Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə66/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   62   63   64   65   66   67   68   69   ...   158

www.vivo-book.com 

 

262 



– Siz də gəlirsiniz, uĢaqlar? 

– Yox, – Din cavab verdi. – Bizim baĢqa iĢlərimiz var. Lakin sən 

onlara göstər, göstər ki, luizianalı oğlan əlindəki çəkici yerə qoyub, əsl 

iĢə baĢlayanda nələr olur!  

–  Narahat  olma!  –  Onun  üzündə  elə  fərəh  və  xoĢbəxtlik  dolu 

təbəssüm  göründü  ki,  bir  anlıq  törətdiyi  ağır  cinayətləri  unutdum  və 

hətta  ona  ürəyim  acıdı.  Bu  necə  dünyadır  biz  yaĢayırıq,  Ġlahi,  necə 

dünya! 


Delakrua  birdən  Con  Koffi  tərəfə  döndü,  onlar  arasında  qəribə 

və  kövrək  dostluq  bağları  əmələ  gəlmiĢdi.  Buna  bənzər  dostluq 

münasibətləri ölümə məhkum edilmiĢlər arasında tez-tez yaranırdı.  

–  Göstər  onlara,  Del,  –  Koffi  ciddi  tərzdə  dedi.  –  Onun  bütün 

fəndlərini onlara göstər.  

Delakrua  baĢını  yırğalayaraq  əlini  çiyninə  tərəf  apardı.  Mister 

Cinqlz bir platformadan baĢqasına keçirmiĢ kimi onun çiynindən əlinə 

keçdi və Delakarua siçan olan əlini Koffinin kamerasına tərəf uzatdı. 

Bunu görən Con Koffi iri barmağını barmaqlığın arasından siçana tərəf 

uzatdı  və  mən  Allahın  lənətinə  gəlim  –  əgər  siçan  da,  lap  balaca  it 

kimi, boynunu irəli uzadıb, onun barmağının ucunu yalamadısa. 

–  Hə,  Del,  gəl  gedək,  bəsdir  burada  qurdalandın,  –  Burtus  onu 

tələsdirdi.  –  Bu  camaat  öz  evlərindəki  naharı  təxirə  salıb  ki,  sənin 

siçanının çıxardığı oyunlara tamaĢa eləsinlər. – Bu, əlbəttə ki, yalan idi 

–  Anderson hər  gecə saat  səkkizə qədər orda olmalı  idi;  Delakruanın 



www.vivo-book.com 

 

263 



“Ģousuna” baxmaq üçün onun gətirdiyi nəzarətçilərə gəlincə isə, onlar 

həbsxanada daha gec saatlara qədər qalmalı olacaqdılar – növbələrinin 

bitməsindən  asılı  olaraq,  gecə  saat  on  bir,  ya  da  on  ikiyəcən.  ġtatın 

paytaxtından  gəlmiĢ  siyasətçi  isə,  böyük  ehtimalla,  borca  götürdüyü 

qalstuku  taxmıĢ  idarə  qapıçısı  olacaqdı.  Lakin  Delakruanın  bütün 

bunlar haqqında bir Ģey öyrənməsi mümkün deyildi.  

–  Mən  hazıram,  –  Delakrua  dilləndi.  Onun  danıĢıq  tərzində 

insanlarla  ünsiyyət  qurmaq  qabiliyyətini  hələ  də  qoruyub  saxlamağa 

nail olmuĢ böyük bir ulduzun ədası hiss olunurdu. – Hə, gəl gedək! – 

Brutus Mister Cinqlzı çiyninə oturtmuĢ Delakruanı YaĢı Mil ilə bayıra 

müĢayiət  edərkən,  Delakrua  artıq  tamaĢa  haqqında  elan  verməyə 

baĢlamıĢdı.  

–  Messieurs  et  mesdames?  Bieavenue  au  cirque  de  mousie! 

(Xanımlar  və  cənablar!  Siçan  sirkinə  xoĢ  gəlmiĢsiniz!)  –  Bütün  fikri 

ilə  öz  xəyal  dünyasına  dalmıĢ  olsa  belə,  o,  Persidən  bir  xeyli  aralı 

keçdi və ona soyuq və etimadsız baxıĢlarını zillədi.  

Harri ilə Din, Uortonun (bu tip heç yerindən belə qımıldanmadı) 

kamerasının  qarĢı  tərəfindəki  boĢ  kameranın  önündə  ayaq  saxladılar. 

Onlar  Brutusun  gəzinti  həyətinə  çıxan  qapını  açmasına  və  Kold 

Mauntin  həbsxanasının  böyük  və  nüfuzlu  nümayəndələrinin  önündə 

tamaĢa  göstərməsi  üçün  Delakruanı  bayıra  çıxarmasına  baxdılar.  Biz 

qapı  yenidən kilidlənənə qədər  gözlədik  və sonra mən öz kabinetimə 

tərəf  baxdım.  Qadın  əndamını  xatırladan  ensiz  kölgə  hələ  də  dəhlizin 



www.vivo-book.com 

 

264 



döĢəməsinə düĢürdü və mən həddən artıq həyəcanlanmıĢ Delakruanın 

bu kölgəni görmədiyinə ürəyimdə sevindim.  

–  Bayıra  çıx  görüm,  –  kölgəyə  səsləndim.  –  Tərpənin,  uĢaqlar, 

cəld  olun!  Ġstəyirəm  ki,  biz  bu  prosesi  iki  dəfə  təkrarlayaq,  vaxtımız 

isə olduqca dardır. 

HəmiĢə  olduğu  kimi,  saçları  qarıĢıq  və  gözləri  iĢıldayan  Qoca 

Tut-Tut mənim kabinetimdən çıxdı, Delakruanın kabinetinə tərəf getdi 

və açıq qapıdan içəri daxil oldu.  

–  Otururam,  –  o  dedi.  –  Mən  oturdum,  mən  oturdum,  mən 

oturdum.  

DüĢündüm ki, əsl sirk elə burada baĢ verir və bir anlıq gözlərimi 

yumdum.  Hə,  əsl  sirk  elə  burada  idi  və  biz  də  bir  dəstə  təlim  keçmiĢ 

siçanlar idik. Sonra mən bu fikri birtəhər baĢımdan qovdum və biz öz 

məĢqimizə baĢladıq. 

 

 

 



 

8 

 

 



 

 



www.vivo-book.com 

 

265 



Birinci  məĢq  normal  keçdi,  elə  ikinci  də.  Persi  mənim  ən 

əlçatmaz arzularımda xəyal etdiyimdən də qat-qat yaxĢı hərəkət edirdi. 

Lakin  bu  o  demək  deyildi  ki,  balaca  fransızı  YaĢıl  Mil  ilə  əsl  edama 

aparmaq  zamanı  yetiĢəndə,  hər  Ģey  yağ  kimi  gedəcəkdi,  buna 

baxmayaraq  bu,  düzgün  istiqamətdə  atılmıĢ  böyük  bir  adım  idi.  Bir 

anlıq mənə elə gəldi ki,  hər Ģey  yalnız ona görə qaydasında gedir ki, 

Persi,  nəhayət,  çoxdan  arzuladığı  bir  iĢ  ilə  məĢğuldur.  Bu  vəziyyətə 

görə  içimdə  bir  nifrət  dalğasının  qalxdığını  hiss  etsəm  də,  bu  hissi 

birtəhər boğa bildim. Bunun nə əhəmiyyəti vardı axı? O, Delakruanın 

baĢına  dəbilqəni  taxacaq,  sonra  da  elektrik  cərəyanını  qoĢacaq  və 

nəhayət,  sonunda  hər  ikisi  bizim  həyatımızdan  birdəfəlik  çıxıb 

gedəcəklər.  Əgər  bu  xoĢbəxt  sonluq  deyilsə,  bəs  nədir?  Elə  Mursun 

dediyi kimi, Delakruanın beyni onsuz da biĢiriləcək, kimin öndə durub 

əmr verəcəyinin nə fərqi var?  

Bununla  belə,  məĢq  zamanı  Persi  özünü  yaxĢı  tərəfdən  göstərə 

bildi, həm də bunu yaxĢı baĢa düĢürdü. Hamımız baĢa düĢürdük. Mənə 

gəlincə, ona nifrət hissi bəsləmək üçün özümü çox yaxĢı hiss edirdim, 

ən azından hələlik. Belə görünürdü ki,  edam zamanı hər Ģey  yolunda 

olacaq.  Onun  hərəkətlərini  daha  da  dəqiqləĢdirəcək  və  gözlənilməz 

xətalardan  qoruyacaq  tövsiyələrimizə  və  xəbərdarlıqlarımıza  Persinin 

həqiqətən qulaq asdığını görəndə, bir az da rahatlandım. Əgər düzünü 

bilmək  istəyirsinizsə,  biz  bundan  çox  ruhlanmıĢdıq  –  hətta  həmiĢə 

Persidən aralı gəzməyə çalıĢan və mümkün olduqca onun haqqında az 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə