Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə20/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   16   17   18   19   20   21   22   23   ...   142

58 

tür


müşdü. Əslində Amurun sol sahili bitərəf zona idi. Rusiya-

Çin  sərhədləri  də  hələlik  tamlığı  ilə  dəqiqləşdirilməmişdi, 

yəni hələ də mübahisəli ərazilər var idi. XIX əsrin ortalarında 

Uzaq Şərqdə beynəlxalq vəziyyət dəyişməyə başlamışdı. Öz 

qəsbkarlıq  siyasətini  həyata  keçirən  İngiltərə  və  ABŞ  Uzaq 

Şərqdə Rusiya ilə Çin arasında sərhədlərin müəyyən edilmə-

miş yerlərini tutmaq məqsədi güdən tədbirlər görürdü. Bu da 

Rusiya  tərəfindən  əks  tədbirlərin  görülməsinə  səbəb  olmaya 

bilməzdi.  Belə  münaqişəli  vəziyyətdə  Uzaq  Şərqin  öyrənil-

məsi və tədqiq edilməsində kapitan Q.İ.Nevelskinin ekspedi-

si

yası böyük rol oyandı. 1849-cu ildə Q.İ.Nevelskinin ekspe-



di

siyası Tatar boğazını tədqiq etdi, Saxalinin ada olduğu ilk 

dəfə müəyyənləşdirildi. Həm Amur çayının dənizə töküldüyü 

yeri öy


rənməkdə,  həm  də  orada  Rusiyanın  mövqeyini  möh-

kəmlətməkdə bu ekspedisiyanın əhəmiyyəti böyük idi. Bütün 

bunlar xüsu

silə ona görə vaxtında edilmişdi ki, bu zaman İn-

giltərə açıqdan-açığa həmin rayonu işğal etməyə hazırlaşırdı. 

Bu  tədbir  Rusiya  tərəfindən  İngiltərəyə  qarşı  görülən  pro-

filaktik tədbir hesab olunurdu.  

1850-


ci  ildə  Rusiya  tərəfindən  Amurun  aşağı  axınında 

Nikolayevsk limanı (Nikolayevsk-na-Amure) tikilib istifadə-

yə  verildi.  1851-ci  ildə  Rusiya  hökuməti  Çinə  bildirdi  ki, 

Amu


run dənizə töküldüyü yerinin və Saxalinin başqa dövlət-

lər tərəfindən tutulmasına yol verməmək üçün, habelə Amur 

çayı rayonunda rus-Çin sərhəddinin hələ də müəyyən edilmə-

diyini nəzərə alaraq, buranı möhkəmləndirmək qərarına gəl-

mişdir  ki,  bu  yerlər  Rusiyaya  və  Çinə  düşmən  olan  dövlət-

lərin əlinə keçməsin.  

Bu tədbirlər Krım müharibəsi dövründə özünü tamamilə 

doğrultdu.  Belə  ki,  o  zaman ingilis-fransız  hərbi-dəniz  qüv-

vələri Kamçatkanı və Amurun dənizə töküldüyü yeri tutmaq 

təşəbbüsü etmişdi. Amma 1854-cü ildə onlar Petropavlovsk-

na-Kamçatke ra

yonunda məğlubiyyətə uğradılar, buraya qo-

şun çıxarmaq təşəbbüsü boşa çıxıdı. 1855-ci ildə ingilis-fran-

sız gəmiləri De-Kastri körfəzinə soxuldu, Tatar boğazı sahil-

lərini blokadaya aldı, lakin rus gəmilərini tapa bilmədi və in-



59 

gilis-


fransız ekspedisiyası uğursuzluqla nəticələndi. Bu hadi-

sələr Amur vilayətində Rusiyanın mövqelərinin daha da möh-

kəmlənməsinə səbəb oldu.  

Rusların Amur vilayətini tədqiq etmək sahəsindəki mü-

vəffəqiyyətləri 1858-ci il mayın 28-də bağlanan Ayqun mü-

qa

viləsində öz əksini tapdı. Bu müqaviləyə görə Amur çayı-



nın sol sahili Arqun çayından Amurun dənizə töküldüyü ye-

rədək  Rusiyanın  mülkiyyəti  elan  olunurdu.  Ussuri  çayının 

Amu

ra töküldüyü yerdən dənizədək olan sahədə Ussuri vila-



yəti  "hər  iki  dövlət  arasında  sərhəd  müəyyən  edilənədək" 

ümumi mülkiyyətdə qalırdı. 

1858-ci il iyunun 13-

də Ruiya-Çin Tyanszin müqaviləsi 

imzalandı.  Çin  üçün  qeyri-bərabərhüquqlu  olan bu müqavi-

ləyə görə Rusiya Çinin açıq limanlarında dəniz ticarəti etmək 

hüququ, Çində konsul məhkəmə hüququ, səfirliklər mübadi-

ləsi etmək, konsulluqlar təsis etmək hüququ və s. hüquqlar əldə 

edirdi. 

 

İngilis və fransız qoşunları tərəfindən Pekinin işğalı 

(1860) 

 

İngiltərə  və  Fransa  Çinə  qarşı  apardıqları  müharibənin 



nəticələrindən o qədər də razı qalmamışdılar. Onlar Tsin hö-

ku

mətini tamamilə özlərinə tabe etməyi qarşılarında  məqsəd  



qoymuşdular. Bununla əlaqədar olaraq ingilis və fransız nü-

ma

yəndələri yenidən fitnəkarlığa əl atdılar. Tyanszin sazişlə-



ri

nin  təsdiq  edilməsi  qaydalarının  qismən  pozulması  bunun 

üç

ün bəhanə kimi istifadə olundu.  



 

Təsdiq  edilmiş  müqavilələr  əldə  olunmuş  razılığa  görə 

tərəflər arasında 1859-cu ilin iyununda Pekin şəhərində mü-

ba

dilə edilməli idi.  



 Bunun

la əlaqədar olaraq İngiltərə və Fransanın səlahiy-

y

ətli nümayəndələri Bryus və Burbulon təsdiq edilmiş müqa-



vilələri mübadilə üçün hərbi eskadra ilə Bayxe çayı vasitəsilə 

ilə Tyanszinə üzmək, sonra isə quru yolla Pekinə getməli idi-

lər. Lakin Çin-mancur qoşunlarının komandanlığı xaricilərin 



60 

hərbi eskadrasının buradan keçməsinə qarşı müqavimət gös-

tərdi. 1859-cu il iyunun 26-da müttəfiqlər Daqu istehkamlarına 

atəş açdı. Başlanan vuruşmada ABŞ-ın eskadrası da fəal istirak 

edirdi. 

Bu hadisə ilə əlaqədar olaraq müdaxiləçilər istehkam-

ları tuta bilmədi, lakin İngiltərə-Fransa və Amerika fitnəsi hər-

bi əməliyyatın yenidən davam etdirilməsi üçün əsassız səbəb 

oldu. 1860-

cı ilin avqustunda ingilis-fransız desantı Daqunun 

istehkamlarını və Tyanszini tutub Pekinə tərəf hərəkət etməyə 

başladı. 1860-cı il sentyabrın 21-də Pekinin bir neçə kilometr-

liyində  Balitsyao  körpüsü yanında  60  minlik  mancur-monqol 

atlıları ilə ingilis-fransız qoşunları arasında vuruşma baş verdi. 

Bu v

uruşma mancurların məğlubiyyəti ilə nəticələndi. 



Bir  çox  əyanlar  imperator  Syan  Fenə  müraciət  edərək 

qoşunun başında durmasını və Pekini, ölkəni müdafiə etməsi-

ni məsləhət görürdülər. Lakin imperator və onun saray adam-

ları ölkəni düşmənin hücumuna məruz qoyaraq Jexe əyalətinə 

qaçdılar. Ölkənin idarəçilik mərkəzi müdafiəsiz qaldı. 

İngilis-fransız qoşunu Pekinin yanından keçərək impera-

to

run  yay  sarayını  (Yuanminyuan)  tutdu.  Bu  saray  Çin  me-



mar

lığının gözəl bir abidəsi idi. Həmin saray bir neçə binadan 

ibarət  olub  qiymətli  incəsənət,  mədəniyyət  və  tarixi  əsər  və 

incəsənət  nümunələri  ilə  dolu  idi.  Eyni  zamanda bu saray 

Asiya xalqları mədəniyyətinin ən qiymətli nümunələrinin bir 

muzeyi idi. İngilis-fransız qoşunları sarayı tutaraq onu qarət 

etdilər.  

Öz  biabırçı  hərəkətlərini  ört-basdır  etmək  məqsədi  ilə 

ingilis-

fransız qoşununun komandanlığı sarayın yandırılması-

na 

əmr verdi və saray yandırıldı. 



Mancur  hökuməti  Pekini  müdafiəyə  cəsarət  etmədi  və 

1860-


cı il oktyabrın 13-də şəhərin qapılarını düşmənin üzünə 

açdılar və ingilis-fransız qoşunu şəhərə daxil oldu. 

Mancur  hökuməti  hər  şeydən  əvvəl  Taypin  üsyanını 

mümkün q


ədər tez yatırmaq fikrində olduğuna görə müdaxi-

ləçilərə ciddi müqavimət göstərmək niyyətində deyildi. Təs-

limçilik ide

yaları  ilə  yaşayan  mancur  hökuməti  İngiltərə  və 

Fransa nüma

yəndələri ilə danışıq aparmaq qərarına gəldi. 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə