Суал Мяшял системинин истисмары


Суал – 2: Мядян-Эеофизики ишляр заманы йаньын тящлцкясизлийи тялябляри



Yüklə 1,66 Mb.
səhifə47/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   43   44   45   46   47   48   49   50   ...   138
sual cavablar (3)

Суал – 2: Мядян-Эеофизики ишляр заманы йаньын тящлцкясизлийи тялябляри

Ъаваб:

  • Mədən – geofiziki işlərdə 380V-dan artıq gərginlikli elek­trik şəbəkəsindən istifadə etmək qadağandır

  • Geofiziki işlərə başlamamışdan əvvəl elektrik ava­dan­lığının izolyasiyası və qazma qurğusunun (buruğun) və ya qu­yunun qoruyucu yerləbirləşdirmə quruluşunun sazlığı yox­la­nıl­malıdır.

  • Quyunun yerləbirləşdirmə quruluşu ilə geofiziki elektrik gərginliyi qəbulediciləri birləşən elektrik qida mənbəyi arasında etibarlı metal əlaqə təmin olunmalıdır.

  • Mədən- geofiziki avadanlıqların elektrik şəbəkəsinə qo­şulması üçün quyularda yerləbirləşdirici kontaktla təmin olun­muş elektrik ştepsel rozetkası olmalıdır (daimi). Ştepsel ro­zet­kası olmadıqda mədən – geofiziki avadanlığının elektrik şəbə­kə­sinə qoşulmasını və açılmasını sifarişçi müəssisənin elek­tro­texniki heyəti yerinə yetirməlidir.

  • Geofiziki işlərə başlamazdan əvvəl quyu məhlulla (gilli məhlul, su, neft) ağzına qədər doldurulmalıdır.

  • Qazlı və udulma gedən quyularda elektrometrik iş­lə­rin aparılması qadağandır.

  • Partlayış və deşikaçma işləri aparılan zaman quyu ətrafında, radiusu 50m –dən az olmayaraq təhlükəli zona təyin edilməlidir. Torpeda və deşikaçan aparat quyuya 50m dərinliyə buraxıldıqdan sonra təhlükəli zonanın radiusu 20m-ə qədər azaldıla bilər.

  • Partlayış və deşikaçma işləri aparılan müddətdə quyunun yerüstü avadanlığı (qazma qurğusunun mühərriki, na­sos­lar və digər mexanizm və aqreqatlar) dayandırılmalıdır (işlə­mə­məlidir). Partlayış və deşikaçma əməliyyatları ilə bağlı ol­ma­yan işlər təhlükəli zona həddində dayandırılmalıdır.

  • Geofiziki avadanlıqla və torpedanın quyuya bura­xıl­ma­sı ilə əlaqəsi olmayan işçilər bu işlərə başlamazdan əvvəl təh­lü­kəli zonadan (bax 8.2.6) kənarlaşdırılmalıdır.

  • Torpeda partladılana qədər quyu ağzından bütün adamlar uzaqlaşdırılmalıdır.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə