Bəzən də əhalinin müəyyən bir qismi özündən asılı olmayan səbəblərə görə tez-tez [117 - 118] yerini dəyişməsi
nəticəsində e}mi vaxt ərzində bir neçə sosial statusda yaşamağa məcbur olur.
Beləliklə, diferensiasiyanın üstünlük təşkil etməsi meyli göz qabağındadır. Bununla əlaqədar olaraq qeyd
etmək lazımdır ki, beynəlxalq standartlara görə, gəlirlər (ən varlıların 10%-nin və ən yoxsulların 10%-nin gəlirləri)
arasında fərq 4-5 dəfədən artıq olmamalıdır.
Bu modeli rəhbər tutduqda, apancı Qərb ölkələrindən (orta sinfin üstünlük təşkil etdiyi - 60-70%-ə qədər)
fərqli olaraq, Azərbaycan əsasən aşağı siniflə (təxminən 20-22%) təmsil olunmuşdur ki, onun da böyük hissəsini
qaçqınlar və gənclər təşkil edir'. Lakin son dövrdə Azərbaycanda apanlan sosial-iqtisadi islahatlar nəticəsində orta
sinfin formalaşması və inkişafı prosesi güclənir. Hazırda bu və ya digər ölkələrin xüsusiyyətindən asılı olaraq orta sinfə
daxil etmənin müxtəlif meyarlan təklif olunur. Məsələn, L. Belyayeva orta sinfi müəyyənləşdirərkən aşağıdakı üç
göstəricini əsas meyar kimi götürür^.
1)
özünü identifikasiya; 2) həyat səviyyəsi; 3) təhsil səviyyəsi.
Elmi ədəbiyyatda orta sinfi səciyyələndirən digər meyarlara da təsadüf edilir: 1) mövcud konkret cəmiyyət
üçün götürülən gəlir səviyyəsi; 2) əhalinin maddi cəhətdən orta səviyyədə təmin olunmuş qrupları; 3) xırda
mülkiyyətçilər və xırda firmaların rəhbərləri; 4) ali təhsilli mütəxəssislər (təhsil səviyyəsi və peşə bilikləri meyarı
üzrə); 5) ah təhsili olmayan qulluqçular (aşağı orta sinif) və s.
Azərbaycanda orta sinfin möhkəmlənməsinə maneçilik yaradan əsas səbəblərdən biri odur ki, həyata keçirilən
özəlləşdirmə xırda və orta mülkiyyətçilərin deyil, iri mülkiyyət sahiblərinin formalaşmasına kömək etmişdir.
Fikrimizcə, aşağıdakı amillər orta təbəqənin formalaşmasını sürətləndirəcəkdir:
[118 - 119]
1)
sosial meyarların kristallaşması, dəyərlər, normalar və sanksiyaların mədəni formalarla şərtlənən sisteminin
inkişafı;
2)
cəmiyyət institutlannm stabilləşməsi, onlann öz sabitliyini təkrar istehsal etmək qabiliyyəti, hakimiyyətin
demokratikləşməsi və aşkar xarakteri.
Müasir dövrdə Azərbaycanda sosial strukturun inkişafının xarakterik meyllərindən biri də yeni sosial qrupların
yaranmasıdır. Yeni sosial qruplar sırasına sahibkarları, fermerləri, bankirləri, aksionerləri, kooperatorlan və fərdi əmək
fəaliyyəti ilə məşğul olanlan aid etmək olar. Sənaye sahəsində, maliyyə və vasitəçilik biznesində məşğul olan
sahibkarlan, xüsusi, birgə və kiçik müəssisələrin mülkiyyətçilərini xüsusi qeyd etmək lazımdır. Bu sosial qruplar
hazırda Azərbaycanda aktiv fəaliyyət göstərirlər.
2005-ci ilin yanvar ayına olan məlumata görə, son 15-16 ildə iri və orta müəssisələrin əsasında yaradılmış
səhmdar cəmiyyətləri, fərdi sahibkarlar, xarici və müştərək müəssisələrin sayı artaraq müvafiq surətdə 10-a, 2681- ə,
796-ya, kiçik müəssisələrin sayı isə 2463-ə çatmışdır^
Azərbaycanın sosial struktur sosiologiyasında ən mühüm meyllərdən biri də onun tranzit (keçid) cəmiyyət
strukturu kimi tədqiq olunmasıdır (Azərbaycan sosiumu nəzərdə tutulur).
Azərbaycanın sosial strukturunu təxminən aşağıdakı kimi təsvir etmək olar:
1.
Yuxan sinif (dövlət idarəetmə sistemində və inzibati orqanlarda apancı yerləri tutan elita, banklann, tikinti,
hasiletmə
və emaletmə müəssisələrinin, təhsil, səhiyyə, ticarət, xidmət və məişət müəssisələrinin sahibləri).
2.
Orta sinif (xırda mülkiyyətçilər, fərdi kəndli sahibkarlar, məmurlar, menecerlər, hüquqşünaslar,
professorlar və s.).
[119 - 120]
3.
Kooperatorlar (sənaye istehsalında, xidmət sferasında və kənd təsərrüfatında).
4.
Fəhlə sinfi: a) iri dövlət miqyaslı sənayedə, tikintidə, ticarətdə, kənd təsərrüfatında işləyənlər; b) qanşıq və
xüsusi müəssisələrdə çalışanlar və s.
5.
Aşağı sinif (mülkiyyətə
sahib olmayanlar, işsizlər, yoxsullar və s.).
Müəssisələrin özəlləşdirilməsi nəticəsində onların mülkiyyət formasının dəyişdirilməsi cəmiyyətin
təbəqələşməsini, bununla da sosial bərabərsizlik problemini gücləndirir. Hazırda Azərbaycanda özəl bölmənin payı
istehsalda 80%, o cümlədən sənayedə 70%, kənd təsərrüfatında isə 99%-i təşkil edir. Analoji meyl həmçinin əməyin
peşə bölgüsündə, onun sahə üzrə diferensiasiyasına əsaslanan sosial-peşə strukturunda da mövcuddur. Azərbaycanın
indiki vəziyyətində istehsalatın yüksək inkişaf etmiş, orta və zəif inkişaf etmiş sahələrə kəskin ayrılması burada çalışan
işçilərin qeyri-bərabər sosial vəziyyətini müəyyən edir. Bu, aqrar bölmənin işçiləri ilə neft- qaz sənayesində
çalışanların və ya ali məktəb işçiləri ilə dövlət strukturunda işləyənlərin əmək haqqı arasındakı fərqi müqayisə etdikdə
daha aydın görünür. Doğrudur, bazar münasibətləri şəraitində əhalinin sosial bərabərliyinin əvvəlki anlamı utopiya
olardı. Lakin əhalinin əksəriyyəti hələ də yeni şəraitdə müasir stimullaşdırma sisteminin fəaliyyətdə olması faktını
lazımınca qəbul etmək istəmir.
' «Respublika» qəzeti. 23 yanvar 2007-ci il.
^ Беляева Л. Критерии выделения российского среднего класса. // Средний класс в современном российском обществе. М.,
с.11-16.
^ Azərbaycanın statistik göstəriciləri 2006. В., 2006, səh. 125-127.
1999,
49