www.vivo-book.com
226
məni sağaltmıĢdı. Ona görə də onun haqqında maraqlanırdım, yəqin,
mənim yerində olan hər kəs belə edərdi. Hətta düĢünmüĢdüm ki, bəlkə,
Homer Kribus və onun köməkçisi Rob Marci əsl qatili əldən
buraxaraq, onu tutmuĢlar. Ona qarĢı olan bütün dəlillərə baxmayaraq,
belə düĢünürdüm. Çünki əllərində belə gücə sahib olan birisi haqqında,
adətən, uĢaqları zorlayan və sonra da öldürən adam kimi düĢünmürsən.
Yox, məncə, bunları ona danıĢmaq olmaz.
– Mənə maraqlı olan iki məqam var, – deyə cavab verdim. –
Birincisi, görəsən o, əvvəllər də buna bənzər cinayətlər törədib, ya
yox?
Dediklərimi eĢidəndə Hammersmit dərhal mənə tərəf baxdı,
onun kəskin baxıĢlarında maraq qığılcımlarını açıq-aĢkar sezmək
olurdu və baĢa düĢdüm ki, o, çox ağıllı adamdır. Bəlkə də onun parlaq
zəkası var, amma diqqət çəkmədən yaĢamağa üstünlük verir.
– Nə üçün bu sizi belə maraqlandırır? – deyə soruĢdu. – Siz nəsə
bilirsiniz, Eckum? O sizə nəsə danıĢıb?
– Heç bir Ģey danıĢmayıb. Lakin əgər insan belə bir cinayət
törədirsə, adətən onun keçmiĢində də buna bənzər cinayət əməlləri
olur. Belə canilər zaman keçdikcə öz cinayətlərindən zövq almağa
baĢlayırlar.
– Hə, sizinlə razıyam, – deyə cavab verdi. – Belə olur, həqiqətən
belə olur.
www.vivo-book.com
227
– DüĢünürəm ki, onun kimi nəhəng birisinin – özü də qaradərili
– keçmiĢini araĢdırmaq çətin olmamalıdır.
– Belə düĢünürsünüz, amma sizi inandırıram ki, səhv edirsiniz, –
o dedi. – Ən azından, Koffi haqqında düĢüncələrinizdə yanılırsınız.
Mən bunu dəqiq bilirəm.
– Bunu öyrənməyə çalıĢmısınız?
– Hə, amma bütün səylərim boĢa çıxdı. Detteriklərin qızlarının
qətlindən iki gün əvvəl onu Noksvill Yardsda gördüklərini güman
edən iki nəfər dəmiryolçu vardı. Burada təəccüblü heç nə yoxdur,
çünki onu çayın sahilində, Böyük Cənub dəmiryolu xətlərindən bu biri
tayda yaxalayıblar və bəlkə də Tennessidən bura elə həmin yolla
gəlirmiĢ. Mən bir nəfərdən məktub almıĢdım, o yazırdı ki, bu il yazın
əvvəllərində taxta yeĢikləri daĢımaq üçün yekəpər, baĢı daz, qaradərili
bir adamı iĢə götürübmüĢ – məktub Kentukkidən göndərilmiĢdi. Mən
Con Koffinin fotoĢəkilini ona göndərdim və həmin adam onu tanıdı.
Lakin bundan baĢqa... – Hammersmit çiyinlərini çəkərək baĢını buladı.
– Bu sizə bir az qəribə görünmədi?
– Çox qəribə gəldi, mister Eckum. Belə çıxırdı ki, o, elə bil,
göydən düĢmüĢdü. Ondan heç nə öyrənmək mümkün deyil; bir həftə
baĢlayanda, ondan əvvəlki həftəni qətiyyən xatırlamır.
– Hə, düz deyirsiniz. O, heç nəyi xatırlamır, – deyə razılaĢdım. –
Bəs bunu necə izah edirsiniz?
www.vivo-book.com
228
– Biz indi Depressiya dövründə yaĢayırıq, – cavab verdi. – Bax,
mən bunu belə izah edirəm. Ġnsanlar küçələrə tökülüblər, hamı harasa
gedir: oklahomalılar Ģaftalı toplamaq üçün Kaliforniyaya getmək
istəyirlər, əyləclərdən yaxĢı baĢ çıxaran zavallı ağdərililər Detroytda
avtomobil qayırmaq istəyirlər, Missisipidən olan zəncilər isə Yeni
Ġngiltərəyə getmək və orada ayaqqabı, ya da toxuculuq fabrikində
iĢləmək istəyirlər. Bütün insanlar – istər qara, istərsə də ağdərililər –
elə düĢünürlər ki, yeni torpaqlara getsələr, onların vəziyyəti düzələcək.
Bax, bu da sizin üçün lənətə gəlmiĢ amerikan həyat tərzi. Hətta Koffi
kimi nəhəng bir insan getdiyi yerlərdə heç kimin diqqətini özünə cəlb
etməyib... – yəni, iki balaca qızcığazı öldürmək qərarına gələnə qədər.
Balaca ağdərili qızcığazları.
– Siz buna inanırsınız? – deyə soruĢdum.
O, arıq üzündə nəvaziĢə bənzər bir ifadə ilə mənə baxaraq dedi:
– Hə, bəzən inanıram.
Onun arvadı lokomotivin kabinəsindən baxan maĢinist kimi
mətbəxin pəncərəsindən boylandı və qıĢqırdı:
– UĢaqlar, kökələr hazırdır! – Sonra mənə sarı dönüb əlavə etdi:
– Yulaf unundan kiĢmiĢli kökə istəyirsinizmi, mister Eckum?
– Əminəm ki, sizin kökələriniz çox dadlıdır, mem, amma bu
dəfə imtina etməli olacağam.
– Ġxtiyar sahibisiniz, – deyərək cavab verəndən sonra pəncərədən
çəkildi. Onun bədənindəki çapıqları görmüsünüz? – deyə
www.vivo-book.com
229
Hammersmit birdən soruĢdu. O, hələ də gözlərini hətta Ģirin kiĢmiĢli
yulaf kökələri üçün belə yelləncəkdən qopa bilməyən uĢaqlardan
çəkmədən, onları müĢahidə edirdi.
– Hə, görmüĢəm, – dedim, lakin onun da bu çapıqları görməsi
məni çox təəccübləndirdi. O, üzümdəki təəccüb ifadəsini görəndə
güldü.
– Müdafiə vəkilinin ən böyük qələbələrindən biri Con Koffini
köynəyini çıxarmağa və öz çapıqlarını andlılara göstərməyə məcbur
etməyə müvəffəq olması idi. Ġttihamçı Corc Peterson buna var gücü ilə
etiraz etsə də, hakim icazə verdi. Qoca Corc öz nəfəsini boĢ-boĢuna
tükətməyə bilərdi, çünki buradakı andlılar insanlarla pis rəftar
olunduğundan, onların özlərini idarə etməkdə çətinlik çəkdiyi
haqqında psixoloji boĢboğazlığa elə bir əhəmiyyət vermirdilər. Onlar
inanırlar ki, insanlar öz davranıĢlarına və hərəkətlərinə görə hər zaman
məsuliyyət daĢımalıdırlar. Mən özüm də əksər məqamlarda bu fikrə
Ģərikəm... Bununla belə, o çapıqlara baxanda insanın içinə üĢütmə
düĢürdü. O çapıqları görmüsünüzmü, Eckum?
Mən Koffinin çılpaq bədənini duĢda görmüĢdüm və əlbəttə ki,
müsahibimin dediyi çapıqları görməyə bilməzdim. Ona görə də onun
nə haqqında danıĢdığı mənə gün kimi aydın idi.
– Onun beli çat-çatdır, çalın-çarpaz.
– Bunun nə demək olduğunu baĢa düĢürsünüzmü?
Dostları ilə paylaş: |