Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə24/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   20   21   22   23   24   25   26   27   ...   142

70 

Yunnandakı üsyan öz əhatəliliyi cəhətdən Taypin üsya-

nından xeyli dərəcədə zəif idi. Bu uğursuzluğun başqa bir cə-

həti  də  ondan  ibarət  idi  ki,  üsyan  geniş  antifeodal  üsyana 

çevrilmədi, üsyana ruhanilər rəhbərlik edirdi. Beləliklə, üsyan 

dar dini milli çərçivədə baş vermişdi. Odur ki, müxtəlif səda-

lara səbəb olan və Çin xalqının mübarizəsindən ayrı düşmüş 

bu üsyan da 

təbii olaraq məğlubiyyətə uğradı. 

Ölkənin  Qərb  əyalətlərində  yaşayan  xalqların  çıxışları 

içərisində  ən  mühümü  və  ən  məşhuru  olan  Şensi,  Qansu, 

Sintszyan əyalətlərində xueylərin (dunqanların) üsyanı idi ki, 

bu üsyan 1862-1877-ci 

illərdə qeydə alınmışdı. 1862-1865-ci 

illərdə  üsyanın  əsas  mərkəzi  Şensi  əyaləti  olmuşdu. Sonra 

mübari


zə Qansu və Tsinxaya da keçdi. Əvvəllərdə baş vermiş 

üsyanlar kimi b

u üsyan da dini xarakter daşıyırdı. Üsyanı ya-

tırmaq üçün əməliyyat aparan hökumət qoşunlarının koman-

da

nı Tszo Tszun-tan çinlilərlə müsəlmanlar arasında münaqi-



şəni və nifaqı daha da qızışdıraraq, bu yolla minlərlə adamın 

ölümünə bais oldu. 

60-

cı illərin axırlarında kandli Biyanxu hərəkatda rəhbər 



rol oynamağa başladı. Hərəkat daha kəskin surətdə antifeodal 

xarakteri 

aldı.  Qansu  da  məğlub  edildikdən  sonra,  Biyanxu 

Sintszyan əyaləti ərazisində mübarizəni davam etdirirdi.  

Sintszyanda  dunqanların  yeni bir üsyanı  1864-cü  ildə 

başlandı. Buranın əsas əhalisi olan uyqurlar da üsyana qoşul-

du və hərəkat üsyançıların öz müstəqil dövlətini yaratmaq uğ-

runda mübarizə şəklini aldı. Bir neçə sultanlıq - Qaşqar (Cə-

tişər), Urumçi (və ya Dunqan) və Külçin-Tərənçin sultanlıq-

la

rı  meydana  gəldi.  Bunların  içərisində  ən  güclüsü  Qaşqar 



sultanlığı idi. 

Qaşqarda  hakimiyyəti  Qoqand  xanlığının  zabiti,  tacik 

Yaqub bəy ələ keçirdi. 1872-ci ildə Yaqub bəy Urumçi xanlı-

ğını da özünə tabe etdi. 

Amma, y

eni və köhnə feodal zadəganlarının mənafeyini 



dafiə  edən  Yaqub  bəy  xalqa  zidd  siyasət  yeridirdi.  Yeni 

ha

kimlər  və  müsəlman  feodalları  xalqı  mancur  hakimiyyəti 



dövründə olduğu kimi istismar edirdi. Beləliklə, xalqın rəğbə-

ti

ni  qazanmayan  kiçik  dövlətlər  və  yeni dövlətin  dayaqları 



sarsıdılmış oldu. Ən başlıcası isə onların hərbi-iqtisadi bazası 

yox idi. 




71 

Bununla  yanaşı  Avropa  dövlətləri,  xüsusilə  İngiltərə 

Yaqub  bəydən  öz  məqsədləri  üçün  istifadə  etməyə  çalışırdı 

(həm bilavasitə, həm də Türkiyə vasitəsilə). Britaniya höku-

mətinin  istila  layihəsinə  görə  aralıq  bir  dövlət  yaradılması 

nəzərdə tutulurdu ki, bu da Orta Asiyada Rusiyanın nüfuzuna 

qarşı ingilis xarici siyasətinin aləti kimi istifadə oluna bilərdi. 

Öz  növbəsində  Rusiya  da  Külçənin  Yaqub  bəy  tərəfindən 

tutulmasına yol verməmək üçün 1871-ci ildə onu oranı işğal 

etdi 


və ingilisləri qabaqlayaraq bu ərazidə bufer zona yaratdı. 

Taypin  üsyanının  məğlubiyyətindən  sonra  bir  qədər 

özünə  gələn  Tsin  hökuməti  dunqan  hərəkatını  da  yatırmağa 

başladı. General Tszo Tszun-tanın qoşunları Şensidə və Qan-

suda hərəkat mərkəzlərini darmadağın etdi. Biyanxu bir neçə 

yüz  nəfər  çinli  müsəlmanla  xueydən  Rusiyaya  qaçdı.  Tszo 

Tszun-

tan  onun  təslim  edilməsini  Rusiyadan  tələb  etsə  də 



Rusiya 

Çinin tələblərini nəzərə almadı. 

 

Beləliklə, Yaqub bəyin müstəbid feodal siyasəti Sintsz-



yan

da kütləvi müqavimət imkanlarını zəiflədirdi. Xalq Yaqub 

bəyin hakimiyyətini qorumaq və müdafiə etmək üçün bir əsas 

görmürdü. Odur ki, 1876-

cı ildə Yaqub bəylə xueylər arasın-

da daxili ziddiyyətlər daha da kəskinləşdi. Zadəganlar man-

cur

larla  sazişə  gəlmək  istəyirdi.  1877-ci  ildə  Yaqub  bəy 



döyüşdə həlak oldu. Elə o zaman Cətişər də süqut etdi. 1877-ci 

ildə Sintszyanda Mancur-Sin hakimiyyəti bərpa edildi. 

 Rusiya

nın işğal etdiyi Külçə vilayəti 1881-ci ildə Sankt-



Peterburq müqa

viləsinə  əsasən  Çinə  qaytarıldı.  Bu  vilayətin 

əhalisi qırğız və qazaxlardan ibarət idi və ancaq bu əyalətin 

qərb hissəsində kiçik bir zolaq Rusiyanın əlində qaldı. Rusiya 

Külçə vilayətində ticarət imtiyazları da almış oldu. 

Çinin qərb vilayətindəki xalqların üsyanları göstərdi ki, 

Çində  tədricən  daha çox əhali  antimancur  və  antifeodal 

hərəkat axınına qoşulur. 

Qərb  rayonları  əhalisinin  50-70-ci  illərdəki  hərəkatının 

tarixi  təcrübəsi  bunu  da  sübut  edirdi  ki,  yerli  dini  və  siyasi 

dairələr  bu  üsyanlardan  öz  məhdud  sinfi  məqsədləri  üçün 

istifadə  etməyə  çalışır  və  bəzən  buna  müvəffəq  də  oldular. 

Onlar mancur-S

in feodallarının rejimi əvəzinə xalqa yabançı 




72 

olan öz idarə rejimini yaradırdılar. Xarici dövlətlər o cümlə-

dən Türkiyə və İngiltərə Çinin qərbində Yunnan və Qaşqarda 

meydana  gələn  dövlətlərdən  öz  qəsbkarlıq  məqsədləri  üçün 

istifadə etməyə çalışırdılar. Birinci növbədə məhz bu cəhətlər 

həmin üsyanların məğlubiyyətinə səbəb oldu. 

Çinin qərbindəki xalqların yeganə azadlıq yolu var idi ki

bu da 


Çin xalqı ilə birlikdə, Mancur-Sin hakimiyyətinə qarşı, 

həmçinin öz dini və dünyəvi istismarçı feodallarına qarşı mü-

barizə aparmaqdan ibarət idi. 

 

Çinin hakim 



dairələri və Qərb dövlətləri ilə 

münasibətlər 

 

XIX 


əsrin 60-cı illərinin əvvəllərindən etibarən Çinin ha-

kim dairələri Qərb dövlətlərinə münasibətini dəyişməyə baş-

lad

ılar. Birinci ingilis-Çin müharibəsindən sonra Tsin imper-



ya

sının  Qərb  dövlətlərindən  qüdrətli  olmasına  dair  mancur 

hakim dai

rələrində hələ də boş xülyalar var idisə müdaxiləçi-

lərin qoşunları Pekinə soxulduqdan sonra bu xülyalar tezliklə 

aradan  qalxmağa  başladı.  Böyük  kəndli  müharibəsi  zamanı 

im

perator  ordularının  zəifliyi  bir daha  nəzərə  çarpdı.  Çinin 



hak

im dairələri hətta dərin nifrət bəslədikləri əcnəbilərdən də 

kömək istəməyə məcbur oldu. Çin əyanlarının bir hissəsi və 

birinci növbədə Taypin üsyanını yatıran baş cəllad Tszen Qo-

fan, onların ardınca bəzi mancur əyanları da belə bir əqidədə 

idilər  ki,  müəyyən  məsələlərdə  əcnəbilərin  yolu  ilə  getmək, 

xüsusilə hərbi işdə onları təqlid etmək lazımdır. 

XIX əsrin 60-cı illərinin əvvəllərində, yəni Taypin üsya-

nının  son  mərhələsində Çin  xalqı  əleyhinə  əlbir  mübarizədə 

mancur-Sin v

ə Avropa-Amerika irticasının vahid cəbhəsi ya-

ran


dı. Ölkənin hakim dairələrindəki bəzi dəyişikliklər də bu-

na kömək etdi. 

Syan Fın adı ilə hökmranlıq edən imperator İ Çju 1861-ci 

ilin  avqustunda  Jexedə  vəfat  etdi.  Syan  Fının  yerinə  onun 

siğə etdiyi qadınlardan birinin oğlu, azyaşlı Tszay Çun keçdi 

və o, 1861-1875-ci illərdə Tun Çji adı ilə imperator oldu. Öl-

kəni  idarə  etmək  üçün  qəyyumlar  şurası  təsis  olundu  ki, 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə