Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə113/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   109   110   111   112   113   114   115   116   ...   158

www.vivo-book.com 

 

451 



Uorton indiyə daĢ kimi yatmıĢ olmalı idi, amma o, ağır zərbə – nokaut 

almıĢ  boksçu  kimi  dala-qabağa  ləngər  vura-vura  dumanlı  gözlərini 

bizə zilləyərək diĢlərini ağardırdı.  

Təəccüblü  olan  isə  Koffinin  buna  reaksiyası  idi.  O  bu  qəfil 

hərəkətdən  səksənib  geri  atılmadı,  amma  o  da  qəfildən  soyuq  və 

xoĢagəlməz bir Ģeyə toxunmuĢ adam kimi nəfəsini diĢlərinin arasında 

içəri çəkərək boğuq bir səs çıxardı. Heyrətdən onun gözləri bərəldi, bir 

anlıq o, elə görünüĢ aldı ki, elə bil o bu axmaqla heç vaxt rastlaĢmayıb, 

mən hələ onların hər gün birlikdə yatıb qalxdıqlarını demirəm. O, çox 

canlı  görünürdü,  elə  mənə  toxuna  bilməsi  üçün  məni  öz  kamerasına 

çağırdığı  vaxtda  olduğu  kimi.  “Mənə  yardım  etmək  üçün”  –  əgər 

Koffinin dili ilə desək. O, əllərini barmaqlıqların arasından siçana tərəf 

uzadanda da belə görünürdü. Bu üçüncü dəfə idi ki, onun gözləri alıĢıb 

yanır,  üzü  isə  iĢıqlanırdı,  elə  bil  ki,  onun  beyninin  içində  kimsə 

qəfildən  lampa  yandırmıĢdı.  Bununla  belə,  bu  dəfə  hər  Ģey  tamam 

baĢqa cür idi. Bu dəfə onun üzündə soyuq bir ifadə vardı və mən ilk 

dəfə  olaraq  düĢündüm  ki,  görəsən  Con  Koffi  birdən  qəzəblənərək 

özünə nəzarəti itirsəydi, nələr baĢ verə bilərdi. Bizim silahlarımız vardı 

və  biz  ona  atəĢ  aça  bilərdik,  amma  onu  yerə  yıxmaq  elə  də  asan  iĢ 

olmazdı.  

Mən  Brutusun  üzündən  onun  da  eyni  Ģeyləri  düĢündüyünü 

oxudum,  amma  Uorton  hələ  də  daĢ  kimi  ifadəsiz  dodaqları  ilə 

gülümsəyirdi.  



www.vivo-book.com 

 

452 



–    Sən  hara  getdiyini  düĢünürsən?  –  deyə  Uorton  soruĢdu.  Bu 

sözlər onun dilində “Sə haa gediyii düünürsən” kimi səsləndi.  

Koffi nəzərlərini, əvvəlcə, Uortonun üzünə, sonra onun əllərinə, 

sonra  yenə  də  onun  üzünə  zilləyərək  tərpənmədən  dayanmıĢdı.  Mən 

onun üz ifadəsinin mənasını anlaya bilmədim. Demək istəyirəm ki, bu 

üz  ifadəsinin  bir  mənası  olduğunu  görürdüm,  amma  onu  anlaya 

bilmirdim. Uortona gəlincə, mən ona görə qətiyyən narahat deyildim. 

Sonra o, heç nə xatırlamayacaqdı: indi o, ağlı baĢında olmayan sərxoĢ 

kimi idi.  

–  Sən pis adamsan, – deyə Koffi pıçıldadı və mən onun səsində 

hiss  etdiklərimi  sizə  deyə  bilərəm:  ağrı,  qəzəb  və  ya  qorxu.  Bəlkə  də 

hər  üçü  birlikdə.  Koffi  yenə  onun  çiyin  əzələsini  sıxan  ələ  baxdı,  elə 

bil istəsə, çox bərk sanca biləcək bir həĢərata baxırdı.  

–    Düz  deyirsən,  zənci,  –  Uorton  üzündə  donuq bir  təbəssümlə 

mırıldandı. – Sənin təsəvvür edə bilməyəcəyin qədər pis adamam.  

Birdən mənə elə gəldi ki, indi nəsə qorxunc bir Ģey baĢ verəcək, 

elə  dəhĢətli  bir  Ģey  ki,  qəfil  bir  zəlzələ  çayın  yatağını  dəyiĢdiyi  kimi, 

bizim  bütün  planlarımızın  axarını  dəyiĢəcək.  Bu  baĢ  verəcəkdi  və  nə 

mən,  nə  də  bizlərdən  heç  kim  bunu  dayandırmaq  üçün  bir  Ģey  edə 

bilərdi.  

Brutus əlini uzadıb Uortonun əlini Con Koffinin qolundan dartıb 

çəkdi və elə həmin an içimdəki bu fəlakət hissi də məni tərk etdi. Elə 

bil  ki,  təhlükəli  bir  dövrə  qırıldı.  Mən  sizə  danıĢdığım  bu  hekayənin 



www.vivo-book.com 

 

453 



əvvəllərində  demiĢdim  ki,  mənim  “E”  blokunda  iĢlədiyim  müddət 

ərzində quvernatorla birbaĢa əlaqədə olan telefon bir dəfə olsun zəng 

çalmamıĢdı.  Bu  həqiqətdir,  amma  təsəvvür  edirdim  ki,  əgər  həmin 

telefon,  heç  olmasa,  bir  dəfə  zəng  çalsaydı,  yəqin  ki,  mən  onda  da 

Brutusun Uortonun əlini mənim yanımda qüllə kimi ucalan bu adamın 

qolundan  dartıb  çəkdiyi  an  hiss  etdiyim  rahatlığı  hiss  edərdim. 

Koffinin  gözləri  yenə  dondu,  baxıĢları  dərhal  kütləĢdi,  elə  bil  onun 

beyninin içindəki lampanı söndürdülər.  

–    Çarpayına  uzan,  Billi,  Brutus  dedi.  –  Bir  az  istirahət  elə.  – 

Adətən,  məhbuslarla  bu  cür  mən  danıĢırdım,  amma  indiki  Ģəraitdə 

Brutusun bu cür danıĢmasına mən etiraz eləmədim.  

– Bəlkə də uzanaram, – deyə Uorton razılaĢdı. O, bir addım geri 

çəkildi,  ləngər  vurdu  və  az  qala  arxası  üstə  döĢəməyə  çırpılacaqdı, 

amma  son  anda  müvazinətini  qoruya  bildi.  –  Bəh-bəh,  əladı.  Bütün 

otaq baĢıma fırlanır. Elə bil sərxoĢ olmuĢam.  

O,  donuq  gözlərini  Koffidən  çəkməyərək  öz  çarpayısına  tərəf 

geri çəkildi 

–    Zəncilərin  öz  elektrik  stulu  olmalıdır,  –  deyə  o  öz  fikrini 

bildirdi.  Sonra  onun  dizlərinin  arxası  çarpayının  kənarına  toxundu  və 

o,  leĢ  kimi  çarpayıya  yıxıldı.  Onun  baĢı  nazik  həbsxana  balıĢına 

toxunmamıĢ, o, artıq xoruldayırdı. Onun gözlərinin altında tünd-mavi 

kölgələr görünür və dilinin ucu ağzından bayıra çıxmıĢdı. 




www.vivo-book.com 

 

454 



–  Aman Allah, bu qədər narkotik qəbul edəndən sonra o, necə 

ayağa qalxa bildi? – deyə Din pıçıldadı.  

–  Bu vacib deyil, indi o yatır, – deyə mən dilləndim. – Əgər o, 

yenə  ayılsa, ona bir stəkan suda bircə  həbi  həll edib  verərsən. Amma 

bir həbdən artıq vermə. Biz onu öldürmək istəmirik. 

–  Öz adından danıĢ, – deyə Brutus nərildədi və nifrətlə Uortona 

baxdı.  –  Sən  istəsən  də,  onun  kimi  meymunu  narkotiklə  öldürə 

bilməzsən. Belələrinə narkotik gülə gübrə kimi təsir edir. 

–  O, pis adamdır, – deyə Koffi təkrara etdi, amma bu dəfə daha 

alçaq səslə, elə bil nə dediyindən daha əmin deyildi.  

–  Düzdü, – deyə Brutus razılaĢdı. – Ən alçaq. Amma indi artıq o 

bizim  problemimiz  deyil,  çünki  biz  onunla  tanqo  rəqs  etməyə 

hazırlaĢmırıq.  –  Biz  dördümüz  də,  öz  bütlərini  dövrəyə  almıĢ 

pərəstiĢkarlar  kimi,  yenə  Con  Koffinin  dövrəyə  alaraq  getməyə 

baĢladıq. 

–  Con, bir mənə de görüm hara getdiyimizi bilirsənmi? 

–    Kömək  etməyə,  –  deyə  o  cavab  verdi.  –  Məncə...  kömək 

etməyə... bir qadına? – deyərək o, ümid və həyəcanla Brutusa baxdı.  

Brutus baĢını yırğaladı. 

–    Düzdü.  Axı  sən  bunu  haradan  bildin?  Sən  bunu  necə 

öyrəndin? 

Con  Koffi  bu  suala  nə  cavab  verəcəyini  bir  qədər  düĢünəndən 

sonra baĢını buladı.  



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə