www.vivo-book.com
246
kameraya saldıq. Onlar bu iĢlə məĢğul olduqları vaxt mən Uortonla
qısa bir söhbət etməyə macal tapdım.
– Hə, nədir, düĢünürsən ki, sən sərt birisən? – dedim. – Bəlkə də
elədir, oğlum, lakin nə qədər sərt olursan ol, burada bunun heç bir
əhəmiyyəti yoxdur. Sənin sayılı günlərin qalıb. Əgər sən bizi əziyyətə
salmasan, biz də səni əziyyətə salmarıq. Yox əgər bizə problemlər
artırmaq fikrinə düĢsən, nəhayətdə, onsuz da öləcəksən, amma ölümə
getməzdən əvvəl səni karandaĢ kimi yonub itiləməli olacağıq.
– Mənim ölümümü görməkdən yəqin hamınız məmnun
qalacaqsınız, – Uorton xırıltılı səslə dedi. Bunun heç bir əhəmiyyətinin
olmadığını bildiyi halda, Uorton dəli köynəyin içində var gücü ilə
dartınıb qollarını azad etməyə çalıĢırdı, sərf etdiyi qüvvə və
gərginlikdən üzü pomidor kimi qızarmıĢdı. – Lakin nə qədər ki sağam,
dünyanı baĢınıza dar edəcəyəm. – O yenə acıqlı əntər kimi diĢlərini
ağardaraq gülümsədi.
– Əgər istədiyin, sadəcə, bizim həyatımızı çətinləĢdirmək,
qanımızı qaraltmaqdırsa, dayana bilərsən, çünki istədiyinə artıq nail
olmusan, – deyə Brutus söhbətə qoĢuldu. – Lakin nə qədər ki, YaĢıl
Mildəsən, Uorton, bizim üçün heç fərqi yoxdur – vaxtını yumĢaq
divarlı otaqda keçirib-keçirməyəcəyin qətiyyən vecimizə deyil.
Qollarına qan iĢləmədiyindən qanqren – toxumaların çürüməsi – olub,
onları itirənə qədər bu lənətə gəlmiĢ dəli köynəyini də geyinə bilərsən.
– Brutus susub nəfəsini dərdi. – Bir də, yəqin bilirsən ki, bura elə də
www.vivo-book.com
247
tez-tez müsafir gəlmir. Əgər düĢünürsənsə ki, sənin baĢına burada
nələr gəldiyi haqqında düĢünənlər var, səhv eləyirsən. Ġnan ki, bu heç
kimin vecinə deyil. Bütün dünya üçün sən artıq ölmüĢ canidən baĢqa
bir Ģey deyilsən.
Uorton nəzərlərini Brutusa zilləyib diqqətlə qulaq asırdı, onun
üzündəki qəzəb ifadəsi yavaĢ-yavaĢ silinib gedirdi.
– Məni bu köynəkdən çıxarın, – Uorton taleyi ilə barıĢmıĢ bir
səslə – ona inanmaq üçün həddən artıq ağlı baĢında və mülayim bir
səslə, – dedi. – Daha özümü yaxĢı aparacağam. Düz sözümdür.
Kameraının qapısında Harri göründü. Dəhlizin baĢ tərəfi köhnə-
kürüĢ satılan bit bazarına dönmüĢdü. Lakin biz çevik Ģəkildə hər Ģeyi
səliqə-sahmana salmağa vərdiĢ eləmiĢdik, bunun üçün bizə, sadəcə, iĢə
baĢlamaq lazım idi. Əvvəllər də bunu etmiĢdik və bunu necə etmək
lazım olduğunu yaxĢı bilirdik.
– Hər Ģey hazırdır, – Harri dedi. Brutus brezent köynəyin
Uortonun sağ dirsəyinin olduğu hissəsindən yapıĢıb onu ayağa
qaldırdı.
– Tərpən görüm, Azğın Billi. Hə, bir də hər Ģeyə yaxĢı tərəfdən
baxmağa çalıĢ. Ġndi sənin düĢünüb-daĢınmağın üçün, ən azından,
iyirmi dörd saat vaxtın olacaq. Bu vaxt ərzində qapıya arxanı
çevirməməli və bir də heç kimlə belə zarafatlar etməməli olduğunu
yaxĢı-yaxĢı düĢün ki, yadından çıxmasın.
www.vivo-book.com
248
– Buraxın məni, – Uorton yalvarıĢ dolu səslə dedi. O, imdad
axtaran nəzərlərini gah Brutusa, gah Harriyə, gah da mənə tərəf
yönəldirdi. Onun yanaqlarında yenə yavaĢ-yavaĢ qızartı əlamətləri
görünməyə baĢlamıĢdı. – Mən özümü yaxĢı aparacağam. Sizə söz
verirəm, inanın, mən dərsimi aldım. Mən... mən... aaa-aaxxx-heeyyy...
O qəfildən kəsilmiĢ ağac kimi yerə yıxıldı, onun yarısı
kameranın içində, yarısı isə YaĢıl Milin köhnəlmiĢ linoliumunun
üstündə idi. Yerdə tir-tap uzanmıĢ Uortonun ayaqları əsir, bütün
bədəni ilan kimi qıvrılırdı.
– Aman Tanrım, o, deyəsən, qıc olub, – Persi pıçıldadı.
– Əlbəttə, mənim bacım da Babil fahiĢəsidir, – Brutus onun
sözünü kəsdi. – O, əyninə ağ duvaq geyinib Ģənbə axĢamları
ombalarını yırğalaya-yırğalaya Musa üçün Ģəhvət dolu rəqslər edir. –
Brutus əyilərək bir əli ilə Uortonun qoltuğunun altından yapıĢdı, mən
isə onun o biri qoltuğundan tutdum. Uorton qarmağa düĢmüĢ balıq
kimi bizim aramızda durmadan çırpınırdı. Onun tir-tir əsən bədənini
daĢımaq, xorultusuna və qaz buraxaraq çıxardığı səslərə qulaq asmaq
həyatımdakı ən xoĢagəlməz təcrübələrimdən biri idi.
Mən nəzərlərimi qaldırdım və bir anlıq Con Koffi ilə
baxıĢlarımız bir-birinə kilidləndi. Onun gözləri qırmızı, qara yanaqları
isə nəm idi. O, yenə də ağlamıĢdı. Mən Hammersmitin diĢləyən əl
iĢarəsini xatırladım və içimdə yüngül əsməcə hiss etdim. Sonra yenə
bütün diqqətim Uortona döndü.
www.vivo-book.com
249
Onu içi dolu çuval kimi karser kamerasına fırıldatdıq və onun
“E” Blokuna “Billi Paroxod” adı ilə təĢrif gətirən siçanı bir zamanlar
axtardığımız novun yaxınlığında uzanaraq qıvrılmasına xeyli tamaĢa
etdik.
– Əgər o, birdən dilini, ya da baĢqa bir yerini udarsa, ya da ki,
ölərsə, mənim heç vecimə olmaz, – deyə Din xırıltılı və qulaq incidən
cırıltılı səsi ilə dilləndi. – Amma bir düĢünün, uĢaqlar, belə olan halda
nə qədər kağız, sənəd-sünəd iĢi yaranacaq! Heç vaxt o kağızları yazıb
bitirə bilmərik.
– Sənəd-sünəd iĢini boĢ ver, sən hələ yayılacaq dedi-qoduları
düĢün! – Harri qaĢqabaqla dedi. – Biz bu lənətə gəlmiĢ iĢimizi itirəcək
və həyatımızın sonu Missisipidə noxud yığmaq olacaq. “Missisipi”
sözünün mənasını bilən varmı, hə? Bu, hindu dilində “sağrı” mənasını
verir.
– Budur sizə deyirəm: o nə öləcək, nə də dilini udacaq,
görərsiniz, – Brutus dilləndi. – Sabah səhər biz bu qapını açanda, o,
turp kimi olacaq. Sizə söz verirəm.
Hər Ģey elə Brutusun dediyi kimi oldu. Növbəti gün, axĢam saat
təxminən doqquz radələrində karserdən çıxarıb öz kamerasına
gətirəndə o, çox sakit, rəngi avazımıĢ və deyəsən, taleyi ilə barıĢmıĢ
kimi görünürdü; baĢını aĢağı dikib gedirdi. Əynindəki dəli köynəyini
çıxaranda da heç kimə hücum etməyə səy göstərmədi. Növbəti dəfə
karser kamerasında günlərlə qalaraq Ģalvarına batırmaq, baĢqasının
Dostları ilə paylaş: |