Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə23/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   19   20   21   22   23   24   25   26   ...   142

67 

Üsyanın rəhbər sıralarına mülkədar ünsürlərin soxulma-

sı, torpaq haqqında qanunun həyata keçirilməsində taypin hö-

ku

mətinin ardıcıl və sistemli şəkildə hərəkət etməməsi, həm-



çinin 

taypinlərin  hərbi  rəhbərlərinin  səhvləri  kəndli müha-

ribəsinin məğlubiyyətini bir qədər də tezləşdirdi. Taypin üs-

ya

nı ABŞ, İngiltərə, Fransa, eləcə də  mancur-Sin irticasının 



bir

ləşmiş  qüvvələri  qarşısında  davam  gətirə  bilmədi.  Bu 

hərəkat  feodal-mülkədar  rejimini  məhv  edə  bilmədiyi kimi 

böyük tari

xi  vəzifələri  də  yerinə  yetirə  bilmədi.  Düzdür, 

Taypin üsya

nı feodalizmin dayaqlarını sarsıtdı, Sin rejiminə 

sarsıdıcı zərbə endirdi, amma taypinlər başladıqları müqəddəs 

işi  sona  çatdıra  bilmədi.  Əlbəttə,  bütün  bunlarla  bərabər  bu 

xalq hərəkatı böyük tarixi əhəmiyyətə malik idi. 

 

Belə ki, bu üsyan milyonlarla kəndliləri feodalizm quru-



lu

şuna qarşı fəal mübarizəyə cəlb etdi. Üsyanın gedişi prose-

sində  Sin  rejimi  əleyhinə,  feodalizm  zülmünün  təcəssümü 

olan  bu  quruluşa  qarşı  xalqın  nifrəti  parlaq  surətdə  özünü 

gös

tərdi. Hərəkatın ən mühüm cəhətləri, onun kütləviliyində, 



olduqca 

geniş ərazini əhatə etməsində, uzun müddətli olma-

sında idi. Üsyanın əhəmiyyəti həm də Çin xalqının feodalizm 

quruluşuna  qarşı  mübarizədə  yalnız  mancur-Çin  irticasının 

qüv

vələri ilə deyil, həmçinin beynəlxalq imperializmin  müs-



təmləkəçiləri  ilə  də  toqquşması  hərəkatın  qloballığından  xə-

bər verirdi. Taypin hərəkatı 1839-1842-ci illər müharibəsinin 

oyatdığı milli şüurun daha da inkişafında mühüm rol oynadı. 

Ta

ypin üsyanının tarixi əhəmiyyəti təkcə Çin üçün deyil, 



hətta  Cənub-Şərqi  Asiya  regionunda  müstəmləkə  əsarətinə 

düçar  olmuş  xalqlar  üçün  də  nümunə  idi.  Sonrakı  nəsillər 

milli-

azadlıq  mübarizəsini  sona  çatdırmaq  üçün  bu  hərəkat-



dan dərs aldılar. Ən başlıcası gənclər gec də olsa azadlığın və 

bunu əldə etməyin mahiyyətini dərk etdilər. Odur ki, Taypin 

üsyanının dərsləri sayəsində Çində yeni nəsillər təcrübə əldə 

edərək yeni şəraitdə, keyfiyyətcə yeni üsullarla ölkədə əsrlər-

lə  ağalıq  edən  zülmkarları  məhv  etmək  əzmində  olduqlarını 

nüma


yiş etdirdilər. 

Tay


pin  üsyanı,  feodalizm  və  imperializm  əleyhinə  Çin 

xal


qının  azadlıq  mübarizəsinin  mühüm  bir  mərhələsi  kimi 

əbədi olaraq tarixdə qaldı. 




68 

Nyantszyunlar 

üsyanı 

 

Taypin 



üsyanı dövründə paralel olaraq Şimali Çin  əya-

lətlərini də kütləvi kəndli hərəkatları bürümüşdü. Bunlar içə-

ri

sində ən mühümü Nyantszyunlar (məşəlçilər ordusu) üsyanı 



idi. Nyan (nyanda) gizli cəmiyyəti mülkədarlar əleyhinə olan 

bir təşkilat kimi xeyli əvvəl meydana gəlmişdi. 

Şandun,  Anxuey,  Xenan,  Tszyansu  əyalətlərində  nyan 

dəstələrinin  çıxışları  Çin  məxəzlərində  dəfələrlə  qeyd  olun-

muşdur.  Hərəkatın  yeni  yüksəlişi  1853-cü  ildə  başlandı.  Bu 

zaman Anxuey əyalətində Çjan Lo-sinin rəhbərliyi altında ye-

ni 

üsyan baş verdi. Bu üsyan uğurlu təbliğat işinin müvəffə-



qiyyətlərinin  bilavasitə  nəticəsi  idi.  Pekin  üzərinə  müvəffə-

qiy


yətsiz  yürüş  zamanı  məğlub  edilən  taypin  dəstələri  də 

nyantsz


yunlara  qoşuldu  və  nyantszyunların  sayı  artdı. 

Nyantsz


yunlar öz növbəsində taypinlərə də yardım göstərirdi. 

Yəni iki hərəkat iştirakçıları birləşmişdilər. 

Amma, n

yantszyunların  hər  hansı  bir  konkret  pozitiv 



proq

ramı, hərəkatı təşkil edən möhkəm mərkəzi yox idi. Bu 

üsyan kortəbii antifeodal kəndli hərəkatı idi. Onun zəifliyi də 

məhz kortəbiiliyində idi. Bununla belə, nyantszyun dəstələri-

nin  çevikliklə  bir  yerdən  başqa  yerə  keçib  fəaliyyət  göstər-

mək qabiliyyəti ona səbəb olurdu ki, nyantszyunlar çox çətin 

ələ  keçə  bilirdi.  Hökumət  tərəfindən  göndərilən  çoxlu  cəza 

dəstələri də üsyançıları məhv etməkdə aciz idi. Bu xüsusiyyət 

onlarda qələbəyə inam yaradırdı. 

Eyni  zamanda  əhali  nyantszyunlara  yardım  göstərirdi. 

Çünki, 

onların  dəstələri  yoxsullara  kömək  edir,  xalqa  qarşı 



təcavüzkarlıq  edən,  aşağı  təbəqəni  istismar  edən,  yadelliləri 

öl

kədə məsgunlaşdıran və milli sərvəti talayanlara qarşı barış-



mayaraq sanki c

ihad elan etmişdilər. Odur ki,  nyantszyunlara 

qarşı mübarizədə hökumət qoşunlarının müvəffəqiyyətsizliyi-

nin əsas səbəbi də bu idi. 

  

Taypin üsyanı məğlubiyyətə uğradıqdan sonra Lay Ven-



quan və Çen De-tsayın taypin dəstələrinin qalıqları nyantsz-

yunla


rla birləşdirdi. Hərəkatın yeni yüksəlişi başlandı, nyant-

szyunlar ordusu artıb bir neçə yüz min nəfərə çatdı. Bu ordu 

Tszyansu, Anxuey, Xube

y, Şandun, Xenan, Şan, Çjili əyalət-

ləri  ərazisində  əməliyyat  aparırdı.  Bu  ordunun  başçısı  Lay 

Ven-quan idi. 




69 

  

Nəhayət, 1866-cı ildə nyantszyunlar şərq və qərb dəstə-



lərinə bölündü. Amma 1868-ci ildə Lay Ven-quanın şərq dəs-

təsi  məğlub  edildi.  Qərb  dəstəsi  isə  Çjili  üzərinə  yeriyərək 

pay

taxtı təhlükə altına aldı. Lakin Sin hakimlərinin topladığı 



böyük qüvvələr nyantszyunları əzdi. Çin xalqının azadlıq mü-

ba

rizəsinin tərkib hissəsini təşkil edən bu üsyan da yatırıldı. 



 

Çinin qərb rayonlarında kiçik xalqların üsyanları 

   

Çinin 


qərb əyalətlərində yaşayan və dini cəhətdən müsəl-

man olan kiçik xalqlar hələ XVII əsrin axırlarında öz zülm-

kar

larına qarşı mübarizəyə qalxmışdı. Taypin üsyanı dövründə 



Mancur 

imperiyasının  müsəlmanların  da  hakimiyyətə  qarşı 

çıxması üçün əlverişli şərait yaratmışdı. 

  1855-


ci  ildə  Yunnan  əyalətində  mədən  qazmaçılarının 

iğtişaşları  mancurlar  əleyhinə  yeni  çıxışların  başlanmasına 

təkan verdi. Üsyanda ən fəal rolu xuey əhalisi (dini etiqadına 

görə  müsəlmanlar)  oynayırdı.  Tsin  məmurları  hər  vasitə  ilə 

ça

lışırdılar ki, çinlilərlə müsəlmanlar arasında toqquşma sal-



sınlar. Onlar hətta qismən buna müvəffəq oldular. Bəzi mü-

səlman din  xadimləri  üsyanı  bütün  "kafirlər"  əleyhinə,  yəni 

çin

lilər  əleyhinə  ancaq  müsəlmanların  apardığı  mübarizəyə 



çevir

məyə  çalışırdılar.  Lakin  hərəkatın  ən  görkəmli  xadimi 

Du Ven-

syu  özünün  bir  sıra  müraciətlərində  bütün  müsəl-



man

ları  və  çinliləri  mancur  hakimiyyətinə  qarşı  mübarizədə 

birləşməyə çağırırdı. 

Üsyançılar 1860-cı ilədək zəif hökumət qoşunu üzərində 

bir neçə mühüm hərbi qələbə qazanmışdı və Du Ven-syunun 

rəhbərliyi altında dövlət də yaradılmışdı. Bu dövlətin paytaxtı 

Dali şəhəri idi (Yunnan əyalətində). Du Ven-syu özünə sultan 

Süley


man ləqəbini götürmüşdü. 

Yu

nnandakı hadisələr İngiltərənin diqqətini xüsusilə cəlb 



etmişdi. İngiltərə Süleymanın dövlətini özündən asılı olan bir 

ölkəyə çevirməyə çalışırdı. 1868-ci ildə ingilislər Bamo (Bir-

ma)  ərazisindən  Yunnana  mayor  Sleydenin  ekspedisiyasını 

göndərdi.  Lakin  ekspedisiya  yalnız  Dan-yueyə  qədər  gedib 

çatdı.  Öz  növbəsində  Süleyman  da  İngiltərə ilə  əlaqəyə  gir-

məyə  çalışırdı.  Lakin bu müttəfiqlik  tədbirləri  və  cəhdləri 

ciddi əməli nəticə vermədi. 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə