Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə16/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   12   13   14   15   16   17   18   19   ...   142

46 

fəaliyyətinin  birinci  mərhələsində  bu  dövlətin  əsil  başçısı 

xalq içərisindən çıxmış və xalq ruhunda formalaşmış Yan Sü-

tsin idi o, höku

mət başçısı və ali baş komandan idi. 

Taypinlər haqlı olaraq köhnə monarxiya hakimiyyət apa-

ratını dağıdırdılar. Taypinlərin yaratdığı hakimiyyət orqanları 

xalqla 


məsləhətləşdikcə və sıx əlaqə saxladıqca kütlələr içəri-

sin


də  son  dərəcə  böyük  müvəffəqiyyət  qazanmaqda  idi. 

1850-1856-

cı  illər  üsyanın  birinci  mərhələsi  idisə,  taypinlər 

hərəkatının  yeni  bir  uğurlu  mərhələsi  1856-cı  ilin  axırlarına 

təsadüf edir. 

Ən  başlıcası  isə  1850-1856-cı  illərdə  Taypinlər  üsyanı-

nın əsas müvəffəqiyyət səbəbləri bunda idi ki, taypinlər mül-

kədar  istismarını  qətiyyətlə  məhdudlaşdırır,  iri  məmurların 

əmlakını  müsadirə edir  və  varlıların  əmlakını yoxsullar  ara-

sında bölüşdürürdülər. Bu, antifeodal kəndli üsyanı idi. Hərə-

katın əhəmiyyəti və mənası da məhz bunda idi. 

"Taypin Tyanqonun qeyri-

rəsmi tarixində" göstərilir ki, 

tayp


inlər iri məmur və varlıların libas və əşyasını yoxsullara 

pay


layaraq vəd verirdilər ki, qayda-qanun bərpa olunduqdan 

sonra üç il müddətinə hamını icarə haqqından və vergilərdən 

azad  edəcəklər.  Həmçinin  "Taypin Tyanqonun qeyri-rəsmi 

tarixinin" müəllifi qeyd edirdi ki, "kəndlilər taypinləri təriflə-

yir

dilər".  Bu  belə  da  olmalı  idi,  çünki  onlar  eyni  təbəqəyə 



mənsub idi. Tarixin bütün mərhələlərində hökmdarların xalq 

üçün mütərəqqi və qeyri-mütərəqqi fəaliyyəti yaddaşlarda qal-

mışdır.  Taypinlər  hərəkatı  da  öz  mütərəqqi  xüsusiyyətlərinə 

görə milli-azadlıq hərəkatı tarixində qaldıqları kimi həm də sinfi 

mübarizə tarixində mütərəqqi hərəkat kimi qala bilmişdilər. 

 

Torpaq haqqında qanun 

 

Taypinlərin belə mütərəqqi siyasətlərindən yadda qalan-



lardan  biri  d

ə antifeodal siyasəti və "Asiman sülaləsinin tor-

paq qay

daları" adlı aqrar qanun idi. Qanun bütün torpaqların 



ümu

mi və bərabər surətdə bölüşdürülməsini nəzərdə tuturdu. 

Qanunda deyilirdi: "Asiman dövlətinin bütün torpaqları Asi-

man dö


vlətinin  sakinləri  tərəfindən  becərilir.  Hər  hansı  bir 

ərazidə  kimə  torpaq  çatmazsa,  onlar  başqa  yerə  köçürülür. 




47 

Bu

na nail olmaq lazımdır ki, ilahinin, hər bir şeyin yaradıcısı 



olan allahın insanlara bəxş etdiyi böyük nemətlərdən Asiman 

döv


lətinin bütün əhalisi istifadə etsin, hamı torpaqları birlikdə 

becərsin, birlikdə yeyib-içsin və geyinsin, birlikdə pulu xərc-

ləsin, hər şey bərabər olsun və heç kim ac-yalavac qalmasın". 

  

Torpaqdan bərabər istifadə edilməsi siyasəti, Çin şərai-



tində mütərəqqi siyasət idi. Əslində feodal istismar quruluşunu 

darma


dağın  edən  taypinlər  daha  qabaqcıl  quruluş,  daha 

ədalətli cəmiyyət və quruluş üçün zəmin hazırlayırdılar.  

  

Köhnəlmiş  feodal  münasibətlərini  dağıdan  taypinlərin 



bu  siyasəti  XIX  əsrin  ortalarında  Çin  şəraitində  inqilabi  və 

tərəqqi xarakter daşıyırdı. Hamının bərabər olduğu bir səl-



tənət yaratmaq haqqında taypin ideyaları öz-özlüyündə döv-

nə  görə  utopik ideyalar olsa da,  lakin  onların  əməli  işləri 



feodalizm reji

mini və qaydalarını dağıtması ölkənin mütərəq-

qi 

inkişafı  üçün  yol  açırdı,  inkişafa  mane  olan bürokratik 



feodal buxov

larını qırıb atırdı. Lakin arasıkəsilmədən mühari-

bə  vəziyyətində  olduqlarından,  taypinlər  torpaqdan  bərabər 

isti


fadə olunmasını ardıcıl surətdə həyata keçirmək üçün əs-

lində əməli tədbir görə bilmədilər. Amma mütərəqqi hal o idi 

ki, mül

kədar istismarı o qədər məhdudlaşdırılmışdı ki, taypin-



lərin  hakim olduğu  bir  sıra  rayonlarda  kəndlilər  əsil  azad 

vətəndaşlar idi. 

Bu  dövrdə  "Torpaq  qaydaları"  qanunu  dövlətin  təşkilat 

qu

ruluşu  prinsiplərini  də  müəyyən  edirdi.  Ən  kiçik  inzibati 



vahid  – 

vızvod  idi  (25  ailədən  ibarət  icma).  Ən  iri  inzibati 

vahid isə - 13156 ailədən ibarət olan ordu idi. Dövlətin belə 

bir quruluşunun səbəbi aydındır, çünki taypinlər fasiləsiz su-

rətdə  müharibə  aparmalı  olurdu.  Həmçinin  bu  sistem  geniş 

de

mokratizmə əsaslanırdı. Bütün vəzifələrə təyinat Nankində 



təsdiq edilməli və bütün komandirlər xalq tərəfindən seçilirdi. 

  

Taypinlərin  qoyduqları  qaydalar  ictimai  quruluşun  bir 



sıra  sahələrində  böyük  ictimai  dayağa  söykənirdi.  Taypinlər 

dövlətində  qadın  cəmiyyətin  bərabərhüquqlu  üzvü  idi.  Kişi-

lərlə bərabər, xüsusi qadın dəstələri də irticaçılara qarşı vuru-

şurdu. Kiçik qızların ayağını sarımaq kimi vəhşi adət qadağan 

edilmişdi.  Fahişəliyə  qarşı  ciddi  mübarizə  aparılırdı  və  belə 

əxlaqsızlığa görə qadınlara hətta ölüm cəzası verilə bilərdi.  




48 

Taypinlər  hərəkat  iştirakçılarının  yüksək  mənəvi  səviy-

yədə olmasına böyük qayğı göstərirdi. Buna görə tiryək çək-

mək, sərxoşluq və qumar oyunları ciddiyyətlə təqib edilirdi. 

Bunu

nla yanaşı Taypinlər dövlətinin idarəçilik sistemində 



halallıq, düzlük, vicdanlılıq və vətənpvərvərlik əsas meyarlar-

dan idi. Rüşvət proteksionizm amilləri ən ağır cinayyət idi.   

Bununla yanaşı, taypinlər istintaq zamanı işgəncə veril-

məsini ləğv etdi, açıq məhkəmələr yaratdı. Eyni zamanda on-

ların  qanunlarına  əsasən  quldurluq  edənlərə  ən  şiddətli  cəza 

verilirdi, qanunun aliliyi hamı tərəfindən qorunurdu və qanun 

müqəddəs idi. 

Ən başlıcası isə xalqın mənafeyinə xidmət edən bu hərə-

kata 

hələ 1850-ci ilin yanvarında klassik tarixçilər, filosoflar 



müsbət qiymət vermişdilər. Bu hərəkatı Çin xalqını xoşbəxt-

li

yə aparan yol adlandırmışdılar.   



 

Taypinlərin yeni yürüşləri 

 

1853-cü 



ilin  yazında  taypinlərin  şimala  yeni  yürüşləri 

başlandı. Li Kay-fanın və Lin Fınsyanın komandanlığı altında 

Pekin istiqa

mətinə kəşfiyyatçı kiçik  bir dəstə göndərildi. 

Taypinlərin  bu  hücumu  saray  dairələrini  təşvişə  saldı. 

Taypin


lər  Tyantszin  şəhərinə  yaxınlaşdı,  lakin  taypinlərin 

dəstəsinin kiçik olması üzündən onlar bu şəhəri ala bilmədi-

lər. 1854-cü ilin fevralında taypinlər geri çəkilməyə məcbur 

oldu. Xuan Şen-tsyanın başçılığı altında köməyə göndərilmiş 

ikinci dəstə də 1854-1855-ci illərin yürüşü zamanı mübarizə-

nin gedişini dəyişdirə bilmədi. Bu yürüşün müvəffəqiyyətsiz-

liyi 

hərəkatın müqəddəratına olduqca mənfi təsir göstərdi. Şi-



mala  az  qüvvə  göndərməkdə  Xun  Sü-tsüan  və  Yan  Sü-tsin 

cid


di səhvə yol vermişdilər. Onlar Pekinin ələ keçirilməsi və 

Tsin  sülaləsinin  hakimiyyətdən  salınmasının  mahiyyətini  və 

əhəmiyyətini hələlik lazımınca qiymətləndirmirdilər.  

Taypinlərin  ən  mühüm  hərbi  səhvi  bunda  idi  ki,  onlar 

1851-1853-

cü illər yürüşü zamanı tutduqları ərazidə özlərini 

möhkəmləndirmədilər,  burada  möhkəm  dayaq  məntəqələri 

yarat


madılar. Nəticədə böyük yürüş zamanı Yantszı çayı bo-

yunca 


ələ  keçirilmiş  ərazinin  çox  hissəsi  itirildi.  Bu  ərazini 

ye

nidən tutmaq üçün taypinlər 1854-cü ildə Yantszı çayı bo-



yunca 

yenidən Nankinə doğru əks istiqamətdə, yəni qərbdən 

şərqə deyil, şərqdən qərbə yürüş təşkil etdilər.  



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə