Cəmiyyətin strukturunda insanlann sosial-etnik birlikləri xüsusi yer tutur. Onlann tərkibinə qəbilə, tayfa, xalq,
millət daxildir (bu məsələlər xüsusi fəsildə təhlil ediləcəkdir).
3.
Sosial stratifikasiya
Yuxanda qısa şəkildə olsa da, cəmiyyətin «sosial strukturu» anlayışma münasibətdə özünü göstərən əsas sinfi
yanaşmalar qeyd olundu. Sosiologiyada son dərəcə geniş yayılmış olan sosial stratifikasiya anlayışı və nəzəriyyəsi də
onlarla əlaqəlidir. Bu anlayış cəmiyyətin strukturunu və sosial təbəqələr üzrə bölgünün əlamətlər sistemini əhatə edir.
Stratifikasiya anlayışı (lat. stratum - təbəqə və facio -edirəm) sosiologiyaya geologiyadan (müxtəlif süxurlann
şaquli [112-113] yerləşməsini bildirir) gətirilmişdir.
Sosial stratifikasiya və sosial təbəqələşmə anlayışlan elmi ədəbiyyatda eyni mənanı ifadə edir. «Təbəqələşmə»
anlayışı hərfi mənada bütün cəmiyyətin təbəqələrə bölünməsi deməkdir. Sosial təbəqələşmə isə əhali arasmda
təbəqələrin yaranma prosesini göstərir. Latın dilində buna sosiologiya elmində qəbul olunmuş
iki termin uyğun gəlir -
diferensiasiya və stratifikasiya.'
«Stratifikasiya» termini daha
çox elmi ədəbiyyatda, «təbəqələşmə» sözu isə gündəlik danışıqda işlədilir.
«Təbəqələşmə» cəmiyyətin varlı və yoxsullara
bölünməsini ifadə edirsə, «stratifikasiya» bununla yanaşı, həm
də çoxsaylı orta təbəqəni ehtiva edir. Odur ki, stratifikasiya gerçəkliyi daha dolğun əks etdirir. Biz bu termindən
cəmiyyətin təbəqələşməsi prosesini və bunun nəticəsini ifadə etmək üçün istifadə edəcəyik.
Stratifıkasiyanm tarixi tipləri aşağıdakılardır:
a) quldarlıq; b) kasta
quruluşu; c) təbəqələr; ç) siniflər.
Qərb sosiologiyasında sosial stratifikasiya nəzəriyyəsi siniflərin cəmiyyətin sosial strukturunun əsasını təşkil
etməsi barədə marksist təliminin inkarıdır. Bu nəzəriyyənin tərəfdarları iddia edirlər ki, sinif anlayışı keçmiş
cəmiyyətlərin, o cümlədən sənayecə inkişaf etmiş kapitalist ölkələrinin sosial strukturunu təhlil etməyə yarayırdı, lakin
müasir industrial cəmiyyətin sosial strukturunun tədqiqi üçün yaramır. Çünki müasir cəmiyyətdə əsas səhmdarların
istehsalın idarə edilməsindən kənarlaşdıniması və onların muzdlu menecerlərlə əvəz olunması ilə əlaqədar mülkiyyət
münasibətləri özünün müəyyənedici statusunu itirmişdir. Buna görə də sinif anlayışı «strat» ilə əvəz edilməlidir.
Bu nəzəriyyəyə görə, hər strata təqribən eyni gəliri, səlahiyyəti, təhsil və nüfuzu olan insanlar daxildir.
Cəmiyyətdə yuxandan aşağıya
doğru zənginlər, varlılar, orta təbəqə və yoxsul adamlann stratlan yerləşir. [113 - 114]
Sosioloqlann müəyyən bir qrupu belə hesab edir ki, sosial stratifikasiya təlimi müəyyən tarixi zaman ərzində
cəmiyyətdə mövcud olan sosial bərabərsizliyin iyerarxiyalı təşkil olunmuş struktumnu daha dolğun əks etdirir. Adi
təbəqələşmə ilə müqayisədə sosial stratifikasiya iki fərqli cəhəti ilə seçilir. Birincisi, stratifikasiya dərəcəyə görə
təbəqələşmə ilə xarakterikdir. Belə ki, 5mxan təbəqələr aşağı təbəqələrdən (sərvətlərə sahibolma münasibətində və ya
mükafatlann alınması imkanlan ilə müqayisədə) daha imtiyazlı vəziyyətdədirlər. İkincisi, yuxarı təbəqələrin
cəmiyyətdəki üzvlərinin sayı xeyli azlıq təşkil edir.
Beləliklə, sosial stratifikasiya şaquli qaydada yerləşmiş sosial təbəqələrin məcmusudur. Burada sosial
təbəqələr hakimiyyət, var-dövlət, təhsil və nüfuza sahib olmaq üçün sosial bərabərsizlik meyan üzrə yerləşmişdir. Strat
stratifıkasiyanm dörd şkalası üzrə oxşar göstəricilərə malik olan insanlann sosial təbəqəsidir.
Sosioloji ədəbiyyatda stratifıkasiyanm müxtəlif meyarlan əsaslandınlır. Alman sosioloqu R. Darendorf sosial
stratifikasiya üçün başlıca meyar «nüfiız» anlayışını hesab edirdi. Amerika sosioloqu B. Barber cəmiyyətin
stratifıkasiyasım gəlir, təhsil, dini, peşə, etnik mənsubiyyət və s. kimi meyarlann əsas götürülməsini təklif etmişdir.
P. Sorokinin sosial stratifikasiya ilə bağlı fikirləri də maraq doğurur. O, sosial stratifıkasiyamn üç müxtəlif
növünü fərqləndirir: iqtisadi, siyasi və peşə.
Siyasi stratifikasiya cəmiyyətin bütün tərəflərini əhatə edən iyerarxiya ranqlan sistemini təsvir edir. Bura
nüfiız, hakimiyyət və s. daxildir.
Peşə stratifikasiyası əhalinin fəaliyyətinə, məşğuliyyətinə və peşəsinə görə bölünməsidir. P. Sorokinin
fikrincə, əhalinin peşə əlaməti üzrə stratifikasiyası cəmiyyətin özülünü təşkil edir. Peşələr üzrə olan əlaqələr «dövlət
ümumiliyinə» görə olan təsadüfi əlaqələrdən, ideologiya və siyasi partiyaya mənsubiyyət üzrə olan əlaqələrdən fərqli
olaraq dərin, köklü [114- 115] və əsaslı xarakter daşıyır.
İqtisadi stratifikasiya üçün Sorokinin fluktuasiya adlandırdığı iki göstərici səciyyəvidir:
1) qrup və ya cəmiyyətin varlanması və yoxsullaşması;
' KpaBHCHKO A. H. Conjıojıoraa. M., 2006, c. 121.
47
2) iqtisadi piramidanın hündürlü5dinün artması və azalması'. Qeyd etmək lazımdır ki, stratifikasiya
nəzəriyyəsi müasir dövrdə ən çox işlənilən və nəzəri eəhətdən əsaslandırılmış nəzəriyyədir. Lakin bəzi tədqiqatçılar
onun da bir sıra çatışmazlıqlara malik olduğunu göstərirlər. Onlardan biri eəmiyyətdə mükafatlandırma sisteminin
bölgüsündə əhəmiyyətli rol oynayan hakimiyyət amilinin rolunun nəzərə alınmamasıdır. Bu xüsusilə demokratiya
prinsiplərini rəhbər tutmayan ölkələrin sosial stmktum üçün səeiyyəvidir. Bu eəhətdən xarakterik nümunə kimi
MDB-nin əksər ölkələrinin sosial stmktumnu göstərmək olar.
Bu gün tam aydınlığı ilə görünür ki, həm inkişaf etmiş Qərb, həm də bəzi MDB ölkələrinin postindustrializm
və informasiya eəmiyyəti mərhələsinə daxil olması, həm də onlarda baş verən nəhəng miqyaslı elmi-texnoloji
nailiyyətlər bu ölkələrin stratifikasiya stmkturuna eiddi dəyişikliklər gətirir. Qloballaşma proseslərinin həmin
dəyişikliklərdə yaratdığı yeniliklər hələ də kifayət qədər tədqiq olunmamışdır.
4.
Müasir şəraitdə Azərbaycan Respublikasında
sosial strukturun başlıca inkişaf meylləri
Elmi sosioloji ədəbiyyatda XX əsrin 90-eı illərinə kimi keçmiş sovet məkanına daxil olan respublikaların
sosial stmktumnun fəhlə sinfindən, kolxozçu kəndlilərdən və ziyalılardan ibarət olduğu göstərilirdi. Bütün
respublikalarda fəhlə sinfinin əhalinin əksəriyyətini təşkil etdiyi elan olunurdu. Cəmiyyətin belə sosial strukturunun nə
dərəeədə optimal olması barədə mühakimə yürütmək fikrində deyilik. [115-116]
Lakin tamamilə aydındır ki, sözügedən üç üzvlü bölgü müasir cəmiyyətin sosial strukturunu tam əks etdirmir.
Çünki son dövrdə burada çox mühüm dəyişikliklər gedir. Təbiidir ki, sosial struktur nəzəriyyəsi cəmiyyətin sosial
stmktumnun inkişafı dinamikasını adekvat əks etdirməlidir.
Təhlil göstərir ki, indi siniflərin, insan qmplannm və birliklərinin arasında yeni, daha insaniləşdirilmiş
münasibətlər qərarlaşır, onlar arasında siyasi və digər sahələrdə sosial bərabərliyin güclənməsi özünü göstərir. Bu
istiqamətdə təkamülü sosial stmktumn inkişaf meyli adlandırırlar. Bu meyl özündə bir-biri ilə üzvi surətdə bağlı olan
iki tərəfi - inteqrasiya və diferensiasiyanı ehtiva edir.
Sosial stmktumn inkişaf meylinin məzmunu insan qmplan və birlikləri arasında onların köklü maraqlan, həyat
fəaliyyəti, həyat tərzi və cəmiyyətdə sosial vəziyyətinə görə təşəkkül tapan və getdikcə yetkinləşən
obyektiv cəhətdən
zəmri, sabit əlaqə və münasibətlər kimi ifadə olunur. Bu meylin statik baxımdan anlaşılması onun dinamikasında sosial
cəhətdən qeyri-bərabər birliklər və insan qmplannm keyfiyyətcə dəyişməsi (mövcud sosial vəziyyətin yeniləşməsinin
təsiri altında) ilə tamamlanır. Bu, nəticə etibarilə bəzi sosial birlik formalannm aradan çıxmasına, digərlərinin
dəyişilmiş şəkildə qorunub saxlanılmasına, habelə yeni qmp və birliklərin yaranmasına gətirib çıxanr.
İndi isə ölkənin formalaşmış sosial strukturuna, onun dinamikasına nəzər salaq. Bir vaxtlar ingilis sosioloqu
Çariz But (1840-1916) London əhalisini üç sinfə - «aşağı», «orta» və «}mxan» sinfə bölərək, onun yeni təsnifatını
təklif etmişdi. Bu halda o, meyarlar qismində ailənin yaşadığı otaqlann sayını və ailənin muzdla işə qəbul etdiyi
qulluqçuların sayını əsas götürürdü. Təklif olunan meyarlara görə, bu və ya digər əhali təbəqələrinə çatan maddi və
mənəvi nemətlərin kəmiyyəti və keyfiyyəti nəzərdə tutularsa, əhalinin üç sinfə bölünməsi kifayət qədər qəbul ediləndir
və mövcud stmktum bütövlükdə real əks etdirir. [116 - 117]
Mübaliğəsiz demək olar ki, Azərbaycanda da sosial struktura aid tədqiqatların əsas istiqaməti bu və ya digər
dərəcədə «}mksək sinif - aşağı sinif» qütbləşməsinə yönəlmişdir. Bu mövqedən çıxış edənlər orta sinfin xarakterik
xüsusiyyətlərini açmağa səy göstərir və sinfi qütbləşməni ən azı triada kimi (yüksək sinif - orta sinif - aşağı sinif)
təqdim etməklə cəmiyyətin stabillik və davamlı inkişafina kömək etməyə çalışırlar^.
Cəmiyyətimizin yaşadığı indiki keçid dövründə sosial stmktur keyfiyyətcə yeni məzmun kəsb edir. Bu dövrdə
ictimai həyatm bütün sfera və tərəflərində həyata keçirilməkdə olan əsaslı islahatlar sosial strukturda prinsipial
dəyişiklikləri şərtləndirir. Öncə göstərilməlidir ki, ölkəmizdə kolxozların ləğvi nəticəsində kolxozçu kəndli sinfi sosial
arenadan silinib getmişdir. Digər bir meyl - ənənəvi fəhlə sinfinin sayının azalması, onun (habelə digər sinif və
qmplann) hesabına orta təbəqələrin sayının artmasıdır. Bazar iqtisadiyyatının formalaşması, siyasi və mənəvi həyatm
demokratikləşməsi müasir cəmiyyətin sosial strukturunu daha rəngarəng və çoxçalarlı edir.
Bir sözlə, totalitar rejimin qalıqlannm aradan qaldırılması və demokratik cəmiyyətin inkişafi prosesi
sürətləndikcə sosial struktur daha çox açıq xarakter alır, sosial mobillik və mütəhərriklik güclənir.
Bununla yanaşı qeyd edilməlidir ki, müasir şəraitdə Azərbaycan cəmiyyətinin sosial stmktum özünün qeyri-
sabitliyi və dinamizmi ilə səciyyələnir. Azərbaycanm indiki sosial stmktum üçün istehsalla birbaşa bağlı olmayan
marginal təbəqələrin (işsizlər, qaçqınlar, dilənçilər) xüsusi çəkisinin xeyli dərəcədə yüksək olması səciyyəvidir.
Bununla yanaşı maddi cəhətdən ilfat qmplar - həddən artıq varlılar və həddən artıq yoxsullar diqqəti cəlb edir.
' Сорокин П. Человек, цивилизация, общество. M., 1992. с. 42.
^ Əfəndiyev M. , Şirinov А. Sosiologiyanm nəzəri problemləri, B., 2001, s. 178; Əzimov K. , Həsənov R.
Sosiologiya. B., 2003, s. 207-208.
48