarşıya
durması, yaranmış problemlərin həlli texnologiyasının ol
maması, bəzən beynəlxalq təşkilatların bu münaqişələrə
ikili standartlarla yanaşması, bu və ya digər səbəblərdən
onların həllini istəməməsi ilə izah edilməlidir.
§3. Milli - etnik problemlərin həlli yolları
M illi-etnik münasibətlərin tənzim olunması sahəsində
aparılan işdə aşağıdakı iki istiqaməti nəzərə almaq lazımdır.
Birincisi, bütövlükdə cəmiyyətin effektiv fəaliyyətini
təmin etməyin zəruri şərti kimi əhalinin bütün qruplarının, o
cümlədən milli-etnik icmaların normal irkişafına əlverişli şə
rait yaradılması, etnik mühitdə münaqişəli vəziyyətlərə, böh
ran hallarına yol verilməməsi və onların qarşısım almaq tex
nologiyalarının işlənib hazırlanmasıdır.
İkincisi, milli-etnik birliklərin və qrupların həyat tərzi
ilə həmin ərazidə (kənddə, rayonda, vilayətdə və bütün ölkə
də) yaşayan milli azlıqların həyat şərai:i arasında uyğunluq
yaratmağa yönələn fəaliyyətdir.
Etnik mühitdə sosial tərəfin xüsus yyətləri, hər şeydən
əvvəl,
sosial-etnik birliklərin ayrı-ayrı qruplarının özünə
məxsusluğu ilə əlaqədardır. Bu həm problemin özünün, həm
də əhalinin bu qruplarının etnik mühiti ilə şərtlənən m əsələ
lərin birgə həllini nəzərdə tutur.
Bütövlükdə etnik mühitin səmərəli ləşkili işi bir-biri ilə
sıx bağlı olan aşağıdakı üç səviyyədə aparıla bilər:
98
1. Dövlət səviyyəsində müxtəlif sosial-etnik birliklər
arasındakı münasibətlərin hüquqi tənzimlənməsi təmin olun
malı, millətlərarası münasibətlər sahəsində düzgün sosial siya
sət formalaşdırılmalı və həyata keçirilməlidir. Etnik birliklərin
inkişaf imkanlarını məhdudlaşdıra biləcək sosial ədalətsizlik
halları aradan qaldırılmalıdır.
2. Sözügedən müddəaların həyata keçirilməsi təmin
edilməlidir. Xalqların milli özünəməxsusluğunun süni surət
də silinməsinə aparan müasir texnoloji sivilizasiyanın, urba
nizasiyanın və küıləvi mədəniyyətin yayılması ilə bağlı
proseslərin qarşısı alınmalıdır. Bununla yanaşı m üxtəlif so
sial - etnik birliklərin nümayəndələri, yerli və gəlmə sa
kinlər arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin
formalaşmasına səy göstərilməlidir.
3. Yerlərdə sosial-etnik birliklərin nümayəndələrinin
yaşadığı şəraitə uyğunlaşması, onların məskunlaşması, təhsili,
tibbi xidmətin təşkili ilə bağlı konkret vəzifələr həll edilməli
dir. Sonra, hər bir etnosun nümayəndələrinə öz milli adət və
ənənələrini, psixologiyasını vo mədəniyyətinin etnik kompo
nentlərini qoruyub saxlamaqda köməklik göstərilməlidir.
Xalqların öz ərazisində yerləşən və onların həyat tələbatını
ödəyən təbii ehtiyatlardan müstəqil istifadə etməsinə şərait
yaradılmalıdır. Bu vəzifələrin yerinə yetirilməsində bütün ha
kimiyyət orqanları, bütün sosial institutlar, o cümlədən so
sial xidmət müəssisələri böyük rol oynamalıdır.
Göründüyü kimi, milli-etnik problemlərin həllinin bütün
aspektlərində başlıca rolu sosial siyasət oynayır. Məhz buna
görə də cəmiyyətin siyasi təşkili sistemində sosial - etnik bir
liklərin həyatının bütün tərəfləri ilə, o cümlədən milli m əsələ
lərlə məşğul olan orqanlar yaradılmalıdır. Bununla əlaqədar
qeyd edək ki, müsləqillik əldə edildikdən sonra respublika
mızda milli siyasət m əsələləri üzrə dövlət müşaviri (1992-ci
ildən bu günə qədər) vəzifəsi məhz bu funksiyaların yerinə
yetirilməsi məqsəddə yaradılmışdır. Bu qəbildən olan orqan
ların fəaliyyətinin effektivliyi bütövlükdə cəmiyyətin inkişaf
səviyyəsindən, ictimai proseslərin necə idarə olunmasından,
99
ölkənin inkişafının m üxtəlif m ərhələlər ndə dövlətin sosia'i
siyasətinin məzmunundan və istiqamətlərindən asılıdır.
Aydındır ki, millətlərarası və etnik m ünasibətlər cə
miyyət həyatının bütün sahələrində, ictimai münasibətlərin
m üxtəlif səpgilərində təzahür edir. Buna görə də h əm in sa
hələrin hər birində səm ərəli, elmi milli si/asət yeritm ək tələb
olunur. Məsələn, siyasi sahədə diqqəti mərkəzi və yerli ha
kimiyyətlər arasındakı münasibətlərin qumlmasma, m illi qu
rumların maraqlarının uyğunlaşdınlmasma yönəltm ək lazım
dır. Öz-özünü tənzim ləm ə fəaliyyətini genişləndirmək pro
blemi milli - dövlət quruluşu olmayan milli qrup və birliklər
üçün daha çox aktualdır.
Sosial sahədə m illi-ərazi qurumlar nda kadrların se
çilməsi və yerləşdirilməsi
m əsələləri,
bütün
xalqlann
nümayəndələrinin işgüzar və siyasi
keyfiyyətlərinə
görə
rəhbər vəzifələr tutmasına bərabər imkanlar yaradan, döv
lət işçilərinin milli mənsubiyyətə görə seçilməsində ədalət
sizliyi istisna edən tədbirlərin görülməs mühüm əhəmiyyət
kəsb edir.
Siyasi strukturların mühüm vəzifələrindən biri milli -
etnik münasibətlərin inkişafının proqnozlaşdırılması kimi ida-
rəedici funksiyanın həyata keçirilməsi olmalıdır. Bütün bun
lar millətçi ruhlu elementləri vaxtında aşkar etməyə, hadisə
lərin mənfi inkişafını qabaqlamağa imkan yaradır.
Milli - etnik münasibətlərin həllində, əhalinin müxtəlif
sosial - etnik qruplarının hüquqlarına, sosirl müdafiəsinə həsr
olunan və ya buna aid maddələri olan beynəlxalq sənədlə
rin göstərişlərinin yerinə yetirilməsi mühüm rol oynayır. Be
lə sənədlər “İnsan Hüquqları Ümumi Beyannamə”si (BMT-
nin Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə qə
bul olunub), «Milli və ya etnik dini və dil azlıqlarına məxsus
şəxslər haqqında Bəyannamə» (İnsan Hüquqları üzrə Komi
tə tərəfindən 1993-cü ildə qəbul olunub) və s. aid edilə bi
lər.
Hər bir ölkə beynəlxalq sənədlərin əsas müddəalarını
yerinə yetirməyə, eləcə də milli-etnik problemə aid özünün
100
milli qanunverici və digər sənədlərini həyata keçirməyə ça
lışmalıdır. Azərbaycanda bu qəbildən olan m əsələlər Konsti
tusiyada hərtərəfli əsaslandırılmış və hüquqi cəhətdən təsbit
olunmuşdur. Bundan əlavə, “Məcburi köçkünlər və onlara
bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" (1999)
və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində
köçürülmüş şəxslərin) statusu haqqında” (1999) və s. aktla
rın da xüsusi rolunu qeyd etmək lazımdır. Bu sənədlərdə
söhbət cinsindən, irqindən, milliyyətindən, mənşəyindən və
dil fərqindən asılı olmayaraq insanların bərabər hüquqlarının
təminatından, qaçqın, məcburi köçkün vəziyyətinə düşmüş
vətəndaşlara qayğı göstərilməsindən gedir.
Beynəlxalq dünya birliyinə və keçmiş Sovet İtttifaqına
daxil olan ölkələrin təcrübəsi göstərdi ki, artıq yaranmış və
kəskinləşən ernik konfliktlərə tezliklə, fövqəladə reaksiya me
xanizmlərinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu
mexanizmlər münaqişəli vəziyyətlərin qarşısını ala bilən
xüsusi
özünümüdafiə dəstələrinin yaradılmasını, ayrı-ayrı
rayonlarda fövqəladə vəziyyətin elan edilməsini, qanunsuz si
lahlı birləşmələrin buraxılmasını, cinayət işlərinin dərhal
açılmasını və s. birləşdirə bilər. Tam qətiyyətlə demək olar ki,
əgər bu tədbirlərin bir hissəsi vaxtında Dağlıq Qarabağda
(Xankəndində) tətbiq edilsəydi, vəziyyət nəzarətdən çıxmaz
və məlum hadisələr baş verməzdi. Bu baxımdan etnik, m illət-
lərarası münaqişələrin həlli ilə bağlı beynəlxalq və ölkodaxili
təcrübənin nəzərə alınması vacibdir.
Milli-etnik
münaqişələrin
qarşısının
alınmasında
m üxtəlif yöniımlü ictimai birliklər, sosial institutlar, elm və
incəsənət xadimləri, görkəmli yazıçılar, tanınmış m ədə
niyyət xadimləri mühüm rol oynaya bilərlər. Təəssüflə qeyd
etməliyik ki, Dağlıq Qarabağla bağlı məlum hadisələr zamanı
erməni ziyalıları bu proseslərdə tamamilə əks - provakasion
mövqedən çıxış etmişdilər.
İqtisadi sahədə sosial-etnik birliklər arasındakı qarşılıq
lı münasibətlər, iqtisadi - təsərrüfat əlaqələri təbii-coğrafi,
milli-tarixi və tarixən yaranmış əmək bölgüsünü nəzərə alaraq
101
Dostları ilə paylaş: |