www.vivo-book.com
551
öldürmüĢdü – ən azından buna görə Allaha Ģükürlər olsun! – lakin
mərhum qatil də olsa, Persi öz kamerasında sakitcə yatan bir adamı
öldürmüĢdü, bu isə heç də bir oyun deyildi. Bu cavan oğlanın hələ də
“Mart dovĢanı” kimi ağlı baĢında olmaması faktını da bura əlavə etsək,
onda aydın olar ki, qubernator bu iĢin niyə belə tələm-tələsik
bağlanmasını istəyirdi.
Bizim Harri Tervilligerin yük maĢınında rəis Mursun evinə
etdiyimi gecə səfərinin isə üstü heç vaxt açılmadı. Bizim bu
səfərimizin müddəti ərzində Persi Uetmorun əyninə dəli köynəyi
geyindirilərək karser kamerasına salınması faktı haqqında da heç kim
xəbər tutmadı. Persinin tapança ilə vurub öldürdüyü Billi Uortona
suyun içində narkotik verilməsi faktını da bilən olmadı. Niyə də
bilsinlər axı? Uortonun bədənində altı güllədən baĢqa bir Ģeyin də ola
biləcəyindən Ģübhələnmək üçün hakimiyyət orqanlarının əlində heç bir
əsas yox idi. Müstəntiq onun bədənindəki güllələri çıxartı, tabutçu isə
onun cəsədini Ģam ağacından düzəldilmiĢ yeĢiyin içinə qoydu və sol
çiyninə “Körpə Billi” döyməsini vurdurmuĢ adamın sonu da bax belə
oldu. Necə deyərlər, nə əkərsən, onu da biçərsən.
Bununla belə, bu məsələnin səs-küyü hələ iki həftə davam etdi.
Həmin dövr ərzində, o hadisənin səhərisi günü mətbəxdə ağlıma gələn
fikri araĢdırmaq üçün məzuniyyət götürmək bir yana qalsın, ağzıma
açıb bir söz deməyə belə çəkinirdim. Noyabr ayının ortalarında,
məncə, ayın on ikisi idi, amma dəqiq xatırlamıram, iĢə gələndə, sirkin
www.vivo-book.com
552
artıq Ģəhəri tərk etdiyinə əmin oldum. Həmin gün masamın üstündə
qorxu ilə gözlədiyim bir vərəq gördüm: Con Koffinin edam tarixi
haqqında əmr. Bu sənədi Hal Mursun əvəzinə Körtis Anderson
imzalamıĢdı, amma istənilən halda bu sənəd hüquqi qüvvəyə malik idi
və əlbəttə ki, mənim masamın üstünə qoyulmazdan əvvəl Mursun da
əlindən keçmiĢdi. Hal Mursun əlində bu sənədlə inzibati binadakı
kabinetində oturaraq Ġndianoladakı mərkəzi xəstəxananın həkimləri
üçün möcüzəyə çevrilmiĢ arvadı haqqında düĢünərək necə dərin
düĢüncələrə daldığını xəyalımda canlandırdım. Onun arvadına da
həkimlər edam günü haqqında əmr sənədi vermiĢdilər, amma Con
Koffi bu sənədi cırıb bir kənara atmıĢdı. Amma indi YaĢıl Mildən
keçmək Con Koffinin növbəsi idi və bizim aramızdan kim buna mane
ola bilərdi?
Edam sənədində edam tarixi iyirmi noyabr yazılmıĢdı. Sənədi
alandan üç gün sonra – deyəsən, noyabrın on beĢində – mən Cenisdən
xahiĢ etdim ki, mənim iĢimə zəng edib xəstə olduğumu desin. Bir
fincan qəhvə içəndən sonra mən öz köhnə, amma etibarlı “ford”uma
oturub Ģimala gedirdim. Mən yola çıxanda, Cenis məni öpüb uğurlar
arzuladı. Mən ona təĢəkkür etsəm də, artıq nəyin uğur sayıla biləcəyi
haqqında heç bir təsəvvürüm yox idi – axtardığım Ģeyi tapmağım,
yoxsa, əksinə, onu tapa bilməməyim. Dəqiq bildiyim bircə Ģey vardı, o
da həmin gün yolda mahnı oxumağa həvəsimin olmaması idi.
www.vivo-book.com
553
Günorta saat üçə yaxın mən artıq dağlıq ərazilərə çatmıĢdım.
