Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə60/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   56   57   58   59   60   61   62   63   ...   158

www.vivo-book.com 

 

238 



müddətlik. Hammersmitin oğlunun eybəcər hala salınmıĢ üzünün əksi, 

bir  də  Hammersmitin  diĢləməyə  hazırlaĢan  ağızı  təsvir  edən 

barmaqları gözlərimin önündən heç cür çəkilmək istəmirdi.  

 

 



 

 

5 

 

 

 



Azğın  Billi  Uorton  karser  kamerasına  ilk  səfərinə  elə  növbəti 

gün çıxmalı oldu. Bütün səhəri və demək olar ki, günortanı o, Merinin 

quzusu  kimi  sakit  və  üsulluca  davrandı,  ancaq  bir  az  keçəndən  sonra 

anladıq  ki,  bu  vəziyyət  onun  üçün  normal  deyilmiĢ  və  bu  sakitliyin 

sonrasında  bizi  problemlər  gözləyirmiĢ.  AxĢam  təxminən  saat  yeddi 

otuz  radələrində  Harri  həmin  gün  ilk  dəfə  geyindiyi  təmiz 

uniformasının  Ģalvarının  manjetinə  isti  su  damcılarının  atıldığını  hiss 

etdi.  Bu,  sidik  idi.  Öz  kamerasının  barmaqlığının  önündə  dayanmıĢ 

Uilyam  Uorton  qaralmıĢ  diĢlərini  göstərə-göstərə  Harri  Tervilligerin 

Ģalvarına və ayaqqabılarına iĢəyirdi.  




www.vivo-book.com 

 

239 



–  Bu  it  oğlu  it  yəqin  bütün  günü  dözərək  sidiyini  yığırmıĢ,  – 

Harri  hadisədən  bir  qədər  sonra  dedi  və  bunu  danıĢarkən  hələ  də 

hirsindən və acığından az qalırdı partlasın. 

Hə, bax bu məhz elə belə də olmuĢdu.  “E” blokunda kimin ağa 

olduğunu  Uilyam  Uortona  göstərməyin  vaxtı  gəlib  çatmıĢdı.  Harri 

Brutusla məni çağırdı, mən isə həmin gün bizimlə növbədə olan Persi 

ilə  Dinə  xəbər  yolladım.  Əgər  yadınızdadırsa,  həmin  vaxt  bizim 

blokda  üç  məhbus  vardı  və  gücləndirilmiĢ  iĢ  rejimində  iĢləyirdik. 

Mənim  qrupum  axĢam  saat  yeddidən  səhər  saat  üçə  qədər  –  bu, 

sutkanın elə vaxtı idi ki, istənilən problem, ya da gözlənilməz vəziyyət 

yarana bilərdi – və iki baĢqa qrup isə günün qalan hissəsində növbəyə 

çıxırdı. Həmin iki qrup əsasən müvəqqəti iĢçilərdən təĢkil olunmuĢdu 

və onlara rəhbərliyi Bill Doc edirdi. Ġstənilən halda, iĢləri idarə etmək 

üçün bu, heç də pis üsul deyildi. Hiss edirdim ki, əgər Persini gündüz 

növbəsinə  keçirə  bilsəm,  hər  Ģey  daha  da  yaxĢı  olar.  Bu  haqda  çox 

düĢünsəm  də,  edə  bilmədim.  Hələ  indi  də  bəzən  özün-özümə  sual 

edirəm  ki,  əgər  onu  gündüz  növbəsinə  keçirə  bilsəydim,  görəsən 

vəziyyət dəyiĢərdimi? 

Anbar otağında, Qoca Qığılcımdan bir qədər aralı böyük su kranı 

vardı.  Din  ilə  Persi  ona  uzun  yanğınsöndürən  Ģlanqı  burub 

bağlayandan sonra lazım olan anda suyu açmaq üçün ventilin yanında 

dayanmıĢdılar.  




www.vivo-book.com 

 

240 



Brutusla  mən  Uortonun  kamerasına  tərəf  tələsdik.  O,  hələ  də 

barmaqlığın  önündə  dayanıb  çürük  diĢlərini  ağardırdı,  onun  aləti  isə 

hələ  də  Ģalvarının  önündən  bayıra  sallanırdı.  Man  karser 

kamerasındakı  dəli  köynəyini  özümlə  götürmüĢ  və  dünən  axĢam  evə 

getməzdən əvvəl onu kabinetimdəki rəfin üstünə atmıĢdım. Çünki hələ 

dünən  axĢam  ağlıma  gəlmiĢdi  ki,  bu  dəli  köynəyi  bizin  yeni  “çətin 

uĢağımızı”  sakitləĢdirməmiz  üçün  lazım  ola  bilər.  Ġndi  Ģəhadət 

barmağımı brezent paltarın halqalarından birinə keçirib onu bir əlimdə 

tutmuĢdum.  Bizim  arxamızca  əlində  Ģlanqın  ucunu  tutmuĢ  Harri 

gəlirdi.  Onun  əlindəki  Ģlanq  mənim  kabinetimdən  keçərək  anbar 

otağına, oradan isə pillələrdən aĢağı Din ilə Persinin mümkün olduqca 

cəld açmağa çalıĢdıqları makaraya birləĢirdi.  

–  Hə,  necədir,  əbləh,  xoĢuna  gəlir?  –  Azğın  Billi  özündən  razı 

halda soruĢdu. O karnavalda ürəyincə əylənən uĢaq kimi gülürdü; elə 

ürəkdən  gülürdü  ki,  nəfəsini  tutub  bir  söz  belə  deyə  bilmirdi; 

gözlərindən  axan  iri  yaĢ  damlaları  onun  yanaqlarından  aĢağı 

süzülürdü.  –  Siz,  lap  mənim  güman  etdiyim  kimi,  çox  tez  gəldiniz. 

Ġndi görün sizin üçün nə hazırlayıram... Çox yumĢaq isti nəcis. Sabaha 

qədər yəqin hazır olar. Sabah gəlsəniz, sizə verərəm... 

Onun  kamerasının  qapısını  açdığımı  görəndə  Billinin  gözləri 

qıyıldı; Brutusun bir əlində tapança, o biri əlində isə polis dəyənəyini 

görəndə, onun gözləri bir az da qıyıldı.  




www.vivo-book.com 

 

241 



–  Bircə  bura  girin...  Siz  bura  öz  ayaqlarınızla  girə  bilərsiniz, 

amma  buradan  sizi  baĢqaları  çıxarmalı  olacaqlar.  Buna  Körpə  Billi 

zəmanət verir, – deyərək o, həyəcanlı Ģəkildə qıĢqırdı. Onun nəzərləri 

yenə  mənə  tuĢlandı.  –  Əgər  mənə  o  dəli  köynəyini  geyindirməyi 

düĢünürsənsə,  yaxĢısı  budur  fikrini  dəyiĢəsən,  yoxsa  özündən  küs, 

qoca zırrama.  

–  Burada  əmrləri  sən  vermirsən,  məni  baĢa  düĢdünmü?  –  deyə 

sakit tərzdə ona dedim. – Əgər dediklərimi anlamaq üçün həddən artıq 

kütbeyinsənsə, onda sənə bir balaca dərs verməli olacağıq.  

Mən  ikinci  kilidi  də  açıb  qapını  yana  itələdim.  Uorton 

çarpayısına  tərəf  geri  çəkildi,  onun  aləti  hələ  də  Ģalvarından  bayıra 

sallanırdı. O, əlini uzadaraq barmağı ilə məni çağırdı:  

– Hə, gəl, gəl görüm, anası fahiĢə, gəl, – deyə vəcdlə qıĢqırdı. – 

Bunlar  mənim  dərsimi  verəcəklər,  qoy  versinlər,  bu  qoca  yabı  da 

deyəsən baĢ müəllim olmaq iddiasındadır. – Uorton bu dəfə nəzərlərini 

Brutusa  çevirdi  və  çürük  diĢlərini  ona  göstərərək  gülümsədi.  –  Hə, 

yekəpər,  gəl,  sən  birincisən.  Bu  dəfə  oğru  piĢik  kimi  gizlincə 

arxamdan  gələ  bilməzsən.  Silahı  da  yerə  qoy,  axmaqlıq  eləmə,  onsuz 

da atəĢ açan deyilsən. Gəl kiĢi kimi üz-üzə çıxaq – sən və mən, görək 

kim daha güclüdür... 

Brutus  kameranın  içinə  daxil  oldu,  amma  Uortoma  tərəf 

getmədi.  Qapıdan  içəri  girən  kimi  sol  tərəfə  hərəkət  etdi.  Ona 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə