Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə32/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   73

Formalaşmasına və davranışına görə kütləni bir neçə növə ayırmaq mümkündür. 
Təsadüfi  kütlə.  Bu  kütlə  məlum  olmayan  struktura  malikdir.  Belə  bir  kütləyə  nümunə  insanlann  adətən 
küçədə qeyri-adi hadisə baş verdikdə toplanması ola bilər (tanınmış şəxsə rast gəlinməsi, avtomobil toqquşması və s.). 
Bu növ kütlədə insanları ya əhəmiyyətsiz bir məqsəd, ya da tam mənasız «vaxt keçirmə» eyni araya gətirir. Fərdlər zəif 
emosiyaya qapılıb təsadüfi kütləyə cəlb oluna və çox asanlıqla da oradan aynla bilərlər. Bəzən də elə ola bilər ki, 
şəraitin dəyişməsi ilə əlaqədar kütlənin quruluşu da dəyişər və böyük vəhdət yaranar. 
Şərtləşdirilmiş kütlə əvvəldən planlaşdırılmış və müəyyən struktura malik insanlar toplusudur. Bu hal kütlə 
üzvlərinin  davranışının  əvvəlcədən  müəyyən  edilmiş  sosial  normalann  təsiri  altında  olması  ilə  şərtlənir.  Məsələn, 
tamaşaya toplanmış kütlə teatrda, stadionda, iclasda və s. özünü müxtəlif şəkildə apanr. Bütün bunlar şərtləndirilmiş 
kütlə növləridir. 
Ekspressiv  kütlə.  Bu,  sosial  kvaziqrupdur.  Adətən  burada  kütlənin  üzvlərinin  şəxsi  təminatı  və  insanlann 
fəallığı məqsəd və nəticəni bildirir. Məsələn, rəqslər, dini mərasimlər və s. 
Fəaliyyətdə olan kütlə. «Fəaliyyətdə olan» dedikdə, kütlənin hərəkətinin tam kompleksi nəzərdə tutulur. Bu, 
hiddətlənmiş yığıncaq və ya ekstremal növlü davranış toplusudur. Adətən hərəkətdə olan kütlənin sosial proseslərinin 
tədqiqi zamanı kütlənin bu növü daha çox fərqləndirilir, əhəmiyyətli hesab edilir. 
Fəaliyyətdə olan kütlənin çox mühüm forması toplantılardır. Bu toplantılar zorakı hərəkətlərə sövq olunmuş 
emosional şəkildə qızışdırılmış kütlədir. Toplantılarda adətən özlərinin aqressiv niyyətlərində məqsədyönlü olan və 
kütlə  iştirakçılarından  ciddi  konformizm  tələb  edən  məqsədyönlü  [135  -  136]  liderlər  olur.  Toplantıların  hərəkəti 
bilavasitə hansısa müəyyən obyektə istiqamətlənir və qısamüddətli xarakter daşıyır. Bundan sonra toplantı bir qayda 
olaraq dağılır. Toplantılara ən çox yayılmış nümunə məhdud istiqamətdə olan «daşqalaq edilmiş» kütlədir. 
Linclənmiş kütləyə daxil olan insanlar adi həyatda heç də qəddar və fəal hərəkətdə olan toplanü iştirakçısını 
xatırlatmır. 
Fəaliyyətdə olan toplantının digər mühüm forması üsyankar kütlədir. Bu, dağıdıcı və zorakılığın kollektiv 
partlayışıdır. Belə kütlə toplantıdan onunla fərqlənir ki, üsyankar kütlənin davranışı nisbətən strukturludur, məqsədi 
məhduddur  və  nisbətən  qeyri-sabitdir.  Həmin  kütlə  müxtəlif  məqsədli  qruplardan  ibarət  ola  bilər.  Onlann  qrupları 
müxtəlif olsa da, son məqamda eyni formada olurlar. Belə kütlə növü xaricdən təsadüfi təsirlərə məruz qalır, onlann 
hərəkəti əksər hallarda gözlənilməz təxribatla yekunlaşır. 
Sosioloji  tədqiqatlann  nəticələri  göstərir  ki,  sözügedən  tipli  kütlə  əksər  hallarda  ictimai  qaydalan  pozur, 
qanunsuz  hərəkətlərə  yol  verir.  Yəqin  ki,  bu,  ilk  növbədə,  onlann  hərəkətlərinin  anonim  qalacağına,  bununla  da 
cəzadan kənarlaşa biləcəyinə əminliklə bağlıdır. 
Kütlənin yaranma mexanizmi, fəaliyyətdə olan kütlədə insanlann destruktiv davranışı həmişə tədqiqatçılan, 
sosioloqlan maraqlandıran mühüm məsələlərdəndir. Fəaliyyətdə olan kütlənin davranışı ilə bağlı sistemli nəzəriyyənin 
ilkin  variantım  1895-ci  ildə  fransız  alimi  Q.  Lebon  irəli  sürmüşdür.  Onun  «Kütlə  psixologiyası»  adlı  əsəri  daha 
əhəmiyyətlidir. Onun fikrincə, Avropa cəmiyyəti öz inkişafında yeni dövrə - «kütlə erasına» qədəm qoyur. Bu zaman 
şəxsiyyətdə təcəssüm olunan zəkayauyğun tənqidi başlanğıc irrasional kütləvi şüur tərəfindən əzilir. Lebon qeyd edir 
ki, kütlədə hər bir adamm fikirlərinin gedişi kütlənin ümumi əhval-ruhiyyəsi ilə istiqamətlənir. İnsan kütlə içərisində nə 
qədər çox qalırsa, onda reallıq hissi də bir o qədər azalır, kütlənin təsirinə daha çox məruz qalır. [136 - 137] 
Aydındır  ki,  «kollektiv  cəhd»  bütün  insanlara  e}mi  dərəcədə  təsir  etmir.  Təsiretmə  qabiliyyəti  cəmiyyətin 
aşağı təbəqələrindən olan və fərdi cəhətdən intellektual səviyyəsi aşağı olan insanlarda daha çox hiss edilir. 
Kütlənin  tədqiq  edilməsi  ilə  bağlı  digər  istiqamət  Amerika  sosioloqu  R.  Temerin  1964-cü  ildə  işləyib 
hazırladığı «törəyən» normalar nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə, kütlənin davranışı qarşılıqlı fəaliyyət prosesində 
kütlədə spesifik normalar kompleksinin yaranması və sürətlə inkişaf etməsindən ibarət olan sosial prosesdir. O, belə 
hesab edir ki, fəaliyyətdə olan kütlədə insanlann məqsədi əvvəl müxtəlif olur, bəziləri fəal iştirakçı, digərləri passiv 
müşahidəçi  kimi  çıxış  edir,  başqalan  isə  öz  fikirlərini  deməklə  kifayətlənirlər.  Lakin  fərdlərin  qarşılıqlı  fəaliyyəti 
zamanı  kütlədə  sürətlə  yeni  normalar  yaranmağa  başlayır.  Beləliklə,  kütlənin  davranışını  idarə  etmək  üçün  bu 
normalann törənmə mənbəyinə, daşıyıcılanna və onlan yaradanlara məqsədyönlü təsiretmə imkanlannı müəyyən etmək 
lazımdır. [137 - 138] 
56 


VII
 FƏSIL
 
SOSIAL MOBILLIK
 
1.
 
Sosial mobillik anlayışı 
Sosioloji tədqiqatlann nəticələri göstərir ki, istedadlı şəxsiyyətlərin istənilən ictimai təbəqələrdə və siniflərdə 
olmasr  real  faktdrr.  Əgər  sosial  nailiyyət  üçün  heç  bir  maneə  mövcud  deyilsə,  onda  5diksək  sosial  mobilliyin 
müvəffəqiyyətini  gözləmək  olar.  Lakin  araşdırmalara  görə  deyə  bilərik  ki,  təbəqə  və  siniflər  arasmda  fərdlərin  bir 
qrupdan  digərinə  sərbəst  keçidləri  üçün  müəyyən  maneələr  mövcuddur.  Ən  başlıca  maneələrdən  biri  sosial  sinfin 
nümayəndəsinin həmin sinfln mədəniyyətinə uyğun tərbiyə olunmasıdır. 
Sosial bərabərsizlik problemi həmişə belə bir sualın meydana çıxmasına səbəb olur: fərd öz qüvvəsi ilə özünün 
statusunu  5diksəldə  və  nüfuzluluq  şkalasmda  ondan  yuxanda  yerləşən  sosial  təbəqəyə  daxil  ola  bilərmi?  Bu  sualın 
cavabı sosioloji ədəbiyyatda müxtəlif cür şərh edilir. Bəzi tədqiqatçılara görə, müasir cəmiyyətlərdə bütün insanlann 
start imkanlan bərabərdir və əgər fərd müvafiq cəhd göstərərsə, o, mütləq sosial mobilliklə bağlı uğur qazana bilər. Çox 
vaxt bu fikri sübut etmək üçün sıfırdan başlayan milyonçulann karyerasını və adi ailələrdən çıxan, sonra kinoulduzlara 
çevrilən qızlan nümunə göstərirlər. Digər qrup müəlliflər isə yaradıcı işlə məşğul olan ziyalılann ailəsində doğulmuş 
uşaqlann gələcəkdə fiziki əmək fəaliyyəti sahəsində məşğul olması ehtimalının olduqca aşağı olduğunu vurğulayaraq 
heç  də  insanların  sosial  nailiyyət  üçün  bərabər  imkanlara  malik  olmadrğrnr  qeyd  edirlər.  Məsələn,  nazir  və  fəhlə 
övladlannrn  5üiksək  vəzifəyə  təyin  olunma  imkanlan  müxtəlifdir.  Məhz  buna  görə  də  sözügedən  fikri  vurğulayan 
tədqiqatçrlar cəmiyyətdə [138 - 139] 5diksək nailiyyət əldə edilməsi üçün yalnrz bacanq və qabiliyyətlə çalrşmağm 
kifayət etməsi haqqındakı ümumi nəzəri fikrin əsassız olduğunu iddia edirlər. 
Yuxanda deyilən fikirlər təsdiq edir ki, hər bir sosial dəyişiklik az və ya çox dərəcədə mövcud maneələri dəf 
etməklə həyata keçirilir. Hətta insanlann bir yaşayış yerindən digərinə köçməsi zamanı yeni şəraitə uyğunlaşması üçün 
müəyyən müddət tələb olunur. 
Fərdlərin  sosial  stratifikasiya  sistemində  bir  qrupdan  digərinə  keçməsi  sosial  mobillik  adlanır.  «  Sosial 
mobillik» anlayışı sosiologiyaya 1927-ci ildə P. Sorokin tərəfindən gətirilmişdir. O, mobilliyi iki növə ayınr: üfüqi və 
şaquli. Fərd və sosial qrupun öz sosial statusunu, cəmiyyətin sosial strukturunda tutduğu yeri dəyişməsi sosial mobillik 
adlanır. P. Sorokin sosial mobillik dedikdə, yalnız fərdlərin və ailələrin bir sosial qrupdan digərinə keçməsini deyil, 
bütövlükdə sosial vəziyyətin dəyişməsini başa düşürdü.’ 
Cəmiyyətdə  sosial  mobilliyin  mövcudluğunun  iki  əsas  səbəbi  vardır.  Əvvəla,  tarixi  inkişaf  nəticəsində 
cəmiyyətlər daim dəyişir, sosial dəyişikliklər isə əməyin bölgüsünü dəyişdirir, yeni statuslar yaradır və köhnələri yenisi 
ilə əvəz edirlər. İkincisi, elita təhsil almaq üçün imkanlan inhisara ala bilər. Lakin o, istedad və qabiliyyətlərin təbii 
paylanmasını  nəzarətdə  saxlamaq  iqtidarmda  deyildir.  Buna  görə  də  ən  5üiksək  təbəqələr  labüd  olaraq  ən  aşağı 
təbəqələrdən üzə çıxan istedadlı insanlann hesabına artır. 
Sosial mobillik özünü müxtəlif formalarda göstərir. Üfüqi mobillik dedikdə, fərdin və ya sosial obyektin bir 
sosial vəziyyətdən onunla eyni səviyyədə olan digərinə keçidi başa düşülür. Məsələn, fərdin yaşayış yerini dəyişməsi, 
bir dini qrupdan digərinə keçməsi və s. Bu hallardan heç birin-də fərd özünə aid olan sosial statusu dəyişmir. Şaquli 
mobillik  dedikdə  isə  fərdin  aid  olduğu  təbəqədən  fərqli  təbəqəyə  keçidi  başa  düşülür.  Bu,  fərdin  sosial  statusunu 
yüksəldən və [139 - 140] ya aşağı salan dəyişmədir. Əgər sex rəisi sonradan zavodun direktoru olarsa, bu, yüksələn 
mobilliyin təzahürüdür. Əksinə, sex rəisi sonradan adi mühəndis olarsa, belə yerdəyişmə enən mobilliyin göstəricisi 
hesab oluna bilər. 
Sosioloqlar həmçinin nəsillər arasmda və bir nəslin daxilində mobilliyi fərqləndirirlər. Nəsillərarası mobillik 
valideynlərin və onlann uşaqlarının sosial statusunun karyerasının müəyyən anma şamil olunur. Tədqiqatlar göstərir ki, 
Azərbaycanın əhalisinin bö5dik hissəsi hər bir nəsildə sinfi iyerarxiyada heç olmazsa, bir az 5mxanya və ya aşağıya 
doğru  yerini  dəyişir.  Nəsildaxili  mobillik  şəxsiyyətin  sosial  statusunun  uzun  müddət  ərzində  müqayisə  edilməsini 
nəzər-də  tutur.  Araşdırmaların  nəticələri  göstərir  ki,  azərbaycanhlann  çoxu  öz  həyatı  bo5umca  məşğulluq  növünü 
dəyişdirir. Lakin insanlann çoxunda mobillik məhdud xarakter daşıyır. Kiçik məsafələrə yerdəyişmə qaydadır, böyük 
məsafələrə yerdəyişmə isə qaydalardan istisnadır. 
Açıq  statifıkasiya  sistemləri  üçün  şaquli  mobillik  kifayət  qədər  adi  hadisədir.  Burada  söhbət  əlbəttə  ki, 
aşağıdan elitaya doğru sürətli sıçrayışdan deyil, addım-addım yerdəyişmədən gedir (baba - fəhlə, ata - həkim, oğul 
şəhərə köçür və dissertasiya müdafiə edir). Qapalı sistemlərdə mobilliyin belə təzahürləri də istisna olunur. 
‘ Сорокин П. A. Человек. Цивилизация. Общество. M., 1992, с. 373. 
57 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə