Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə38/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   73

Birincisi,  bütövlükdə  cəmiyyətin  effektiv  fəaliyyətini  təmin  etməyin  zəmri  şərti  kimi  əhalinin  bütün 
qmplarmm, o cümlədən milli-etnik icmaların normal inkişafına əlverişli şərait yaradılması, etnik mühitdə münaqişəli 
vəziyyətlərə, böhran hallarına yol verilməməsi və onların qarşısını almaq texnologiyalarmm işlənib hazırlanmasıdır. 
ikincisi, milli-etnik birliklərin və qmplann həyat tərzi ilə həmin ərazidə (kənddə, rayonda, vilayətdə və bütün 
ölkədə) yaşayan milli azlıqların həyat şəraiti arasında uyğunluq yaratmağa yönələn fəaliyyətdir. 
Etnik  mühitdə  sosial  tərəfin  xüsusiyyətləri,  hər  şeydən  əvvəl,  sosial-etnik  birliklərin  ayn-ayn  qruplannm 
özünə-məxsusluğu ilə əlaqədardır. Bu həm problemin özünün, həm də əhalinin bu qruplarının etnik mühiti ilə şərtlənən 
məsələlərin birgə həllini nəzərdə tutur. 
Bütövlükdə etnik mühitin səmərəli təşkili işi bir - biri ilə sıx bağlı olan aşağıdakı üç səviyyədə apanla bilər: 
1.
 
Dövlət səviyyəsində müxtəlif sosial-etnik birliklər arasındakı münasibətlərin hüquqi tənzimlənməsi təmin 
olunmalı, millətlərarası münasibətlər sahəsində düzgün sosial siyasət formalaşdırılmalı və həyata keçirilməlidir. Etnik 
birliklərin inkişaf imkanlarını məhdudlaşdıra biləcək sosial ədalətsizlik hallan aradan qaldınimalıdır. 
2.
 
Sözügedən  müddəaların  həyata  keçirilməsi  təmin  edilməlidir.  Xalqlann  milli  özünəməxsusluğunun  süni 
surətdə  silinməsinə  aparan  müasir  texnoloji  sivilizasiyanın,  urbanizasiyanın  və  kütləvi  mədəniyyətin  yayılması  ilə 
bağlı proseslərin qarşısı alınmalıdır. Bununla yanaşı müxtəlif sosial-etnik birliklərin nümayəndələri, yerli və gəlmə 
sakinlər arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin formalaşmasına səy göstərilməlidir. [158 - 159] 
3.
 
Yerlərdə sosial-etnik birliklərin nümayəndələrinin yaşadığı şəraitə uyğunlaşması, onların məskunlaşması, 
təhsili, tibbi xidmətin təşkili ilə bağlı konkret vəzifələr həll edilməlidir. Sonra, hər bir etnosun nümayəndələrinə öz 
milli  adət  və  ənənələrini,  psixologiyasını  və  mədəniyyətinin  etnik  komponentlərini  qoruyub  saxlamaqda  köməklik 
göstərilməlidir. Xalqlann öz ərazisində yerləşən və onlann həyati tələbatını ödəyən təbii ehtiyatlardan müstəqil istifadə 
etməsinə şərait yaradılmalıdır. Bu vəzifələrin yerinə yetirilməsində bütün hakimiyyət orqanları, bütün sosial institutlar, 
o cümlədən sosial xidmət müəssisələri böyük rol oynamalıdır. 
Göründüyü  kimi,  milli-etnik  problemlərin  həllinin  bütün  aspektlərində  başlıca  rolu  sosial  siyasət  oynayır. 
Məhz buna görə də cəmiyyətin siyasi təşkili sistemində sosial-etnik birliklərin həyatının bütün tərəfləri ilə, o cümlədən 
milli  məsələlərlə  məşğul  olan  orqanlar  yaradılmalıdır.  Bununla  əlaqədar  qeyd  edək  ki,  müstəqillik  əldə  edildikdən 
sonra respublikamızda milli siyasət məsələləri üzrə dövlət müşaviri (1992-ci ildən bu günə qədər) vəzifəsi məhz bu 
funksiyaların  yerinə  yetirilməsi  məqsədilə  yaradılmışdır.  Bu  qəbildən  olan  orqanların  fəaliyyətinin  effektivliyi 
bütövlükdə  cəmiyyətin  inkişaf  səviyyəsindən,  ictimai  proseslərin  necə  idarə  olunmasından,  ölkənin  inkişafının 
müxtəlif mərhələlərində dövlətin sosial siyasətinin məzmunundan və istiqamətlərindən asılıdır. 
Aydındır ki, millətlərarası və etnik münasibətlər cəmiyyət həyatının bütün sahələrində, ictimai münasibətlərin 
müxtəlif səpkilərində təzahür edir. Buna görə də həmin sahələrin hər birində səmərəli, elmi milli siyasət yeritmək tələb 
olunur. Məsələn, siyasi sahədə diqqəti mərkəzi və yerli hakimiyyətlər arasındakı münasibətlərin qurulmasına, milli 
qurumların maraqlanmn uyğunlaşdırılmasına yönəltmək lazımdır. Öz-özünü tənzimləmə fəaliyyətini genişləndirmək 
problemi milli-dövlət quruluşu olmayan milli qrup və birliklər üçün daha çox aktualdır. 
Sosial sahədə  milli-ərazi  qurumlarında  kadrlann  seçilməsi  [159  -  160]  və  yerləşdirilməsi  məsələləri,  bütün 
xalqlann nümayəndələrinin işgüzar və siyasi keyfiyyətlərinə görə rəhbər vəzifələr tutmasma bərabər imkanlar yaradan, 
dövlət  işçilərinin  milli  mənsubiyyətə  görə  seçilməsində  ədalətsizliyi  istisna  edən  tədbirlərin  görülməsi  mühüm 
əhəmiyyət kəsb edir. 
Siyasi strukturlann mühüm vəzifələrindən biri milli-etnik münasibətlərin inkişafinm proqnozlaşdıniması kimi 
idarəedici funksiyanın həyata keçirilməsi olmalıdır. Bütün bunlar millətçi ruhlu elementləri vaxtında aşkar etməyə, 
hadisələrin mənfi inkişafını qabaqlamağa imkan yaradır. 
Milli-etnik münasibətlərin həllində, əhalinin müxtəlif sosial-etnik qruplannm hüquqlanna, sosial müdafiəsinə 
həsr olunan və ya buna aid maddələri olan beynəlxalq sənədlərin tələblərinin yerinə yetirilməsi mühüm rol 05uıayır. 
Belə sənədlər «İnsan hüquqlarmm Ümumi Bəyannaməsi» (BMT-nin Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci 
ildə qəbul olunub), «Milli və ya etnik dini və dil azhqlarma məxsus şəxslər haqqında Bəyannamə» (İnsan Hüquqları 
Komitəsi tərəfindən 1993-cü ildə qəbul olunub) və s. aid edilə bilər. 
Hər bir ölkə beynəlxalq sənədlərin əsas müddəalanm yerinə yetirməyə, eləcə də milli-etnik problemlərə aid 
özünün milli qanunverici və digər sənədlərini həyata keçirməyə çalışmalıdır. Azərbaycanda bu qəbildən olan məsələlər 
Konstitusiyada hərtərəfli əsaslandırılmış və hüquqi cəhətdən təsbit olunmuşdur. Bundan əlavə, «Məcburi köçkünlər və 
onlara  bərabər  tutulan  şəxslərin  sosial  müdafiəsi  haqqında»  (1999)  və  «QaçqmIann  və  məcburi  köçkünlərin  (ölkə 
daxilində köçürülmüş şəxslərin) statusu haqqında» (1999) və s. aktlann da xüsusi rolunu qeyd etmək lazımdır. Bu 
sənədlərdə söhbət cinsindən, irqindən, milliyyətindən, mənşəyindən və dil fərqindən asılı olmayaraq insanlann bərabər 
hüquqlarının təminatından, qaçqın, məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlara qayğı göstərilməsindən gedir. 
65 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə