www.vivo-book.com
202
diĢləri ilə gəmirmək – istifadə etməklə, Con Koffinin intihar etdiyinin
Ģahidi olacağam. Məlum oldu ki, yanılmıĢam. Koffi – həyatımda
gördüyüm ən nəhəng insan – əllərini dizlərinin üstünə qoyaraq
çarpayısında sakitcə oturmuĢdu və qəribə, nəmli gözləri ilə mənə
baxırdı.
– Kapitan, – deyə məni səslədi.
– Nə olub, qoçaq?
– Mən sizi görməliyəm.
– Bəs, indi məni görmürsənmi, Con Koffi?
O, sualıma cavab vermədi, amma qəribə və nəm gözləri ilə məni
süzməyə davam etdi. Mən ah çəkdim.
– Bir saniyə gözlə, qoçaq, indi gəlirəm.
Ġrəli keçib öz kamerasının barmaqlıqlarına söykənərək dayanmıĢ
Delakruaya baxdım. Onun sevimli siçanı Mister Cinqlz (Delakrua
hamıya deyirdi ki, bu fəndləri etməyi Mister Cinqlza o öyrədib, lakin
biz, YaĢıl Mildə xidmət göstərənlər yekdil fikirdəydik ki, bütün bu
fəndləri Mister Cinqlz özü öyrənib) sirk günbəzinin altında
quraĢdırılmıĢ hündür platformaların birindən o birisinə sıçrayıĢlar edən
akrobat kimi durmadan ora-bura – Delakruanın irəli uzanmıĢ bir
əlindən digərinə – hoppanırdı. Onun gözləri iriləĢmiĢdi, qulaqları
qəhvəyi tüklü baĢına tərəf geri əyilmiĢdi. ġübhə etmirdim ki, siçan
Delakruanın sinirlərinə reaksiya verirdi. Ona tamaĢa edən arada siçan
Delakruanın Ģalvarının balağı ilə aĢağı endi və kameranın içi ilə al-
www.vivo-book.com
203
əlvan rənglərə boyanmıĢ makaranın olduğu divara tərəf qaçdı.
Makaranı düz Delakruanın ayaqlarının yanınadək geri diyirlədəndən
sonra ağıllı gözlərini qaldırıb intizarla ona baxdı, lakin balaca fransız
öz dostuna heç bir əhəmiyyət vermədi, elə bil, heç onu görmürdü;
bəlkə də hələlik görmürdü.
– Orda nə baĢ verib, boss? – deyə Delakrua soruĢdu. – Zərər
çəkən kimdir?
– Hər Ģey qaydasındadır, – cavab verdim. – Bizim yeni
oğlanımız bura gələrkən Ģir olduğunu göstərmək üçün diĢlərini
qıcartdı, lakin indi o xeyli sakitləĢib, quzuya dönüb. YaxĢılıqla bitən
hər Ģey yaxĢıdır.
– Hələ hər Ģey bitməyib, – Delakrua YaĢıl Mil boyu Uortonun
huĢsuz vəziyyətdə uzandığı kameraya tərəf boylanaraq dedi. –
L'homme mauvais, c'est vrai! (Pis adam olduğu bəlli olur – fr.)
– Özünü belə üzmə, Del, – dedim. – Heç kim səni onunla
həyətdə ipdən atlamaq oyununu oynamağa məcbur etməyəcək.
Arxamda cırıltı eĢitdim, deyəsən, Koffi çarpayıdan qalxmıĢdı.
– Boss Ekcum! – deyə o, yenə məni səslədi. Bu dəfə onun
səsində israr notları duyulurdu. – Mən sizinlə danıĢmalıyam.
“Hər Ģey qaydasındadır, danıĢmaq mənim sənətimdir”,–
düĢünərək, ona tərəf döndüm. Mən titrəməmək üçün daim səy
göstərməli olurdum, çünki titrətməm artıq soyuq tərə keçmiĢdi. Bircə
www.vivo-book.com
204
qasığımdan baĢqa: o hissəm hələ də od tutub yanırdı, sanki onu yarıb
içinə yanan közlər doldurandan sonra yenidən tikmiĢdilər.
– Hə, danıĢ görüm, Con Koffi, – mən öz səsimi sakit və rəvan
saxlamağa çalıĢaraq dedim. Bizim “E” blokumuza gəliĢindən bəri ilk
dəfə Con Koffi görünüĢündən harada olduğunu dərk etməyə baĢlayana
oxĢayırdı; deyəsən, bizim aramızda olduğunu baĢa düĢürdü. Onun
gözünün kənarlarından, demək olar ki, fasiləsiz axan yaĢlar
qurumuĢdu, ən azından indilik. Ġndi mənə tamamilə aydın idi ki, o,
iĢlədiyi dəhĢətli cinayət əməlini düzəltmək üçün geri qayıtmağı
arzuladığı məkanı deyil, baxdığı adamı görə bilir – “E” blokunun baĢ
nəzarətçisini, cənab Pol Eckumu.
– Yox, – deyə israr etdi. – Siz buraya, mənim yanıma
girməlisiniz.
– Sən baĢa düĢməlisən ki, mən indi ora daxil ola bilmərəm, –
hələ də səsimi sakit saxlamağa çalıĢaraq cavab verdim. – Ən azından,
indiki anda bunu edə bilmərəm. Burada indi təkəm, sən isə çəkidə
məndən ən azı ton yarım ağırsan. Bu günlük mənim üçün bir dava-
dalaĢ artıqlaması ilə kifayətdir. Ona görə də əgər sənin üçün fərqi
yoxdursa, gəl elə barmaqlıqların arasından danıĢaq və...
– Çox xahiĢ edirəm! – Dəmir barmaqlıqları elə bərk sıxmıĢdı ki,
barmaq buğumları və dırnaqları ağarmıĢdı. Keçirdiyi əzabdan üzü
uzanaraq kədərli ifadə almıĢdı, qəribə gözlərindəki donmuĢ narahatlığı
isə heç nə ilə izah edə bilmirdim. “Bəlkə də bu lənətə gəlmiĢ infeksiya
www.vivo-book.com
205
və onun verdiyi acı olmasaydı, mən bütün bunları baĢa düĢərdim” –
deyə o vaxt fikrimdən keçirdiyim indiki kimi yadımdadır. Bu fikir
hətta məni bir qədər rahatlaĢdırmıĢdı və onunla söhbət etməyə
baĢlamıĢdım. Əgər bir insana nə lazım olduğunu bilirsənsə, çox vaxt
bu sənə həmin insanı düzgün tanımağa yardım edir.
– Lütfən, Boss Ekcum! Siz mənim kamerama daxil olmalısınız!
“Ġndiyədək belə axmaq söz eĢitməmiĢəm” – deyə düĢündüm və
bir an sonra, bundan da axmağının mənim ağlıma gəldiyini dərk etdim:
kameraya girmək niyyətində idim. Kəmərimdən asılmıĢ açar
bağlamasını çıxarıb Con Koffinin kamerasının açarını axtarmağa
baĢladım. O məni, hətta sağlam olduğum və özümü əla hiss etdiyim
vaxtımda belə, əlləri ilə havaya qaldıra, sonra isə dizinə çırparaq ikiyə
bölə bilərdi, amma bu gün mən nə sağlam idim, nə də özünü yaxĢı hiss
edirdim. Bununla belə, onun kamerasına girmək fikrində idim;
məhkum
edilmiĢ qatillərlə iĢləyən zaman axmaqlığın və
ehtiyatsızlığın, cəmi yarım saat əvvəl, nələrə gətirib çıxaracağının
Ģahidi olduğum halda, bu qaradərili nəhəngin kamerasının qapısını
açmaq, ora daxil olmaq və onunla yanaĢı oturaraq söhbət etmək
niyyətində idim. Əgər kimsə belə etdiyimi görsəydi – hətta o özünü
yaxĢı aparsa və heç bir insident baĢ verməsəydi də – iĢimi dərhal
itirərdim. Bütün buları dərk etdiyimə baxmayaraq, yenə də onun
kamerasına girmək fikrində idim.
Dostları ilə paylaş: |