Суал Мяшял системинин истисмары


ляьветмя ишляринин апарылмасы



Yüklə 1,66 Mb.
səhifə74/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   70   71   72   73   74   75   76   77   ...   138
sual cavablar (3)

ляьветмя ишляринин апарылмасы

Ъаваб:

  • Toksiki və aqressiv komponentləri olan quyular ləğv olunduqda, bütün açılmış horizontlar, hündürlüyü hori­zon­tun qalınlığına bərabər üstəgəl 50 m hündürlüklü sement kör­pü­lə­rin quraşdırılması ilə bir-birlərindən izolə olunmalıdırlar, ən yu­xarı horizontun tavanından yuxarı isə üstəgəl 100 m.

  • Əgər açılmış horizontların texniki səbəblərdən bir-birlərindən izolə olunması mümkün deyilsə və onların aralarında axın yoxdursa, aşağı sement körpüsü maksimal mümkün dərin­lik­də hündürlüyü 100 m-dən az olmamaq şərti ilə quraş­dırıl­malıdır.

  • Axırıncı texniki kəmərin «başmağı»nda hün­dür­lü­yü 50 m-dən az olmayan sement körpüsü quraşdırılmalıdır.

  • Quyu lüləsinin sement körpüsünün altında və üstündə yerləşən hissəsi, quyunun tikilmə layihəsinə və ya bu sahədə ixtisaslaşmış elmi-tədqiqat təşkilatının tövsiyəsinə uyğun olaraq, korroziyaya qarşı ingibitorla işlənmiş qazma məhlulu və aqressiv muhit neytrallaşdırıcısı ilə doldurulmalıdır.

  • Ləğv olunan quyuların konstruksiyasında, ayrı-ayrı seksiyalarla endirilmiş qoruyucu və ya istismar kəmərləri var­dırsa, seksiyaların birləşmə intervalında, birləşdirilən yerdən 50 m aşağı və yuxarı olmaqla sement körpüləri quraşdırılmalıdır.

  • Ləğv olunan quyuların «gizli» (potaynaə, xvos­to­vik) kəməri arxasında sement məhlulu lazımi səviyyəyə qalxmayıbsa və ya əvvəlki kəmərin «başmağı» tam örtülməyibsə, «gizli» kəmərin baş hissəsindən aşağı və yuxarı 50 m hündürlükdə sement körpüsü qoyulmalıdır.

  • Körpülərin quraşdırılmasında istifadə olunan tam­po­naж sementi toksiki və aqressiv komponentlərə davamlı olmalıdır.

  • Quyu ağzı ətrafında 1 m hündürlüklü metal çəpərli, 2x2x0,5 m ölçüsündə beton meydança qurulmalıdır. Beton meydançada quyu ağzından bilavasitə yaxınlıqda 60-70 mm dia­metr­li borudan 0,5 m hündürlüklü reper quraşdırılmalıdır. Boru­ya elektrik qövs qaynağı ilə (quyunun nömrəsi, yatağın və təşki­la­tın adı, qazmanın qurtarıldığı tarix, toksiki və aqressiv qaz­la­rın olması mümkünlüyü haqqında xəbərdarlıqlar göstəril­mək­lə) ye­rinə yetirilmiş yazısı olan metal lövhə quraşdırılmalıdır.

  • Quyuda izolə-ləğvetmə işləri qurtardıqdan bir ay, altı ay sonra və sonradan vaxtaşırı ildə bir dəfədən az olma­ya­raq, bu işləri yerinə yetirmiş təşkilat (müəssisə) tərəfindən kə­mər­də və kəmərlərarası fəzada təzyiq yoxlanılmalı, hidrogen-sulfid və digər aqressiv komponentlər baxımından quyu ağzı ətrafda və on­ların toplanması (yığılması) mümkün olan yerlərdə havaya nə­za­rət aparılmalıdır. Ölçülərin nəticələri havaya nəzarət жur­na­lın­da qeyd olunmalıdır.

  • Ləğv olunmuş quyunun quyu ağzında qaz müəy­yən olunarsa, onun mənbəyinin aşkar edilməsi və əlavə izolə işlə­ri­nin aparılması üzrə müvafiq tədbirlər görülməlidir.

  • Toksiki və aqressiv komponentləri olan quyularda izolə-ləğvetmə işlərinin aparılması zamanı, qazma və neftqazçıxarma müəssisələrinin rəhbərləri, ehtiyat tədbirləri haq­qın­da briqada üzvlərini (onların imzaları ilə) əlavə təlimat­lan­dı­ran və onları FMV ilə və həmçinin havada olan təh­lü­kəli qaz­la­ra nəzarət etmək üçün cihazlarla tə’min edən mü­hən­dis-texniki iş­çilərdən şəxslər tə’yin edirlər.

  • Izolə-ləğvetmə işlərinin aparılması üzrə fərdi planda, göstərilən işlərin aparılmasına dair işçilərin təhlükə­siz­li­yi­ni təmin edən tədbirləri reqlament­ləşdirən bölmə olmalıdır.

  • Quyuda izolə-ləğvetmə işləri apararkən, bu işləri aparan briqada ilə müəssisə arasında etibarlı ikitərəfli radio və ya telefon əlaqəsi təmin olunmalıdır.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə