365
də qeyri-adi bir gücə çevrilməkdə idi. Lakin Avropa dövlət-
ləri bunu da kifayət hesab etməyərək 1876-cı il noyabrın 18-
də xədivi yeni bir qanun imzalamağa məcbur etdilər. Həmin
qanuna əsasən ölkənin bütün gəlirləri üzərində nəzarət etmək
üçün ingilis nəzarətçisi və ölkənin bütün xərcləri üzərində nə-
za
rət etmək üçün fransız nəzarətçisi təyin edildi. Beləliklə,
ikili nəzarət adlanan sistem (1876-1882) tədricən formalaşdı-
rıldı. Bir nəfər misirli həmin sistemi belə bir istehzalı məsəllə
qiy
mətləndirmişdir: "Siz heç görmüsünüzmü ki, itlə pişik
birlik
də siçanı gəzməyə aparsınlar?"
“
İkili nəzarət” kreditorların nəfinə fəllahlardan ən aman-
sız bir surətdə zorla vergi toplanılmasını da öz funksiyalarına
da
xil etmişdilər. Misirin amansızlıqla qarət edilməsi nəticə-
sində 1878-ci ildə ölkədə kütləvi aclıq baş verdi. Belə bir
dəhşətli aclıq çoxdan idi ki, görünməmişdi. Dövlət gəlirləri-
nin
2
∕
3
hissəsindən çoxu xarici banklara gedirdi. Misirdə icti-
mai işlərə, məktəblərə, orduya ayrılan xərclər insafsızcasına
talan edilir, mədaxil və məxaricə nəzarət yox idi.
Qərb dövlətlərinin təzyiqi altında 1878-ci ilin avqustun-
da Misirdə nazirlər kabinəsi yaradıldı və buraya iki nəfər də
avropalı daxil edildi. İngilis Vilson maliyyə naziri vəzifəsini,
fransız nümayəndəsi isə ictimai işlər naziri vəzifəsini tutdu.
Onların hər ikisinin hər hansı bir məsələdə veto hüququ (hər
hansı bir qanun və ya tədbiri ləğv etmək və ya dayandırmaq
hü
ququ) var idi. Buna görə də Misirdə bu yeni hökumətə haq-
lı olaraq "Avropa hökuməti" deyirdilər.
Misirdəki mövcud vəziyyətdən elə görünürdü ki, İngiltə-
rə və Fransa heç bir müqavimətə rast gəlmədən Misirə tama-
milə yiyələnmişlər. Misirin hakim feodal dairələri Avropa
döv
lətləri qarşısında açıqdan-açığa təslim olmuşdular. Lakin
ölkədə milli oyanış başlanmışdı, gənclər xalqın sərvətinin ta-
lan edilməsilə nəhayət ki, barışmırdılar. Odur ki, müstəmlə-
kəçilər heç də özləri qətiyyən gözləmədən nəhayət, Misir xal-
qının müqavimətinə rast gəldilər. Bu kütləviləşməkdə olan
milli-
azadlıq hərəkatı və istismarçı təbəqələrə qarşı çevrilmiş
xalq narazılıqları idi.
366
Mədəniyyət
Qədim Misir dilinin, yazısının yaranması, tarixinin, mədə-
niyyətinin və arxeoloji aidələrinin kompleks şəkildə öyrənil-
məsi şərqşünaslığın bir sahəsidir. Qədim Misir abidələrini oxu-
muş, Misir dilinin qrammatikası və filologiyasının əsasını qoy-
muş F.Şampalyonun adı ilə bağlıdır. Ebers T, Mariyeto, U.Pik-
ze, Flenders, F
.Şampalyonun ardıcılları idi. Rusiyada Misirin
tədqiqinə XIX əsrin I yarısında başlanmışdı. V.Qolonişşev, B.
Turayev, İ.Volkov, V.Strevve və başqaları Misirin elm və mə-
dəniyyətinin inkişafına böyük töhfələr vermişlər. Məhəmməd-
əlinin hakimiyyəti dövründə xalq maarifi sahəsində islahat
keçirilmişdi. 1818-ci ildə ilk dünyəvi məktəb açılmışdı və bu-
rada Avropa
təhsilinin ilk bilikləri verilirdi. Bir qədər sonra bir
sıra ibtidai, orta və xüsusi məktəblər açıldı. Lakin bu məktəb-
lərdə çox cüzi miqdarda uşaq təhsilə cəlb olunmuşdu. 1822-ci
ildə Bulakda ilk mətbəə təşkil edildi və 1828-ci hökumətin
rəsmi orqanı olan ilk qəzet çıxmağa başladı.
I
Abbasın hakimiyyəti dövründəki fasilədən sonra 50-
70-
ci illərdə yenidən dünyəvi hökumət məktəbləri açıldı. Bu
məktəblərdə minlərlə şagird oxuyurdu. 1873-cü ildə qızlar
üçün ilk məktəb açıldı. Bir sıra ali məktəblər bərpa edildi və
yeni ali məktəblər yaradıldı (politexnik, tibb, hüquq, peda-
qoji,
kənd təsərrüfatı məktəbləri). Eyni zamanda bir sıra hərbi
məktəblər də açıldı. 60-70-ci illərdə yaradılan Qədim Misir
mu
zeyi, ərəb incəsənəti muzeyi və Qahirədəki xədiv kitab-
xanası əhəmiyyətə malik olmaqla xalqın elmi-mənəvi zəngin-
liyinin
inkişafında, həmçinin mühüm mədəni rol oynadı.
Ərəb dilində xüsusi şəxslər tərəfindən ilk qəzetlər təsis
olundu. İndiyədək nəşr olan ən köhnə Misir qəzetlərindən biri
-
"Əl-əhram" qəzeti 1875-ci ildən dərc olunmağa başladı.
Abdulla Nədim və Yaqub Sənan kimi görkəmli publisistlər
formalaşdı. 70-ci illərin əvvəllərində Yaqub Sənan ərəb dilin-
də tamaşa göstərən ilk teatr dəstəsi təşkil etdi. Yaqub Sənanın
özünün yazdığı pyeslər o qədər müvəffəqiyyət qazanmışdı ki,
Yaqub Sənana Misirin Molyeri deyirdilər. Sənan siyasi möv-
zulara müraciət edir, Misirin işlərinə müdaxilə edən ingilis-
ləri tənqid edirdi. Ən başlıcası isə milli ənənələr saxlanılmaq-
la ölkədə müasirləşmə prosesi gedirdi.
367
SUDAN
Sudan sözünün ərəbcə mənası qaralar, zəncilər ölkəsi de-
məkdir. Afrikanın şimal-şərqində yerləşən bu dövlət Qırmızı
dəniz sahilindədir və Misir , Liviya, Çad, Mərkəzi Afrika res-
pub
likası, Zair, Uqanda, Keniya və Efiopiya ilə həmsərhəddir.
Tarixi məlumatlara görə Sudan ərazisində məsgunlaş-
ma daş dövrünə təsadüf edir. Bu ərazidə Xartum mədəniy-
yətinin əlamətləri mövcuddur.
Sudan ərazisinin xeyli hissəsi qədimdə Kuş ölkəsi e.ə. X
əsrdən Nubiya, qədim misirlilərə qohum sami-hami və kuşit
tayfaları ilə ittifaq yaratmışdılar. E.ə VIII əsrdə isə bu ərazidə
Hapata dövləti yarandı. Amma IV əsrin əvvəllərində Sudanı
Aksum padşahlığı işğal etdi və VII əsrdən etibarən xristianlıq
geniş yayılmağa başladı. Digər ölkələr kimi VII əsrdən etiba-
rən ərəb işğallarının başlanması nəticəsində Sudan da ərəb iş-
ğalına məruz qaldı. Bu ölkəyə əvvəlcədən gələn ərəb müha-
cir
ləri Sudanda yerli camaatın adət-ənənələrini, psixologiya-
sını öyrəndikdən sonra ərəb missionerləri islam dinini yayma-
ğa başladılar. Ərəblərin Sudanda apardığı təbliğat öz bəhrə-
sini verdi. VII əsrdən XIV əsrə qədər gedən proseslər nəticə-
sin
də ərəblər Sudan xalqının nəinki dini-ideoloji dünya goru-
şünü, eyni zamanda ictimai-siyasi mövqeyini, həyat tərzini də
dəyişdirə bildilər. XIV əsrdən başlayaraq Sudanda inzibati
idarəçilik sistemi dəyişdirildi və sultanlıqlar yaradıldı. Bu
pro
ses XVI əsrdə başa çatdırıldı. Belə sultanlıqların yaradıl-
ması əslində ölkədə mərkəzləşdirilmiş dövlətin yaradılması-
nın qarşısını almaq məqsədi daşıyırdı. Bununla yanaşı Suda-
na qarşı daima işğalçılıq siyasəti yeridən qonşu dövlətlər Su-
da
nın təsir dairəsinə salınmasında maraqlı idilər. Bu qonşu
dövlətlərdən Sudana qarşı istilaçılıqda ən çox iddialı olan
Misir idi. Eyni zamanda Sudanın şimalında və şərqində gedən
daxili siyasi proseslər Sudanın işğalına zəmin hazırlayırdı.
Nil çayının qolları hövzəsində yerləşən Sudan coğrafi şəraiti-
nə və torpaqlarının münbitliyinə görə digər regionlardan
fərqlənirdi. Qırmızı dənizdən Qvineya körfəzinə qədər ərazini
Suda
n (Qaralar ölkəsi) adlandıran ərəblər uzun müddət bu öl-
kəyə sistemli şəkildə mühacirət edərək öz təsir dairəsinə sala
bilmişdilər. XIII əsrdən Sudanın istila edilməsi özünün son
həddinə çatdı və bu ölkənin istilasında yenə də misirlilər daha
çox fəallıq göstərdilər.
Dostları ilə paylaş: |