Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə25/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   21   22   23   24   25   26   27   28   ...   142

73 

bunun  da  tərkibinə  sədrəzəm  Su  Şun  başda  olmaqla  yüksək 

rütbəli mancur zadəgan nümayəndələri daxil idi. Lakin sədrə-

zəmə düşmən olan saray güruhunun başçısı, imperatorun ana-

sı Nalaşi (Tsısi) 1861-ci ilin noyabrında knyaz Qunla birlikdə 

saray çevrilişi təşkil etdi. Su Şun edam olundu. Tsısi ölkənin 

im

peratriçası,  knyaz  Qun  isə  sədrəzəm  və  dövlət  şurasının 



sədri oldular. 

 

Su Şunu və onunla birlikdə edam edilən digər qəyyum-



ları bunda ittiham etmişdilər ki, guya ikinci "tiryək" mühari-

bəsi dövründə onlar özlərinin barışmazlığı, "dinc yol" axtar-

maq arzusunda olmamaları ilə müharibənin uzanmasına, əc-

nəbilərin  Pekinə  gəlməsinə  və  imperator  sarayının  yandırıl-

ma

sında səbəbkar olmuşlar. Su Şunun edam edilməsi əcnəbi-



lərə  göstərir  ki,  yeni  hökumət  onlarla  əməkdaşlıq  etməyə 

hazırdır. 

O zamandan etibarən Çinin hakim dairələrində iki qrup 

ən çox nüfuza malik idi. Bunlardan birincisi, Tsısinin başçılıq 

etdiyi  və  mancurların  yuxarı  təbəqəsinin,  əyanların,  iri  feo-

dal


ların  mənafeyini  təmsil  edən  hakim  güruh  idi.  Bu  dəstə 

"qa


lınqafalılar" dəstəsi adlanırdılar. Onlar ölkəni yenidən təc-

rid


çilik dövrünə döndərmək istəyirdi. Onlar əslində əcnəbilər 

q

arşısında  yaltaqlıq  etməklə  və  onların  köməyi  ilə  hakimiy-



yəti əldə saxlamağa çalışırdılar. 

İkinci  dəstə  əcnəbipərəstlər  idi.  Bunlar  köhnə  feodallar 

içərisindən çıxıb Qərb dövlətlərinin köməyi ilə möhkəmlənmiş 

yeni  hərbi  dairələrdən  olan  məmurların  bir  hissəsi  idi  və 

komprador  burjuaziyanı  təmsil  edirdilər.  Bu  dəstə  Qərbin el-

mi

nə, onun hərbi biliklərinə, maarif sistemi sahəsindəki nailiy-



yətlərinə  yiyələnmək  tərəfdarı  idilər.  Bu  məsələ  ilə  əlaqədar 

olaraq  əcnəbipərəstlərlə  "qalınqafalılar"  arasında  fikir ayrı-

lıqları və ziddiyyətlər yaransa da, bu ixtilaflar hakim mancur 

təbəqələri arasında ziddiyyətin kluminasiya zirvəsinə çatmırdı 

və güruh çərçivəsindən kənara çıxmırdı. Nəticə etibarilə onlar 

əsas məsələdə, yəni xalqa zülm etmək və onu boğmaq siyasə-

tində, xarici təcavüzkarlara xidmət göstərmək siyasətində həm-

fikir idilər. Beləliklə, mancur və Çin feodalları ittifaqının ge-

nişlənməsinə arxalanan mürtəce qüvvələr öz məqsədinə çatdı-

lar  və  Taypin  üsyanının  məğlubiyyəti  nəticəsində  daha  sıx 

birləşdilər. 



74 

Əcnəbipərəst qrupun bir sıra görkəmli xadimləri Taypin 

üs

yanının və başqa xalq üsyanlarının yatırılmasında fəal isti-



rak edirdilər. Onların bəzi islahatçılıq tədbirləri, xalq inqilabı-

nın yenidən alovlanmasının qarşısını almaq məqsədini güdür-

dü. 

Əcnəbipərəstlər dəstəsinin rəhbəri Tszen Qo-fan, o öldük-



dən sonra (1872) isə - Li Xun-çjan idi. Bu hərbi başçılar irəli 

çıxandan sonra, ölkənin idarə olunmasında militaristlərin rolu 

daha da 

artdı.  Li Xun-çjan 1870-ci  ildə  paytaxt  əyalətinin 

ca

nişini təyin edildi və hökumət tərkibində ən nüfuzlu bir si-



maya çevrildi. Onun irəli çıxması, mancur zadəganları ilə Çin 

şenşilərinin xalqa qarşı ittifaqının möhkəmlənməsi demək idi. 

Li Xun-çjan feodal-

mülkədarlar sinfinin nümayəndəsi idi. O, 

mülkədarların hakimiyyətinin saxlanılması, mancur-Sin sula-

ləsinin ənənələrinin saxlanılması tərəfdarı idi. Li Xun-çjanın 

həyata  keçirdiyi  məhdud  yeniliklər  də  bu  məqsədə  xidmət 

edirdi. Eyni zamanda o

,  gənclərin  təhsil  almaq  üçün  xaricə 

gön


dərilməsini təşkil etdi, Tyantszində ali politexnik məktə-

bi,  əyalətlərdə  xarici  elmləri  öyrənən  məktəblər  açdırdı. Li 

Xun-

çjan  xaricdən  hərbi  gəmilər  satın  aldı  və  istehkamlar, 



tərsanələr  tikintisinə  başlandı.  Paytaxt  Çjili  əyalətində  hərbi 

idarəçilik sisteminin yenidən qurulmasına başlandı. Bir qədər 

sonra, Li Xun-

çjan əsasən silah istehsal edən bir sıra sənaye 

müəssisələri  tikintisinin  təşəbbüsçüsü  oldu,  ölkənin  hərbi 

qüd


rətinin artırılmasına səy göstərdi. 

Ən  başlıcası  isə  öz  siyasi  fəaliyyətində  Li  Xun-çjan, 

komprador  burjuaziya

1

 



ilə  yaxınlaşmağa  başladı  və  mülkə-

darla


rın tərəfdarı hakim sinfin nümayəndəsi olaraq qalırdı. 

1875-


ci ildə imperator Tun Çji vəfat etdi. Onun vəfatın-

dan 


sonra  Tsısi  özünün  kiçikyaşlı  qohumu  Tszay  Tyanı 

imper


ator elan etməyə müvəffəq oldu və 1875-1908-ci illərdə 

Quan  Süy  adı  ilə  rəmzi  olaraq  imperator  taxtında  əyləşdi. 

Ölkənin əsil hakimləri isə Tsısi və onun yaxın adamları idi. 

 

Xarici kapitaldan asılı və onunla sıx bağlı olan kompra-

dor  burjuaziya  antiimperialist  mübarizəyə  tamamilə  düşmən 

idi və əcnəbi kapitalın mədaxil və məxaricinin vasitəçisi rolunu 

oynayırdı. 

                                                 

1

 Komprador burjuaziya – 



xarici kapitalla yerli bazar arasında vasitəçilik (kom-

prador) vəzifəsini yerinə yetirən ticarət burjuaziyasının bir hissəsinə deyilir. 




75 

Çinin dünya kapitalist 

dövlətlərindən  

asılılığının daha da artması 

 

Mancur-Sin 



sülaləsi, kapitalizm aləminə və beynəlxalq im-

perializm qüvvələrinə özünün çürüməkdə olan idarə üsulu üçün 

bir  dayaq 

kimi baxırdı. Buna görə Taypin üsyanının yatırılma-

sından sonra 1894-1895-ci illərdəki Yaponiya-Çin müharibəsinə 

qədər keçən otuz illik bir dövr, xarici  dövlətlərin  təzyiqi altında 

Tsin hökumətinin daha da geri çəkilməsi dövrü idi. Çinin bütün 

iqtisadi  və  siyasi  həyat  sahələrində  əcnəbilərin  nüfuzu sürətlə 

artırdı.  Əcnəbilər  hakimiyyət  strukturlarını  rüşvətlə  ələ  alaraq 

çox böyük imtiyaz sahib

lərinə çevrilmişdilər. Harada qazanc var 

idisə orada əcnəbilər işləyirdilər. 1863-cü ildən başlayaraq Çinin 

gömrükxana

larına ingilis Pobert Hart başçılıq edirdi. O, 35 ildən 

artıq bir müddət ərzində Çində bütün əcnəbi məşvərətçilər içəri-

sində birinci aparıcı rol oynamışdır. Çevik əməliyyatlar nəticə-

sində külli miqdarda gəlir əldə etmək üçün 1865-ci ildə Hon-

konq-


Şanxay  bankı  təsis  olundu  ki,  bu  da  ölkədə  ingilislərin 

mövqe


lərini möhkəmləndirmək  yolunda çox iş  gördü.  1867-ci 

ildə  fransız  zabitlərinin  rəhbərliyi  altında  Fuçjouda  cəbhəxana 

təşkil edildi. Həmin il Çində ingilis gəmiçilik şirkəti açıldı. 

XIX  əsin  60-cı  illərində  Çin  bir  sıra  xarici  dövlətlərlə,  o 

cüm

lədən  1861-ci  ildə  Prussiya  ilə  müqavilə  imzalandı  və  bu 



müqaviülə yalnız 1863-cü ildə təsdiq olunmuşdu. Eyni zamanda 

1863-


cü ildə Danimarka və Hollandiya ilə, 1864-cü ildə İspaniya 

ilə, 1865-ci ildə Belçika ilə, 1866-cı ildə İtaliya ilə, 1869-cu ildə 

Avstriya ilə yeni qeyri-bərabər hüquqlu müqavilələr imzaladı ki, 

bununla da Çin kapitalist 

dövlətlərdən asılı vəziyyətə düşdü. 

Çinin xalq küt

lələri  Çində  öz  nüfuzunu  qüvvətləndirmək 

üçün hər bir bəhanədən istifadə edən əcnəbilərin ağalığına qarşı 

qəzəblə yanaşırdı. Tyantszindəki narazılıqlar 1870-ci il iyunun 

21-


də  xalq  çıxışına  səbəb  oldu.  Fransız  konsulu  öldürüldü, 

missionerlərin idarələri dağıdıldı. 

Çinin  beynəlxalq  vəziyyətinin  mürəkkəbliyi  bunda  idi  ki, 

Avropa elm və texnikasının nailiyyətlərinə yiyələnmə, beynəl-

xalq əlaqələri genişləndirməyə yönəldilmiş hər bir təşəbbüs nə-

ticəsində xarici dövlətlər Çində öz ağalıqlarını qüvvətləndirmək 

üçün istifadə edirdilər. Ölkənin iqtisadi, siyasi və hərbi geri-li-

yinin mahiyyəti daxili və xarici amillərlə sıx bağlı idi. 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə