Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə63/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   73

Bir  qayda  olaraq,  marginal  davranış  cəmiyyətdə  öz  arzularına  uyğun  yer  tapmamış  insanlara  məxsusdur 
(taleyin ağırlığı,  əlillik, əvvəlki  məhkumluq, həddən artıq ambisiyalar, iddialar üzündən); onlar gerçəkliyi hamının 
qəbul etdiyindən fərqli şəkildə qavrayırlar. 
Vətəndaşın davranışı hüquqi və sosioloji nöqteyi-nəzərdən bir çox amillərdən asılıdır: insanın yaşmdan, onun 
sosial vəziyyətindən, maraqlar dairəsindən, obyektiv imkanlanndan, həyat tərzindən və s. Bəzi tədqiqatçıların qeyd 
etdiyi  kimi,  müxtəlif  yaş  səviyyəsinə  malik  vətəndaşlann  hüquqi  davranışı  ona  görə  fərqlənir  ki,  onlann  sosial 
funksiyaları üst-üstə düşmür. Belə ki, əhalinin böyük hissəsinin əmək fəaliyyəti 16-19 yaşmdan başlanır və pensiya 
yaşma qədər davam edir. 
Hüquqi davranışın müxtəlif motivlərinin bütün spektrini bir cədvəl kimi təsvir etsək, orada yalnız iki - ictimai 
şəxsi - motivlər qrupu yox, həm də bir çox keçid, qanşıq formalar da öz yerini tapacaqdır. 
Davranışın ictimai və şəxsi motivləri: əməlin ictimai faydalılığma əminlik; cəmiyyət qarşısında borc, hüquqi 
vəzifə; peşə məsuliyyəti hissi; əməlin başqalan üçün praktik faydası; hüquqi və ya əxlaqi məsuliyyətdən qorxu hissi; 
əməl-dən əldə edilən şəxsi fayda; xudbin maraqlar; hüquqi vasitələrlə həyata keçirilən mənfi motivlər və s. 
Sosioloji tədqiqatlar göstərir ki, sosial-hüquqi fəallıq [273 - 274] müxtəlif yaş və peşələrə malik olan bir çox 
vətəndaşlar üçün səciyyəvidir və o, təhsil və iş təcrübəsinin artması ilə nəzərə-çarpacaq dərəcədə artır. 
Hüquqi davranış subyektlərinin ən çoxsaylı qmpunu gənclər və orta yaşlı insanlar təşkil edir. Hüquqa zidd 
davranış  sahəsində  də  oxşar  hal  müşahidə  olunur.  Hədd-buluğa  çatmamışlar  arasında  da  cinayət  əməlləri  ciddi 
düşündürücü faktdır. Kriminoloji tədqiqatlar göstərir ki, bütün cinayətlərin orta hesabla 10%-ə qədəri həddi-buluğa 
çatmamışlar (14 yaşmdan 17 yaşma qədər) tərəfindən törədilir. 
Hüquq pozuntularmm səbəblərinə sosioloji yanaşma daha konkret səviyyədə sosial qanunlardan kənaraçıxma 
hallannm  öyrənilməsini  nəzərdə  tutur.  Burada  müxtəlif  sosial,  peşə,  yaş  qruplarının  həyat  tərzlərinin  öyrənilməsi 
vacibdir. Sosioloji və kriminoloji tədqiqatlar göstərir ki, insanın həyat tərzindəki əyintilər onun davranışına mənfi təsir 
göstərə və münaqişələrin mənbəyi ola bilir; cəmiyyət üçün bütövlükdə səciyyəvi olan əxlaqi dəyərlərdən kənaraçıxma 
hallanna gətirib çıxanr və sosial nəzarəti zəiflədə bilir ki, bu da cəmiyyətəzidd əməllərin törədilməsini asanlaşdırır və 
subyektin maraqlarma cavab verən qanuni imkanların gerçəkləşdirilməsini çətinləşdirir. Bütövlükdə, bu cür hadisələr 
şəxsiyyətin hüquqi davranışma mənfi təsir göstərdiyi üçün onlara qarşı mübarizə istiqamətində müvafiq profilaktik işin 
apaniması vacibdir. 
4.
 
Qanunvericik sosiologiyasının bəzi cəhətləri 
Azərbaycan  Respublikasının  Konstitusiyasına  qanun-vericilik  təşəbbüsü  hüququna  malik  olan  şəxslərin  və 
orqanların  dairəsi  müəyyən  edilmişdir.  Konstitusiyanın  96-cı  maddəsinin  1-ci  bəndinə  uyğun  olaraq,  Azərbaycan 
Respublikasının  Milli  Məclisində  qanunvericilik  təşəbbüsü  hüququ  (qanun  layihələrini  və  başqa  məsələləri 
Azərbaycan Respublikası Milli [274 - 275] Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası 
Milli  Məclisinin  deputatlarına,  Azərbaycan  Respublikasmm  Prezidentinə,  Azərbaycan  Respublikasının  Ali 
Məhkəməsinə,  Azərbaycan  Respublikası  Prokurorluğuna  və  Naxçıvan  Muxtar  Respublikasmm  Ali  Məclisinə 
məxsusdur.  Beləliklə,  Konstitusiya  ilə  qanunvericilik  təşəbbüsü  hüququna  malik  129  subyekt  müəyyən  edilmişdir. 
Müqayisə  üçün  qeyd  etmək  olar  ki,  ABŞ-da  belə  hüquqa  Konqresin  üzvləri,  Almaniya  Federativ  Respublikasında 
federal hökumət, Bundesrat, Bundestaqm fraksiyalan və ya onun deputat korpusunun ümumi sayının 5 faizindən az 
olmamaqla deputat qrupu malikdir. 
Qanunyaratma prosesinin intensivliyi müxtəlif ölkələrdə fərqli xüsusiyyətlərə malikdir. 12 noyabr 1995-ci il 
tarixdən 2006-cı il yanvann l-dək olan müddət ərzində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2040 qanun, 
qərar və digər normativ hüquqi akt qəbul edilmişdir. Yalnız 2002-ci ilin payız (30 sentyabr - 30 dekabr), yaz (1 mart - 
31  may)  və  növbədənkənar  (1  iyun  -  27  i}ml)  sessiyalannda  Azərbaycan  Respublikası  Milli  Məclisinin  56  iclası 
keçirilmiş,  burada  114  qanun,  17  qərar  qəbul  edilmişdir.  Bu  dövrdə  parlamentdə  30  beynəlxalq  müqavilə  və 
konvensiya  təsdiq  edilmişdir.  Müqayisə  üçün  qeyd  edək  ki,  ABŞ-da  il  ərzində  orta  hesabla  5000,  Rusiya 
Federasiyasında lOOO-ə yaxın, AFR-də isə 160 qanun layihəsi müzakirəyə çıxanlır. Bununla əlaqədar qeyd etmək 
yerinə düşər ki, ABŞ-da qanunvericilik bazası iki əsrdən arüq müddət ərzində formalaşmışdır. Burada hər bir ştat artıq 
mükəmməl hüquq sisteminə malikdir. AFR-in, RF-in, habelə Azərbaycan Respublikasmm hüquq sistemi isə nisbətən 
gəncdir. 
Araşdırmalar  göstərir  ki,  qanunyaratma  fəaliyyətinin  ağırlıq  mərkəzi  hökumətin  üzərinə  düşür.  Məsələn, 
AFR-də  qanunvericilik təşəbbüsü  hüququna  malik  olan  subyektlərin  [275  -  276]  fəallıq  dərəcəsi aşağıdakı  kimidir: 
qanun layihələrinin ümumi sayının təqribən 60%-i hökumətin, 34%-i Bundestaq deputatlannm, 6%-i isə 
Qanun layihəsini hər bir vətəndaş hazırlaya bilər, lakin onu rəsmi olaraq parlamentə təqdim etmək hüququna ancaq qanunvericilik təşəbbüsü 
hüqüqunun subyekti malikdir. 
109 


Bundesratın  payına  düşür.  Qanun  layihələrinin  çoxsaylı  olması  baxımından  onlann  müzakirəsinin  və  qəbulunun 
ləngiməsini  (layihələrin  parlamentin  bir  sessiyasından  növbəti  sessiyalara  keçirilməsi)  də  qeyd  etməmək  mümkün 
deyildir. Bəzi qanunlann qəbuluna olan kəskin tələbat bir sıra hallarda vaxtın və maddi vəsaitlərin çatışmazlığı ilə 
müşayiət  olunur.  Bu  isə  bəzən  onlann  keyfiyyətinin  aşağı  düşməsinə,  artıq  qəbul  olunmuş  hüquqi  aktlara  onların 
qəbulundan dərhal sonra əlavələr və ya dəyişikliklər edilməsi zərurətinə gətirib çıxanr. 
Qanunyaratma  fəaliyyətinin  sürətinə  iki  amil  mühüm  təsir  göstərir.  Təəssüf  ki,  həmin  amillər  hələ  də 
sosioloqlann diqqətindən kənarda qalmışdır. Birinci siyasi amildir. Bu, müasir dövlətlərdə cəmiyyətin siyasi qüvvələri 
arasındakı  ziddiyyətlərlə,  onlann  mübarizəsi  ilə  əlaqədardır.  İkinci  amil  xüsusən  də  federativ  dövlətlərdə  federal 
münasibətlərin  təşəkkülü  ilə  bağlıdır.  Federativ  dövlətlərdə  federasiya  subyektlərinin  mənafeləri  bir  çox  hallarda 
üst-üstə düşmür. Bu, qanunvericilik prosesində də əks olunur. Bəzən parlamentin aşağı palatasmm, xüsusilə də federal 
münasibətlərə aid qəbul etdiyi qanunlar onun yuxan palatasında ləngidilir. Yuxan palata bəzən müzakirəsinə verilən 
qanunlara  baxmaqdan  imtina  edir.  Göstərilən  proseslərin  obyektiv  səciyyə  daşımasına  baxmayaraq,  onlann  əksər 
hissəsi iradi yolla aradan qaldınla bilməz və ümumiyyətlə, qaldınimamahdır. Belə hallarda başqa mövqedən yanaşma 
tələb olunur. Bu baxımdan mükəmməl hazırlıqlı sosioloji xidmət əhəmiyyətli rol oynaya bilər. 
Məsələni  xeyli  geniş  planda  da  qoymaq  olar.  Bunu  Azərbaycan  Respublikasının  yaxın  qonşusu  RF-in 
qanunvericilik  təcrübəsi  ilə  müqayisədə  aydın  görmək  olar.  Məsələn,  hüquq  fəlsəfəsi  və  qanunvericilik  texnikası 
sahəsində tanınmış mütəxəssis, Rusiya Elmlər Akademiyasının müxbir [276 - 277] üzvü C. A. Kərimov haqlı olaraq 
qeyd  edirdi  ki,  bir  çox  rusiyalı  qanunvericilər  ən  azı  qanunyaratmanm  həyata  keçirilməsi  ilə  əlaqədar  öz  peşəkar 
hazırlıqlarını yüksəltməməkdən narahatdırlar. Onlar qanunlarda gerçəkliyin dəqiq əksini və onun 5diksələn inkişafını 
axtarıb tapmaqdan daha çox siyasi mübahisə və araşdırmalarla məşğuldurlar. 
Bəzi  tədqiqatçılann  qanunyaratma  prosesində  parlament  üzvlərinin  və  parlament  aparatmm  rolunun 
mütləqləşdirilməsinə  dair  nöqteyi-nəzərləri  zənnimizcə,  inandırıcı  deyildir.  Tam  əminliklə  demək  olar  ki, 
qanunyaratma prosesində parlament üzvlərinin rolu böyükdür. Lakin qanunverici bu və ya digər qanun layihəsinin 
zəruriliyini,  onun  qəbulunun  məqsədəuyğunluğunu,  bu  aktın  siyasi,  iqtisadi  və  sair  nəticələrini  düzgün 
qiymətləndirməyə borcludur. 
Hüquqi cəhətdən mükəmməl olan, ictimai münasibətlərin bu və ya digər sahəsinin hüquqi tənzimlənməsinin 
ictimai  tələbatlarına  cavab  verən,  hüquqi  tənzimetmənin  realizə  olunması  mexanizmini  özündə  ehtiva  edən  qanun 
layihəsinin işlənib hazırlanması üçün müvafiq şərtlərin, eləcə də üsul və vasitələrin yaradılması son dərəcə zəruridir. 
Bunu həm də cəmiyyətin intensiv inkişafı, artan tələbatlann təmin olunması zərurəti tələb edir. Belə şərtlər, üsul və 
vasitələr  içərisində  elminəzəri  təminat  başlıca  yer  tutur.  Ancaq  ixtisaslaşmış  mütəxəssislər  qüvvədə  olan 
qanunvericiliyin  müqayisəli  tədqiqatlarını  aparmaq  və  qəbulu  planlaşdırılan  hüquqi  aktların  zəruriliyini  və 
məqsədəuyğunluğunu  müəyyən  etmək  iqtidarında  ola  bilər.  Qanun  layihələri  ilə  əlaqədar  informasiyaları 
formalaşdırmağı, bunun elmi konsepsiyasını işləyib hazırlamağı, zəruri ekspertizalar aparmağı, millət vəkilləri ilə elmi 
məsləhətləri həyata keçirməyi yalnız yüksək ixtisaslı və peşəkar mütəxəssislər bacarar. Xüsusilə də elmi konsepsiyanın 
müəyyənləşdirilməsi mərhələsində qanun layihələrinin işlənib hazırlanmasına nəinki hüquq sahəsinin tədqiqatçılanm, 
həm də hüququ tənzimetmə predmetinə bilavasitə aid olan sahələrin alimlərini cəlb etmək zəruridir. 
Aparıcı elmi kollektivlər, elmi təşkilatlar və onlann [277 - 278] yüksək ixtisaslı nümayəndələri, hüquq elmləri 
ilə yanaşı digər humanitar elmlər sahəsində tanınmış nəzəriyyəçilər, praktik işçilər dövlət quruculuğu strategiyasının 
və  ictimai  inkişaf  perspektivlərinin  işlənib  hazırlanmasında  bilavasitə  iştirak  etməlidirlər.  Bununla  əlaqədar 
Azərbaycan  Respublikasında  qanunvericilik  və  hüquqşünaslıq  fəaliyyətini  özündə  birləşdirən  müvafiq  strukturun 
yaradılması məqsədəuyğundur. 
Azərbaycan Respublikası qanunvericiliyinin hər bir sahəsində ciddi ziddiyyətlərin aradan qaldıniması, mövcud 
boşluqlann  yerinin  vaxtında  doldurulması  qanunyaratma  fəaliyyətinin  səciyyəvi  əlamətlərindən  biridir.  Söhbətin 
qanun layihələrinin hazırlanması, müzakirəsi və qəbulu haqqında getdiyi bir zamanda bunun nə dərəcədə ciddi məsələ 
olduğu  özünü  daha  çox  büruzə  verir.  Qeyd  etmək  lazımdır  ki,  qanunyaratma  prosesində  hüququn  realizəolunma 
mexanizminin  zəifliyi  yolverilməzdir.  Bu,  hər  cür  sui-istifadələr  üçün  real  imkanlar  yaradır.  Hüquqi  realizə 
mexanizminin zəifliyi qanunlann işləkliyini çətinləşdirir. 
Qanunvericilik  sosiologiyası  cəmiyyət  haqqında  di-gər  elmlərlə  yanaşı  qanunvericinin  həlli  tələb  olunan 
problemli situasiyalann mahiyyətini dərk etmək imkamnı genişləndirir. Bunun üçün aşağıdakılann yerinə yetirilməsi 
zəruridir: 1) cəmiyyətin real vəziyyətini, onun qarşısında duran təxirəsalınmaz və perspektivli problemlərin, bunlann 
səbəblərinin  və  həmin  səbəbləri  doğuran  amillərin  mükəmməl  surətdə  tədqiq  edilməsi;  2)  hüquqi  tənzimetmə 
predmetinin  və  bu  tənzimetmənin  üsullarının  dəqiq  şəkildə  müəyyənləşdirilməsi.  Bununla  əlaqədar  olaraq  ölkənin 
hüquq  sisteminin  nizamhlığma  nail  olmaq  üçün  onun  maksimum  dərəcədə  tam,  ziddiyyətsiz,  anlaşıqlı  və  dövlətin 
vətəndaşlan  tərəfindən  başa  düşülməli  olmasına  səy  göstərilməsi  zəruridir.  Qanunların  qanunqüwəli  aktlarla  əvəz 
edilməsi təcrübəsinə qətiyyətlə son qo5mlmalıdır. Çünki bu, bir çox hallarda 
110 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə