Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə62/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   73

nəslin  maraqlannm  mənzərəsini  dəqiqləşdirmək  üçün  apanlan  sosioloji  tədqiqatlarda  belə  bir  sual  qoyulmuşdu: 
«Fikrinizcə, bu gün gənclər üçün həyatda ən vacib olan nədir?». Sorğunun nəticələri pul, təhsil və peşə, iş mənsəbi. 
Dağlıq Qarabağ probleminin həlli və həzz almağın başlıca yer tutduğunu göstərir. Gənclərdə praqmatik və hedonistik 
əhval-ruhiyyənin xeyli güclü olması açıq-aşkar görünür. 
Deməli, gənclərin maraqlannm istiqamətlərini və [267 - 268] ümidlərini öyrənərək, onlann yaxın gələcəkdə 
iqtisadi, siyasi, sosial və mənəvi həyatının mümkün yollanm 5diksək ehtimalla proqnozlaşdırmaq olar. 
Empirik tədqiqatlar həm də hüquqyaratma prosesinin müxtəlif mərhələlərində sosial amillərin rolunun aşkar 
edilməsinə və nəzərə alınmasına yardım edir. Bu, yeni hüquqi sənədin yaradılmasının obyektiv səbəblərinin müəyyən 
olunması, qanun layihəsinin mətninin hazırlanması, onun müzakirəsi, qanunverici orqan tərəfindən baxılması üçün 
təqdim edilməsi və qanuni qüvvəyə minməsi əməliyyatlannm hər birinə aiddir. 
Hüquqyaratma  prosesinin  sosial  amillərinin  öyrənilməsi  metodologiyası  sistemli  (struktur-funksional)  və 
sosioloji təhlil prinsipləri üzərində qurulur. Bu halda hüquqyaratmanm sosial mexanizminə aid olan hüquqi anlayış və 
kateqoriyalar  empirik  məlumatın  toplanılması,  işlənilməsi  və  keyfiyyət-kəmiyyət  təhlili  kimi  sosioloji  tədqiqat 
mərhələləri ilə üzvi surətdə əlaqələndirilməlidir. 
Sosial  -  hüquqi  tədqiqatların  proqramlanna  konkret  məsələlərin  daxil  edilməsi  hüququn  tələblərinə  riayət 
edilməsi məqsədi ilə tərbiyəvi, stimullaşdırıcı, profilaktik və məcburedici təsir tədbirlərinin səmərəliliyini yüksəldir. 
Bu, həm də dövlət orqanlarının həmin sahədəki işini obyektiv qiymətləndirmək imkam verir. 
Empirik  tədqiqatın  nəticələri  onun  ilkin  konsepsiyasmm  nəzəri  əsaslarmm,  mühakimə  və  fərziyyələrinin 
doğruluğunu təsdiq və ya təkzib edir. 
2.
 
Şəxsiyyətin hüquqi sosiallaşması 
İnsanın mahiyyəti cəmiyyətlə birgə dəyişir və inkişaf edir. Bu, onun sosial mühitlə aynimaz əlaqədə olduğunu 
sübut edir. 
Qeyd  olunan  proses  həm  də  sosiallaşma  ilə  sıx  bağlıdır.  Sosiallaşma  təkcə  şəxsiyyətin,  insanın  və  sosial 
mühitin  [268  -  269]  əlaqə  formalarından  ibarət  deyildir.  O,  həm  də  cəmiyyətin  yetkinlik  dərəcəsindən  asılı  olan 
mürəkkəb  prosesdir.  Onun  məzmununda  insanı  cəmiyyətdə  qəbul  edilmiş  anlayışlar,  dəyərlər,  sosial  normalar 
sisteminə və digər mədəniyyət dəyərlərinə cəlb etmək məqsədilə müxtəlif sosial institutların məqsədyönlü fəaliyyəti 
əsas yer tutur. Bununla yanaşı həmin proses insanın bir şəxsiyyət kimi həmin istiqamətə yönəlmiş fərdi fəaliyyətini də 
ehtiva edir. 
Sosiallaşma gedişində fərd tərəfindən onun yaşadığı cəmiyyətin mədəniyyət sisteminin əsas nailiyyətlərinin 
mənimsənilməsi baş verir. 
Hüquqi sosiallaşma ümumi sosiallaşmanm zəruri və mühüm istiqamətini təşkil edir, onunla hissə və tam kimi 
nisbətdədir. Onun mahiyyəti insanın, vətəndaşın cəmiyyətin strukturunda öz ictimai rolunu, yerini daha dərin dərk 
etməsi  deməkdir.  Hüquqi  sosiallaşmanm  əsas  xüsusiyyətləri  onun  konkret  olması,  dəqiq  müəyyənliyi,  münaqişə 
səbəblərinin mərkəzində olması, mövcud informasiyanı şəxsiyyətin sosial statusu və cəmiyyətdəki roluna uyğun olaraq 
qiymətləndirməsi hesab olunur. 
Qeyd etmək lazımdır ki, məlumat mənbələri nə qədər əhəmiyyətli olsa da, onlann verdiyi məlumatlar əhali 
tərəfindən  kor-koranə  deyil,  ciddi  tənqidi  surətdə  qəbul  olunur.  Sosioloji  tədqiqatlann  nəticəsinə  görə,  oxuculann 
yalnız 48%-i qəzetlərdə yazılanlara inanır. 
Fərdin sosiallaşması prosesinin aynimaz tərkib hissəsini siyasi və hüquqi tərbiyə təşkil edir. Onun məqsədi 
insanlarda müvafiq biliklər sistemi, inam, sosial cəhətdən fəal davranış motivlərini və vərdişlərini formalaşdırmaqdır. 
Hüquqi tərbiyə dedikdə dövlətin, onun orqanlannm və qulluqçulannm, ictimai təşkilatlann və əmək kollektivlərinin 
əhalidə  hüquq  düşüncəsi  və  hüquq  mədəniyyətinin  formalaşdınimasma  və  artınimasma  yönəlmiş  məqsədyönlü, 
sistemli fəaliyyəti başa düşülür. Bu işdə hüquqi tədris və hüquqi tərbiyə bir-biri ilə üzvi vəhdətdə çıxış edir. Tərbiyəvi 
xarakter [269 - 270] daşıyan tədris prosesində vətəndaşın şəxsiyyət düşüncəsi, hüquqi görüşləri, əxlaqi idealları, dəyər 
yönümləri  fasiləsiz  surətdə  zənginləşir.  Bu  prosesdə  insan  hüquqi  biliklərin  daim  genişlənməsi  və  dərinləşməsinin 
zərurət olduğunu dərk edir. Hüquqi tədris və tərbiyə şəxsiyyətin vahid inkişafı prosesinin aynimaz hissələridir. Hazırda 
Azərbaycanda hüquqi dövlət quruculuğu ideyasının getdikcə daha dolğun gerçəkləşdiyi bir şəraitdə bunlann rolu və 
əhəmiyyəti durmadan artır. 
Hüquqi tədris və tərbiyə müxtəlif formalarda həyata keçirilir. Bu prosesdə əldə edilmiş biliklər fərdin dəyər 
istiqamətlərinin sosial məqsədinin formalaşmasına köməklik edir. Onlar şəxsiyyətin şüurlu (düşünülmüş) fəaliyyətinin 
tənzim edilməsində də mühüm rol oynayır və onun hüquqi düşüncəsinin əsası kimi çıxış edir. Sonra, insanın müxtəlif 
siyasi hadisələrə münäsibətinin formalaşmasında, onun cəmiyyətdə davranışın müəyyənləşdirilməsində də onlann rolu 
böyükdür. Şəxsiyyətin ümummədəni inkişafı, sosial normalann gerçəkliyə çevrilməsi, normativ tələblərin vərdişə, fəal 
davranışa keçməsi kimi proseslərin sürəti də hüquqi tərbiyənin səviyyəsindən və keyfiyyətindən çox asılıdır. 
107 


Sosioloqlann və hüquqşünaslann apardığı tədqiqatlar göstərir ki, hüquqi tərbiyənin səmərəliliyi ictimai həyatın 
bütün sahələrində qanunlara riayət etmək ehtiyacının reallaşması səviyyəsi ilə ölçülür. Qanuna riayət etməyi ictimai 
zərurət kimi dərk etmək və öz davranışında onun tələblərinə düşünülmüş şəkildə əməl etmək indi həmişəkindən daha 
vacibdir. 
Hüquqi  tərbiyədə  bu  və  ya  digər  qrupun  maraqlannm  dərk  edilməsi,  onun  nüfuz  və  şərəfinin  qorunub 
saxlanılması  çox  mühüm  rol  oynayır.  Burada  əsas  məsələ  həmin  maraqların  cəmiyyətin  ümumi  maraqlarına  nə 
dərəcədə  uyğun  gəlməsindən  ibarətdir.  Bu  maraqlann  dərk  edilməsi  və  prinsipial  cəhətdən  uzlaşdırılması  hüquqi 
normalara uyğun olaraq baş verir. Həmin maraqlar üst-üstə düşmədikdə isə şəxsiyyət, eləcə də qrup cəmiyyətin hüquqi 
tələblərinin əleyhinə [270 - 271] çıxa bilir ki, bu da mütləq onların münasibətlərində toqquşmalara gətirib çıxarır. 
Tərbiyə nəzəriyyəsində belə bir fikir hamı tərəfindən qəbul edilmişdir ki, özünütərbiyə yaxşı təşkil olunmuş 
tərbiyənin  nəticəsidir.  Onun  əsas  məzmunu  şəxsiyyətin  dəyişməyə,  özündə  arzu  olunan  xüsusiyyətləri 
formalaşdırmağa  yönəlmiş  daxili  fəallığın  dərk  edilməsindən  ibarətdir.  Hüquqi özünütərbiyə  istənilən  mənfi  xarici 
təsirə  davam  gətirmək  üçün  müəyyən  siyasi,  hüquqi  və  əxlaqi  prinsiplərin,  dəyərlərin,  sosial  və  hüquqi  davranış 
normalarının qavranılmasmı, inkişafını və möhkəmləndirilməsini nəzərdə tutur. 
Sosiallaşma  cəmiyyətin  bütün  həyat  sahələrini,  o  cümlədən  də  siyasəti  əhatə  edir.  Siyasi  sosiallaşmaya 
ikitərəfli proses kimi baxılmalıdır. Onun birinci tərəfini fərdə siyasi məlumatın, biliklərin verilməsi, onun mövcud 
siyasi dəyərlər sisteminə cəlb edilməsi, ictimai münasibətlər sisteminə  daxil olmaqla sosial təcrübəni, normaları və 
rolları qavraması təşkil edir. İkinci tərəf isə sosial-siyasi mühitə daxil olma prosesində fərdin aktiv fəaliyyəti sayəsində 
onun mövcud ictimai münasibətlər sistemini daha da inkişaf etdirməsini nəzərdə tutur. 
Şəxsiyyətin  siyasi  sosiallaşması  prosesində  sosioloji  baxımdan  cəmiyyət  aşağıdakı  məsələləri  həll  edir:  a) 
fərdlərdə  onların  öz  ictimai  funksiyalarını  yerinə  yetirə  bilməsi  üçün  lazım  olan  bacanq  və  xüsusiyyətlərin 
formalaşdırılması; b) fərdin ictimai-siyasi özünügerçəkləşdirmə sisteminə daxil edilməsi; c) sosial-siyasi münasibətlər 
sistemində fərdlər tərəfindən müvafiq sosial rolların yerinə yetirilməsi; ç) mövcud ictimai münasibətlərin və birinci 
növbədə siyasi münasibətlərin inkişaf etdirilməsi və zənginləşdirilməsi. 
Siyasi  sahədə  sosiallaşma  şəxsiyyətin  təşəkkülü  və  inkişafına  böyük  təsir  göstərir.  O,  insanın  siyasi 
münasibətlər  və  siyasi  fəaliyyət  subyekti  kimi  təşəkkülü  prosesinin  bütün  tərəflərini  əhatə  edir.  Onun  son  nəticəsi 
şəxsiyyətin sosial-siyasi fəallığı ilə onun yaradıcılığının sintezini ifadə edən [271 - 272] yüksək siyasi mədəniyyətin 
formalaşmasıdır. 
Beləliklə,  sosiallaşma  prosesi  insanın  məqsədyönlü  fəaliyyətindən,  sosial  praktikanın  və  insanların 
ünsiyyətinin  xarakterindən,  onun  tutumunun  və  məzmununun  şüurlu  şəkildə  dəyişdirilməsi  imkanlarmdan,  habelə 
tərbiyəsinin təşkilindən asılıdır. 
3.
 
Şəxsiyyətin hüquqi davranışı 
Hüquqi davranış fərdi və kollektiv subyektlərin şüurlu nəzarətində olan, hüquq normalan ilə nəzərdə tutulan və 
hüquqi  nəticələrə  səbəb  olan,  sosial  cəhətdən  əhəmiyyətli  davranışdır.  O,  vətəndaşlann  məişətdə,  işdə, 
şəxsiyyətlərarası  münasibətlərdə  təzahür  edən  əsas  davranış  növünü  təşkil  edir.  Hüquqi  davranışın  əlamətləri 
bunlardır:  o,  qanunvericilikdə  müəyyən  edilmiş  normalar  çərçivəsində  həyata  keçirilir;  sosial  cəhətdən  faydalıdır, 
ictimai maraq və məqsədlərə zidd deyildir (bu onun obyektiv məzmununu ifadə edir), dərk edilmiş xarakter daşıyır (bu 
onun subyektiv tərəfini ifadə edir). 
Sosial əhəmiyyət dərəcəsinə görə hüquqi davranışı aşağıdakı növlərə ayırmaq olar: 
1)
 
zəruri olan (orduda xidmət); 
2)
 
arzu olunan (elmi və bədii yaradıcılıq); 
3)
 
yol verilən (dini ayinlərin və ibadətlərin yerinə yetirilməsi). 
Hüquqi davranışın ən geniş yayılmış təsnifatına görə, o, aşağıdakılan əhatə edir: 
1)
 
Sosial - fəal davranış. Bu, hüquqi davranışın ən ali formasıdır, hüquqi düşüncə və hüquqi mədəniyyətin, 
məsuliyyətin  və  könüllülüyün  yüksək  səviyyəsi  ilə  ifadə  olunur.  Burada  subyekt  cəzadan  qorxduğuna  görə  və  ya 
mükafatlandırma xatirinə deyil, cəmiyyətdə  hüquqi davranışın zəruriliyinə və məqsədəuyğunluğuna əmin olduğuna 
görə hərəkət edir. Bu növ davranış ən yüksək sosial əhəmiyyətə malikdir, çünki yalnız şəxsi marağın yox, eləcə də 
ictimai marağın gerçəkləşməsi, həyatda hüquq, qanunçuluq, qayda prinsiplərinin real təsdiq edilməsi üçün mübarizə ilə 
bağlıdır. 
2)
 
Konformist itaətkar davranış. Bu, hüquqi göstərişlərə, onlan dərin və hərtərəfli dərk etmədən, yüksək hüquqi 
fəallıq göstərmədən tabe olmağa əsaslanan əməldir); 
3)
 
Marginal davranış.  Bu,  hüquqi  göstərişlərə uyğun  olan, lakin  dövlət  tərəfindən  məcburetmə  nəticəsində, 
cəzadan çəkinməyə görə icra edilən əməldir. 
108 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə