www.vivo-book.com
563
– Bu, Prudom qraflığına yaraĢır, – deyə o dilləndi. – Çox
yaraĢır.
– Təxminən üç aydan sonra Uorton özünə gəlir və yenidən öz
əyləncələrinə baĢlayır, sonunda da bu əməllərinə görə həbs edilir, –
mən dedim. – Həmin əməllərə və törətdiyi qətllərə görə də bizim
yanımız düĢür.
– Deməli, onun əvvəllər də bir azyaĢlı qız uĢağı ilə əlaqəsi olub,
– deyə Harri dilləndi. O, eynəyini çıxarıb onun ĢüĢələrini nəfəsiylə
tərlətdi və onları silməyə baĢladı. – Çox az yaĢlı. Bir dəfə hələ bunun
müntəzəm əlaqələr olduğunu isbat eləmir, elə deyilmi?
– Belə Ģeyləri, adətən, bir dəfə eləmirlər, – deyə mənim arvadım
müdaxilə etdi və dodaqlarını bir-birinə elə bərk sıxdı ki, onlar
görünməz oldu.
Sonra mən onlara Trapinqus əyalətinə etdiyim səfər haqqında
danıĢdım. Rob Makci ilə mən daha açıq danıĢmıĢdım, əslində, mənim
baĢqa seçimim də yox idi. Ġndiyə qədər Makcinin mister Detterikə nə
danıĢdığını bilmirəm, amma kafedə mənim yanımda oturmuĢ Makci
yeddi il qocalmıĢ görünürdü. Mayın ortalarında, Uortonun cinayətkar
kimi qısa karyerasının bitməsinə səbəb olan basqından və qətllərdən
təxminən bir ay öncə, Klaus Detterik öz sarayını boyatdırmıĢdı (və
əlbəttə ki, Bauzerin sarayın yanındakı damını da). O öz oğlunun
yüksək taxtabəndlərə dırmaĢmasını istəmirdi, həm də uĢaq məktəbə
gedirdi, ona görə də, bu iĢi görmək üçün adam tutmuĢdu. Kifayət
www.vivo-book.com
564
qədər yaxĢı bir adam. Çox sakit bir adam. Bu üç günlük bir iĢ idi. Yox,
həmin adam onların evində gecələmirdi, çünki Detterik yaxĢı və sakit
olmağın heç də həmiĢə təhlükəsiz olmaq mənasına gəlmədiyini baĢa
düĢmək üçün kifayət qədər ağıla malik idi, xüsusilə də yolların üstü-
baĢı tozlu avaralarla dolu olduğu bir vaxtda. Ailəsi olan bir adam çox
ehtiyatlı olmalıdır. Həm də həmin adamın gecələmək üçün yerə
ehtiyacı yox idi, o, Detterikə demiĢdi ki, Ģəhərdə Yeva Praysın evində
mənzil kirayələyib. Teftonda Yeva Prays adında bir qadın yaĢayırdı və
o, həqiqətən, müĢtərilərə mənzillər kirayəyə verirdi, amma həmin ilin
may ayında onun Detterikin muzdla tutduğu adamın xarici
görünüĢünün təsvirinə uyğun gələn kirayəĢini olmamıĢdı, sadəcə,
əyinlərinə dama-dama kostyumlar, baĢlarına Ģlyapalar geyinmiĢ adi
insanlar – baĢqa sözlə desək, kommivoyajörlar – ticarət agentləri.
Makci bunu mənə deyə bilərdi, çünki Detteriklərin fermasından geri
qayıdarkən, missis Praysla görüĢərək məsələni yaxalamıĢdı – ona görə
də belə dilxor olmuĢdu.
– Hətta belə də olsa, – deyə o əlavə etmiĢdi, – meĢədə paltarla
yatmağa qarĢı heç bir qanun yoxdur, mister Eckum. Mən özüm də bir
neçə dəfə meĢədə yatmalı olmuĢam.
Detterikin muzdla tutduğu adam onların evində yatmasa da,
onlar ilə birlikdə iki dəfə nahar etmiĢdi. O, Hovi ilə tanıĢ olmuĢdu.
Yəqin Kora və Kati ilə tanıĢ olmağa fürsət tapıbmıĢ. Yəqin onların yay
fəslini səbirsizliklə gözlədikləri və əgər özlərini yaxĢı apararlarsa və
www.vivo-book.com
565
havalar da yaxĢı olarsa, analarının onlara bəzi gecələri artırmada
yatmalarına icazə verəcəyi və həmin gecələrdə artırmada yatarkən,
özlərini bağlı furqonlarda Böyük Düzənliklər yaylasını keçənlərin
arvadları kimi təsəvvür etmələri haqqındakı söhbətlərinə də qulaq
asıbmıĢ.
Mən onun orada, masanın arxasında oturub missis Detterikin
biĢirdiyi qızarmıĢ toyuq və çovdar çörəyini yeyə-yeyə söhbətlərə qulaq
asdığını, öz qurd gözlərindəki əsil niyyətini gizlədərək gülümsədiyini
və hər Ģeyi yadda saxlamağa çalıĢdığını təsəvvür edə bilirəm.
– Bu dediklərin onun ilk dəfə YaĢıl Milə gəldiyi vaxt mənə
danıĢaraq təsvir elədiyin o azğın adama bənzəmir, Pol, – Cenis Ģübhə
ilə dedi, – heç bənzəmir.
– Siz onu Ġndianola xəstəxanasında görməmisiniz, mem, – deyə
Harri dilləndi. – O, ağzın ayrılıb sakitcə dayanmıĢdı, onun çılqaq dalı
isə pijamasının arxasından çölə çıxırdı. O, hətta bizə özünü
geyindirməyə də imkan verdi. Həmin vaxt biz elə düĢündük ki, o ya
narkotik vasitələrin təsiri altındadır, ya da dəlinin birisidir. Düz
demirəmmi, Din?
Din baĢını yıqğaladı.
– O, sarayı rəngləyib bitirəndən və Detteriklərin evini tərk
edəndən sonrakı gün Carvisdə üzünə maska geyinmiĢ birisi “Hampey
Fraxt” ofisini qarət etmiĢdi, – mən onlara dedim, – və yetmiĢ dollar
pul aparmıĢdı. O, hətta yük daĢımaları üzrə agentin bəxt niĢanı kimi
www.vivo-book.com
566
saxladığı 1892-cı ilin gümüĢ dollarını da aparmıĢdı. Uorton
yaxalanandan sonra həmin gümüĢ dollar onun üstündən tapılmıĢdı.
Carvisdən Teftona isə cəmi əlli kilometrlik bir yol var.
– Deməli, bu oğru... bu azğın adam... demək istəyirsən ki, bu
adam Klaus Detterikə sarayı rəngləməyə yardım etmək üçün üç gün
dayanmalı olub, – arvadım dedi, – və onlarla birlikdə nahar edib, arada
da, normal adamlar kimi – “zəhmət olmasa, noxudu mənə ötürün” –
deyib.
– Belə adamların ən qorxulu cəhəti, onların bir an sonra nə
edəcəklərini təxmin etməyin mümkün olmamasıdır, – Brutus dedi. –
O, Detterikləri öldürməyi və onların evini yağmalamağı planlaĢdıra,
sonra da bu planından vaz keçə bilərdi, çünki bulud münasib olmayan
bir vaxtda GünəĢin qarĢısını kəsdi ya da buna bənzər bir Ģey. Bəlkə də
o, bir balaca soyumaq istəyirmiĢ. Amma böyük ehtimalla, onun balaca
qızlara artıq gözü düĢübmüĢ və geri qayıtmağı planlaĢdırırmıĢ. Sən
necə düĢünürsən, Pol?
Mən baĢımı yırğaladım. Əlbəttə, mən də elə düĢünürdüm.
– Bir də özünü Detterikə təqdim etdiyi ad.
– Nə ad? – deyə Cenis soruĢdu.
– Uil Bonni.
– Bonni? Mən...
– Bu, “Körpə Billi”nin əsl adıdır.
Dostları ilə paylaş: |