Müasir sosioloji ədəbiyyatda milli-etnik problemlər təhlil edilərkən daha çox «millətlərarası» və ya «milli
münasibətlər» terminlərindən istifadə edilir. Həqiqətən də, XX əsrdə məhz millətlərarası münasibətlər müasir sosial
münasibətlər sistemində çox mühüm yer tutur. Buradan aydındır ki, tarixi birliklər arasındakı münasibətlərdən söhbət
gedərkən birinci növbədə millət anlayışına diqqət yetirilməlidir.
Millət tarixən formalaşmış etnos tipi olub, iqtisadi həyatın, dilin, ərazinin ümumiliyi ilə, mədəniyyətin,
məişətin, psixoloji durumun və etnik xarakterin bəzi xüsusiyyətləri ilə səciyyələnən insanların xüsusi tarixi birliyidir.
Millət xalqa nisbətən daha geniş tarixi birlik forması olub, kapitalizmin meydana çıxması və inkişafı ilə bağlıdır. [152
- 153] Millətlərin xalqları tarixi əvəzləməsi o demək deyildir ki, ikincilər yer üzündən silinmişdir. Xalq tarixən
insanların tayfa birliyindən sonra gələn sosial-etnik birlik formasıdır. Onun meydana gəlməsinin başlanğıcı quldarlıq
quruluşunun dağılması dövrünə təsadüf edir. Əgər tayfa birliklərinin səciyyəvi cəhəti onların qan qohumluğuna
əsaslanan
əlaqələri idisə, xalqlar üçün bu ərazi və təsərrüfat əlaqələridir. Xalq anlayışı sözün əsl mənasında feodalizm
cəmiyyətinin məhsuludur. Lakin xalqlar sonrakı cəmiyyətlərdə də mövcuddur. Çünki onlar bir sıra səbəblərdən
(azsaylı olma,
inkişafdan geri qalma, müəyyən səbəblərdən özlərinin milli dövlət qurumunu yarada bilməmələri və s.)
millət kimi formalaşa bilməmişlər.
Müasir elmi ədəbiyyatda sosial-etnik münasibətləri səciyyələndirərkən həmçinin «milli azlıq», «yerli» və
«gəlmə» kimi anlayışlardan da istifadə edilir. Bunlar əsas etibarilə öz millətinin ərazisindən kənarda yaşayan milli
(sosial-etnik) qrupları nəzərdə tutur. Məsələn, Rusiyada yaşayan azərbaycanlılar, beloruslar, gürcülər və s.
Bu qruplann öz daxili tərkibində bir neçə kateqoriyanı ayırmaq olar (onları həmçinin diaspora da adlandırırlar):
1.
Daxili diaspora (öz respublikalanndan kənarda yaşayanlar).
2.
Yaxın diaspora (tarixi vətəni keçmiş sovet respublikaları olan sosial-etnik qruplar).
3.
Uzaq diaspora (tarixi vətəni uzaq xarici dövlətlər olanlar).
4.
Milli - ərazi qurumları olmayan diasporalar (kürdlər, qaraçılar və s.).
Bu və ya digər sosial-etnik birliyin tərkibində olan etnoqrafik qmplar özünəməxsusluğu ilə seçilir. Onlar
əhalinin əsas hissəsindən mədəniyyətlərinin, dillərinin (ləhcə, danışıq tərzi) xüsusiyyətləri ilə fərqlənirlər.
Milli azlıqlar bir qayda olaraq miqrasiya (könüllü və ya məcburi), həm də bütöv xalqın deportasiyası
nəticəsində əmələ gəlir. Bu, Rusiyada yunanların, inquşlann, Dağıstanda [153 - 154] yaşayanların və başqa xalqların
başına gəlmişdir. Qeyd etməliyik ki, məhz buradan da, milli azlıqlar problemi, onların yaşadıqları mövcud dövlət
quruluşunda hüquq və azadlıqlarının reallaşması ilə bağlı problemlər yaranır. Onları elmi əsaslarla demokratik
prinsiplərə və sivil qaydalara arxalanmaqla həll etmək lazımdır.
İnsan birliklərinin sosial və etnik xüsusiyyətlərinin üzvi vəhdəti, onlann rəngarəngliyi və qarşılıqlı əlaqəsi
onlar arasındakı münasibətləri ayn - ayn ictimai - iqtisadi formasiyalarda və müxtəlif dövlətlərdə millətlər, xalqlar
arasındakı iqtisadi, ərazi, hüquqi, mədəni və dil, eləcə də digər münasibətləri müəyyən etməyə imkan verir.
Sosial-etnik birliklər arasındakı münasibətlərin bu cür izahı (ədəbiyyatda bu çox vaxt milli məsələ
adlandırılır), həm də onlann özünəməxsusluğunu şərtləndirir. Yəni, əwəla, birliklər arasmdakı qarşılıqlı münasibətlər
hər şeydən əvvəl ictimai münasibətlərin iqtisadi, siyasi, sosial və mənəvi istiqamətləri vasitəsilə təzahür edir. İkinci
xüsusiyyət sosial-etnik birliklər arasındakı münasibətlərdə iki tərəfin mövcudluğunda üzə çıxır: daxili (ərazi - dövlət
qurumlan çərçivəsində münasibətlər) və xarici (müxtəlif ərazi - dövlət qurumlan sistemində münasibətlər).
Sonuncu amil keçmiş SSRİ-də mühüm yer tuturdu, çünki onun tərkibində 200-ə qədər millət, xalq və etnik
qrup yaşayırdı. Bu həm də postsovet respublikaları, o cümlədən Azərbaycan üçün səciyyəvidir. Burada bir neçə
sosial-etnik qrupun nümayəndələri yaşayır. Məsələ təkcə müxtəlif birliklərin sayımn çox olmasmda deyildir, həm də
bundadır ki, 90-cı illərin əvvəlində SSRİ-nin dağılması nəticəsində yerli xalqlann müəyyən hissəsi öz tarixi
vətənlərindən kənarda qaldı. Bəzi respublikalarda millətçi - separatçı qüvvələrin səyləri nəticəsində yaranmış
problemlər (Dağlıq Qarabağ,
Abxaziya, Şimali Osetiya və s.) daha da mürəkkəbləşmişdir. [154 - 155]
2.
Müasir dövrdə sosial-etnik münaqişələrin
kəskinləşməsinin səbəbləri
Sosial-etnik münaqişələr müəyyən səviyyədə cəmiyyətin inkişafinm bütün mərhələlərində mövcud olmuşdur.
Bunun əsas səbəblərini inkişafin qeyri-bərabərliyi, ərazi, dil, mənəvi həyat və adət-ənənələrin müxtəlifliyi, milli
mədəniyyətlərin özünəməxsusluğunun qorunması, sosial nemətlərə nail olmaqdakı fərqlər, öz problemlərini digər
xalqlann hesabına həll etmək cəhdləri təşkil edir.
Bəzi müəlliflər müxtəlif konsepsiya, nəzəriyyə və təlimlərin köməyi ilə sosial-etnik münaqişələrə haqq
qazandırmağa çalışırlar. Bu zaman zorakılığın müxtəlif formalan, fərdlərin, qmplann və təbəqələrin inkişafındakı
63
qeyri-bərabərliyi təsdiq edən faktlar əsas götürülür. Bunların sırasına birinci növbədə müxtəlif sosial-irqi nəzəriyyələri,
o cümlədən faşizmi və s. aid etmək olar.
Keçmiş SSRİ-də milli siyasət və milli suverenliklə bağlı buraxılmış səhvlər bu gün mövcud
olan konfliktlərin
əsas səbəblərini şərtləndirir. Xüsusilə həmin dövrdə millətlərin milli suveren hüquqlan - hər bir millətin öz sosial-siyasi
quruluşunu seçmək azadlığı, ərazi bütövlüyü, iqtisadi sərbəstliyi və s. hüquqlan kobud surətdə pozulmuşdur.
Məhz buna görə də keçmiş sovet məkanında etnik və millətlərarası münaqişələrin kəskinləşməsi səbəbləri
üzərində daha ətraflı dayanmaq məqsədəuyğundur. Aydındır ki, Sovet İttifaqının dağılmasının əsas
səbəblərindən biri
onun ərazisində yaşayan müxtəlif xalqlar, millətlər arasındakı qarşılıqlı münasibətlərin kəskinləşməsi olmuşdur. Həm
mərkəzdə, həm də müttəfiq respublikalarda müəyyən qüvvələr öz dar milli maraqlannı təmin etmək üçün köhnə
haqq-hesablan və bordan ilə bağlı problemləri qabartmağa çalışırdılar. Bu isə qarşılıqlı narazılıqları gücləndirirdi.
Digər səbəb sovet cəmiyyətinin iqtisadi, sosial və mənəvi tərəqqisində milli mədəniyyətlərin, milli dillərin və s.
İnkişafında [155 - 1561 buraxılmış nöqsanlar və səhvlər idi.
Şübhəsiz, millətlərarası münaqişələrin yaranmasına şəxsiyyətə pərəstiş illərində milli problemlərin həllində
yol verilmiş ciddi səhvlər və əyintilər də öz mənfi təsirini göstərmişdi. Xüsusilə, artıq 30-cu illərin əvvəllərindən
başlayaraq guya SSRİ-də milli məsələnin həll olunması ilə əlaqədar olaraq ayn-ayn müttəfiq respublikalarda fəaliyyət
göstərən milli şöbələr ləğv edilmiş, millətlərin qovuşması prosesi süni surətdə gücləndirilmişdir. Əgər 1926-cı ildə
siyahıya alınma zamanı SSRİ-də 200-ə yaxın millət, xalq, etnik qrup qeydə alınmışdırsa, 1939-cu ildə bunlann sayı
99-a endirilmişdir. Deməli, 13 il ərzində bu göstərici 2 dəfə azalmışdır. Xalqlarm etnik xüsusiyyətlərinin nəzərə
alınmaması, süni surətdə assimilyasiya ayn-ayn sosial-etnik qruplann bir-birindən uzaqlaşmasını, yadlaşmasmı və son
nəticədə ciddi sosial narazılıqları şərtləndirirdi. Burada həmçinin kütləvi repressiyalar, bütöv xalqlann öz ənənəvi
yaşayış yerlərindən köçürülməsi, bir çox partiya və dövlət xadiminin, milli ziyalılann təqib olunması kimi neqativ
proseslər də nəzərə alınmalıdır.
Millətlərarası münasibətlərin kəskinləşməsi həm də dövlətin, mərkəzin yeritdiyi siyasətdə regionlann
maraqlarının lazımi dərəcədə nəzərə alınmaması, nazirliklər və idarələr tərəfindən müttəfiq respublikalann, eləcə də
digər ərazi-dövlət qurumlannm mənafelərinin pozulması ilə əlaqədar idi.
Millətlərarası münasibətlərin kəskinləşməsinin səbəblərindən biri də 80-ci illərin sonu - 90-cı illərin əvvəlində
Sovet İttifaqına rəhbərlik etmiş şəxslərin korrupsiyaya qurşanmasmın, vəziyyəti real qİ5mıətləndirə bilməməsinin,
ayn-ayn mafioz qruplarla əlaqələrinin, millətçilik təzahürlərinə qarşı ardıcıl mübarizə apanimamasmm nəticəsi idi.
Həmin dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərdən biri Y. K. Liqaçov 1989-cu ilin sentyabnnda etiraf etmişdi ki, «ötən
ilin yazında mən Zaqafqaziyanın iki respublikasının sərhədlərinin dəyişdirilməsinin əleyhinə olduğumu birmənalı
şəkildə deyən [156 - 157] kimi bu, millətçiləri hövsələdən çıxartdı və onlann bəd əməllərini çox gözləmək lazım
gəlmədi».
Millətlərarası qarşılıqlı münasibətlərin kəskinləşməsinin mühüm səbəblərindən biri sovet cəmiyyətinin
uzunmüddətli böhran vəziyyəti olmuşdur. Sosial problemlərin həllindəki çətinliklər, inflyasiya, cinayətkarlığın geniş
vüsət alması və s. nəinki xalqlar arasında münasibətləri pisləşdirdi, həm də bö5Üik bir ölkənin bir sıra regionlarında
genişmiqyaslı məlum konfliktlərin yaranmasına gətirib çıxardı.
Milli-etnik münasibətlərdəki münaqişələrin səbəblərindən danışarkən müstəqil dövlətlərin bir çox liderlərinin
və parlament üzvlərinin yerli millətə başqalanna nisbətən üstün yer verməsi kimi yanlış siyasəti də qeyd etmək lazımdır
(Pribaltika, Rusiya, Ermənistan, Gürcüstan və s.). Bu, məsələn, bir sıra MDB dövlətlərinin qanunvericiliyində ayn -
seçkilik hallanna yol verilməsində, milli mənsubiyyətə görə adamlarm işdən çıxarılmasında, qeyri-yerli əhalinin
hüquqlannm pozulmasında, milli şovinizmdə və s. özünü göstərir.
Etnik münaqişələrin qızışdırılmasında bir sıra kütləvi informasiya vasitələri də əhəmiyyətli rol oynamışlar və
indi də belə bir rol oynamaqda davam edirlər. Bəzən informasiya vasitələrində verilən məlumatlar qərəzli olur, bir
xalqm digərinə qarşı nifrətini formalaşdırmağa xidmət edir.
Nəhayət, milli-etnik münasibətlərin müasir mərhələdəki böhranlı məqamlanm ictimai proseslərin idarə
olunmasının qeyri-effektivliyi, hakimiyyətin müxtəlif strukturlarının fəaliyyətinin bir-biri ilə razılaşdınimaması, hətta
bəzi hallarda qarşı-qarşıya durması, yaranmış problemlərin həlli texnologiyasmın olmaması, bəzən be5məlxalq
təşkilatlarm bu münaqişələrə ikili standartlarla yanaşması, bu və ya digər səbəblərdən onlann həllini istəməməsi ilə
izah edilməlidir. [157 - 158]
3.
Milli-etnik problemlərin həlli yolları
Milli-etnik münasibətlərin tənzim olunması sahəsində apanlan işdə aşağıdakı iki istiqaməti nəzərə almaq
lazımdır.
64