Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə27/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   23   24   25   26   27   28   29   30   ...   142

79 

HİNDİSTAN 

 

Hələ XVI əsrin axırı və XVII əsrin əvvəllərində Hindis-



tan dünyanın ən böyük ölkələrindən biri idi. Hindistanın Cə-

nub əyalətlərindən başqa demək olar bütün ərazisi feodal mo-

nar

xiyası  olan  Böyük  Moğollar  imperiyasının



1

  (1526-1761) 

tərkibinə daxil idi. 

Bu dövrdə Hindistanın təqribən 100 milyonluq əhalisi öz 

etnik tərkibinə görə çox müxtəlif idi. Sayca və inkişaf səviy-

yəsi  etibarilə  ən  iri  xalqlardan  maratxalılar,  benqaliyalılar, 

teluqular (andxra), ta

millər,  oriya,  kannara,  malayalı,  racəs-

tan


lılar, sindliləri və bir sıra başqa xalqları göstərmək olar. 

Bu dövrdə Hindistanda hindu və islam dinləri geniş ya-

yılmışdı.  Əhalinin,  təqribən  75  faizi  hindu  dini  icmasına,  

20 faizi isə müsəlman dini icmasına daxil idi. Amma müsəl-

man

ların çoxu islamı qəbul etmiş hindulardan olmaqla dil və 



ənənələri hindularla eyni saxlanılmışdı. Müsəlmanlar başlıca 

olaraq Hindistanın şimal və qərb vilayətlərində, bir də Şərqi 

Ben

qaliyada yaşayırdılar. Hindularla müsəlmanlar əsrlər bo-



yu  dinc  şəraitdə  yanaşı  yaşamışlar  və  qarşılıqlı  əlaqələr  ol-

duq


ca zəngin idi. XVI əsrin əvvəllərindən, yəni avropalıların 

buraya 


gəlişindən  sonra  vəziyyət  dəyişdi,  ölkə  yadellilərin 

tap


dağı  altına  düşməklə  yanaşı  milli  münaqişələr  ocağına 

çevrildi. 

Xatırladaq ki, hələ 1511-ci ildə Holland və Portuqa-

li

yalılar Hindistanın Aud və Sınaz əyalətlərində  ilr koloniya-



larını yaratmışdılar. L.B.Şastrinin təbirincə deyilsə “İngilislər 

özləri ilə Hindistana aclıq, səfalət, hiyləgərlik və qardaş qırğı-

nına səbəb olan bəlalar gətirmişdilər”. Təəssüf ki, xalq bunu 

gec başa düşdü.   

 

Hindistanın aqrar quruluşu 

   

Moğollar  imperiyasında  aqrar  quruluşun  ən  mühüm 

xüsusiy

yətlərindən biri torpaq üzərində feodal dövlət  mülkiy-



yətinin  olması  idi.  Buna  müvafiq  olaraq  kəndlilərdən  natura 

şəklində  alınan  renta  və  digər  vergilər  xəzinəyə  çox  böyük 

vəsaitin və sərvətin axıb gəlməsini təmin edirdi.  

                                                 

1

 

O  zaman  "Moğolustanın"  əhalisinə  "moğollar"  deyirdilər.  "Moğolustana" 



Mərkəzi və Orta Asiyanın cənub hissəsinin və Şimali Hindistanın rayonları daxil 

idi. "Böyük Moğollar imperiyası" onun banisi – Orta Asiyalı Bəbir ilə əlaqədardır.  




80 

Torpaq  üzərində  feodal  mülkiyyəti  ayrı-ayrı  feodalların 

və icma-kəndlisinin torpağa sahib olmaq hüququnu inkar et-

məyərək bunun üzərində qurulurdu. 

Ölkədə feodal torpaq sahibliyinin hakim forması şərti len 

sahibliyi (

cagir) idi. Ən böyük cagirlər moğollar idi və baş-

lıca olaraq torpaq müsəlman zadəganlarının əlində idi. Cagir-

darlar 

onlara verilmiş torpaqlarda kəndlilərdən renta – vergi 



topla

maq hüququna malik olub, Moğol ordusunda hərbi mü-

kəlləfiyyəti  yerinə  yetirməli  idilər.  Bir  qayda  olaraq  cagir-

darlar  öz  mülklərində  təsərrüfatla  məşğul  olmurdular,  yəni 

torpa

ğı  icarəyə  verməklə  dolanır,  tədricən  özləri  də  hakim 



qüvvəyə çevrirdilər. 

Dağlıq və ucqar yerlərdə kiçik və orta feodallar əsas eti-

barilə hindu feodalları yəni zəmindarlar torpaq üzərində nəsli 

quqlarını saxlamışdılar. Onlar tədricən moğol hakimlərinin 



vas

sallarına  çevrilirdilər. Hindistanda aqrar quruluşun  digər 

ən  mühüm  xüsusiyyəti  feodalizmdən  əvvəlki  dövrdən  qalan 

kənd icması idi. İcma həmişə sənətkarlıqla əkinçiliyin birliyi-

nə əsaslanırdı. Əkinçilik isə ən bəsit texnikaya, bir qayda ola-

raq 


ağacdan düzəldilmiş alətlərə əsaslanırdı. Lakin əkinçiliyin 

səviyyəsi,  nisbətən  yüksək  idi.  Məhsuldarlıq,  müxtəlif  bitki 

növ

lərinin çoxluğu buna şərait yaradırdı. Əkin tarlaları icma-



lar arasında bölünmüşdü, yalnız xam yerlər və heyvandarlıq 

üçün  otlaqlar ümumi 

istifadədə  idi.  Amma  tədricən  icmada 

mülki v


ə ictimai bərabərsizlik artmaqla icmalar arasında zid-

diyyətlər meydana çıxırdı. İcmada müxtəlif mövqe tutan dörd 

qrup bir

ləşmişdi ki, bunlar  istismarçılara çevrilmiş imtiyazlı 

vəzifəli şəxslər, tamhüquqlu sıravi icma üzvləri, icma sənət-

kar


ları və hüquqsuz torpaq sahibləri olan "gəlmələr"dən ibarət 

idi


.  "Gəlmələr"  yarımtəhkimli,  yarımkölə  vəziyyətində  istis-

mar olunurdu. Töycü ve

rən kəndlilər təqribən məhsulun üçdə 

birini  feodala 

verir  və  bir  sıra  feodal  mükəlləfiyyətlərini  də 

yerinə yetirirdilər. 

Hind  icmasının  ən  mühüm  xüsusiyyəti  kasta  quruluşu-

nun təsbit etdiyi möhkəm əmək bölgüsündən ibarət idi. Kas-

talar (cati) əhalini bir-birindən təcrid edilmiş qruplara bölür-

dü. Daxili kasta nigahları, nəsildən-nəslə keçən peşə, ənənə, 

dini etiqad ümumiliyi

kastaların üzvlərini bir-birinə sıx bağ-

la

yırdı.  "Toxunulmaz"  kastaların  ictimai  həqarəti  və  dözül-



məz hüquqsuzluğu əslində quldarlığın qalığı idi. İcmanın bu 


81 

xüsu


siyyətləri  onun  müstəbid  xarakterini  gücləndirir,  təsər-

rüfatın natural formalarını daha da sabitləşdirir, sənətkarlığın 

kənd təsərrüfatından ayrılması prosesini, yəni, yeni cəmiyyət 

qurucu


luğu prosesini ləngidirdi. 

Moğol hakimləri icmadan və kasta quruluşundan, kənd-

liləri  və  sənətkarları  istismar  etmək  və  zəhmətkeş  kütlələrin 

birləşməsinə yol verməmək üçün onları istismara məruz qo-

yaraq ədalətsiz qanunlardan istifadə edirdilər. 

Düzdür, Moğol imperiyasının sürətlə inkişaf edən dövr-

ləri də olmuşdur. İmperiyanın mövcudluğunun ilk dövrlərin-

də, xüsusilə XVI əsrin axırı və XVII əsrin əvvəllərində Mo-

ğol  imperiyası  iqtisadi  və  mədəni  yüksəliş  dövrü  keçirirdi. 

Ərazinin çox hissəsində daxili feodal müharibələrinin müvəq-

qəti  olaraq  dayandırılması  və  renta-verginin  toplanmasının 

bir  qədər  qaydaya  salınması  kənd  təsərrüfatına,  sənətkarlığa 

və  ticarətə  müsbət  təsir  göstərmişdi.  Dəmir,  parça,  istehsalı 

artm


ış,  gəmiqayırma  sahəsində  ciddi  müvəffəqiyyətlər  əldə 

edil


mişdi. Əmək bölgüsü qanuniləşməklə, həm də mürəkkəb-

ləşirdi. İqtisadi, ticarət və sənətkarlıq mərkəzi olmaq etibarilə 

şəhərin əhəmiyyəti artmışdı. 

Kənd  təsərrüfatının  inkişafında  mütərəqqi  dəyişikliklər 

baş verirdi. Eyni zamanda pambıq, indiqo, xamna kimi texni-

ki  bitkilərin  sahəsi  genişləndi,  ayrı-ayrı  kənd  təsərrüfatı  ra-

yon

larının  ixtisaslaşması  prosesinə  başlanmışdı.  Bununla  ya-



na

şı yerli vilayət bazarları yaranır və ayrı-ayrı əyalətlər ara-

sında ticarət əlaqələri genişlənirdi. Amma, imperiyanın tərəq-

qi et


məsi uzun sürmədi.  Çünki  zülüm,  istibdada  əsaslanan 

ida


rəçilik sistemi mövcud idi. Eyni zamanda ölkədə separat-

çılıq  amilləri  güclənir,  mərkəzi  hakimiyyətin  deformasiyası 

daha da dərinləşirdi. 

 

Böy



ük Moğollar imperiyasının tənəzzülünün başlanması, 

Panipat vuruşması  

 

XVII 


əsrin axırlarında, xüsusilə Övrəngzəbin hakimiyyə-

ti dövründə (1658-1707) Moğol dövləti tənəzzül etməyə baş-

ladı. Bunun əsas səbəbi feodal istismarının qüvvətlənməsi nə-

ticəsində kəndli təsərrüfatının inkişafdan qalması və despotik 

idarəçilik sisteminin  tədricən mürtəce xarakter alması idi.  



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə