Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə53/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   49   50   51   52   53   54   55   56   ...   158

www.vivo-book.com 

 

210 



edirdi.  –  Blokda  heç  kim  olmayanda,  sizə  kameralara  girmək 

qadağandır. 

BaĢımı  qaldırıb  Con  Koffiyə  baxdım.  O,  iri  əllərini  ağac 

kötüklərinə bənzər dizlərinin üstünə qoyub çarpayıda oturmuĢdu. Con 

Koffi  də  mənə  baxdı.  Bunu  etmək  üçün  ona  baĢını  bir  azca  yuxarı 

qaldırmaq kifayət idi. 

– Sən nə elədin, dostum? – az qala pıçıltı ilə ondan soruĢdum. – 

Sən mənə nə elədin? 

– Kömək etdim. Sizə, sadəcə, kömək etdim, elə deyilmi?  

– Hə, yəqin ki, elədin. Amma necə? Sən bunu necə elədin, axı? 

O, bir söz demədən baĢını buladı – sağa, sola, sonra isə mərkəzə, 

öz yerinə. Məni necə sağaltdığını heç Koffi özü də bilmirdi; onun sakit 

və  qayğısız üz ifadəsindən belə anladım  ki,  bunu necə etdiyini bilmir 

və  bu  onun  heç  vecinə  də  deyil  –  lap  elə  Müstəqillik  Günü  Ģərəfinə 

təĢkil  edilmiĢ  qaçıĢ  yarıĢının  son  əlli  metrində  irəlidə  olarkən,  qaçıĢ 

mexanikasının  necə  olmasının  mənim  vecimə  olmadığı  kimi.  Hər 

Ģeydən  öncə,  ondan  xəstə  olduğumu  necə  öyrəndiyini  soruĢmaq 

haqqında  düĢündüm,  lakin  soruĢmadım,  çünki  bu  sualın  da  cavabı, 

yəqin  ki,  lal-dinməz  baĢ  bulamasından  baĢqa  bir  Ģey  olmayacaqdı. 

Haradasa  bir  ifadə  oxumuĢdum  və  bu  heç  zaman  yadımdan  çıxmır: 

“müəmmaya bələnmiĢ tapmaca” haqqında nəsə. Con Koffi məhz belə 

bir  insan  idi  və  gecələr  onun  rahat  yata  bilməsinin  yeganə  səbəbi  də, 

yəqin ki, heç nəyi vecinə almamasına görədir. Persi onu “əbləh” deyə 



www.vivo-book.com 

 

211 



çağırırdı;  bu  ad  bir  az  kobuddur,  amma  həqiqətdən  o  qədər  də  uzaq 

deyil. Bizim nəhəng öz adını da, adının içki adı kimi yazılmadığını da 

bilirdi və bu, bilmək istədiyi yeganə Ģey idi.  

Sanki  bunu  bir  daha  diqqətimə  çatdırmaq  üçün  o,  baĢını  yenə 

buladı  və  əllərini  sol  yanağının  altına  balıĢ  kimi  qoyaraq  çarpayısına 

uzandı  və  üzünü  divara  çevirdi.  Ayaqları  çarpayıdan  çölə  çıxaraq 

döĢəməyə  sallanırdı,  amma  deyəsən  bu  vəziyyət  onu  heç  narahat 

etmirdi.  Köynəyinin  arxa  hissəsi  bir  balaca  yuxarı  qalxdığından, 

belindəki çalın-çarpaz çapıqları görə bilirdim. 

Kameradan  çıxdım,  kilidləri  yenidən  bağlayandan  sonra  dəmir 

barmaqlıqdan  bərk-bərk  yapıĢaraq  dəhlizə  tərəf  boylanan  Delakruaya 

baxdım,  onun  gözlərində  narahatlıq,  bəlkə  də  qorxu  ifadəsini  açıq-

aĢkar görmək olurdu. Mister Cinqlz onun çiynində oturub, telə bənzər 

incə bığlarını əsdirirdi.  

– O qaradərili adam sənə nə elədi? – Delakrua astadan soruĢdu. – 

Onda nə var elə, tilsim? O, sənə tilsim elədi? – Qəribə fransız Ģivəsi ilə 

dediyi “tilsim” sözü “siydim” sözü ilə həm qafiyə idi.  

– Nə haqda danıĢdığını baĢa düĢə bilmirən, Del.  

–  Sən  dedin,  mən  də  inandım!  Bir  özünə  bax!  Tamam 

dəyiĢmisən! Hətta yeriĢin də dəyiĢib, boss! 

Bəlkə  də  yeriĢim  doğrudan  da  dəyiĢmiĢdi.  Qasığımda  çox  xoĢ 

bir rahatlıq hissi vardı. Bu rahatlıq hissi vəcdə gəlmək kimi idi – çox 




www.vivo-book.com 

 

212 



güclü ağrı-acı çəkmiĢ və sonra bu ağrılardan canını qurtarmıĢ hər kəs 

nə demək istədiyimi çox gözəl baĢa düĢəcəklər.  

–  Hər  Ģey  qaydasındadır,  Del  –  israr  etdim.  –  Gecə  Con  Koffi 

yuxusunda kabus görüb, vəssalam.  

– O, tilsimi olan cadugərdir, – Delakrua coĢqunluqla dedi. Onun 

üst dodağında tər damcıları parıldayırdı. Del, demək olar ki, elə də çox 

Ģey  görməmiĢdi,  amma  gördükləri  onun  qorxudan  yarımcan  hala 

düĢməsinə bəs eləmiĢdi. – O bədbəxtlik gətirən cadugərdir. 

– Nə üçün belə düĢünürsən?  

Delakrua  əlini  uzadıb  siçanı  ovcuna  aldı.  Siçanın  baĢını  o  biri 

ovucu ilə örtüb öz üzünə yaxınlaĢdırdı. Sonra əlini cibinə salıb, oradan 

çəhrayı rəngli balaca bir Ģey çıxardı – həmin o nanəli nabatlardan – və 

onu siçana tərəf uzatdı, lakin siçan əvvəlcə ona əhəmiyyət verməyərək 

boynunu  adama  tərəf  uzatdı  və  insanın  bir  dəstə  gülün  rayihəsini 

ciyərlərinə  çəkərkən  etdiyi  kimi,  onun  nəfəsini  iylədi.  Onun  balaca 

muncuğa  bənzər  yumru  gözləri  yarımqapalı  idi,  üzündə  isə  valeh 

olduğunu göstərən qəribə ifadə vardı. Delakrua onun burnundan öpdü 

və siçan da burnunun öpülməsinə izn verdi. Sonra o, təklif edilən nabat 

qırığını  aldı  və  gəmirməyə  baĢladı.  Bir  neçə  saniyə  siçana  tamaĢa 

edəndən  sonra  Delakrua  nəzərlərini  mənə  çevirdi.  Elə  həmin  an  mən 

hər Ģeyi anladım. 

– Sənə bunu siçan dedi, – astadan soruĢdum. – Elə deyilmi? 

– Oui. (Bəli – fr.) 



www.vivo-book.com 

 

213 



– Sənin qulağına lap elə öz adını pıçıldadığı kimi. 

– Oui, elədir, mənim qulağıma pıçıldadı.  

– Çarpayına uzan, Del, – ona təklif etdim. – Bir balaca istirahət 

elə. Bütün bu pıçıltılar yəqin səni əldən salıb.  

O,  yenə  nəsə  dedi  –  yəqin  məni  inanmamaqda  ittiham  elədi. 

Onun səsi yenə çox uzaqlardan gəlirdi. Növbətçi masasına qayıdanda, 

mənə elə gəlirdi ki, gəzmirəm, sadəcə, süzürəm, ya da ki, tərpənmədən 

yerimdə durmuĢam və kinolarda olduğu kimi, kameralar gizli təkələrin 

üstü ilə hərəkət edərək hər iki tərəfimdən süzərək keçirlər.  

Masanın arxasındakı stula oturmaq istəyərkən qəfildən dizlərim 

büküldü  və  bütün  ağırlığımla  Harrinin  evdən  gətirdiyi  mavi 

döĢəkcənin  üstünə çökdüm.  Əgər stul öz  yerində  yox, bir qədər  aralı 

olsaydı, yəqin ki, göz qırpmağa macal tapmamıĢ Ģappıltı ilə döĢəməyə 

çırpılacaqdım.  

On  dəqiqə  bundan  əvvəl  alov  düĢmüĢ  meĢə  kimi  yanıb-

qovurulan  qasığımda  heç  bir  ağrı  hiss  etmədən  masanın  arxasında 

rahatca  oturmuĢdum.  “Mən  sizə  kömək  etdim,  elə  deyilmi?”  –  deyə 

Con Koffi soruĢmuĢdu.  Bədənimin mənə söylədiklərinə qulaq assam, 

Koffinin  dedikləri  həqiqət  idi.  Amma  mənəvi  rahatlığıma  gəlincə, 

məsələ  baĢqa  cür  idi.  Bunun  üçün  Con  Koffi  heç  bir  yardım  edə 

bilməmiĢdi.  

Nəzərlərim masanın küncündə saxladığımız külqabının altındakı 

blanklar  topasına  sataĢdı.  Vərəqin  ən  üst  hissəsində  “Blok  üzrə 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə