|
Суал Мяшял системинин истисмарыСуал-5: Tutumlarda, çənlərdə (rezervuarlarda, тутумларда) və aparatlarda işlər
|
səhifə | 66/138 | tarix | 13.05.2022 | ölçüsü | 1,66 Mb. | | #86951 |
| sual cavablar (3)Суал-5: Tutumlarda, çənlərdə (rezervuarlarda, тутумларда) və aparatlarda işlər
Ъаваб:
Qurğuların və avadanlıqların normal işləməsinin təmini məqsədi ilə texnoloжi avadanlıqların planlı-xəbərdarlıq təmirinin illik qrafiki tərtib edilməli və təsdiq olunmalıdır.
Təmir işlərinə başlamazdan qabaq, aparatlar, çənlər, avadanlıqlar mövcud qaydalara riayət edilməklə hazırlanmalı və təmizlənməlidir.
Tutumlarda, çənlərdə və aparatlarda təmir işlərinin (təsdiq olunmuş və planda nəzərdə tutulmuş işlər) yerinə yetirilməsinə cavabdeh olan şəxs idarənin əmri ilə təyin olunur.
Tutumlarda, çənlərdə və aparatlarda təmir işlərinin aparılmasına yalnız bu işlərin hazırlanmasına və aparılmasına cavabdeh şəxs göstərilməklə «Tapşırıq-icazə» tərtib edildikdən sonra başlamaq olar.
Qurğuda təmir işlərinin aparılmasına hazırlıq aktı olduqdan sonra icazə verilir.
Neft və qazın hazırlanması qurğularının ayrı-ayrı avadanlıqlarının və ya texnoloжi bloklarının akt üzrə təmirə verilməsinə icazə verilir.
Təmir işləri aparılan yerlərdə təhlükəsizlik plakatları və xəbərdaredici yazılar asılmalıdır.
Təmir işləri aparılarkən işçilər qoruyucu dəbilqədən istifadə etməlidirlər.
Hündürlükdə təmir işlərinin aparılması üçün ayaqaltılar və taxtabəndlər (lesa) quraşdırmalıdır
Təmizlənmiş və təmirə hazırlanmış çən, avadanlıq və ya aparatdan götürülmüş hava nümunəsinin tərkibində buxar və qaz qarışığının miqdarı buraxıla bilən sanitar normalarından yüksək deyilsə, oksigenin həcmi miqdarı 19%-dən aşağı deyilsə və çən, avadanlıq, aparata kənardan zərərli buxar və qazın daxil olması ehtimalı yoxdursa, təmir işlərinin əleyhqazdan istifadə etmədən aparılmasına icazə verilir.
Bu işlərin aparılmasına sahə, qurğu rəisi yazılı icazə verməlidir.
Qaz təzahürü olarsa, həmçinin qonşu qurğuda və ya obyektdə qəza baş verərsə, təmir işləri dərhal dayandırılmalı və işçilər təhlükə zonasından kənarlaşdırılmalıdırlar.
Işə yenidən, yalnız hava nümunəsinin təkrar analizindən sonra, qaz qarışığının buraxıla bilən sanitar normalarından yüksək olmadığı hallarda başlamaq olar.
Avadanlığın sökülməsi və təmiri zamanı hissələrin yuyulması üçün yanğın - partlayış təhlükəsi olmayan xüsusi yuyucu məhlullardan istifadə edilməlidir. Bu məqsədlə benzin və digər asan alışan mayelərdən istifadə etmək qadağandır.
Partlayış təhlükəli otaqlarda təmir işləri daima işləyən sorucu ventilyasiya altında aparılmalıdır.
Təmir işləri sutkanın işıqlı vaxtında aparılmalıdır. Sutkanın qaranlıq vaxtı bu işlər yalnız qurğu rəisinin yazılı icazəsi ilə aparıla bilər. Təmir işləri sutkanın qaranlıq vaxtı aparıldıqda işçi zona lazımi səviyyədə işıqlandırılmalıdır.
Aparatların, tutumların, boru kəmərlərinin qaynaq tikişlərindəki qüsur və zədələrin döyülüb pərçimləmə ilə aradan qaldırılmasına icazə verilmir.
Kolon tipli aparatların təmirində boşqabların sökülməsi yuxarıdan aşağıya doğru aparılmalıdır. Boşqabların hissələri kolondan kənarda yığılmalıdır.
Hər bir elektrik avadanlığının və işıqlandırıcı qurğunun açılması və təmiri yalnız elektrotexniki heyət tərəfindən yerinə yetirilməlidir.
Təmirdən sonra bütün aparatlar, tutumlar, boru xətləri təzyiqə sınanmalıdır. Təzyiqlə sınanma bütün sızmalar aradan qaldırılanadək davam etdirilməlidir.
Aparılmış təmir işləri barəsində qurğunun pasportunda qeydiyyat aparılmalıdır.
Aparatların, çənlərin və s. bu kimi avadanlıqların qapalı fəzasında işləməsi nəzərdə tutulan bütün şəxslər mümkün təhlükələr, təhlükəsizlik tədbirləri, ilk tibbi yardım göstərilmə və qəza şəraitində hərəkət etmə qaydaları üzrə təlimatlandırılmalıdırlar.
Qapalı fəzanın daxilində işlərin aparılmasına hazırlıq işləri, texnoloжi heyət tərəfindən mümkün təhlükələr haqqında mükəmməl məlumatı olan mühəndis-texniki işçinin rəhbərliyi altında yerinə yetirilməlidir.
Qapalı fəzada işlər, bir qayda olaraq, sutkanın işıqlı vaxtında aparılmalıdır. Qəza zamanı işlər sutkanın qaranlıq vaxtı aparıla bilər. Hər bir qurğuda qapalı fəzada işlərin sutkanın qaranlıq vaxtı aparılması tələb olunan mümkün qəza hallarının təşkilatın rəhbərləri tərəfindən təsdiq edilmiş siyahısı olmalıdır.
Qapalı fəzada işlərin yerinə yetirilməsindən əvvəl, bu işlərin aparılmasına Tapşırıq-icazə tərtib olunmalıdır Tapşırıq-icazəni verməyə hüququ olan şəxslər təşkilatın rəhbərliyi tərəfindən təsdiq olunurlar. Bu şəxslər rəhbər işçilərdən təyin edilir.
Qapalı fəzaya girişə və bu fəzada iş zamanı təhlükəsizliyə görə məsuliyyəti Tapşırıq-icazəni verən şəxs daşıyır. Mümkün təhlükələrin qarşısını almaq üzrə tədbirlər onun vəzifə borcuna daxildir.
Statik elektrik yükünün yığılmasına yol verməmək üçün avadanlıqlar və tutumlar yerləbirləşdirməlidir.
Şlam və işlədilmiş yuyucu mayelər onlar üçün nəzərdə tutulmuş xüsusi yerə yığılmalıdır.
Qapısı və ya lyuku olan qapalı fəza (tutum), üfürüldükdən sonra açıq saxlanılmalı, fəzanın havası isə böyük həcmli təmiz havanın vurulmasına hesablanmış mexaniki sistemli məcburi ventilyasiyanın köməyi ilə dəyişdirilməlidir.
Qapalı fəza təmizləndikdən və havası dəyişdirildikdən sonra belə, yerinə yetiriləcək işin (məsələn: qaynaq və kəsmə, rəngləmə, üz çəkmə və s.) nəticəsində zərərli qarışıqların təsadüfən bu fəzaya düşməsinin qarşısını almaq məqsədi ilə, həmçinin çirkləndirici maddələrin və ya yaranmış istinin kənarlaşdırılması üçün mexaniki ventilyasiya sisteminin işi davam etdirilməlidir.
Qapalı fəzaya işçiləri buraxmazdan qabaq, bu fəzanın hava mühitinin analizi aparılmalıdır.
Qapalı fəzadan hava nümunəsinin götürülməsi (yanar qazların qatılığını, oksigenin çatışmamazlığını, təhlükəli kimyəvi qatışıqların fiziki mövcudluğunu təyin etmək üçün) buna icazəsi olan heyət tərəfindən yerinə yetirilməlidir. Bu məqsədlə işlədilən cihazlar partlayışdan mühafizə icralı olmalı və yoxlanılmalıdırlar.
Qapalı fəzaya hava nümunəsi götürmək üçün daxil olan işçi avtonom tənəffüs aparatlarından və ya şlanqlı əleyhqazdan istifadə etməlidir. Tənəffüs aparatlarının növünü Tapşırıq-icazə verən şəxs müəyyənləşdirir. Təcridedici əleyhqazdan istifadə etmək qadağandır.
Hava mühitinin nümunəsinin götürülmə qaydası və qapalı fəzada hava mühitinin tərkibinin analizinin nəticələri Tapşırıq-icazədə qeyd edilməli, analizi aparan şəxsin imzası ilə təsdiq edilməlidir.
Qapalı fəzada işləyən bütün avadanlıqların intiqalı (məsələn: qarışdırıcı qurğular) və qidalanma mənbəyi dayandırılmalı, paylayıcı şitdə yerləşən müvafiq elektrik açarları bloklanmalı və xəbərdaredici nişanlarla təchiz edilməlidirlər.
Işlərin aparılmasına məsul şəxs işçilərin bilavasitə qapalı fəzaya daxil olmasından qabaq, sual-cavab etməklə, onların əhval-ruhiyyəsini yoxlamalı, briqadanın bütün heyətini təhlükəsiz iş üsulları ilə təkrar təlimatlandırmalı, alətlərin, FMV-in keyfiyyətinin iş şəraitinə uyğunluğunu yoxlamalı, hər bir işçinin öz funksiya və vəzifə borclarını bilmələrinə əmin olmalıdır.
Qapalı fəzada bir işçinin işləməsinə icazə verilir. Işin xüsusiyyətlərindən asılı olaraq qapalı fəzada bilavasitə iki və ya bir neçə işçinin olması tələb olunarsa, əlavə təhlükəsizlik tədbirləri işlənib-hazırlanmalı və onlar Tapşırıq-icazədə göstərilməlidir.
Işçi qapalı fəzaya daxil olduqdan sonra, o, mexanizmlərin təsadüfən işə düşməsinin qarşısını alan tədbirlər görməlidir.
Qapalı fəzada işlər aparılarkən mümkün qəza vəziyyətindən sığorta məqsədi ilə girişdə və ya çıxışda iki nəfərdən az olmamaqla müşahidəçilər qoyulmalıdır.
Müşahidəçilər qapalı fəzada işləyən işçilərlə daima əlaqə saxlamalı, şlanqlı əleyhqazın şlanqı və qəbuledici qolborusunun düzgün vəziyyətdə saxlanılmasını izləməli, tənəffüs aparatlarını hazır vəziyyətdə saxlamalıdırlar.
Qapalı fəzaya daxil olan şəxslər qayışlı qoruyucu kəmər taxmalıdırlar.
Qoruyucu vasitələrdə hər hansı bir nasazlıq aşkar olunarsa və ya işçi özünü pis hiss edərsə, qapalı fəzada işlər dayandırılmalı, işçi dərhal oradan çıxarılmalıdır.
Qapalı fəzada tez alışan mayelərin və ya qazların mövcudluğu aşkar olunarsa, işlər dərhal dayandırılmalıdır.
Hər bir qurğu və ya obyekt üzrə aparatların, çənlərin və avadanlıqların işə hazırlıq qaydası, məhsullardan, zərərli maddələrdən boşaldılması, onların buxara verilməsi, yuyulması, havasının dəyişdirilməsi sxemləri və işçilərin təhlükəsizliyini təmin edən digər tədbirlər işlənib hazırlanmalıdır.
Daxili baxış və təmizləmə üçün açılan aparatlar, çənlər və avadanlıqların işi dayandırılmalı, onlar məhsuldan boşaldılmalı, işləyən aparatlardan ayrılmalı, buxara verilməli və havası dəyişdirilməlidir.
Buxara verilmənin, üfürülmənin davam etdirilmə müddəti, su ilə yuyulmanın zəruriliyi, havanın dəyişdirilməsi hər bir konkret hal üçün ayrılıqda müəyyən edilir.
Açılmalı aparatlarla, çənlərlə və avadanlıqlarla əlaqəli bütün boru xətləri qapayıcıların və siyirtmələrin köməyi ilə bağlanmalıdır.
Hazırlıq işləri zamanı aparatlardan, çənlərdən və avadanlıqlardan neftin və neft məhsullarının istehsalat kanalizasiyasına axıdılması qadağandır. Bu məhsullar xüsusi tutumlara yığılmalıdır.
Çənin (rezervuarın) buxara verilməsi yuxarı lyuklardan birinin açıq vəziyyətində aparılmalıdır.
Buxar aşağı lyukdan rezin boru vasitəsilə ucluğu çənin mərkəzinə istiqamətləndirilməklə, çənin diametrinin 1/4 nisbəti məsafəsində yerləşdirilməklə verilməlidir.
Buxara vermə zamanı çənin (rezervuarın) daxilində temperatur 600C-dən yuxarı olmamalıdır. Üzən metal ponton olduqda çənin yuxarı və aşağı hissələri (pontonun üstü və altı) ayrı-ayrılıqda buxara verilməlidir.
Sintetik pontonu olan çənin daxilindən buxarın sıxışdırılması üçün çən su ilə doldurulmalıdır. Çəndən suyu boşaltdıqdan sonra çənin havasının dəyişdirilməsi üçün yan lyuklar açılmalıdır.
Rezin şlanqların metal ucluqları və buxar xətləri yerlə birləşdirilməlidir. Şlanqların ucluqları qığılcım verməyən metaldan olmalıdır.
Açıq lyukların qapaqları lyuklara iki boltla bağlanaraq qaykalarla bərkidilməlidir.
Hazırlıq tədbirləri qurtardıqdan sonra (buxara vermə, yuma və havasının dəyişdirilməsi) çənlərdə və ya apparatlarda havanın analizini aparmaqla yanar buxarların, qazların və oksigenin miqdarı müəyyənləşdirilir və Tapşırıq-icazədə qeyd edilir.
Üzən qapaqlı və ya pontonlu çənlərdən analiz üçün hava nümunəsi çənin aşağı hissəsindən qapağın (pontonun) altından və yuxarı hissəsindən-qapağın (pontonun) üstündən götürülür.
Çənlərin və aparatların çirklərdən və çöküntülərdən təmizlənməsi üzrə aparılan işlər mexanikləşdirilməlidir. Bu işləri apararkən işçilər şlanqlı əleyhqazdan istifadə etməlidirlər.
Çənlərin, aparatların və avadanlıqların daxili baxışı və təmizlənməsi üçün açılmasına ancaq bu işlərin hazırlığına və aparılmasına cavabdeh şəxsin iştirakı ilə icazə verilir.
Aparatların, çənlərin, tutumların, boru xətlərinin və armaturun lyuklarının flans birləşmələrində yerləşən qaykalarının açılması və bağlanması pnevmatik və ya hidravlik intiqallı qaykabağlayıcı ilə aparılmalıdır.
Kolon tipli aparatlardan hava axımına yol verməmək üçün, onlarda lyukların açılması bir qayda olaraq yuxarıdan aşağı aparılmalıdır.
Hazırlıq işlərinin aparılması zamanı qızdırılmış çənlərin və aparatların daxilinə işçiləri buraxmazdan qabaq çənlər və aparatlar 300C–dək soyudulmalıdır. Işlərin daha yüksək temperaturda aparılması tələb olunan hallar üçün əlavə təhlükəsizlik tədbirləri (təmiz havanın fasiləsiz verilməsi, asbest kostyumlardan və istilik izolyasiyalı ayaqqabılardan istifadə edilməsi, işdə fasilələrin tez-tez verilməsi və s.) işlənib hazırlanmalıdır.
Çənlərin və aparatların təmizləməsi zamanı onlardan çıxarılmış çirklərin və bərk çöküntülərin yuxarıdan aşağı atılması qadağandır. Bu məqsədlə mexanikləşdirilmiş qurğulardan istifadə edilməlidir.
Aparatın alt lyukdan təmizlənməsi zamanı xüsusi meydançadan istifadə edilməlidir.
Hündürlükdə işlərin aparılması zamanı detalların və alətlərin aşağıda işləyən işçilərin üstünə düşməsinin qarşısını almaq üçün çənlər və aparatlar xüsusi üst örtükləri ilə təchiz olmalıdırlar.
Çənlərin və aparatların təmizlənməsi zamanı bilavasitə qığılcım verməyən materialdan hazırlanmış alətlərdən (təmizləmə vasitələri) istifadə edilməlidir.
Aparatların və çənlərin daxilinin işıqlandırılması üçün gərginlikliyi 12 V-dan yuxarı olmayan partlayışdan mühafizəli daşınma çiraqlardan istifadə edilməlidir.
Çən, dibində qalmış məhsuldan təmizlənmək üçün, su ilə doldurulmalı və üzə çıxan məhsul boşaldılmalıdır.
Bloklu üfqi-silindrik aparatların və çökdürücülərin (çökdürücü çən) çöküntülərdən təmizləmə işləri, işçilərin təmizləmə işləri zamanı aparatın içərisində olmalarının qarşısını almaq məqsədi ilə, kiçik ölçülü hidromonitorlardan istifadə edilməklə hidromexaniki üsulla aparılmalıdır. Təmizləmə işlərindən sonra aparatlar və çənlər su ilə yuyulmalıdırlar.
Çənin və ya aparatın daxilində işlər tamamlandıqdan sonra, işçi orada kənar əşyaların olmamasını yoxlamalı, alətləri, çırağı müşahidəçiyə verməli və bundan sonra aparatdan kənara çıxmalıdır.
Istilik mübadiləedicilərin və ya kondensatorların mexaniki üsulla təmizlənməsi zamanı qarşı tərəf çəpərlənməli və «Təhlükəli zona» xəbərdaredici yazısı olan nişan asılmalıdır.
Hidravlik və ya kimyəvi üsulla təmizləmə işlərindən əvvəl işçilər əməyin təhlükəsizliyi üzrə xüsusi təlimat keçməli və müvafiq mühafizə vasitələri ilə təmin olunmalıdırlar.
Kimyəvi təmizləmə işləri aparan işçilər xüsusi geyimdə, rezin əlcəklər və qoruyucu eynəklər tətbiq etməklə işləməlidirlər.
Dalma kondensator - soyuducunun yeşiyindən benzin buxarlarının təmizlənməsi üçün, lyuk açılmalı və yeşiyin havası dəyişdirilməlidir.
Boruların üz səthinin və yeşiyin divarlarının lil və çirkdən təmizlənməsi təzyiq altında olan su şırnağı ilə yerinə yetirilməlidir.
Kondensator-soyuducunun çirkli yeşiyinə şlanqlı əleyhqazsız düşmək qadağandır.
Kondensator-soyuducunun yeşiyinin təmizlənməsi işləri müşahidəçilərin (iki nəfərdən az olmayaraq) iştirakı ilə aparılmalıdır.
Kondensator-soyuducunun yeşiyinə düşərkən yeşiyin daxilində olan nərdivandan istifadə etmək lazımdır. Yeşiyin daxilinə ilanvari borular vasitəsi ilə düşmək qadağandır.
Dostları ilə paylaş: |
|
|