67
Üsyanın rəhbər sıralarına mülkədar ünsürlərin soxulma-
sı, torpaq haqqında qanunun həyata keçirilməsində taypin hö-
ku
mətinin ardıcıl və sistemli şəkildə hərəkət etməməsi, həm-
çinin
taypinlərin hərbi rəhbərlərinin səhvləri kəndli müha-
ribəsinin məğlubiyyətini bir qədər də tezləşdirdi. Taypin üs-
ya
nı ABŞ, İngiltərə, Fransa, eləcə də mancur-Sin irticasının
bir
ləşmiş qüvvələri qarşısında davam gətirə bilmədi. Bu
hərəkat feodal-mülkədar rejimini məhv edə bilmədiyi kimi
böyük tari
xi vəzifələri də yerinə yetirə bilmədi. Düzdür,
Taypin üsya
nı feodalizmin dayaqlarını sarsıtdı, Sin rejiminə
sarsıdıcı zərbə endirdi, amma taypinlər başladıqları müqəddəs
işi sona çatdıra bilmədi. Əlbəttə, bütün bunlarla bərabər bu
xalq hərəkatı böyük tarixi əhəmiyyətə malik idi.
Belə ki, bu üsyan milyonlarla kəndliləri feodalizm quru-
lu
şuna qarşı fəal mübarizəyə cəlb etdi. Üsyanın gedişi prose-
sində Sin rejimi əleyhinə, feodalizm zülmünün təcəssümü
olan bu quruluşa qarşı xalqın nifrəti parlaq surətdə özünü
gös
tərdi. Hərəkatın ən mühüm cəhətləri, onun kütləviliyində,
olduqca
geniş ərazini əhatə etməsində, uzun müddətli olma-
sında idi. Üsyanın əhəmiyyəti həm də Çin xalqının feodalizm
quruluşuna qarşı mübarizədə yalnız mancur-Çin irticasının
qüv
vələri ilə deyil, həmçinin beynəlxalq imperializmin müs-
təmləkəçiləri ilə də toqquşması hərəkatın qloballığından xə-
bər verirdi. Taypin hərəkatı 1839-1842-ci illər müharibəsinin
oyatdığı milli şüurun daha da inkişafında mühüm rol oynadı.
Ta
ypin üsyanının tarixi əhəmiyyəti təkcə Çin üçün deyil,
hətta Cənub-Şərqi Asiya regionunda müstəmləkə əsarətinə
düçar olmuş xalqlar üçün də nümunə idi. Sonrakı nəsillər
milli-
azadlıq mübarizəsini sona çatdırmaq üçün bu hərəkat-
dan dərs aldılar. Ən başlıcası gənclər gec də olsa azadlığın və
bunu əldə etməyin mahiyyətini dərk etdilər. Odur ki, Taypin
üsyanının dərsləri sayəsində Çində yeni nəsillər təcrübə əldə
edərək yeni şəraitdə, keyfiyyətcə yeni üsullarla ölkədə əsrlər-
lə ağalıq edən zülmkarları məhv etmək əzmində olduqlarını
nüma
yiş etdirdilər.
Tay
pin üsyanı, feodalizm və imperializm əleyhinə Çin
xal
qının azadlıq mübarizəsinin mühüm bir mərhələsi kimi
əbədi olaraq tarixdə qaldı.
68
Nyantszyunlar
üsyanı
Taypin
üsyanı dövründə paralel olaraq Şimali Çin əya-
lətlərini də kütləvi kəndli hərəkatları bürümüşdü. Bunlar içə-
ri
sində ən mühümü Nyantszyunlar (məşəlçilər ordusu) üsyanı
idi. Nyan (nyanda) gizli cəmiyyəti mülkədarlar əleyhinə olan
bir təşkilat kimi xeyli əvvəl meydana gəlmişdi.
Şandun, Anxuey, Xenan, Tszyansu əyalətlərində nyan
dəstələrinin çıxışları Çin məxəzlərində dəfələrlə qeyd olun-
muşdur. Hərəkatın yeni yüksəlişi 1853-cü ildə başlandı. Bu
zaman Anxuey əyalətində Çjan Lo-sinin rəhbərliyi altında ye-
ni
üsyan baş verdi. Bu üsyan uğurlu təbliğat işinin müvəffə-
qiyyətlərinin bilavasitə nəticəsi idi. Pekin üzərinə müvəffə-
qiy
yətsiz yürüş zamanı məğlub edilən taypin dəstələri də
nyantsz
yunlara qoşuldu və nyantszyunların sayı artdı.
Nyantsz
yunlar öz növbəsində taypinlərə də yardım göstərirdi.
Yəni iki hərəkat iştirakçıları birləşmişdilər.
Amma, n
yantszyunların hər hansı bir konkret pozitiv
proq
ramı, hərəkatı təşkil edən möhkəm mərkəzi yox idi. Bu
üsyan kortəbii antifeodal kəndli hərəkatı idi. Onun zəifliyi də
məhz kortəbiiliyində idi. Bununla belə, nyantszyun dəstələri-
nin çevikliklə bir yerdən başqa yerə keçib fəaliyyət göstər-
mək qabiliyyəti ona səbəb olurdu ki, nyantszyunlar çox çətin
ələ keçə bilirdi. Hökumət tərəfindən göndərilən çoxlu cəza
dəstələri də üsyançıları məhv etməkdə aciz idi. Bu xüsusiyyət
onlarda qələbəyə inam yaradırdı.
Eyni zamanda əhali nyantszyunlara yardım göstərirdi.
Çünki,
onların dəstələri yoxsullara kömək edir, xalqa qarşı
təcavüzkarlıq edən, aşağı təbəqəni istismar edən, yadelliləri
öl
kədə məsgunlaşdıran və milli sərvəti talayanlara qarşı barış-
mayaraq sanki c
ihad elan etmişdilər. Odur ki, nyantszyunlara
qarşı mübarizədə hökumət qoşunlarının müvəffəqiyyətsizliyi-
nin əsas səbəbi də bu idi.
Taypin üsyanı məğlubiyyətə uğradıqdan sonra Lay Ven-
quan və Çen De-tsayın taypin dəstələrinin qalıqları nyantsz-
yunla
rla birləşdirdi. Hərəkatın yeni yüksəlişi başlandı, nyant-
szyunlar ordusu artıb bir neçə yüz min nəfərə çatdı. Bu ordu
Tszyansu, Anxuey, Xube
y, Şandun, Xenan, Şan, Çjili əyalət-
ləri ərazisində əməliyyat aparırdı. Bu ordunun başçısı Lay
Ven-quan idi.
69
Nəhayət, 1866-cı ildə nyantszyunlar şərq və qərb dəstə-
lərinə bölündü. Amma 1868-ci ildə Lay Ven-quanın şərq dəs-
təsi məğlub edildi. Qərb dəstəsi isə Çjili üzərinə yeriyərək
pay
taxtı təhlükə altına aldı. Lakin Sin hakimlərinin topladığı
böyük qüvvələr nyantszyunları əzdi. Çin xalqının azadlıq mü-
ba
rizəsinin tərkib hissəsini təşkil edən bu üsyan da yatırıldı.
Çinin qərb rayonlarında kiçik xalqların üsyanları
Çinin
qərb əyalətlərində yaşayan və dini cəhətdən müsəl-
man olan kiçik xalqlar hələ XVII əsrin axırlarında öz zülm-
kar
larına qarşı mübarizəyə qalxmışdı. Taypin üsyanı dövründə
Mancur
imperiyasının müsəlmanların da hakimiyyətə qarşı
çıxması üçün əlverişli şərait yaratmışdı.
1855-
ci ildə Yunnan əyalətində mədən qazmaçılarının
iğtişaşları mancurlar əleyhinə yeni çıxışların başlanmasına
təkan verdi. Üsyanda ən fəal rolu xuey əhalisi (dini etiqadına
görə müsəlmanlar) oynayırdı. Tsin məmurları hər vasitə ilə
ça
lışırdılar ki, çinlilərlə müsəlmanlar arasında toqquşma sal-
sınlar. Onlar hətta qismən buna müvəffəq oldular. Bəzi mü-
səlman din xadimləri üsyanı bütün "kafirlər" əleyhinə, yəni
çin
lilər əleyhinə ancaq müsəlmanların apardığı mübarizəyə
çevir
məyə çalışırdılar. Lakin hərəkatın ən görkəmli xadimi
Du Ven-
syu özünün bir sıra müraciətlərində bütün müsəl-
man
ları və çinliləri mancur hakimiyyətinə qarşı mübarizədə
birləşməyə çağırırdı.
Üsyançılar 1860-cı ilədək zəif hökumət qoşunu üzərində
bir neçə mühüm hərbi qələbə qazanmışdı və Du Ven-syunun
rəhbərliyi altında dövlət də yaradılmışdı. Bu dövlətin paytaxtı
Dali şəhəri idi (Yunnan əyalətində). Du Ven-syu özünə sultan
Süley
man ləqəbini götürmüşdü.
Yu
nnandakı hadisələr İngiltərənin diqqətini xüsusilə cəlb
etmişdi. İngiltərə Süleymanın dövlətini özündən asılı olan bir
ölkəyə çevirməyə çalışırdı. 1868-ci ildə ingilislər Bamo (Bir-
ma) ərazisindən Yunnana mayor Sleydenin ekspedisiyasını
göndərdi. Lakin ekspedisiya yalnız Dan-yueyə qədər gedib
çatdı. Öz növbəsində Süleyman da İngiltərə ilə əlaqəyə gir-
məyə çalışırdı. Lakin bu müttəfiqlik tədbirləri və cəhdləri
ciddi əməli nəticə vermədi.
Dostları ilə paylaş: |