Суал Мяшял системинин истисмары


Суал-5: Korroziyaya qarşı mübarizə işləri



Yüklə 1,66 Mb.
səhifə45/138
tarix13.05.2022
ölçüsü1,66 Mb.
#86951
1   ...   41   42   43   44   45   46   47   48   ...   138
sual cavablar (3)

Суал-5: Korroziyaya qarşı mübarizə işləri (Ingibitorlarla korroziyaya qarşı mübarizə)

Ъаваб:

  • Ingibitorlar yüksək toksikoloжi xassələrə malik bir­ləşmələrdən ibarət olmamalıdır.

  • Ingibitorlar yanğın-partlayış təhlükəsizliyi nöqteyi – nə­zərindən aşağıdakı tələblərə cavab verməlidir:

-alovlanma temperaturu 550C yuxarı olmalı;

-alışma temperaturu 650C yuxarı olmalı;



-öz-özünə alışma temperaturu 2000C yuxarı olmalıdır.

  • Ingibitorlar sabit (dəyişməyən) komponentlərdən iba­rət olmalı və minimum 1 il ərzində öz qoruyucu xassələrini və fi­ziki-kimyəvi göstəricilərini saxlamalıdır.

  • Ingibitorlar, korroziyadan qorunan sistemlərdə və bas­qı (vurucu) quyularının quyudibi zonasında sulfat bərpaedici bak­teriyaların inkişafına şərait yaratmamalıdır.

  • Onlar neft veriminin artırılmasında istifadə olu­nan səthi aktiv maddələrlə kimyəvi reaksiyaya girməməlidir.

  • Ingibitorlar 100-1200C qədər temperaturda qo­ru­yu­cu xassələrini saxlamalı, boru kəmərlərinin və aparatların di­var­larında qətran çökmələri və yanıq əmələ gətirməməlidir.

  • Ingibitorlar avtosisternlərdə və ağzı klapanlarla təc­hiz olunmuş tutumlarda nəql edilməlidir. Tutumlar saz və ger­metik olmalıdır.

  • Bu məqsədlər üçün istifadə olunan avtosisternlərin və tu­tum­ların üzərində silinməyən açıq rənglə «Zəhər», «Oddan təh­lü­kə­lidir!» və yanar məhlullar üçün qəbul olunmuş digər xə­bər­dar­edi­ci yazılar və işarələr olmalıdır. Avtosisternlər mütləq ilkin yan­ğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır.

  • Ingibitorlar doldurulan və boşaldılan ərazidə si­qa­ret çəkmək və oddan istifadə etmək qadağandır.

  • Ingibitorların doldurulması və boşaldılması işinə, on­ların təhlükəli xüsusiyyətləri haqqında xüsusi təlim keçmiş fəh­lələr buraxılır.

  • Işlənmiş qazların səsboğucu borusu qığılcım­sön­dü­rənlə təchiz olunmalı və avtosisternin mühərrikindən qabağa çıxarılmalıdır.

  • Avtosisternlərin ingibitorlarla doldurulması, bo­şal­dılması prosesini azı 2 nəfər yerinə yetirməlidir.

  • Avtosisterni ingibitorla doldurarkən partlayış təh­lükəli qatılığın əmələ gəlməsinin qarşısını almaq üçün təh­lü­kə­siz­lik tədbirləri görülməlidir. Tutum qabaqcadan su buxarı və ya tə­sirsiz qazla üfürülməli və ya müvafiq texniki yuyucu vasitələrlə yu­yulmalıdır.

  • Avtosisterndə lyukun açılması və dirsəyin bər­ki­dil­məsi zamanı işçilər küləkdöyən tərəfdə dayanmalıdırlar.

  • Bu proseslər zamanı doldurma estakadasının 100m radiusunda bütün təmir işləri dayandırılmalıdır.

  • Ingibitorlar avtosisternə doldurularkən və qu­yu­ya vurularkən odlu işlərin aparılması, siqaret çəkilməsi qada­ğan­dır.

  • Avtosisterni doldurduqdan sonra şlanq tam bo­şal­dılmalı, ingibitorun yerə tökülməsinə yol verilməməlidir.

  • Ingibitorlar üzvi həlledici əsaslı olduqda, onların nəql edilməsində istifadə olunan boru kəmərləri və doldurma es­ta­kadalarının dayaqları yerləbirləşdiriciyə bərkidilməlidir.

  • Avtosisterni ingibitorla dolduranda və ya bo­şal­dan­da onun gövdəsi yerləbirləşdirici qurğuya, əgər o yoxdursa, 0,5 m-dən az olmayan dərinliyə sancılmış daşınma yerlə­bir­ləş­di­ri­ci milə etibarlı bərkidilməlidir.

  • Avtosisterni, yalnız doldurma, boşaldılma prosesi qur­tar­dıq­dan sonra yerləbirləşdirici qurğudan ayırmağa icazə verilir.

  • Boşaldıcı rezin şlanqlar, diametri 2 mm-dən az ol­mayan mis məftillə sarınmalı, sarğının addımı 100 mm-dən çox ol­mamalı, məftilin bir ucu boşaldılan boruya, digər ucu isə şlan­qın ucluğuna bərkidilməlidir. Şlanqın ucluğu zərbədən qığılcım ya­­ratmayan metaldan olmalıdır.

  • Üzvi həlledici əsaslı ingibitorların boru kəmər­lə­ri­nə və tutumlara verilmə sürəti aşağıdakı göstəricilərdən artıq ol­mamalıdır:

  • xüsusi həcmi elektrik müqaviməti 105 Om.m –dən çox ol­mayan mayelər üçün – 10 m/san;

  • xüsusi həcmi elektrik müqaviməti 105 Om.m-dən çox, 109 Om.m-dən az olan mayelər üçün – 5m/san;

  • c) xüsusi həcmi elektrik müqaviməti 109 Om.m-dən çox olan mayelər üçün – 1,2 m/san (boru kəmərinin diametri 200 mm-ə qədər olanda).

  • Statik elektriklənmənin qarşısını almaq üçün av­to­sisternə yerin səthinə toxunan zəncir bərkidilməlidir.

  • Ingibitorun tənəffüs klapanı ilə təchiz edilməmiş tu­tumda saxlanılması qadağandır.

  • Ingibitorla doldurulmuş tutumların və quyuların ya­nında yerləşdirilmiş qurğuların üzərində müvafiq xəbərdar­edi­ci işarələr olmalıdır.

  • Ingibitor saxlanılan yer mütləq hasarlanmalı, bənd çəkilməli və yanğın təhlükəsizliyi qayda və normalarına uy­ğun lazımi yanğınsöndürücü vasitələrlə təchiz edilməlidir.

  • Ingibitorun quyuya vurulmasından əvvəl gö­rü­lə­cək işlərin planı tərtib olunmalı və cavabdeh rəhbər şəxs təyin edil­məlidir. Iş planı hər quyu üçün ayrılıqda tərtib olunmalı, neft və qazçıxarma idarəsinin baş mühəndisi tərəfindən təsdiq edil­mə­li və yanğın təhlükəsizliyi xidməti ilə razılaşdırılmalıdır.

  • Işə başlamazdan əvvəl işçilər mütləq aşağı­da­kı­lar­la tanış olmalıdır:

  • görüləcək işlərin xarakteri, baş verə biləcək təhlükəli hal­lar və təhlükəsizlik tədbirləri;

  • qurğuların və quyu ağzının birləşmə sxemləri və in­gi­bi­tor­ların vurulmasının texnoloжi reжimi;

  • qəza halları baş verərsə, görüləcək tədbirlər.

  • Işlərin təhlükəsizliyini təmin etmək üçün ingi­bi­to­ru vurmazdan əvvəl avadanlıqların, mexanizmlərin, siqnal, nə­za­rət-ölçü cihazlarının və başqa qurğuların saz olmasını yox­la­maq lazımdır.

  • Vurucu aqreqatı quyuağzı armatura birləş­dir­dik­dən sonra basqı xəttinin germetikliyi reagent vurulmamışdan əv­vəl su ilə gözlənilən işçi təzyiqdən 1,5 dəfə artıq təzyiqlə sınan­ma­lıdır.

  • Ingibitor verilən zaman basqı xəttində əks kla­pan, bağlayıcı qurğu, quyuağzı armaturda isə manometr ol­ma­lı­dır. Əks klapan, bağlayıcı qurğu və manometr dozator na­so­sun­da da qoyulmalıdır.

  • Ingibitoru quyuya vurarkən işçilərin quyu ağ­zın­da və basqı xəttinin yaxınlığında dayanması qadağandır.

  • Ildırım çaxan zaman ingibitorun boşaldılması, dol­durulması və quyuya vurulması dayandırılmalıdır.

  • Ingibitorları quyuya vurarkən onların buxar­la­rı­nın və qazlarının qurğuların yerləşdiyi sahədə və quyu ağzında yol verilən qatılığı (YVQ) sanitariya normalarından çox olma­ma­lıdır. Qazların qatılığı səyyar qaz analizatoru ilə ölçülməlidir. Qaz­ların qatılığı YVQ-dən çoxdursa, onların azaldılması üçün təd­birlər görülməlidir.

  • Ingibitorla işləyən zaman bu Qaydaların və həm­çi­nin [8, 9, 291]-in tələblərinə əməl olunmalıdır.




Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə