www.vivo-book.com
154
ki, altı həftədən sonra o, YaĢıl Mildən keçməli olacaq. Qutunun yox
olmasından sən xəbər tutunca, o, yenə sənin arabanın altındakı taxçada
olacaq.
– O özünə ürəyiyumĢaq bir hakim tapa bilər ki, ona oxunmuĢ
hökmü dəyiĢsin və o da burada beləcə oturub “Köhnə tanıĢlar heç
unudularmı” mahnısını oxuyar, – deyə Tut-Tut tutduğunu buraxmaq
istəməsə də, o, vəziyyəti hamıdan yaxĢı bilirdi və onun hər Ģeyi
bildiyini Brutus da bilirdi. Gör neçə illərdi ki, – bəlkə də hələ atlı poçt
arabaları dövründən – qoca Tut-Tut üstündə Bibliyadan seçilmiĢ
kəlamlar yazılan köhnə arabasını Kold Mauntində ora-bura sürürdü və
əlbəttə ki, onun çoxlu informasiya mənbəyi vardı... zənnimcə, onun
mənbələri bizimkilərdən daha etibarlı idi. Ona görə də o, yaxĢı bilirdi
ki, Delakrua üçün ürəyiyumĢaq hakim tapmaq mümkün olmayacaqdı.
Onun ümidi yalnız qubernatora qalmıĢdı, o da ki, bir qayda olaraq
məhbuslara cəzalarını yüngülləĢdirən fərman çıxarmırdı, əksinə, öz
seçicilərindən yarım düjününü diri-diri elektrik stulunda yandırmıĢdı.
– Hətta onun edamı təxirə salınmasa belə, bu siçan oktyabr
ayında, bəlkə də ġükran Gününədək qutunun içini batıracaq axı, –
deyə Tut-Tut israrla mübahisə etsə də, Brutus artıq onun yavaĢ-yavaĢ
yola gəlmək üzrə olduğunu sezmiĢdi. – Bir siçanın tualet kimi istifadə
etdiyi siqar qutusunu sonra kim alar?
– Aman Tanrım, – Brutus dilləndi. – Səndən indiyə qədər
bundan daha axmaq söz eĢitməmiĢdim, Tut. Məncə, bu birinci yer
www.vivo-book.com
155
tutar. Əvvəla, Delakrua bu qutunu elə təmiz saxlayacaq ki, istəyirsən
qutunun içində lap kilsə naharı ye! O öz siçanını elə sevir ki, qutunu,
yeri gəlsə, yalayıb təmizləyəcək.
– YaxĢı, bunu baĢa düĢdüm, – deyə Tut burnunu qırıĢdıraraq
razılaĢdı.
– Ġkincisi, – deyə Brutus sözünə davam etdi, – siçan peyini
nədir, axı... quĢ saçması kimi, balaca bərk kürəciklər. Götürüb çölə
silkələsən, nə iyi qalar, nə izi.
Qoca Tut-Tut baĢa düĢdü ki, bu mübahisəni davam etdirməyin
onun üçün heç bir faydası olmayacaq; o, nə vaxt üzü küləyə dura
biləcəyini və nə vaxt onun qasırğanın qarĢısında əyiləcəyini baĢa
düĢmək üçün burada kifayət qədər uzun müddət yaĢamıĢdı. Hələlik
qasırğa yox idi, lakin bizim, göy formalıların, siçandan xoĢumuz
gəlirdi, üstəlik, həm də Delakruanın bu siçanı saxlamaq fikrini
bəyənirdik. Bu isə qasırğa olmasa da, ən azından, fırtına demək idi.
Beləliklə, Delakrua qutuya sahib oldu. Persi isə verdiyi sözü tutdu –
qutunun içi əczaxanadan gətirlmiĢ yumĢaq pambıq döĢəkcə ilə
döĢəndi. Pambıq döĢəkcəni ona Persi özü verdi və Delakrua pambığı
almaq üçün əlini dəmir barmaqlıqların arasından uzadarkən, mən onun
gözlərindəki qorxunu açıq-aĢkar görə bildim. O qurxurdu ki, Persi
onun əlindən yapıĢıb barmaqlarını sındıracaq. Mən də Persinin belə
edəcəyindən bir az narahat idim, lakin bu, baĢ vermədi. Həmin an
mənim az qala Persidən xoĢum gəldiyini deyə biləcəyim yeganə an idi,
www.vivo-book.com
156
lakin hətta o anda belə onun gözlərindəki soyuq təkəbbür ifadəsini
sezməmək mümkün deyildi. Delakruanın balaca, sevimli heyvanı var;
elə Persinin də vardı. Delakrua öz sevimli heyvanını bacardığı qədər
sevib əzizləyəcək, onun qayğısına qalacaqdı; Persi isə səbirlə
gözləyəcək (ən azından, onun kimi birisinin səbir edə biləcəyi qədər)
və sonra onu diri-diri yandıracaqdı.
– “Siçan Hilton” fəaliyyətə baĢlayıb, – Harri dedi. – Ġndi məni
düĢündürən bir sual var: bu balaca oğraĢ ondan istifadə edəcək, ya
yox?
Delakrua bir əli ilə Mister Cinqlzı tutub ehmallıca qutunun içinə
qoyanda bu sualın cavabı məlum oldu. Siçan ağ pambığın içinə
dalaraq öz yerini rahatladı, elə bil, Bi Xalanın yun Ģərfinə dalmıĢdı.
Elə o vaxtdan bəri qutu onun evi oldu, o vaxta qədər ki... Yox, Mister
Cinqlzın hekayəsinin sonunu vaxtı gələndə danıĢacağam.
Siqar qutusunun siçan nəcisi ilə dolacağına dair qoca Tut-Tutun
narahatlığının da tamamilə əsassız olduğu məlum oldu. Mən qutuda
heç vaxt bir dənə də nəcis qırıntısı görmədim. Delakruanın dediyinə
görə, o da heç nə görməmiĢdi... – ümumiyyətlə, kamerasının heç bir
yerində. Bir xeyli vaxt keçəndən sonra Brutus mənə dirəkdəki dəliyi
göstərdi və biz orada xırda rəngli tiliĢkələr tapdığımız vaxt karser
kamerasının Ģərq küncündən masanı çıxardım və orada siçan
peyinindən balaca bir təpəcik aĢkar etdim. Belə məlum olurdu ki, o öz
təbii ehtiyaclarını ödəmək üçün həmiĢə eyni yerə gedirmiĢ, özü də
www.vivo-book.com
157
bizdən mümkün olduqca uzağa. Bir Ģeyi də deməliyəm: siçanın harasa
iĢədiyini də görməmiĢəm, adətən, siçanlar öz balaca kranlarını iki
dəqiqədən artıq bağlı saxlaya bilmirlər, xüsusilə də yemək zamanı.
Sizə demiĢdim axı, bu balaca yaranıĢ Allahın sirlərindən biridir.
Mister Cinlqz siqar qutusundan olan yeni evində yerləĢəndən
təxminən bir həftə sonra Delakrua bizə nəsə göstərmək istədiyini
deyərək, məni və Brutusu öz kamerasına çağırdı. O, nəsə göstərmək
adı ilə bizi elə tez-tez çağırırdı ki, artıq təngə gəlmiĢdik – əgər Mister
Cinqlz pəncələrini havada oynadaraq kürəyinin üstünə çevrilirdisə, bu,
dünyada ən maraqlı vaqiə idi – ən azından, bu qara qəpiyə dəyməz
əbləh luizianalı fransızın fikrincə; lakin bu dəfə onun göstərmək
istədiyi Ģey həqiqətən əyləncəli idi.
Delakruaya hökm oxunandan sonra, demək olar ki, hamı onu
yaddan çıxarmıĢdı, lakin onun bir qohumu – ərə getməmiĢ qoca xalası
– vardı. Məncə, xalası ona həftədə bir dəfə məktub yazırdı. Bir gün
xalası ona iri bir bağlama dolusu nanəli nabat göndərmiĢdi. Buna
bənzər konfetlər indi “Kanada Mints” adı ilə satılır. Nabatlar iri,
çəhrayı həblərə bənzəyirdi. Delakruaya bu bağlamanın hamısını
birdəfəlik götürməyə icazə verilmədi, təbii – çünki bağlamanın içində
iki kiloqramdan artıq nabat vardı. Delakrua mədə sancıları ilə
xəstəxanaya düĢənədək bu nabatları yeməyə davam edəcəkdi. Bizim
YaĢıl Milimizdəki bütün məhbuslar kimi, onun da ölçü, əndazə
Dostları ilə paylaş: |