Mən əyalət məhkəməsinin binasına çatanda, artıq iĢ saatları bitmək
üzrə idi, macal tapıb bəzi sənədləri gözdən keçirdim, sonra isə ġerif
mənim görüĢümə gəldi. Yəqin əyalət dəftərxanasını rəisi ona hansısa
yadellinin buradakı ölülərin sümüklərini qurdaladığını xəbər vermiĢdi.
ġerif Kətlett mənim burada nə ilə məĢğul olduğumu bilmək istəyirdi.
Mən nə istədiyimi ona danıĢdım. Kətlett mənin dediklərimi bir qədər
fikrində götür-qoy edəndən sonra, mənə çox maraqlı bir Ģey söylədi. O
mənə xəbərdarlıq etdi ki, əgər mən dediklərini kiməsə danıĢsam, hər
Ģeyi danacaq. Onun dediklərindən nəticə çıxarmaq hələ tez olsa da, bu
da vəziyyət haqqında heç Ģübhəsiz ki, müəyyən fikir formalaĢdırırdı.
Geri qayıdarkən, mən yolboyu və sonra da yuxulaya bilmədiyimdən
bütün gecəni bu haqda düĢünmüĢdüm.
Növbəti gün səhər, hələ gün çıxmamıĢdan mən yerimdən
qalxdım və Trapinqus qraflığına getdim. Mən Homer Kribusu
axtarsam da, onun əvəzinə ġerif köməkçisi Rob Makci ilə görüĢdüm.
Makci mənim dediklərimə qulaq asmaq belə istəmirdi. Özü də çox
qətiyyətlə qulaq asmaq istəmirdi. Bir anlıq mənə elə gəldi ki, o məni
susdurmaq üçün ağzıma sanballı bir zərbə endirəcək, amma sonunda
mənimlə gedib Klaus Detterinkə bir-iki sual verməyə razılaĢdı. Məncə,
o buna ona görə razılaĢdı ki, ən azından, ora təkbaĢına gedərək bu
sualları mənim vermədiyimə əmin olsun.
www.vivo-book.com
554
– Onun cəmisi otuz doqquz yaĢı var, amma ixtiyar qoca kimi
görünür, – Makci mənə dedi, – və onun dərdi qarsaq bağladığı bir
vaxtda özünü xəfiyyə zənn edən özündən razı bir həbsxana
nəzarətçisinin gəlib onun rahatlığını pozmasına ehtiyacı yoxdur. Siz
burada, Ģəhərin mərkəzində qalarsınız. Mən istəmirəm ki, Detteriklərin
fermasına, hətta qıĢqırığın eĢidiləcəyi məsafəyə yaxınlaĢasınız, amma
Klausla söhbətdən sonra mən sizi tapa bilməliyəm. Əgər özünüzü
narahat hiss etsəniz, kafedən özünüzə nahar üçün bir tikə piroq ala
bilərsiniz. Bu sizi sakitləĢdirər. – Sonra mən iki tikə piroq yeməli
oldum və özümü həqiqətən çox ağır hiss etdim.
Makci geri qayıdıb kafedə mənim yanımda oturanda, mən onun
üzündən nəsə sezməyə çalıĢdım, amma bacarmadım.
– Hə, nə oldu? – deyə mən soruĢdum.
– Gəl mənim evimə gedək, orada danıĢarıq, – deyə o cavab
verdi. – Bura mənin zövqüm üçün bir balaca gur yerdir.
Biz söhbətimizi Makcinin evinin ön artırmasında etdik.
Artırmada hər ikimizə də soyuq olduğundan büzüĢmüĢdük, çünki
missis Makci evdə siqaret çəkməyə icazə vermirdi. O öz dövrünü
qabaqlamıĢ bir qadın idi. Makci çox Ģey danıĢmadı. O, danıĢarkən
üzünü elə turĢudurdu ki, elə bil ağzından çıxan sözlər xoĢuna gəlmirdi.
– Bütün bunla heç nəyi sübut etmir, sən də bunu baĢa düĢürsən,
elə deyilmi? – deyə o, söhəbtinin sonunda məndən soruĢdu. Onun
danıĢığında davakar ton hiss olunurdu və o, danıĢdıqca dəqiqəbaĢı
Dostları ilə paylaş: |