Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə28/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   24   25   26   27   28   29   30   31   ...   142

82 

  

Hindistanın geoloji və iqlim xüsusiyyətləri ölkənin çox 



hissəsində suvarma işləri aparılmadan kənd təsərrüfatının in-

kişafına  imkan  vermirdi.  Suvarma  şəbəkələrinin  qayğısına 

qal

maq  mərkəzi  hökumətin  işi  olsa  da,  hökumət  bu  zəruri 



funk

siyanı yerinə yetirmirdi. Həmçinin zinət içərisində yaşa-

yaraq gələcək faciəni dərk edə bilməyən məmurlar və saray 

intriqaları ilə məşğul olan hakim dairələr öz vəzifəsinə etinasız 

yanaşırdılar. Suvarma sistemlərinin dağılması qıtlığa, aclığa, 

kəndlilərin  kütləvi  surətdə  müflisləşməsinə  səbəb  olurdu. 

Renta-

verginin məbləği isə əksinə, artmaqda davam edirdi. 



Mərkəzi vilayətlərdə natural rentanın pul rentası ilə əvəz 

edilməsi  əmtəə-pul  münasibətlərinin  kəndə  soxulmasını  sü-

rətləndirdi. Bu da kəndlilərin və sənətkarların ticarət-sələmçi 

kapitalı tərəfindən əsarət altına alınmasına, icmanın dağılma-

sına, torpaq üzərində dövlət-feodal mülkiyyətinin sarsılması-

na  səbəb  oldu.  Şərti  feodal  torpaq  sahibliyi  xüsusi  feodal 

mül

kiyyətinə  çevrilirdi. Feodal istismarı artdıqca hakimiyyət  



nüfuzdan 

düşürdü. 

XVII əsrin axırı və XVIII əsrin əvvəllərində sinfi müba-

ri

zənin olduqca kəskinləşməsi kütləvi antifeodal hərəkatların-



da öz ifadəsini tapdı. Maratxa kəndlilərinin 1674-cü ildə çıxı-

şı 1630-1680-ci illərdə Şivacinin rəhbərliyi altında gedən mü-

ba

rizə nəticəsində müstəqil Maratxa dövləti yaradıldı. Şivaci, 



moğol  hakimlərinə  və  iri  cagirdarlara  qarşı  çıxan  xırda  və 

orta maratxa 

feodallarını təmsil edirdi. Siqxlərin

1

  dini  icma-

sının  rəhbərliyi  altında  Pəncabda  kəndli  müharibəsi,  habelə 

yoxsulla


rın  mübarizəsi  xüsusilə  davamlı  olaraq  hakimiyyət 

qarşısında təkcə iqtisadi tələblər qoymaqla kifayətlənməyərək 

mübar

izənin kütləviləşməsinə nail olmuşdular. Siqxlərin haqlı 



müba

rizəsini  təhlil  edən  naməlum  müəllif  yazmışdır  ki, 

"Siqx

lər çox ustalıqla xalqa azadlıq yolunu nişan verdilər". 



 

Bu  dövrdə  hakimiyyət  xalq  üsyanlarından  qorxurdu, 

çünki x

alq üsyanları feodal münasibətlərinin əsaslarını sarsı-



dırdı. Böyük Moğollar sülaləsinin bu üsyanları yatırmaq sa-

həsindəki müvəffəqiyyətsiz səyləri nəticəsində onun qüvvəsi 

tükənirdi və hakimiyyət xalq qarşısında nüfuzdan düşürdü. 

                                                 

1

 

Siqxlər (şagirdlər) onlar xalq kütlələrinin antifeodal məfkurəsini ifa edən 



dini cərəyanın tərəfdarları idilər. "Adi Qrantx" müqəddəs kitabı siqxizmin 

ən qədim ədəbi məxəzidir. 




83 

 

XVIII  əsrin  birinci  yarısında  Böyük  Moğol  dövlətinin 



iqtisadi tənəzzülü dərinləşdi və siyasi cəhətdən parçalanması 

tədricən  genişləndi.  Feodal  rentasını  yenidən  bölüşdürmək 

üstündə hakim sinif içərisində mübarizə kəskinləşirdi. Ölkədə 

möv


cud iqtisadi böhran, xalqın ağır istismara məruz qalması 

siya


si  böhran  üçün  zəmin  hazırladı.  Moğollar  sülaləsinin 

zəifliyi, xalq üsyanlarını yatıra bilməməsi separatizm əhvali-

ruhiy

yəsində  olan  feodalların  mərkəzi  hakimiyyətin  nəzarə-



tin

dən  yaxa  qurtarmaq  səylərini  qüvvətləndirirdi.  Onlardan 

bəziləri  bu  məqsəd  üçün  kortəbii  kəndli  üsyanlarından  isti-

fadə edirdi. Moğolların ən iri əyalətlərinin canişinləri o cüm-

lədən Heydərabad, Aud, Benqaliya və digər əyalətlərdə  özlə-

rini 


tədricən müstəqil hökmdar elan etdirdilər. 

Bu  yarımknyazlıq,  yarımdövlətlərin  hakimləri  öz  qon-

şunlarının ərazisi hesabına varlanmağa çalışırdılar. Onlar öz 

qüvvələrini daxili feodal müharibələrinə və kəndli üsyanlarını 

yatırmağa istiqamətləndirsələr də nəticədə, daha güclü yadelli 

düşmənlər qarşısında aciz qalırdılar. 

 

XVIII əsrin ikinci rübündə maratxaların dövləti Hindis-



tan

da  ən  böyük  siyasi  qüvvəyə  çevrilmişdi.  Geniş  hərbi  len 

torpaqlarına yiyələnmiş olan iri feodallar matarxa dövlətində 

hakim mövqe tuturdular. Onlar baş nazirin (peşvənin) ətrafın-

da  birləşirdilər.  Peşvələr  irsən  keçən  hakimlərə  çevrilmişdi. 

Maratxa xalqının keçmişdə apardığı azadlıq müharibəsi, son-

ralar  marat

xa feodal zadəganlarının işğalçı yürüşləri ilə əvəz 

olundu. Ma

ratxa qoşunları Böyük Moğolların və onların müs-

təqil olmuş  canişinlərinin  torpaqlarına  soxulur,  soyğunçuluq 

edir, var

lanırdılar.  Yəni,  dövlət  içərisində  dövlət  fəaliyyəti 

açıqca müşahidə edilirdi. 



 

XVIII əsrin 40-cı və 50-ci illərindəki müharibələr nəti-

cəsində maratxlar Böyük Moğolların ərazisinin çox hissəsini 

işğal edib, öz məqsədlərinə nail olmaq ərəfəsində idilər. Ma-

ratxa 

feodallarının  ümumhindistan  miqyasında  hegemonlu-



ğunu  yaratmaq  məqsədilə  hərbi  imkanlar  artırılırdı  və  qısa 

müddətdə buna nail oldular. 

Eyni zamanda 

gözlənilmədən regionda hərbi-siyasi vəziy-

yət dəyişdi və Nadir şahın Xabuşanda 1747-ci ildə öldürülməsi 



84 

nəticəsində  elə  həmin  il,  yəni,  1747-ci  ildə  müstəqil  Əfqan 

dövləti yarandı. Əfqanıstanın hakim dairələri Hindistana qarşı 

dərhal bir sıra hərbi yürüşlərə başladılar. Nəticədə XVIII əs-

rin 50-

ci illərində əfqanlar Pəncabı, Dehliyə qədər olan yerlə-



ri  tutaraq 

əslində Böyük Moğolu hakimiyyətdən məhrum et-

di

lər. Belə bir şəraitdə Siqxlər əfqan işğalçılarına qarşı inadlı 



barizəyə başladı. Pəncabdan kənar yerlərdə əfqan qoşunla-

rına qarşı duran başlıca qüvvə maratxalar idi. Hindistan uğ-

runda əfqan-maratxa müharibəsi gedişində həlledici vuruşma 

1761-

ci  il  yanvarın  14-də  Panipat  düzənliyində  baş  verdi. 



Maratxalula

r  ağır  məğlubiyyətə  uğradılar.  Onlar Malvanı 

Cam

na və Qanq çayları ətrafındakı yerləri və Racputan üzə-



rində hakimiyyəti itirdilər. Dəkəndə də onların mövqeyi zəif-

lədi. Maratxa qoşunları ona görə məğlub oldu ki, sinfi ziddiy-

yətlər və sülalələr arasında hakimlik uğrunda mübarizə nəti-

cəsində hərbi intizamı pozulmuş maratxa dövləti daxilən zəif 

idi. 

Panipat  vuruşması  Moğollar  imperiyasının  süqutu  və 



Hindistanın ayrı-ayrı xırda dövlətlərə parçalanması üçün Hin-

dis


tan tarixində dönüş nöqtəsi oldu. Böyük Moğol imperiyası 

qəti surətdə dağıldı. Zəifləmiş maratxa dövləti, ona vurulmuş 

zərbədən bir daha heç vaxt özünə gələ bilmədi. Lakin əfqan 

işğalçıları  da  əldə  etdiyi  qələbəni  möhkəmlədə  bilmədilər. 

Onlar 

XVIII  əsrin  60-cı  illərində  Hindistana  daha  bir  neçə 



yürüş təşkil etdi, lakin nəticə etibarilə Hindistanı tərk etməyə 

məcbur oldular. Əfqanıstana gedən əsas yollar üzərində yer-

ləşən  Pəncabda  1763-cü  ildə  üsyan  baş  verməsi  də  bu  işdə 

hüm rol oynadı. 



Bununla yanaşı uzun müddət müşahidə aparan və Pani-

pat vuruşmasının nəticəsini gözləyən ingilis müstəmləkəçiləri 

bundan  dərhal  istifadə  etdilər.  Döyüşən  tərəfləri  silahlandır-

maqda daha da fəallaşdılar. 

  

Moğollar dövlətinin daxilində mövcud olan qeyri-insani 



münasibətləri  və  dövlətin  süqutunun  səbəblərini  araşdıran 

Mar


ks yazırdı: "Böyük moğolun qeyri-məhdud hakimiyyətini 

cani


şinləri  devirmişdilər.  Canişinlərin  qüdrətini  maratxalılar 

qırmışlar.  Maratxaların  hökmranlığına  əsasən  əfqanlar  son 

qoy

muşdular.  Burada  hamı-hamıya  qarşı  vuruşduğu  bir  za-



man

da qəfildən britaniyalı ortaya çıxdı və hamını itaətə gətirə 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə