Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə52/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   48   49   50   51   52   53   54   55   ...   158

www.vivo-book.com 

 

206 



“Dur,  –  öz-özümə  deyirdim,  –  nə  qədər  ki,  gec  deyil, 

dayanmalısan,  Pol”.  Lakin  öz  məsləhətimə  qulaq  asmadım.  Əvvəlcə 

açarla  üstdəki  kilidi,  sonra  isə  aĢağıdakını  açdım,  ondan  sonra  isə 

qapını öz novu ilə yana sürüĢdürdüm.  

–  Ey,  rəis,  məncə,  bu  yaxĢı  fikir  olmaya  bilər,  –  Delakrua  səsi 

gərginlikdən  əsə-əsə  öz  kamerasından  mənə  səsləndi.  Bəlkə  də  baĢqa 

bir Ģəraitdə bu səs məni gülməyə vadar edərdi.  

–  Sən  öz  iĢinlə  məĢğul  ol,  mən  də  öz  iĢimlə!  –  geri  dönmədən 

dedim.  Gözlərim  Con  Koffinin  gözlərinə  kilidlənmiĢdi,  özü  də  elə 

möhkəm  kilidlənmiĢdi  ki,  elə  bil,  mıxlanmıĢdılar.  Bu  hipnoz  altında 

olan  adamın  halına  bənzəyirdi.  Öz  səsim  öz  qulağıma  əks-səda 

verərək, elə bil çox uzaq bir vadidən gəlirdi.  

“Lənət olsun, deyəsən, mən hipnoz edilmiĢəm”. 

– Sən beləcə uzan və istirahət elə. 

–  Aman  Tanrım,  bura  lap  əsl  dəlixana  imiĢ  ki!  –  Delakruanın 

titrək səsi eĢidildi. – Mister Cinqlz, az qalıram arzulayım ki, kaĢ məni 

qızardaydılar və bütün bunları görməyəydim! 

Mən  Koffinin  kamerasına  daxil  oldum.  Ġçəri  girəndə,  o,  kənara 

çəkilərək mənə yol verdi. Çarpayısının yanında durdu – çarpayı onun 

baldırlarına  ancaq  çatırdı,  yəni,  görün  o  necə  ucaboy  idi  –  sonra 

çarpayıya  oturdu.  Bayaqdan  gözlərini  gözlərimdən  bir  an  olsun  belə 

ayırmayan  Koffi  əlini  döĢəyin  üstünə  vuraraq  yanında  mənə  yer 

göstərdi.  Onun  yanında  oturdum  və  o,  qolunu  çiynimə  qoyaraq  məni 



www.vivo-book.com 

 

207 



qucaqladı:  sanki  kinoteatrda  oturmuĢduq  və  mən  də  onun  sevgilisi 

idim. 


–  Sən  nə  istəyirsən,  Con  Koffi?  –  hələ  də  onun  kədərli  və 

təmkinli gözlərinin içinə baxa-baxa soruĢdum. 

– Sadəcə, kömək eləmək, – deyə  cavab verdi. Sonra qarĢısında 

duran  iĢi  yerinə  yetirməyə  o  qədər  də  həvəsli  olmayan  adam  kimi 

dərindən  bir  ah  çəkdi  və  ovcunu  göbəyimdən  təxminən  bir  qarıĢ 

aĢağıya, qasıq nahiyəmin üstünə qoydu. 

– Ey! – deyə bağırdım. – Lənətə gəlmiĢ əllərini çək... 

Birdən  içimdən  elektrik  cərəyanına  bənzər  bir  Ģey  keçdi,  onun 

zərbəsi  çox  güclü,  amma  ağrısız  oldu.  Bu  zərbə  məni  çarpayının 

üstündə ora-bura dartınmağa və irəli əyilməyə, bir də qoca Tut-Tutun, 

“yanıram,  yanıram,  mən  qızardılmıĢ  hind  xoruzuyam”  –  deyə 

qıĢqırmasını  xatırlamağa  məcbur  etdi.  Nə  istilik,  nə  də  elektrik 

cərəyanı  hiss  etdim,  lakin  bir  anlıq  hər  Ģey  öz  rəngini  itirdi,  sanki 

dünyanı  necəsə  sıxıb  suyunu  çıxarmıĢdılar.  Mən  Con  Koffinin 

üzündəki  bütün  məsamələri  görə  bilirdim;  mən  onun  qızarmıĢ 

gözlərindəki hər bir qançırlı damarı görə bilirdim; mən onun çənəsində 

artıq  sağalmaq  üzrə  olan  balaca  cızığı  belə  görə  bilirdim;  mən 

barmaqlarımın  necə  əyildiyini  və  caynaqlara  çevrilərək  havanı 

cırmaqladığını, ayaqlarımın isə Con Koffinin kamerasının döĢəməsini 

necə döyəclədiyini hiss edə bilirdim. 




www.vivo-book.com 

 

208 



Sonra  qəfildən  hər  Ģey  keçdi.  Mənə  əzab-əziyyət  verən  sidik 

yollarının infeksiyası da keçmiĢdi. Qasığımdakı od-alov və ürək kimi 

döyünən  mənfur  ağrı  da  bütün  bədənimi  lərzəyə  salan  titrətmə  ilə 

bilikdə harasa  yox olmuĢdu.  Mən hələ  də  onun  bədənimdən çıxardığı 

tərin buxarlanmasını hiss edirdim, onun iyini hiss edirdim, lakin bir an 

sonra onlar da harasa yox oldular.  

–  Orda  nə  olub?  –  Delakrua  var-gücü  ilə  bağırdı.  Onun  səsi 

qulağıma  hələ  də  haradansa  çox  uzaqdan  gəlirdi,  lakin  Con  Koffi, 

nəhayət,  gözlərini  məndən  çəkib  irəli  əyiləndə,  balaca  fransızın  səsi 

aydınlaĢdı.  Elə  bil,  kimsə  mənim  qulaqlarıma  tıxanmıĢ  pambıq 

parçalarını və ya niĢançıların qulaq tıxaclarını çıxarmıĢdı. – O sənə nə 

edir? 


Mən Delakruaya cavab vermədim. Koffi dizlərinin üstündə irəli 

əyilmiĢdi;  gərginlikdən  üzü  əyilmiĢ,  boğazındakı  damarlar  isə 

ĢiĢmiĢdi,  gözləri  az  qalırdı  hədəqəsindən  çıxsın.  O,  boğazında  toyuq 

sümüyü qalmıĢ adamı xatırladırdı.  

– Con, – deyə əlimlə onun belinə vurdum; ağlıma baĢqa heç nə 

gəlmədi. – Con, sənə nə oldu?  

Onun  bədəni  əlimin  altında  titrədi  və  birdən  o,  dərin  və 

xoĢagəlməz bir səs çıxararaq gəyirdi, elə bil, qusmağa hazırlaĢırdı. O, 

bəzən atların  etdiyi  kimi  – əlacsız  təbəssümlə dodaqlar  geri çəkilərək 

diĢlər  ağarır  –  ağzını  açdı.  Sonra  diĢlərini  aralayıb  nəfəsini  verəndə 

havaya  xırda  qara  mığmığa  və  ya  ağcaqanada  bənzər  həĢəratlar 



www.vivo-book.com 

 

209 



dumanı buraxdı. Onlar, əvvəlcə, Ģiddətlə onun dizlərinin arasında ora-

bura uçuĢdular, sonra rəngləri ağardı və yox oldular.  

Birdən  qarnımın  alt  hissəsində  bütün  gücümün  qeyb  olduğunu 

hiss  etdim,  elə  bil,  oradakı  əzələlərim  suya  çevrilmiĢdi.  Mən 

müvazinətimi itirdim və kürəyimlə Koffinin kamerasının daĢ divarına 

çırpıldım.  Bircə  o  yadımdadır  ki,  durmadan  içimdə  Xilaskarın  adını 

zikr  edirdim  –  təkrar-təkrar,  bax  beləcə:  Ġsa  Məsih,  Ġsa  Məsih,  Ġsa 

Məsih...  Bir  də,  yəqin  qızdırmadan  sayıqlamağa  baĢlamıĢam  deyə 

düĢündüyümü xatırlayıram. Vəssalam. 

Sonra eĢitdim ki, Delakrua var gücü ilə bağıraraq köməyə adam 

çağırır; o, bütün dünyaya hayqırırdı ki, Con Koffi məni öldürür və bu 

zaman  ağ  ciyərlərinin  bütün  gücündən  istifadə  edərək  çığırırdı.  Con 

Koffi həqiqətən də mənim üzərimə əyilmiĢdi, lakin onun yeganə qəsdi 

mənim özümü yaxĢı hiss etdiyimə əmin olmaq idi.  

–  Səsini  kəs,  Del,  –  deyə  qıĢqırdım  və  ayağa  qalxdım.  Elə 

düĢünürdüm  ki,  indi  bütün  içalatımı  kəsib-doğrayan  bir  ağrı  hiss 

edəcəyəm, lakin heç bir ağrı hiss etmədim. Mən daha özümü yaxĢı hiss 

edirəm. Həqiqətən, hər Ģey əla idi. Bir anlıq baĢım gicəlləndi, lakin öz 

müvazinətimi  qorumaq  üçün  Koffinin  kamerasının  qapısına  əlimi 

uzadıb  ondan  yapıĢmağa  macal  tapmamıĢ  baĢgicəllənməsi  də  keçib 

getdi. – Mən, həqiqətən, özümü yaxĢı hiss edirəm. 

– Tez oradan çıxın, – Delakrua elə sinirli bir tərzdə dedi ki, sanki 

yaĢlı qadın  balaca uĢağa “O alma ağacından tez  aĢağı  en!” deyə əmr 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə