Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə58/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   54   55   56   57   58   59   60   61   ...   158

www.vivo-book.com 

 

230 



–  Hə,  bilirəm.  O,  uĢaq  olanda  kimsə  onu  yarımcan  olana, 

içindəki Ģeytan çıxana qədər yaxĢıca kötəkləyib, – deyə cavab verdim. 

– Demək istəyirəm ki, o, hələ balaca olanda. 

–  Belə  görünür  ki,  Koffini  döyənə  onun  içindəki  Ģeytanı 

çıxarmaq  müyəssər  olmayıb,  elə  deyilmi,  Eckum?  Həmin  çubuğu 

kənara qoyub, özlərini əziyyətə salmadan onu azmıĢ piĢik balası kimi 

çayda batırsaydılar, daha yaxĢı olardı. Elə deyilmi?  

DüĢündüm ki, yəqin onunla razılaĢıb buradan getmək daha yaxĢı 

olar,  amma  bunu  edə  bilmədim.  Mən  onu  görmüĢdüm,  həm  də  hiss 

etmiĢdim: – onun əllərinin toxunuĢunu hiss etmiĢdim.  

– O... qəribədir, – dilləndim. – Ġçində zorakılığa meyilli olduğu 

qətiyyən  hiss  olunmur.  Onun  necə  tapıldığını  bilirəm  və  hər  gün 

Blokda  gördüklərimlə  həmin  mənzərəni  bir  yerə  sığıĢdırmaq  mənim 

üçün  çox  çətindir.  Mən  aqressiv  insanlara  yaxĢı  bələdəm,  mister 

Hammersmit.  – Əlbəttə ki,  Uorton  haqqında düĢündüm.  O Uorton  ki, 

biləyinə  vurulmuĢ  zənciri  Din  Stantonun  boğazına  keçirib,  onu  boğa-

boğa  qıĢqırırdı:  “Həəə,  uĢaqlar!  ġənliyimiz  necədi,  xoĢunuza  gəlir? 

YaxĢı Ģənlənirik, ya yox?” 

Ġndi  o,  üzündə  söylədiklərimə  inanmırmıĢ  kimi  bir  ifadə  ilə 

gülümsəyərək,  diqqətlə  mənə  baxırdı,  lakin  mən  onun  üzündəki  bu 

ifadəyə bir elə əhəmiyyət vermədim.  

–  Siz  onun  baĢqa  yerdə  baĢqa  qız  uĢaqlarını  öldürüb 

öldürmədiyini  öyrənmək  üçün  gəlməmisiniz,  –  deyə  dilləndi.  – 



www.vivo-book.com 

 

231 



Gəlmisiniz  ki,  onun  ümumiyyətlə  bu  cinayəti  törədib  törətmədiyi 

haqqında  nə  düĢündüyümü  öyrənəsiniz.  Düz  tapmıĢam,  elə  deyilmi, 

mister Eckum? Boynunuza alın ki, düz deyirəm. 

 Mən  öz  soyuq  pivəmdən  sonuncu  udumu  da  alandan  sonra 

ĢüĢəni masanın üstünə qoyub dedim: 

– Hə, elədir. Siz nə düĢünürsünüz? 

– UĢaqlar! – deyə o irəli əyilərək həyətin baĢ tərəfindəki yamaca 

tərəf  səsləndi.  –  Tez  bura  gəlin  və  kökələrinizi  götürün!  –  Sonra  o, 

yenə  öz  stuluna  söykənərək,  mənə  baxdı.  Yenə  o  güclə  sezilən 

təbəssüm – mənim əhəmiyyət vermədiyim – onun üzündə göründü. – 

Gəlin, sizə bir hekayə danıĢım – deyə dilləndi. – Diqqətlə qulaq asın, 

çünki indi söyləyəcəklərim, ola bilsin ki, elə sizin eĢitmək istədiyiniz 

sözlər olsun.  

– Buyurun, diqqətlə qulaq asıram. 

– Bizim Ser Qalahad adında bir itimiz vardı, – o, barmağı ilə it 

damını göstərdi. – YaxĢı it idi. Cins olmasa da, çox mehribandı. Sakit: 

əlinizi  yalamağa,  ya  da  atdığınız  çubuğu  geri  gətirməyə  hər  zaman 

hazır  olan  bir  it.  Bizim  itimiz  kimi  düdəmələr  həddən  artıq  çoxdur, 

mənimlə razısınızmı?  

Çiyinlərimi çəkərək baĢımı yırğaladım. 

–  Cins  olmayan  yaxĢı  it,  müəyyən  mənada,  sizin  zəncinizi 

xatırladır.  –  deyə  davam  etdi.  –  Siz  onu  tanıdıqca  sevməyə 

baĢlayırsınız.  Onlardan  nəsə  xüsusi  bir  məqsəd  üçün  istifadə  etmək 



www.vivo-book.com 

 

232 



mümkün olmasa da, onu saxlayırsınız, çünki sizə elə gəlir ki, guya it 

sizi sevir. Əgər bəxtiniz gətirsə, mister Eckum, bunun belə olmadığını 

öyrənmək  sizə  heç  vaxt  nəsib  olmayacaq.  Lakin  Sintiya  ilə  mənim 

bəxtim heç gətirmədi.  

O,  nəfəsini  dərərək  dərindən  kədərli  bir  səslə  elə  ah  çəkdi  ki, 

sanki  tökülmüĢ  yarpaqların  arasından  keçən  külək  onları  xıĢıldatdı. 

Yenə  əli  ilə  it  damını  göstərəndə,  onun  boĢ  olduğunu,  ya  da  ətrafa 

səpələnmiĢ  it  nəcisinin  artıq  köhnələrək  ağardığını  və  ovulmağa 

baĢladığını lap əvvəldən necə sezə bilmədiyimə təəccübləndim. 

–  HəmiĢə  onun  altını  təmizləyərdim,  –  Hammersmit  dedi,  – 

yağıĢda islanmasın deyə yuvasının damını təmir edərdim. Bu mənada 

Ser  Qalahad  sizin  cənublu  zəncinizə  bənzəyir.  Qalahad  da  bütün 

bunları  özü  üçün  etməzdi.  Ġndi  mən  ona  toxunmuram,  bədbəxt 

hadisədən  sonra  –  əgər  baĢımıza  gələni  bədbəxt  hadisə  adlandırmaq 

olarsa...  Mən  hətta  ora  bir  dəfə  də  yaxınlaĢmamıĢam.  Mən  tüfəngi 

götürüb  dama  tərəf  getdim  və  atəĢ  açaraq  iti  öldürdüm,  lakin  ondan 

sonra ora yaxınlaĢmamıĢam. Özümü buna məcbur edə bilmirəm. Bəlkə 

də zamanla bunu bacararam... Onda bütün bu zibilliyi təmizləyər, damı 

da söküb dağıdaram.  

Bu  məqamda  uĢaqlar  gəlib  çıxdı  və  birdən  içimdə  nəyəsə 

uĢaqların bizə yaxınlaĢmamasını arzuladım, həmin an dünyadan istəyə 

biləcəyim ən böyük arzu bəlkə də bu idi. Qız normal görünürdü, amma 

oğlan... 



www.vivo-book.com 

 

233 



Onlar  oğrun-oğrun  nəzərlərini  mənə  zilləyib  qıqqıldaĢa-

qıqqıldaĢa  artırmanın  pillələrini  qalxıb  mətbəxin  qapısına  tərəf 

yönəldilər.  

– Kaleb, – deyə Hammersmit öz oğlunu yanımıza çağırdı. – Bir 

saniyəlik bura gəl, oğlum. 

Qızcığaz – Ģübhəsiz, qardaĢı ilə əkiz olmalı idi, çünki eyni yaĢda 

olardılar  –  mətbəxə  girdi,  oğlan  isə  geri  qayıdaraq  atasına  yaxınlaĢdı 

və  baĢını  aĢağı  dikib  yerə  baxaraq  dayandı.  O  öz  görünüĢünün  idbar 

olduğunun fərqində idi. Məncə, onun cəmi dörd yaĢı olardı, lakin dörd 

yaĢında olan birisi artıq özünün kifir olduğunu dərk edə bilər. Ata iki 

barmağını  oğlunun  çənəsinin  altına  qoyub,  onun  baĢını  qaldırmağa 

çalıĢdı. Əvvəlcə oğlan ona müqavimət göstərdi, lakin atası ondan sevgi 

və mərhəmətlə: “Lütfən, oğlum”, – deyə xahiĢ edəndə, o, təslim olaraq 

baĢını qaldırdı.  

Onun  saçlarından  baĢlayan  qövsĢəkilli  qorxunc  bir  çapıq 

alnından,  sonra  isə  kor  olaraq  laqeyd  bir  Ģəkildə  qıyılmıĢ  gözündən 

keçərək  –  üzünə  qumarbazın,  ya  da  dəyyusun  üzündə  olduğu  kimi 

çoxbilmiĢ,  hiyləgər  bir  ifadə  verərək  –  ağzının  küncünədək  uzanırdı. 

UĢağın bir yanağı təmiz, sığallı və gözəl, o biri yanağı isə ağac kötüyü 

kimi  kələ-kötür  idi.  Məncə,  onun  üzünün  həmin  yerində  dəlik  olub, 

lakin indi artıq sağalıb.  

–  Onun  bir  gözü  salamat  qalıb,  –  oğlunun  idbar  hala  düĢmüĢ 

yanağını  barmağı  ilə  sığallayan  Hammersmit  dedi.  –  Məncə,  onun 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə