Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə19/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   15   16   17   18   19   20   21   22   ...   142

55 

ca

rət  gəmisilə  əlaqədar  idi.  Təxribatçılar  süni  şəkildə  Çinlə 



münaqi

şə layihəsi hazırladılar. Sonra İngiltərə hökuməti əv-

vəl  Çinə  ultimatum  verdi, 1856-cı  il  oktyabrın  sonunda  isə 

vitse – admiral Seymo

run komandası altında ingilis eskadrası 

Kanton istehkamla

rını atəşə tutdu. Bu hadisədən sonra şəhərin 

özünü bombard

man etməyə başladı. Kanton şəhərinin ətrafın-

dakı 5 minədək ev ingilislər tərəfindən yandırıldı və xaraba-

zar

lığa çevrildi.  



Odur ki, hələ 1856-cı ilin dekabrı və 1857-ci ilin əvvəl-

lərində ingilislərin Kantona qarşı hərbi müdaxiləsi davam et-

məkdə idi. ABŞ rəsmi şəkildə öz bitərəfliyini bəyan etməsinə 

baxmayaraq,  amerikalılar  da  gizli  hərbi  müdaxilədən, açıq 

istilaçı  müdaxiləyə  başlayaraq  ingilislərə  qoşuldu.  ABŞ-ın 

Kan


ton sularında olan "Portsmut" hərbi gəmisi Kanton isteh-

kam


larının topa tutulmasında iştirak etdi. Kanton istehkamla-

rını  ələ  keçirə  bilməyən  İngiltərə-Amerika  qəsbkarları  dinc 

əhaliyə divan tutmağa başladı. Rus hərbi tarixçisi Mertvaqov 

ya

zırdı ki, onlar "çinliləri körfəzlərdə təqib edir, Çin kəndlə-



rinə  od  vurur, bacardıqca  onlardan  qisas  alırdılar.  Lakin bu 

əməliyyat  nəticəsində  nə  ingilis  silahı  qarşısında  çinlilərin 

qor

xusu, nə də ingilis mədəniyyətinə hörməti artmırdı".  



Müdaxiləçilərin  istilaçılıq  siyasəti  Çin  xalq  kütlələri  içə-

risində olduqca böyük qəzəbə səbəb oldu. Çinlilərin istilaçılara 

qarşı  göstərdiyi  müqavimət  1840-1842-ci  illərdəkindən  də 

müqayisəedilməz dərəcədə güclü idi. Çinlilər ingilis faktoriya-

larını yandırır, ingilis tacirlərini qətlə yetirir, yadellilərdən əzilən 

xal


qın intiqamını alırdılar. Paralel olaraq xaricilərin gəmilərində 

işləyən kulilər  də  üsyan qaldırır,  hərəkat iştirakçılarına kömək 

edirdilər. Digər bir iğtişaş Honkonqda baş verdi. Eyni zamanda 

i

ğtişaş  iştirakçıları  mübarizənin  digər  bir  növünə,  partizan 



hərəkatına  da  ciddi  fikir  verirdilər.  Təbii  olaraq müstəm-

ləkəçilərə  qarşı  mübarizə  ümumxalq xarakteri almağa  baş-

lamışdı ki, bunun da obyektiv və subyektiv səbəbləri var idi.   

1857-


ci ilin ortalarında öz qəsbkarlıq məqsədlərini həya-

ta keçirmək üçün Fransa da İngiltərənin Çinə qarşı apardığı 

ədalətsiz  müharibəyə  qoşuldu.  Fransanın  müharibəyə  başla-



56 

ması üçün rəsmi bəhanə - Şapdelen adlı bir missionerin edam 

edil

məsinə görə intiqam almaq idi. Şapdelen əhalini Çin hö-



ku

mətinə qarşı qaldırmaq üstündə edam olunmuşdu. Bu hadisə 

Fransa

nın Çinə qarşı müharibəyə başlaması üçün bəhanə oldu. 



İngilislərin nümayəndəsi lord Elçon 1857-ci ilin dekab-

rında Çin hökumət orqanları qarşısında yeni tələblər qoydu. 

Bu tələblərdə keçmiş müqavilələrə yenidən baxılması, iri sa-

hil şəhərlərinə yol açılması, Çin çaylarında ingilislərə gəmiçi-

lik  hüququ  verilməsi  və  s.  tələblər  irəli  sürülürdü.  Mancur-

Sin hökuməti bu tələbləri qəbul etmədi və bundan sonra ingi-

lis-

fransız  eskadrası  Kantonu  toplardan  atəşə  tutaraq  şəhəri 



işğal etdi. Qubernator E Min-şen əsir alındı. Kanton işğal edi-

ləndən sonra qarət olundu, yandırıldı və şəhər tamamilə da-

ğıdıldı.  

Hökumət  orqanlarının  mürtəce,  təslimçilik  siyasətinə 

baxmayaraq 

Kanton  ətrafındakı  rayonların  əhalisi  yenə  də 

barizəyə  qalxıb  düşmən  arxasında  partizan  müharibəsini 



genişləndirdi. 

1858-


ci  ilin  əvvəllərində  hərbi  əməliyyatın  mərkəzi  şi-

mala, 


Bayxe çayının dənizə töküldüyü yerə keçirildi. 1858-ci 

il mayın 20-də müdaxiləçilərin eskadrası Daqu dəniz qalasını 

və digər istehkamları tutdu. Yadelli istilaçılar sürətlə Tyants-

zi

nə  yaxınlaşdılar.  Bununla  müdaxiləçilər  dövlətin  paytaxtı 



Pekini bilavasitə təhlükə altına almaq istəyirdilər.  

 

Taypinlər  əleyhinə  mübarizə  üçün  qüvvə  və  maliyyə 



vəsaitini əsirgəməyən Mancur-Tsin hökuməti müdaxiləçilərə 

qarşı mübarizədə ölkənin müdafiəsini təşkil etməkdə etinad-

sızlıq  göstərirdi.  Çin  xalqı  üzərində  yalnız  öz  hakimiyyətini 

saxlamaq  məqsədi  güdən  mancur hakimləri  təslim  olmağa 

tələsərək  İngiltərə  və  Fransa  ilə  sülh  müqaviləsi  bağlamağa 

ra

zı olduqlarını bəyan etdilər. 



1858-ci ilin iyununda ingilis-

Çin və fransız-Çin müqavi-

lələri imzalandı ki, bunlar da Tyanszin müqavilələri adlanır. 

Bu m


üqavilələrin məzmunu təxminən eyni idi. Nəticədə  İn-

gil


tərə və Fransa Pekində diplomatik nümayəndəliklər açmaq

ölkədə sərbəst hərəkət etmək hüququ almağa nail oldu. İngilis 




57 

və fransız gəmilərinə Yantszı çayı boyunca gəmiçilik hüququ 

verildi. Əcnəbilərin ticarəti üçün daha beş liman açıldı. Xris-

tian  missionerlərinə  qeyri-məhdud  fəaliyyət  hüququ  verildi. 

Bağlanan  müqavilələr  əsasında  hazırlanmış  ticarət  qaydaları 

tiryək ticarətini qanuniləşdirirdi.  

 

Müqavilədə  o da nəzərdə  tutulmuşdu  ki,  ingilis  ticarət 



gəmiləri Böyük çay (Yantszı) boyunca ticarət edə bilərlər, la-

kin burada 

hakimiyyət üçün və yadellilər üçün təhlükə mən-

bəyi hesab edilən xalq hərəkatı əvvəlcə yatırılmalıdır. İngilis-

lər mancurların bu gizli sövdələşmələrini rəğbətlə qarşıldılar.  

Beləliklə, Yantszı çayı boyunca xaricilərin gəmiçilik hü-

ququndan istifadə etmələri taypinlər hərəkatının yatırılmasın-

da  müstəsna  rol  oynadı.  Müqavilədəki  məlum  maddə  man-

cur

ların ingilislərlə gizli müttəfiqliklərini sübut edir, hakimiy-



yətlərini  yadellilərin  hesabına  qoruyub  saxlamaq  üçün  onlar 

bu yolla "sığortalanırdılar". Odur ki, ingilislər gizli formada 

man

curlara müraciət edərək Yantszı çayından istifadə etmək 



qabilində Taypin üsyanını yatırmaq funksiyasını öz üzəri-

nə götürmək kimi mürtəce tədbiri həyata keçirmək təşəbbü-

sündə idilər.  

1858-ci  il  iyunun 18-

də,  Çinin  İngiltərə  və  Fransa  ilə 

müqa

vilələr  imzalanmasından  hələ  bir  həftə  əvvəl,  Amerika 



daha  çevik  hərəkət  edərək  Çinlə  müqavilə  imzalamağa  nail 

olmuşdu. Məhz bu səbəbdən amerikalılar Çinin məğlubiyyə-

tin

dən səmərəli istifadə edərək hətta 1844-cü il müqaviləsin-



dən də artıq Çindən yeni imtiyazlar qopardılar.  

 

Rusiya-Çin 

münasibətləri 

     

ABŞ və Avropa dövlətləri Çinə qarşı ekspansiya siyasə-

tinin  bütün 

növlərindən istifadə etdiyi bir şəraitdə Rusiya da 

Çinə  qarşı  istilaçılıq  siyasətini  gücləndirdi.  Nəhayət,  Amur 

vilayəti məsələsi 1858-ci ildə tamamilə həll olundu. Xatırla-

daq ki, Rusiya 1689-cu il Nerçinsk 

müqaviləsinə görə Amur 

vi

layətini  Çinə  güzəştə  getmişdi.  Bununla  bərabər  mancur 



kuməti özu də orada məskən salınmayacağını öhdəsinə gö-




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə