Şubay Cavad oğlu Nuruzadə


Mədəniyyət, ictimai fikir



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə26/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   22   23   24   25   26   27   28   29   ...   142

76 

Mədəniyyət, ictimai fikir 

   

 Mancur-

Sin hökumətinin dünyada ən mükəmməl quru-

luşa malik olması, ətraf mühitdə yaşayanların isə "barbar" ol-

ma

ları haqqında mancurların hakim təbəqələri tərəfindən ge-



niş təbliğ edilən təsəvvürlərin İngiltərə ilə birinci müharibə-

dən sonra utopiya olduğu bir daha özünü göstərdi. 

Lakin müstəsna hal olaraq Çinin qabaqcıl adamları ətraf 

mühit  haqqında  özləri  çox  şey  öyrənməyə  və  öz  biliklərini 

həmvətənlərinə verməyə çalışırdılar. Yeni dövrdə bu kimi bi-

liklərin Çində yayılmasına kömək edən ilk müəlliflər şenşi zi-

ya

lılarının  nümayəndələri  Lin  Tsze-syuy  və  Vey  Yuan  ol-



muşdur. Lin Tsze-syuy  "Sıçjou  çji"  ("Dörd  qitə  haqqında") 

kitabının müəllifidir. Vey Yuan "Şen u tszi" – Tsin sülaləsi-

nin  döyüşləri  tarixi  əsərinin  müəllifi  1845-ci  ildə  Avropa 

ölkələrini təsvir edən - "Xayqo tuçji" ("Xarici ölkələrin mən-

zərələri  və  təsviri")  adlı  kitabını  çap etdirdi.  Qərb  ölkələri 

haq


qında bir neçə başqa əsərlər də işıq üzü gördü. 

Taypinlərin ictimai arzularını şərh edən və onların özləri,  

o cümlədən Xun Sü-tsüan, Yan Sü-tsin, Li Sü-çen və başqa-

ları tərəfindən yazılan əsər və sənədləri Çinin ictimai fikrinin 

inkişafında xüsusi bir yer tutur. Xun Jen-qanın "Ölkənin idarə 

edil


məsi haqqında yeni əsəri" Avropa mədəniyyəti nailiyyət-

lərinin Çin şəraitində tətbiq edilməsi arzusunda olan avropa-

laşmış bir çinlinin ideyalarını əks etdirirdi. 

Tszen Qo-

fan  və  Li Xun-çjanın  rəsmi  təkliflərində  və 

şəxsi  məktublarında  "avropalaşdırma"  üsulları  ilə  Çini  qüv-

vətləndirmək  üçün  müxtəlif  yollar  göstərirdilər.  Bütün bu 

layi


hələr hakim sinfin avropalıları təqlid etmək yolu ilə feo-

da

lizm rejiminin əsaslarını möhkəmlətməyə çalışan hissəsinin 



ideolo

giyasını əks etdirirdi. 

Bir qədər sonra, XIX əsrin 70-ci illərindən bir sıra əsər-

lər  meydana  çıxır  ki,  bunlarda  da  Çində  islahat  keçirilməsi 

ideyaları şərh olunur və əcnəbipərəstlər dəstəsi tənqid edilir-

di.  İslahatçılıq  ideyaları  XIX  əsrin  80-90-cı  illərində  daha 

geniş yayılmağa başlamışdı. 

 

 




77 

Ədəbiyyat 

 

XVIII əsrin ikinci yarısında mancur feodal rejimi Çində öz 



hökmranlığını  möhkəmlətmək  vasitələrindən  biri  olmaq  etiba-

rilə  xüsusi  komissiyalar  yaratmış  və  bunların  köməyi  ilə  Çin 

bədii  və  elmi  ədəbiyyatında  olan  bütün  vətənpərvərlik,  azad-

fikirlilik 

nümayəndələrini təqib və məhv etməyə başlamışdı. 

Beləliklə, Çinin milli mədəniyyəti mürəkkəb və çətin bir 

şəraitdə yaşayır və inkişaf edirdi. Lakin Tsinlər qabaqcıl Çin 

ədəbiyyatının demokratik və tənqidi ruhunu boğa bilmədilər. 

XVIII əsrdə U Tszin-tszinin "Julin vayşi" ("Konfutsiaçıların 

qeyri-


rəsmi  tarixi")  və  Tsao  Süe-tsinin  "Xunloumen"  ("Qır-

mızı sarayda yuxu")

1

 kimi 

romanları yarandı ki, bunlarda da 

hakim ictimai və siyasi sistem ifşa olunurdu. Bu romanlardan 

birincisi  hakim  sinifləri  kəskin  satira  atəşinə  tutur,  konfut-

sian

çı məmurların yalançılıq və riyakarlığını ifşa edirdi. İkin-



ci roman feodal cəmiyyətinin özbaşınalıq və qanunsuzluqları-

nı,  feodal  aristokratiyasının  mənəvi  pozğunluğunu  göstərən 

böyük  bir  əsərdir.  Romanın  böyük  ictimai  əhəmiyyəti  üzvi 

surətdə onun yüksək bədii keyfiyyəti, zəngin və canlı dili ilə 

bağlıdır.  "Xunloumen"  haqlı  olaraq  Çin  klassik  realist  ədə-

biy


yatının  zirvəsi  hesab  olunur.  Li  Ju-çjenin "Tszin Xua-

yuan" romanı da ictimai satira janrına yaxın olan bir əsərdir.   

Bədii ədəbiyyatda ən böyük əsərlər yarandığı sahə icti-

mai satira idi. XVIII əsrin axırları XIX əsrin birinci yarısında 

bədii ədəbiyyatın xeyli hissəsi üçün xarakter cəhət – real var-

lıqdan uzaqlaşmaq idi. Bəzi əsərlərdə, hakim siniflər içərisin-

dən  "nəcib"  qəhrəmanlar  çıxacağı  və  Çində  mövcud  ictimai 

müsibətlərin  aradan  qaldırılmasına  kömək  edəcəyi  kimi  boş 

ümidlər öz əksini tapmışdı.  

XIX əsrin ortalarında Çin ədəbiyyatında yeni təmayüllər 

zühur edir. Bu təmayüllər bilavasitə Taypin üsyanı ilə əlaqə-

dar idi. Taypin üsyanının görkəmli xadimi Yan Sü-tsin köhnə 

ar

xaik ədəbi dildən (venyan) əl çəkməyə və bütün yazılı sə-



nədlərdə  canlı  danışıq  dilini,  xalq  dilini  (bayxua)  işlətməyə 

çağırırdı. Taypinlər xeyli şer və mahnı (xüsusilə Şi Da-kay və 

başqaları) yaratmışdılar. Bu əsərlərdə, bəzən dini şəkildə olsa 

da, onlarda demokratik ideyalar 

öz əksini tapmışdır. 

                                                 

1

 Roman 


yarımçıq qaldığına görə başqa müəllif – Qao-e tərəfindən 

tamamlanmışdır.   




78 

  

"Syuannan" ədəbi cəmiyyətinin yaradılması Çinin ədə-



bi  həyatının  inkişafında  mühüm  mərhələ  oldu.  Bu  cəmiyyət 

XIX 


əsrin  30-40-cı  illərinin  bir  sıra  qabaqcıl  xadimlərini,  o 

cümlədən  eyni  zamanda  yazıçı  kimi  məşhur  olan  Lin  Tsze-

syuy, Xuan Tszyu-

tszı və başqalarını birləşdirirdi. 

  

Lakin ədəbiyyatda demokratik və antiimperialist meyl-



lərin daha tam şəkildə inkişafı, bir qədər sonrakı dövrə yəni 

XIX əsrin axırıncı onilliklərindəki dövrə təsadüf edirdi. 

 

İncəsənət 

 

XIX əsr incəsənət sahəsində Çində müəyyən durğunluq 



dövrü  hesab edilir

. Bu durğunluq birinci növbədə rəssamlıq, 

memarlıq və heykəltəraşlıqda özünü göstərirdi.   

Mənşə etibarilə xalq yaradıcılığından doğan klassik ope-

ra öz inkişafından xeyli geridə qalmışdı. Arxaik dil onu xalq 

üçün az anlaşıqlı etmişdi. 

Lakin  rəsmi  dairələr  tərəfindən  təbliğ  olunan  incəsənət 

növləri ilə yanaşı xalq yaradıcılığı da inkişaf etməkdə idi. Qa-

baqcıl rəssamlar, memarlar, bədii sənət ustaları milli incəsə-

nətin ən yaxşı ənənələrini inkişaf etdirmək üçün cəhd göstə-

rir

dilər. 


Klassik  opera  kütlələr  içərisində  xeyli  dərəcədə  şöhrət-

dən  düşdüyü  halda,  müxtəlif  əyalətlərdə  məsələn,  Xubey, 

Anxuey 

və  digər  əyalətlərdə  teatr  sənətinin  xalq  içərisində 



çox yayılmış olan yeni formaları ("pixuan") ön plana keçir və 

sürətlə inkişaf edirdi. 

Çin həmişə bədii xalq sənəti ilə məşhur olmuşdur. Həmi-

şə  yaşayan  və  solmaq  bilməyən  bədii  sənət  XIX  əsrdə  də 

təkmilləşməkdə davam edirdi. Çini qablar, saxsı əşyalar, daş, 

sümük, ağac, mina, lakdan düzəldilən məmulatlar, bədii tikiş 

özünün 

ən  yaxşı  nümunələri  ilə  Çin  incəsətinin  ən  şanlı 



ənənələrini davam etdirirdi. Bu əsərlərin xeyli hissəsi xaricə 

daşınırdı. Fil sümüyündən düzəldilən bəzi əşyalar Avropada 

xüsusilə şöhrət qazanmışdı. 

Xarici və daxili irtica qüvvələri Çin incəsənətinin özünə 

xas olan orijinal ruhunu qıra bilməmişdi. Ən başlıcası istila-

lar, müstəmləkəçilik, məhdudiyyətlər xalqın yaratdıqlarını ta-

lan edirdilər, amma qədim dövlətçilik ənənələrinə malik olan 

Çində  xalqın  yaradıcılıq  əzmi  tükənmirdi,  əksinə  daha da 

zəngiləşirdi.  



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə