Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə21/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   73

hallarda cəmiyyətəzidd halların geniş yayılması aılə-nikah münasibətlərindəki nizamsızlıqlar və s. bu qəbildəndir 
İllər 
Bütün əhali (min nəfər)  O cümlədən şəhərdə 
Bütün əhaliyə nisbətən 
(faizlə) 
 
 
şəhərdə 
kənddə 
şəhərdə 
kənddə 
1959 
3.698 
1.769 
1.931 
48 
52 
1970 
5.117 
2.564 
2.553 
50 
50 
1979 
6.028 
3.200 
2.828 
53 
47 
1989 
7.021 
3.806 
3.215 
54 
46 
1990 
7.131.9 
3.847,3 
3.284,6 
53,9 
48,1 
1995 
7.643,5 
4.005,6 
3.637,9 
52,4 
47,6 
1999 
7.953,4 
4.053,5 
3.899,9 
51,0 
49,0 
2000 
8.016,2 
4.086,4 
3.929,8 
51,0 
49,0 
2001 
8.081,0 
4.107,5 
3.973,5 
50,8 
49,2 
2002 
8.141,4 
4.130,1 
4.011,3 
50,7 
49,3 
2003 
8.202,5 
4.154,3 
4.048,2 
50,7 
49,3 
2004 
8.265,7 
4.254,3 
4011,4 
51,5 
48,5 
2005 
8.347,3 
4.298,3 
4.298,3 
51,5 
48,5 
2006 
8.436,4 
4.366,8 
4.079,8 
51,6 
48,4 
2007 
8.532,7 
4.397,6 
4.136,1 
51,5 
48,5 
Azərbaycanın  statistik  göstəriciləri. 
Bakı, 2007. 
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. 
Qeyd olunan problemlərin həlli şəhərin inkişafının meyllərini, qanunauyğunluqlanm obyektiv surətdə nəzərə 
almağı,  mərkəzi  dövlət  idarəçiliyi  ilə  yerli  təşəbbüskarlığı,  fəaliyyəti  düzgün  əlaqələndirməyi,  elmi  sosial  siyasət 
işləyib hazırlamağı və həyata keçirməyi tələb edir. Şəhərin tələbatları bütün cəmiyyətin tələbatları ilə optimal şəkildə 
əlaqələndirilməlidir. 
Şəhərin  təkmilləşdirilməsi  elə  bir  istiqamətdə  getməlidir  ki,  əhali  üçün  daha  sağlam  və  münasib  şərait 
yaradılsın. İri şəhərlərin böyüməsini məhdudlaşdırmaq imkanları axtarılmalı, yeni sənaye komplekslərinin bunlarda 
yerləşdirilməsinə yol verilməməlidir. Sənaye mərkəzlərində həm qadın, həm də kişi əməyindən səmərəli istifadəyə 
optimal şərait yaradılmalı, | 87 - 88] şəhər təsərrüfatı və müasir xidmət sahələri inkişaf etdirilməlidir. Kiçik şəhərlərdə 
və qəsəbələrdə onların inkişafını sürətləndirmək imkanlan axtarılmalıdır (məsələn, ixtisaslaşdırılmış müəssisələrini, 
filialların yaradılması). Şəhərlərin arxitekturasına, estetik tərtibatma, abadlığına diqqət artırılmalıdır. 
Şəhərin təkmilləşdirilməsinə bu yaşayış məskəninə dair sosioloji tədqiqatlar da müəyyən kömək göstərə bilər. 
Belə ki, bu tədqiqatlar şəhərin sosial strukturunun dinamikasmı, həyat tərzinin xarakter cəhətlərini öyrənmək, sosial 
planlaşdırma məsələlərini həll etmək və s. baxımdan əhəmiyyətlidir. 
Etiraf etməliyik ki, bu vaxta qədər şəhərlərin inkişali əsasən sənayeləşmə prosesi ilə şərtlənmişdir. Bu, sənaye 
mərkəzlərində  əhalinin  təmərküzləşməsinə,  adamlann  həyat  tərzinin  əhəmiyyətli  dərəcədə  dəyişilməsinə  gətirib 
çıxarmışdır.  Hazırda  elmi-texniki  tərəqqinin  nailiyyətlərini,  sənayeləşmənin  gələcək  meyllərini  və  mövcud  ekoloji 
vəziyyəti  nəzərə  almaqla məskunlaşma  sistemini  inkişaf  etdirməyə  səy  göstərilir.  Bu,  cəmiyyətin  keyfiyyətcə  yeni 
ərazi təşkilinə imkan yaradır. 
Son vaxtlara qədər şəhərlərin inkişafı əsasən ekstensiv xarakter daşımışdır; şəhərlərin sayı, ölçüləri, əhalisi 
artmışdır. Lakin şəhər həyat tərzinin reallaşdınimasının məkan formalan nisbətən zəif inkişaf etmişdir. İndi vəzifə yeni 
şəhərlər  salmaqdan  daha  çox  artıq  mövcud  olan  şəhərlərin  məkan  və  sosial-təşkilati  xarakteristikalanm 
yaxşılaşdırmaqdan  ibarətdir.  Şəhərlərdə  yeni  çevik  strukturlar  yaradılmalı,  layihələndirmənin  və  planlaşdırmanın 
kompleks  xarakteri  təmin  olunmalı,  cəmiyyətin  sosial  inkişaf  məqsədləri  region,  şəhər  səviyyəsində 
konkretləşdirilməlidir. 
Elmi cəhətdən əsaslandınimış planlaşdırma üçün şəhərlərin inkişafinın ənənəvi meyllərindən daha çox elmi- 
texniki  tərəqqinin,  insan  amilinin  imkanlanna  istinad  etmək,  məskunlaşma  sisteminin  formalaşması  üçün  gələcək 
ehtiyatlan  nəzərə  almaq  lazımdır.  Ehtiyatlann  (maddi,  insan,  [88  -  89]  informasiya,  təşkilati)  dürüst  proqnozunun 
hazırlanmasına ehtiyac vardır. 
Şəhər  həyat  tərzinin  inkişafı  da  çox  mühüm  məsələdir.  Bu  halda  iki  cür  problem  qarşıya  çıxır.  Birincisi, 
istehsalda  və  onun  hüdudlanndan  kənarda  yeni  sosial  münasibətlər  nümunələrinin  yaradılması  mexanizmlərinin 
öyrənilməsi və formalaşması ilə, sosial-mədəni istehlak formalarmın, normalannm inkişafı ilə, mədəniyyətin və 
37 


sosial münasibətlərin müxtəlif normalanmn varisliyi mexanizmlərinin təmin edilməsi ilə əlaqədardır. İkincisi, həmin 
proseslərin  inkişafını  sürətləndirmək  üçün  mövcud  ehtiyatların  yenidən  bölüşdürülməsi  və  əlavə  ehtiyatlar 
axtarılmasıdır. 
Sənayenin  əsasən  ekstensiv  inkişafı,  daha  geniş  miqyasda  eyni  iş  yerləri  olan  strukturun  (özü  də  səmərəli 
olmayan  strukturun)  təkrar  istehsalı  kənardan  iş  qüvvəsinin  şəhərə  axınını  stimullaşdırır  ki,  bu  da  şəhərin  hədsiz 
böyüməsinə gətirib çıxarır. Bu problem kiçik və orta şəhərlərdə, xüsusən sənayenin bir sahəsini əsas götürən şəhərlərdə 
daha kəskin şəkildə qarşıya çıxır. Ümumiyyətlə, gənc şəhərin monofunksiyahlığı bir sıra çətinliklər (məsələn, peşə 
seçiminin, əməyi dəyişdirmək imkanının az olması, gənclərin miqrasiyasının güclənməsi və s.) doğurur. 
İndiki şəhər məskənlərinin xarakterik xüsusiyyətlərindən biri məskunlarının bir qisminin başqa rayonlardan, 
kəndlərdən  gəlməsidir.  Başqa  sözlə  desək,  şəhərlər  bir  sıra  hallarda  şəhər  həyat  tərzinə  bələd  olmayan,  əvvəllər 
sənaye-də işləməyən kənd sakinləri hesabına formalaşır ki, bu da həmin şəhərlərin inkişafma təsirsiz qalmır. Əhalinin 
işə düzəlməsi ilə bağlı problemlərin kəskinliyi şəhər mühitində, bütövlükdə cəmiyyətdə sosial gərginliyi xeyli dərəcədə 
gücləndirir. 
Keçən əsrin 80-ci illərinin sonundan etibarən özünü göstərən bir meyli də qeyd etməliyik. Belə ki, SSRİ-nin 
iflası,  sonra  isə  məlum  transformasiya  prosesləri  ilə  əlaqədar  olaraq,  hasiledici  və  emaledici  sənayedə  çalışanların 
xüsusi [89 - 90] çəkisi tədricən azalmış, xidmət, idarəetmə, ticarət sahələrin-də çahşanlann sayı artmışdır. 
Hazırda  şəhərin  sosial  strukturu  dinamikasını  nəzərə  almaqla  onun  inkişaf  edən  istehsal  və  mədəniyyət 
sahələrinin optimal seçilməsi problemi meydana çıxır. Bu problemə müxtəlif qəbildən olan digər problemlər qrupu da 
qovuşur. Bunlar əsasən aşağıdakılardan ibarətdir: 
a)
 
müxtəlif şəhərlərdə əmək ehtiyatlarının dürüst öyrənilməsi və onlardan səmərəli istifadə olunması; 
b)
 
idarəetmənin optimallaşdınlması və demokratikləşdirilməsi, həm mərkəzi, həm də yerli orqanların hüquq və 
məsuliyyətinin artırılması; 
c)
 
xüsusi demoqrafik problemlər; 
ç) xidmət sistemində və mənzillə təminatda mütənasibliyin olmaması; 
d)
 
ekoloji problemlər (təbii mühitin mühafizəsi və süni mühitin nəzarət olunan inkişafi) 
Mütəxəssislərin fikrincə, məskunlaşmanın inkişafının ümumi meyli belə ifadə oluna bilər: istehsalm sonrakı 
təmərküzləşməsi və onun xarakterinin dəyişilməsi bir tərəfdən iri şəhərlərə yaxın zonalarda əhalinin cəmləşməsinə 
səbəb  olacaqdır,  digər  tərəfdən  isə  əhalinin  miqdarını  həmin  şəhərlərin  hüdudlarında  məhdudlaşdırmağa  imkan 
verəcəkdir  (onlann  ərazilərində  geniş  şəhər  təşəkküllərinin-aqlomerasiyalann  meydana  gəlməsi  hesabına). 
Aqlomerasiyalar  müxtəlif  məhdud  funksional  məskənlərin  diferensial  şəbəkəsini  əhatə  edəcəkdir.  Bu  halda 
urbanizasiya şəhər hüdudlanndan kənara çıxır və aqlomerasiyanın bütün ərazisinə, o cümlədən də kəndə yayılır. 
Müasir  Azərbaycan  şəhəri  bütövlükdə  özünün  mürəkkəb  bir  dövrünü  yaşayır.  Bu  mürəkkəblik  bir  sıra 
səbəblərlə bağlıdır. Həmin səbəblər aşağıdakılardır: 
a)
 
Azərbaycanın işğal olunmuş rayonlarından başqa ərazilərə, o cümlədən şəhərlərə məcburi qaçqmIann və 
köçkünlərin gəlməsi bu məskənlərdə ənənəvi nizamı, tərtibi xeyli [90 - 911 dərəcədə pozmuş, müəyyən bir gərginlik 
yaratmışdır. Təkcə Bakı şəhərində kortəbii surətdə qərarlaşmış «kiçik bazarlan», qanunsuz  tikilmiş obyektləri və s. 
xatırlamaq  kifayətdir.  Bu  sahədə  müəyyən  bir  nizam,  qaydaqanun  yaratmaq  üçün  xeyli  iş  görülmüşdür  və 
görülməkdədir. 
b)
 
Müasir  Azərbaycan  şəhəri  kəndə  əvvəlki  köməyi  göstərə  bilmir,  şəhərin  kəndə  hamilik  fəaliyyəti  xeyli 
zəifləmişdir.  Şəhərlərarası  əlaqələr  də  qənaətləndirici  deyildir.  Şəhərlərin  keçmiş  SSRİ  məkanındakı  əlaqələri 
pozulduğundan yeni əlaqələr yaratmaq imkanları axtarılır. Bu sahədə artıq müəyyən uğurlar qazanılmışdır 
c)
 
80-ci  illərin  sonu  -  90-cı  illərin  əvvəllərində  şəhər  həyatının  öz  simasını  itirməsi  təhlükəsi  yaranmış, 
müxtəlif  cinayətkar  ünsürlərin  fəallaşması  aşkar  surətdə  ciddi  narahatlıq  yaratmış,  şəhərlərin  abadlaşdırılması 
unudulmuş, şəhərsalma siyasətində ciddi əyintilərə yol verilmişdir. Bundan əlavə, şəhərlərdə həyata keçirilən islahatlar 
bir sıra hallarda hərtərəfli götür-qoy edilməmiş, elmi cəhətdən kifayət qədər əsaslaşdınimamış, müvafiq proqramların 
işlənib  hazırlanması  və  reallaşdırılması, əhalinin imkansız  və  azimkanh  təbəqələrinin sosial  müdafiəsi  tədbirlərinin 
həyata  keçirilməsi  sistemli  xarakterdə  olmamışdır.  Lakin  bu  o  demək  deyildir  ki,  şəhərlərimizdə  uğurlu  addımlar 
atılmamışdır. Faktlar təsdiq edir ki, son illərdə sosial problemlərin həllinə kömək edə biləcək iqtisadi bünövrə yaratmaq 
istiqamətində ciddi nailiyyətlər qazanılmışdır. Bunu ondan görmək olar ki, bir sıra çətinliklərə baxmayaraq, ölkənin 
sənaye həyatında müəyyən canlanma baş verməkdədir. İqtisadi və sosial inkişafi xarakterizə edən əsas makroiqtisadi 
göstəricilər əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Respublikamız öz inkişaf sürətinə görə dünyada öncül mövqelərə 
çıxmışdır. Qazanılan nailiyyətlərə şəhərlərimiz öz töhfəsini getdikcə artınr. [91 -92] 
38 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə