www.vivo-book.com
603
vaxtda emalatxanaya rəhbərlik edən Səm Broderik daha böyük bəndlər
tapınca ya da hazırlatdırınca biz Koffini geriyə, öz kamerasına
aparmalı olacağıq. Mən bəndin ağzını son dəfə var gücümlə sıxdım və
o, Ģaqqıltı ilə bağlandı. Elə həmin anda Conun ayağı dartındı və o
inildədi. Onun ayağının dərisi bəndin arasında qalaraq sıxılmıĢdı.
– BağıĢla, Con, – deyərək mən dodaqaltı mırıldandım və
Harriyə tərəf baxdım. O öz tərəfindəki bəndi daha asanlıqla bağlasa da
(ya onun tərəfindəki bənd daha böyük ya da Con Koffinin sağ topuğu,
deyəsən daha nazik idi), ona Ģübhə ilə baxırdı. Məncə, onun nə üçün
belə baxdığının səbəbini baĢa düĢmüĢəm; yeni bəndlərin ağzı ac
heyvanları xatırladırdı, elə bil ağzını açmıĢ timsah idi.
– Hər Ģey normal olacaq, – mən dedim və ümid etdim ki, səs
tonum inandırıcı səsləndi... və dediklərim düz olacaqdı. – Üzünü sil,
Harri.
O, qolu ilə üzündəki göz yaĢlarını və alnındakı tər damcılarını
sildi. Biz geri çevrildik. Yanındakı stulda oturmuĢ adamla
(boğazındakı qalstukdan və əynindəki qara kostyumdan bu adamın
prokuror olduğu bəlli olurdu) ucadan söhbət edən Homer Kribus
dərhal susdu. Demək olar ki, vaxt yetiĢmiĢdi.
Brutus Conun bir əlini, Din isə o biri əlini bərkitdi. Dinin
çiyninin üstündən həmiĢəki kimi soyuqqanlı görünən həkimin divara
söykənərək dayandığını gördüm, qara çantası da yerdə, ayaqlarının
arasında idi. Ġndi mən onların bu iĢləri necə gördüklərini anlayıram,
www.vivo-book.com
604
xüsusilə də venadaxili damcı üsulu ilə, amma o vaxtlar bunu etmələri
üçün, az qala, onları dümsükləməli olurdum. Bəlkə də, o vaxtlar
həkimlər nə etməli olduqlarını onlar daha yaxĢı dərk edirdilər və hansı
Ģeylərin onların içdikləri Hippokrat andını pozduğunu daha yaxĢı
təsəvvür edirdilər, çünki bu andı içərkən, hər Ģeydən əvvəl, onlar heç
kimə zərər verməyəcəklərinə söz verirdilər.
Din baĢı ilə Brutusa iĢarə verdi. Brutus isə baĢını çevirib,
əvvəlcə telefona baxdı, amma bu telefoni Con Koffi kimiləri üçün heç
vaxt cınqırını belə çıxarmamıĢdı, sonra isə Van Heyə tərəf dönərək
qıĢqırdı:
– Birincini qoĢ!
Yenə həmin uğultu eĢidildi, elə bir köhnə soyuducu iĢə düĢdü və
otağın iĢığı bir az gurlaĢdı. Bizim divarlara düĢən və stulun üstündə
leĢyeyən quĢlar kimi süzərək dövrə vuran qara kölgələrimiz də elə bil
aydınlaĢdı. Con dərindən bir nəfəs aldı. Onun barmaq buğumları
gərginlikdən ağardı.
– O, indi ağrı hiss edirmi? – deyə missis Detterik baĢını öz
ərinin çiynindən qaldırmada qırıq bir səslə qıĢqırdı. – Ümid edirəm ki,
ağrıdır! Ümid edirəm ki, indi o, cəhənnəm əzabı çəkir. – Əri onu
özünə tərəf sıxdı, Klaus Detterikin burnunun bir dəliyindən qan axırdı.
Onun nazik qırxılmıĢ bığlarına tərəf axan dar qırmızı zolağı gördüm.
Növbəti ilin mart ayında qəzetlərin birində onun iflicdən öldüyünü
oxuyanda, mən buna heç də təəccüblənmədim.
www.vivo-book.com
605
Brutus Con Koffinin düzinin qarĢısında dayandı və danıĢmağa
baĢlayanda, bir əli ilə Koffinin çiyninə toxundu. Bu, əslində, qaydalara
zidd idi, amma orada oturan müĢahidəçilərdən yalnız Körtis Anderson
bunu bilirdi və deyəsən, heç o da buna diqqət verməmiĢdi. Mənə elə
gəldi ki, o da bu iĢin bir an öncə bitməsini arzulayırdı, özü də bu iĢin
mümkün olduqca tez bitməsini çox Ģiddətlə arzulayırdı. Perl
Harbordan sonra o, orduya yazılsa da, ölkənin sərhədlərindən kənara
heç vaxt çıxmamıĢdı; Körtis Anderson Fort Breqqdə düĢdüyü
avtomobil qəzasında həyatını itirdi.
Bu arada, Brutusun əl təmasını çiynində hiss edən Con bir qədər
sakitləĢmiĢdi. DüĢünmürəm ki, o, Brutusun dediklərindən elə də çox
Ģey anlamıĢdı, əgər, ümumiyyətlə nəsə anlamıĢdısa, amma Brutusun
onun çiyninə qoyduğu əli onu bir qədər rahatlatmıĢdı. Həmin edamdan
təxminən iyirmi beĢ il sonra vəfat etmiĢ Brutus (onun bacısının
dediyinə görə, bu hadisə o, evdə oturub balıq buterbrodu yeyə-yeyə
televizorda güləĢ yarıĢlarına baxarkən baĢ vermiĢdi) yaxĢı adam idi.
Mənim dostumdu və bəlkə də, bizim aramızda ən yaxĢısı məhz o idi.
Bir insanın həm bu həyatı tərk etməyi arzulamasını, həm də bu səfərə
çıxmaqdan qorxmasını Brutus gözəl baĢa düĢürdü.
Con Koffi, siz elektrik stulunda edam edilməklə ölümə məhkum
edilmisiniz. Bu hökm, sizinlə eyni mövqedə olan andlılar məhkəməsi
tərəfindən çıxarılıb və hökmün icrası isə bu Ģtatda böyük nüfuza malik
www.vivo-book.com
606
hakim tərəfindən təsdiq edilib. Bu hökmün icrasına baĢlamazdan öncə,
demək istədiyiniz bir sözünüz varmı?
Con yenə öz dodaqlarını yaladı, sonra isə danıĢmağa baĢladı.
Cəmi altı söz.
– Mən təəssüf edirəm ki, mən beləyəm.
– Bəli, etməlisən də! – deyə iki mərhum qızcığazın anası yenə
qıĢqırdı. – Ay səni yırtıcı canavar, etməlisən də! Səni görüm lənətə
gələsən!
Con gözlərini mənə tərəf çevirdi. Mən bu gözlərdə nə
peĢmançılıq, nə cənnətə düĢmək ümidi, nə də rahatlıq iĢartıları
gördüm.
Bütün bunları gördüyümü necə də sizə söyləmək istərdim. Necə
də bunu özümə söyləmək istərdim. Amma onun gözlərində yalnız
qorxu, mənəvi düĢkünlük, natamamlıq və anlaĢılmazlıq gördüm.
Onlar, təqib edilərək bir küncə sıxıĢdırılmıĢ və qorxusundan ölmək
üzrə olan bir heyvanın gözlərinə bənziyirdi. Mən birdən Uortonun səs-
küy salmadan Kora və Keyt Detterikləri evin eyvanından necə
qaçırdığı haqqında onun dediklərini xatırladım: “O, qızları bir-birinə
olan sevgiləri ilə öldürdü. Və bu hər gün beləcə davam edir. Bütün
dünyada.”
Brutus stulun dalındakı mis qarmaqdan asılmıĢ yeni maskanı
götürdü, amma Con onun əlindəki maskanı görən kimi və onun nə
olduğunu baĢa düĢən kimi onun gözləri dəhĢətdən böyüdü. O, dönüb
Dostları ilə paylaş: |