www.vivo-book.com
242
tuĢlanmıĢ yanğınsöndürmə Ģlanqını görəndə, Uortonun qıyılmıĢ
gözləri bərələrək hədəqəsindən çıxmaq dərəcəsinə çatdı.
– Yox, lazım deyil, – deyə bağırdı. – Yox, lazım deyil...
– Din, – qıĢqırdım. – Suyu qoĢ! Nə qədər yeri var, ver gəlsin!
Uorton qəfildən irəli Ģığıdı və Brutus dəyənəyi ilə ona güclü bir
zərbə endirdi – mən əminəm ki, belə bir zərbəni Persi yalnız arzulaya
bilərdi, – düz Uortonun alnının ortasından. Bizə baxınca, yəqin, heç
bir problem olmadığını düĢünən Uorton dizləri üstə çökdü, gözləri
açıq olsa da, heç görmədiyinə əminəm. ġlanqdan su gəlməyə
baĢlayanda təzyiqin gücündən Harri bir-iki addım geri çəkilməli olsa
da, bir an sonra müvazinətini bərpa edib, Ģlanqın ucunu əlləri ilə bərk-
bərk tutaraq, onu silah kimi Uortona tuĢladı. Su Ģırnağı düz onun
sinəsinin ortasından tutdu və onu yerə yıxaraq öz oxu ətrafında
yarımdairə fırladaraq çarpayının altına soxdu. Dəhlizin o biri baĢında
Delakrua həyəcanla bir ayağından o birisinə hoppanaraq qaqqıldayır,
dəli kimi bağıraraq Con Koffiyə lənətlər yağdırır və nə baĢ verdiyini,
kimin üstün gəldiyini, çin duĢunun yeni ipləmənin xoĢuna gəlib-
gəlmədiyini ona danıĢmasını tələb edirdi. Əynində qısa Ģalvar,
ayaqlarına isə həbsxana Ģap-Ģupları geyinmiĢ Con isə onun dediklərinə
cavab vermədən öz kamerasının barmaqlığının önündə sakitcə
dayanmıĢdı. Mən yalnız bir dəfə ona baxmağa macal tapdım və onun
üzündə yenə də həmiĢəki laqeyd və aləmdən təcrid olunmuĢ ifadəni
görə bildim.
www.vivo-book.com
243
– Suyu bağla! – Brutus çiyninin üstündən geriyə qıĢqırdı və cəld
kameranın içinə Ģığıdı. O, əllərini yarı huĢsuz halda yerdə uzanmıĢ
Uortonun qoltuqlarının altına salıb, onu çarpayının altından çıxardı.
Uorton öskürür, öskürərkən də qur-qur səsləri çıxarırdı. Alnındakı
yaradan, Brutusun dəyənəyinin dəydiyi yerdən onun qaralmıĢ
gözlərinə qan axırdı.
Dəli köynəyinin geyindirilməsi prosesini Brutusla mən məĢqlər
sayəsində, demək olar ki, bir sənət səviyyəsinə qaldırmıĢdıq. Biz bu iĢi
yeni bir rəqsi öyrənməyə çalıĢan peĢəkar vodevil rəqqasları kimi
saatlarla təkrar-təkrar icra etməkdən yorulmurduq. Sizə deyim ki, hər
dəfə köynəyi kiməsə geyindirmək lazım olanda, bir daha əmin olurduq
ki, etdiyimiz məĢqlər əbəs deyilmiĢ. Məsələn, elə bu dəfə olduğu kimi.
Brutus Uortonu dikəldərək oturtdu və onun qollarını irəliyə, balaca bir
uĢağın Əsgi Andi gəlinciyinin qollarını uzatdığı kimi, mənə tərəf
uzatdı. Uortonun Ģüuru, deyəsən, yavaĢ-yavaĢ özünə qayıdırdı və əgər
savaĢa indi baĢlamasa, sonra çox gec olacağını anladığının iĢartıları də
gözlərində görünürdü, lakin onun beyni ilə əzələləri arasındakı rabitə
hələ bərpa olunmamıĢdı və nə qədər ki, o, bu rabitəni bərpa etməyə
macal tapmayıb, mən köynəyin qollarını çevik və adətkar hərəkətlə
onun qollarına geyindirdim, Brutus isə köynəyin arxasındakı
düymələri bağlamaqla məĢğul idi. O, düymələri bağlamaqla məĢğul
ikən, mən köynəyin qolundakı qayıĢları çəkib Uortonun yanlarından
çarpaz doladım, biləklərini köynəyin arxasındakı brezent qayıĢlara
www.vivo-book.com
244
bağladım. ĠĢimizi baĢa çatdırandan sonra Uortona baxanda adama elə
gəlirdi ki, o, özü-özünü qıcaqlayıb.
– Səni görüm lənətə gələsən, yekəpər müqəvva. De görüm, onlar
onun öhdəsindən gələ bildilərmi? – deyə Delakrua qıĢqırdı. Mən hətta
Mister Cinqlzın ciyiltisini də eĢitdim. Deyəsən, baĢ verənlər onun üçün
də maraqlı idi.
Ventillə əlləĢməkdən köynəyi islanıb bədəninə yapıĢan Persi də
gəlib çıxdı, onun üzü həyəcandan alıĢıb yanırdı, arxasınca isə
boynunda bənövĢəyi qançırlardan boyunbağı olan Din gəlirdi.
Persidən fərqli olaraq, o, elə də həyəcanlı görünmürdü.
– Hə, di tərpən, Azğın Billi, – deyə onu dartaraq ayağa
qaldırdım. – Gəl, indi səni oppalara aparacağıq.
– Məni bu adla çağırma! – Uorton bərkdən bağırdı. Məncə, o,
üzündəki ağıllı yırtıcı maskasını ilk dəfə bir tərəfə atıb, həqiqi
hisslərini büruzə vermiĢdi.
– Azğın Billi görünmək istədiyi kimi sərt birisi deyil! O, heç
vaxt əlində bıçaq ayı ovuna getməyib! O da Con Lo kimi sadəcə
avaradır! Lənətə gəlmiĢ əbləh belini qapıya söykəyib oturub və baĢqa
bir sərxoĢ da onu öldürüb.
– Aman Tanrım, bu lap tarix dərsinə bənzədi ki! – Brutus
qıĢqırdı və Uortonu kameradan bayıra itələdi. – Bura düĢəndə, heç kim
baĢına nə gələcəyini bilmir, sadəcə, hər Ģeyin yaxĢı olacağını güman
edir. Lakin sənin kimi adlı-sanlı uĢaqlar bura gələndə, məncə, bu
www.vivo-book.com
245
deyilənlər həqiqətə daha yaxın olur, elə deyilmi? Bilirsənmi, dostum,
çox keçməz, sən özün də tarixə çevrilərsən. Lakin hələlik dəhlizlə
getməlisən. Sənin üçün rahat bir otaq hazırlamıĢıq – insanı rahatladan
bir otaq!
Uorton nəsə qəzəbli, anlaĢılmaz sözlər qıĢqıraraq özünü
Brutusun üstünə atdı, baxmayaraq ki, onu dəli köynəyinin içinə
salmıĢdılar və əllərini arxaya dolayaraq belinə bağlamıĢdılar. Ġndi isə
Persi cəld öz dəyənəyini – həyatın bütün problemlərinə qarĢı reseptini
– əlinə aldı və bunu görəndə Din sakitcə onun biləyindən tutdu. Persi
təəccüblə və bir az da hiddətlə ona baxdı, sanki demək istəyirdi ki,
Uortonun Dinə etdiklərindən sonra, Din onu saxlamaq istəyən sonuncu
adam olmalı idi.
Brutus Uortonu geri itələdi. Mən onu yaxalayıb Harriyə tərəf
itələdim. Harri isə onu tutub sevincindən vəcdə gəlmiĢ Delakruanın və
hər Ģeyə qarĢı laqeydliyini pozmayan Koffinin önündən keçirərək
YaĢıl Mil ilə irəli itələdi. Üzü üstə yerə yıxılmaqdan özünü qorumaq
üçün Uorton bildiyi bütün söyüĢləri ətrafındakılara yağdıra-yağdıra
qaçmağa məcbur oldu. Onun ağzında söyüĢlər qaynaqçının
elektrodundan çıxan qığılcımlar kimi ətrafa səpələnirdi. Din, Harri və
Persi (ilk dəfə idi ki, o, ədalətsizcəsinə çox iĢlədildiyi haqqında
Ģikayətlənmirdi) karser kamerasındakı zir-zibili bayıra daĢıdıqları
əsnada biz Uortonu itələyib dəhlizin baĢında sağ tərəfdəki sonuncu
Dostları ilə paylaş: |