378
əvəz edildi. Kənd təsərrüfat kreditini inkişaf etdirmək üçün
Midhət paşa xüsusi xəzinələr təşkil etdi.
İraqda Avropa nümunəsində ilk mülki və hərbi məktəb-
lər açıldı, çoxlu sənət məktəbləri yaradıldı. Bağdadda ilk qə-
zet çıxmağa başladı ki, bu da milli mədəniyyətə, milli şüurun
formalaşmasına müsbət təsir göstərdi.
Böyük şəhərlərdə hərbi xəstəxanalar, Bağdadda isə həm
də mülki vətəndaşlar üçün böyük bir xəstəxana yaradıldı və
su kəməri çəkilməsinə başlandı. Bu haqda mətbuatda fasilə-
lərlə məqalələr dərc edilirdi. Odur ki, İraqa su çəkilişi ilə əla-
qədar mətbuat yazırdı ki, "Əsrlər boyu su problemi ilə yaşa-
yan İraq xalqı Midhət paşanın xeyirxahlığı nəticəsində ob-
razlı şəkildə desək, cənnətə qovuşdu".
Midhət paşanın fəaliyyəti İraqda bəzi orta əsr qalıqları-
nın aradan qaldırılmasına və ötüb keçməsinə kömək etdi.
L
akin bununla bərabər hakim türk millətçisi olan Midhət paşa
Türkiyə imperiyasının əsarətdə saxladığı xalqların milli hü-
quq
larını tanımaq səviyyəsinə yüksəlməyə qadir deyildi. Ca-
ni
şinin əsas cəza zərbəsi əvvəllər vergidən və hərbi xidmətə
çağırışdan azad olan qəbilələrin üzərinə düşdü. Canişin hərbi
mükəlləfiyyət məsələsinə çox ciddi münasibətdə olduğuna
gö
rə onların üzərinə çoxlu vergi qoydu, fəllahlar kimi bədəvi-
ləri də türk ordusunda hərbi mükəlləfiyyət daşımağa məcbur
etdi və qəbilələri tərksilah olundu. Midhət paşa bəzi despotik
qaydaları tətbiq etməklə özünü nüfuzdan saldı. Bütün bunlara
cavab olaraq öz istiqlaliyyəti uğrunda mübarizə aparan ərəb
qəbilələrinin üsyanları baş verirdi. Midhət paşa tabe olma-
yan
ları güllələyir və sürgün edirdi. O, hətta üsyançı Şəmmar
qəbilələrini darmadağın edərək onların şeyxini də edam etdir-
di. Bu hadisələrdən sonra İraq ərəbləri Midhət paşaya düş-
məncəsinə yanaşırdılar. Bu səbəbdən İraqda Osmanlı despo-
tik idarəçilik sisteminə qarşı ümumi narazılıq güclənməkdə
və yeni mərhələyə daxil olmaqda idi. Bunula yanaşı, Midhət
paşa bəlkə də dərk etmirdi ki, idarəçilik sisteminin ən mütə-
rəqqi yolu ədalətli idarəçiliklə xalqın rəğbətini qazanmaqdı.
Despotik üsul isə ölkəni tənəzzülə sürüklənməsidir.
379
SURİYA
Hələ XV əsrin sonu və XVI əsrin əvvəllərində bir çox
xalqlar və dövlətlər imperiyaların istilasına məruz qalmışdı.
İmperiyaların müstəmləkələr uğrunda qızğın rəqabət apardığı
dövrdə 1516-cı ildə Suriya Osmanlı türkləri tərəfindən işğal
edilmişdi. O zaman Suriya tərkibinə daxil olan Dağlıq Livan və
Fələstin yerli feodal hakimlər köhnə qaydada olduğu üçün
vəzifələrində qaldı və onlar türk sultanının vassalları oldu.
Suriyanın qalan yerləri isə üç vilayətə bölünüb bilavasitə Os-
manlı dövləti tərəfindən idarə edilirdi. Suriya ərəbləri türklərə
qarşı dəfələrlə üsyan qaldırdı. XVIII əsrin ortalarında Şimali
Fələstin və Cənubi Livan ərəbləri osmanlı işğalçılarına qarşı
uzun sürən mübarizə apardılar. XVIII əsrin axırlarında başlanan
bu üsyan
nəhayət məğlub edildi. Bu mübarizəyə ərəblərin
içərisindən çıxmış yerli xalqın nümayəndəsi Dahir Ömər baş-
çılıq edirdi. Üsyana həmçinin ərəb feodalları qoşulsa da, əsas
aparıcı qüvvə kəndlilər və bədəvilər idi. Türkiyə 1775-ci ildə
Dahir Öməri çox çətinliklə məğlub etdi. Bundan sonra Cənubi
Suriyada türk paşası Cəzzarın istibdadçı rejimi yarandı və tam
30 il sürdü. Bu dövr şiddətli feodal irticası dövrü başlandı.
1788-
ci ildə Cəzzarın razılığı ilə yerli Şihabilər sülaləsinin
nümayəndəsi II Bəşir Dağlıq Livanın əmiri oldu. 1799-cu ildə
Cəzzar ingilis donanmasının yardımı ilə Napoleonun Fələstinə
yürü
şünü dəf etdi. 1804-cü ildə Cəzzar öləndən sonra onun
terror və qarətə əsaslanan feodal dövləti parçalandı. 1804-1831-
ci illərdə Dəməşq, Trablis və Əkkənin türk paşaları öz qoşunla-
rına arxalanaraq hökmranlıq etdilər. Livanda II Bəşir digər
feodal tayfalarını məhv edərək, onların əmlakını əlinə keçirdi və
öz hakimiyyətini möhkəmlətdi. II Bəşir 1825-ci ildə druz
feodallarının hərbi koalisiyasını amansızcasına darmadağın etdi.
Bundan başqa, həmin dövrdə Avropa kapitalistləri Suriyaya
soxulur və burada kapitulyasiya rejimindən istifadə edərək onu
öz malları üçün satış bazarına çevirməyə başlayırlar.
XIX əsrin birinci rübündə Misir hakimi Məhəmmədəli-
nin oğlu yenidən işğalçılıq həvəsinə düşdü. O, düşünürdü ki,
Suriyanın işğalı Misir üçün xeyli mənfəət gətirə bilər. Odur
ki, 1831-
ci ilin payızında Misir hökmdarı Məhəmmədəlinin
380
oğlu İbrahim Suriyaya soxuldu. O, 1832-ci ilin mayında Ək-
kəni aldı, iyunun 13-də isə Dəməşqə daxil oldu. Əhali osman-
lı zülmünə qarşı mübarizədə İbrahimi öz xilaskarı hesab edib,
onu sevinclə və rəğbətlə qarşıladı. 1832-ci ilin iyulunda Misir
ordusu türklər üzərində iki dəfə parlaq qələbə çaldı və bütün
Suriyanı işğal etdi. Nəticədə 1833-cü ilin mayında Türkiyə
ölkənin idarə edilməsini rəsmən Məhəmmədəliyə həvalə etdi.
İbrahim isə Suriyada Məhəmmədəlinin canişini oldu.
İbrahim Suriyada ən vacib sahə olan strateji sahədə inzi-
bati sistemi yenidən qurdu, o möhkəm mərkəzləşdirmə siya-
səti yeridərək mütləq hakimlik iddiasında idi. Amma İbrahi-
min ideyalarının əksinə olan hadisələr baş verdi. Suriya ma-
hal
lara bölündü və bunlar İbrahimin təyin etdiyi qubernator-
lar tərəfindən idarə edilirdi. Eyni zamanda misirlilər tərəfinə
keçən II Bəşir Dağlıq Livanda öz hakimiyyətini mühafizə
edib
saxladı.
Misir canişini obyektiv olaraq mütərəqqi xarakter daşıyan
bir sıra tədbirlər həyata keçirdi. Feodal hərc-mərcliyi və
iğtişaşlarına son qoyuldu. İbrahim türklərin hakimiyyəti dövrün-
də xristianlar üçün qoyulmuş həqarətli məhdudiyyətləri ləğv
etdi, ölkədə tolerantlığa şərait yaratdı və onların da qanunun
himayəsi altında olmasını təmin etdi. O, ölkənin kənd
təsərrüfatını yüksəltməyə çalışır, taxıl əkini sahələrini genişlən-
dirirdi. İbrahim heyvandarlığı inkişaf etdirmək məqsədilə
Antakya yaxınlığında böyük bir nümunəvi maldarlıq ferması
təşkil etdi. Bununla yanaşı o, özbaşına cərimə və vergi alınma-
sına qarşı mübarizə aparırdı. Bundan başqa o, yoluxucu
xəstəliklərə qarşı karantinlər düzəltdi, poçt-rabitə xidmətini
qaydaya saldı. Bir çox ibtidai məktəblər, o cümlədən Dəməşqdə
600 şagird üçün, Hələbdə 400 şagird üçün məktəb və
Antakyada üç orta məktəb açılmışdı. Canişin, xristian mis-
sionerlərinə də icazə verdi ki, məktəblər açsınlar. O, bu yolla
xa
lq maarifi işini yaxşılaşdırmaq ümidində idi. Missionerlər isə
Beyrutda
qızlar üçün ilk məktəb açdılar və mətbəə təşkil etdilər.
Lakin bu səmərəli tədbirlərin ölkə həyatına dərin təsir
göstərməsi üçün vaxt yox idi. Əhali Misir hakimiyyətinin mənfi
cəhətlərini daha çox hiss etməkdə idi. Məhəmmədəli daim
Türkiyə ilə yeni müharibə təhlükəsi şəraitində idi və buna görə
Dostları ilə paylaş: |