|
![](/i/favi32.png) Суал Мяшял системинин истисмарыСуал-2: Одлу вя од тящлцкяли ишляр заманы йаньын тящлцкясизлийи тялябляри
|
səhifə | 64/138 | tarix | 13.05.2022 | ölçüsü | 1,66 Mb. | | #86951 |
| sual cavablar (3)Суал-2: Одлу вя од тящлцкяли ишляр заманы йаньын тящлцкясизлийи тялябляри
Ъаваб:
Qaz təhlükəli və odlu işlərə, qazpartlayış təhlükəli mühitdə işlərin təhlükəsiz görülməsinin üsul və qaydaları xüsusi olaraq öyrədilmiş və təlimatlandırlımış, qazdan mühafizə vasitələrindən istifadə etməyi bacaran, qazın təsirindən zərərçəkmiş adama ilk tibbi yardım göstərilməsi qaydalarını bilən və onları tətbiq etməyi bacaran işçilər buraxılırlar.
Qaz təhlükəli işlər əleyhqaz (şlanqlı əleyhqaz) və respirator (şəraitdən asılı olaraq) tətbiq etməklə yerinə yetirilməlidir.
Hər bir müəssisədə, obyektdə qaz təhlükəli iş yerlərinin və işlərin siyahısı işlənib hazırlanmalı və bütün işçilərə çatdırlımalıdır. Bu işlər xüsusi təlim keçmiş heyət tərəfindən yalnız Tapşırıq – icazə əsasında və ya qazdanxilasetmə xidmətinin işçiləri tərəfindən yerinə yetirilməlidir.
Qaz təhlükəli işlər, bu işlərin təhlükəsiz yerinə yetirilməsi nəzərə alınmaqla tərtib və təsdiq olunmuş plan və həmin işlərin yerinə yetirilməsinə icazə olduqda aparılmalıdır.
Işlərin aparılması planında iş yerləri, işçilərin yerləşdirilməsi, istifadə olunacaq avadanlıq, mexanizm və vasitələr, giriş və çıxışlar, ventilyasiya üsulları və həmçinin təhlükəsizliyi təmin edən digər lazımi tədbirlər dəqiq müəyyən olunmalıdır.
Qaz təhlükəli işlərə başlamazdan əvvəl bilavasitə yaxınlıqdakı (bitişik) sahədə, qonşu sexlərdə və aqreqatlarlda (qurğularda) işləyən işçilər üçün təhlükəsiz şərait yaradılmalıdır.
Planlı və həmçinin qəza hallarında qaz təhlükəli işlər müəssisənin rəisi və ya baş mühəndisi tərəfindən təyin olunmuş mühəndis – texniki işçinin rəhbərliyi və qazdan xilasetmə xidmətinin nəzarəti altında yerinə yetirilməlidir.
Müəssisədə qazdan xilasetmə xidməti olmadıqda qaz təhlükəli işlərə nəzarəti bu işlərə məsul şəxs həyata keçirir.
Qaz təhlükəli işlər aparılarkən müəssisənin (obyektin) dispetçeri ilə etibarlı telefon və ya radio rabitəsi (rasiya) təmin olunmalıdır.
Qaz təhlükəli işlərə başlamazdan əvvəl bu işlərə məsul şəxs, hazırlıq tədbirləri planının yerinə yetirilməsini, təmir üçün lazımi avadanlıqların, mexanizmlərin, alətlərin, materialların, qazdan mühafizə aparaturasının və digər mühafizə vasitələrinin mövcudluğunu və sazlığını, o cümlədən bütün açılmaların (otklöçenie) etibarlılığını və nərdivanların, meydançaların, çəpərlənmələrin mövcudluğunu və sazlığını şəxsən yoxlamalıdır.
Işə başlamazdan əvvəl bu işlərə məsul şəxs işçiləri işlərin yerinə yetirilməsi üsul və qaydalarına, mühafizə vasitələrindən istifadə qaydalarına və zərərçəkmişlərə ilk tibbi yardım göstərilməsinin üsul və qaydalarına dair təlimatlandırmalıdır.
Qaz təhlükəli işlərdə zərbədən qığılcım əmələ gətirməyən metaldan hazırlanmış alətlərdən istifadə olunmalıdır.
Iş yerini işıqlandırmaq üçün 12V gərginlikli partlayışdan mühafizəli daşınma çıraqlardan (fənərlərdən) istifadə olunmalıdır.
Qazlı sahəyə (və ya qaynaq işləri aparılan yerə) girməyə yalnız bu işlərə məsul rəhbərin icazəsindən sonra yol verilir.
Otaqlarda, xəndəklərdə, bağlı yerldərdə, quyularda (çalalarda) qaz təhlükəli işlər aparılan zaman təbii və ya süni ventilyasiya yolu ilə etibarlı hava mübadiləsi təmin olunmalıdır.
Partlayış təhlükəli otaqlarda və otaqlardan xaricdə (açıq yerlərdə) yerləşən partlayış təhlükəli qurğularda odlu işlərin (lehimləmə, qaynaq işləri və s.) və həmçinin qığılcım əmələ gəlməsi ilə müşayiət olunan (elektrik sınaqları, partlayışdan mühafizəsi olamayan cihazlarla və həmçinin elektrokəsici və – cilalayıcı aparatlarla işlədikdə) işlərin aparılması qaz təhlükəli işlərə «Tapşırıq – icazə» (Əlavə 12) əsasında yerinə yetirilməlidir.
«Tapşırıq - icazə» bir briqada və konkret iş üçün sənədləşdirilir və bir iş növbəsi ərzində qüvvədədir.
Əgər bu işlər təyin olunmuş müddət ərzində başa çatmayıbsa və həmçinin şərtlər və briqadanın tərkibi dəyişməyibsə «Tapşırıq - icazə»-nin müddəti obyektin rəhbərliyi tərəfindən bu işlərin gündəlik yerinə yeğtirilməsi mümkünlüyünün təsdiqlənməsi haqda müvafiq (gündəlik) imzalar ( qaz təhlükəli işlərin yerinə yetirilməsinə məsul şəxsin, növbə rəisinin, qazdan xilasetmə xidmətinin (və ya əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətinin) nümayəndəsinin) toplanıldıqdan sonra artırıla bilər.
Hazırlıq işləri başa çatdıqda iş görüləcək qaz təhlükəli yerin hava mühitinin analizi aparılmalı və onun nəticələri «Tapşırıq – icazə»də qeyd olunmalıdır.
Qaz təhlükəli yerlərdə işlərin aparılmasına həmin yerlərin hava mühitində yanar maddələr (qazlar) olmadıqda və ya onlar müvafiq normalar həddində olduqda icazə verilir.
Odlu işlər qüvvədə olan müvafiq nomativ sənədlərin tələblərinə uyğun aparılmalıdır.
Quyularda (çalalarda), xəndəklərdə, çənlərdə və s. işlərin aparılması zamanı maye yanacaqdan (benzin, kerosin, digər neft məhsulları və onların qarışıqları) istifadə etmək qadağandır.
Sənaye defektoskopiyası işlərini yerinə yetirən işçilər bu işlərin qaz təhlükəli mühitdə təhlükəsiz aparılmasına dair öyrədilərək imtahan verməli və onların bu şlərin yerinə yetirilməsi hüququnu verən vəsiqəsi olmalıdır.
Dostları ilə paylaş: |
|
|